Çöllükdə yaşayan adamın hicrəti
أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْحَارِثِ ، عَنْ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ : قَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ ، أَيُّ الْهِجْرَةِ أَفْضَلُ ؟ قَالَ : أَنْ تَهْجُرَ مَا كَرِهَ رَبُّكَ عَزَّ وَجَلَّ ، وَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْهِجْرَةُ هِجْرَتَانِ : هِجْرَةُ الْحَاضِرِ ، وَهِجْرَةُ الْبَادِي ، فَأَمَّا الْبَادِي ، فَيُجِيبُ إِذَا دُعِيَ وَيُطِيعُ إِذَا أُمِرَ ، وَأَمَّا الْحَاضِرُ ، فَهُوَ أَعْظَمُهُمَا بَلِيَّةً ، وَأَعْظَمُهُمَا أَجْرًا.
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Bir dəfə bir kişi dedi: “Ey Allahın Elçisi, ən üstün hicrət hansıdır?” Allah Elçisi ﷺ buyurdu: “Allahın qadağan etdiklərini tərk etmək”. Sonra Allah Elçisi ﷺ sözünə davam edərək buyurdu: “Hicrət iki cürdür: şəhərlinin hicrəti və çöllükdə yaşayan adamın hicrəti. Çöllükdə yaşayanın hicrətinə gəlincə, çağırıldıqda cavab verməsi, əmr edildikdə yerinə yetirməsidir. Şəhərlinin hicrətinə gəlincə, çöllükdə yaşayanın hicrətindən daha çətin, mükafatı da daha böyükdür”.”
İstinad
Nəsəi, 4165 (Beyət, 17)
Sunən ən-Nəsəi — Beyət kitabı