Beyət kitabı

İnsanın gücü çatdığı məsələlərdə beyət etməsi

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ (ح) وأَخْبَرَنِي عَلِيُّ بْنُ حُجْرٍ ، عَنْ إِسْمَاعِيلَ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : كُنَّا نُبَايِعُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ ثُمَّ يَقُولُ : فِيمَا اسْتَطَعْتَ وَقَالَ عَلِيٌّ : فِيمَا اسْتَطَعْتُمْ.

“Rəvayət edilir ki, İbn Ömər ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə onu eşidib itaət etməyə dair beyət edərdik. Allah Elçisi ﷺ də bizə deyərdi: “Gücünüz çatan məsələlərdə beyət edin”.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 4187 (Beyət, 39)

Sunən ən-Nəsəi — Beyət kitabı