Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı

Rəcəb ayını xüsusiləşdirərək qurban kəsməyin izahı

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ ، عَنْ خَالِدٍ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمَلِيحِ ، وَأَحْسَبُنِي قَدْ سَمِعْتُهُ مِنْ أَبِي الْمَلِيحِ ، عَنْ نُبَيْشَةَ رَجُلٍ مِنْ هُذَيْلٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنِّي كُنْتُ نَهَيْتُكُمْ عَنْ لُحُومِ الأَضَاحِيِّ فَوْقَ ثَلاَثٍ كَيْمَا تَسَعَكُمْ ، فَقَدْ جَاءَ اللَّهُ عَزَّ وَجَلَّ بِالْخَيْرِ ، فَكُلُوا وَتَصَدَّقُوا وَادَّخِرُوا ، وَإِنَّ هَذِهِ الأَيَّامَ أَيَّامُ أَكْلٍ وَشُرْبٍ ، وَذِكْرِ اللهِ عَزَّ وَجَلَّ فَقَالَ رَجُلٌ : إِنَّا كُنَّا نَعْتِرُ عَتِيرَةً فِي الْجَاهِلِيَّةِ فِي رَجَبٍ ، فَمَا تَأْمُرُنَا ؟ قَالَ : اذْبَحُوا لِلَّهِ عَزَّ وَجَلَّ فِي أَيِّ شَهْرٍ مَا كَانَ ، وَبَرُّوا اللَّهَ عَزَّ وَجَلَّ وَأَطْعِمُوا فَقَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ ، إِنَّا كُنَّا نُفْرِعُ فَرَعًا فِي الْجَاهِلِيَّةِ ، فَمَا تَأْمُرُنَا ؟ قَالَ : فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فِي كُلِّ سَائِمَةٍ مِنَ الْغَنَمِ فَرَعٌ تَغْذُوهُ غَنَمُكَ ، حَتَّى إِذَا اسْتَحْمَلَ ذَبَحْتَهُ ، وَتَصَدَّقْتَ بِلَحْمِهِ عَلَى ابْنِ السَّبِيلِ ، فَإِنَّ ذَلِكَ هُوَ خَيْرٌ.

“Huzeyl qəbiləsindən olan Nubeyşə ﵁ adlı bir kişi rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Sizə kəsdiyiniz qurban ətlərini üç gündən artıq saxlamamağı əmr etmişdim. Artıq Allah ﷿ sizə xeyir verdi. Əti yeyin, sədəqə edin və istədiyiniz qədər saxlayın. Bu (Qurban bayramı) günlər yeyib-içmək və Allahı ﷿ zikr etmək günləridir”. Bir kişi dedi: “Biz cahiliyyət dövründə Rəcəb ayını xüsusiləşdirərək qurban kəsərdik. İndi bizə nə əmr edirsən?” O buyurdu: “Hansı ayda istəsəniz, Allah ﷿ üçün qurban kəsin, Allahın ﷿ razılığını istəyin və başqalarına ondan yedirin!” Kişi dedi: “Ey Allahın Elçisi, biz cahiliyyət dövründə dəvənin ilk balasını mütləq olaraq qurban kəsərdik, bəs indi bizə nə əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “Hər sürüdən bir qurban seçilir və o sürü içində böyüdülüb bəslədilir. Böyüdükdən sonra onu kəsirsən və ətindən yolda qalanlara yedirirsən. Şübhəsiz, bu daha xeyirlidir”.”

Nubeyşə
Səhih

İstinad

Nəsəi, 4230 (Fəra və Atirə, 9)

Sunən ən-Nəsəi — Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı