Dəvənin ilk balasını mütləq olaraq qurban kəsməyin izahı
أَخْبَرَنَا أَبُو الأَشْعَثِ أَحْمَدُ بْنُ الْمِقْدَامِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : أَنْبَأَنَا خَالِدٌ ، عَنْ أَبِي الْمَلِيحِ ، عَنْ نُبَيْشَةَ ، قَالَ : نَادَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ رَجُلٌ فَقَالَ : إِنَّا كُنَّا نَعْتِرُ عَتِيرَةً - يَعْنِي فِي الْجَاهِلِيَّةِ - فِي رَجَبٍ ، فَمَا تَأْمُرُنَا ؟ قَالَ : اذْبَحُوهَا فِي أَيِّ شَهْرٍ كَانَ ، وَبَرُّوا اللَّهَ عَزَّ وَجَلَّ وَأَطْعِمُوا . قَالَ : إِنَّا كُنَّا نُفْرِعُ فَرَعًا فِي الْجَاهِلِيَّةِ ، قَالَ : فِي كُلِّ سَائِمَةٍ فَرَعٌ ، حَتَّى إِذَا اسْتَحْمَلَ ذَبَحْتَهُ وَتَصَدَّقْتَ بِلَحْمِهِ ، فَإِنَّ ذَلِكَ هُوَ خَيْرٌ.
“Rəvayət edilir ki, Nubeyşə ﵁ demişdir: “Bir kişi Peyğəmbərə ﷺ nida edərək dedi: “Biz cahiliyyət dövründə Rəcəb ayını xüsusiləşdirərək qurban kəsərdik. İndi bizə nə əmr edirsən?” O buyurdu: “Hansı ayda istəsəniz qurban kəsin, Allahın ﷿ razılığını istəyin və başqalarına ondan yedirin!” Kişi dedi: “Biz cahiliyyət dövründə dəvənin ilk balasını mütləq olaraq qurban kəsərdik”. Peyğəmbər ﷺ buyurdu: “Hər sürüdən bir qurban seçilir və o sürü içində böyüdülüb bəslənilir. Böyüdükdən sonra onu kəsirsən və ətindən sədəqə edirsən. Şübhəsiz, bu daha xeyirlidir”.”
İstinad
Nəsəi, 4231 (Fəra və Atirə, 10)
Sunən ən-Nəsəi — Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı