Beyət kitabı

Asilik əmr edildikdə itaət edənin cəzası

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ قَالاَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ زُبَيْدٍ الإِيَامِيِّ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَلِيٍّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَعَثَ جَيْشًا وَأَمَّرَ عَلَيْهِمْ رَجُلاً ، فَأَوْقَدَ نَارًا فَقَالَ : ادْخُلُوهَا ، فَأَرَادَ نَاسٌ أَنْ يَدْخُلُوهَا ، وَقَالَ الآخَرُونَ : إِنَّمَا فَرَرْنَا مِنْهَا ، فَذَكَرُوا ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ لِلَّذِينَ أَرَادُوا أَنْ يَدْخُلُوهَا : لَوْ دَخَلْتُمُوهَا لَمْ تَزَالُوا فِيهَا إِلَى يَوْمِ الْقِيَامَةِ ، وَقَالَ لِلآخَرِينَ خَيْرًا ، وَقَالَ أَبُو مُوسَى فِي حَدِيثِهِ : قَوْلاً حَسَنًا ، وَقَالَ : لاَ طَاعَةَ فِي مَعْصِيَةِ اللهِ ، إِنَّمَا الطَّاعَةُ فِي الْمَعْرُوفِ.

“Əli ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir kişini başçı təyin edərək bir ordu göndərdi. Həmin çatdıqları yerdə od qalatdırıb ordusunda olanlara: “Oda girin!”, - deyə əmr etdi. İnsanlardan bir qismi oda girmək istədikdə digər qismi: “Biz iman edərək oddan qaçmışıq”, - dedi (və o birilərin də oda girməsinin qarşısını aldı). Bu hadisə Allah Elçisinə ﷺ bildirildikdə oda girmək istəyənlərə dedi: “Əgər siz oda girsəydiniz, Qiyamətə qədər orada qalardınız”. Digərlərinə isə xeyir sözlər söylədi. (Ravi Əbu Musa “gözəl sözlər söylədi” deyir). Sonra Allah Elçisi ﷺ buyurdu: “Allaha asilikdə heç kimə itaət yoxdur. İtaət yalnız yaxşı işlərdədir”.”

Əli
Səhih

İstinad

Nəsəi, 4205 (Beyət, 57)

Sunən ən-Nəsəi — Beyət kitabı