Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı

Rəcəb ayını xüsusiləşdirərək qurban kəsməyin izahı

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ وَهُوَ ابْنُ الْمُفَضَّلِ ، عَنْ خَالِدٍ وَرُبَّمَا قَالَ : عَنْ أَبِي الْمَلِيحِ وَرُبَّمَا ذَكَرَ أَبَا قِلاَبَةَ ، عَنْ نُبَيْشَةَ قَالَ : نَادَى رَجُلٌ وَهُوَ بِمِنًى فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّا كُنَّا نَعْتِرُ عَتِيرَةً فِي الْجَاهِلِيَّةِ فِي رَجَبٍ ، فَمَا تَأْمُرُنَا يَا رَسُولَ اللهِ ؟ قَالَ : اذْبَحُوا فِي أَيِّ شَهْرٍ مَا كَانَ ، وَبَرُّوا اللَّهَ عَزَّ وَجَلَّ وَأَطْعِمُوا ، قَالَ : إِنَّا كُنَّا نُفْرِعُ فَرَعًا فَمَا تَأْمُرُنَا ؟ قَالَ : فِي كُلِّ سَائِمَةٍ فَرَعٌ تَغْذُوهُ مَاشِيَتُكَ ، حَتَّى إِذَا اسْتَحْمَلَ ذَبَحْتَهُ وَتَصَدَّقْتَ بِلَحْمِهِ.

“Rəvayət edilir ki, Nubeyşə ﵁ demişdir: “Minada olan bir kişi nida edərək belə dedi: “Ey Allahın Elçisi, biz cahiliyyət dövründə Rəcəb ayını xüsusiləşdirərək qurban kəsərdik. İndi bizə nə əmr edirsən, ey Allahın Elçisi?” O buyurdu: “Hansı ayda istəsəniz, qurban kəsin, Allahın ﷿ razılığını istəyin və başqalarına ondan yedirin!” Kişi dedi: “Biz dəvənin ilk balasını mütləq olaraq qurban kəsərdik, bəs indi bizə nə əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “Hər sürüdən bir qurban ayrılır, o qurban sürü içində böyüdükdə kəsirsən və ətini də sədəqə verirsən”.”

Nubeyşə
Səhih

İstinad

Nəsəi, 4229 (Fəra və Atirə, 8)

Sunən ən-Nəsəi — Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı