Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı

Ölü heyvanların dərisi

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ مَيْمُونَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَرَّ عَلَى شَاةٍ مَيِّتَةٍ مُلْقَاةٍ ، فَقَالَ : لِمَنْ هَذِهِ ؟ فَقَالُوا : لِمَيْمُونَةَ . فَقَالَ : مَا عَلَيْهَا لَوِ انْتَفَعَتْ بِإِهَابِهَا قَالُوا : إِنَّهَا مَيْتَةٌ فَقَالَ : إِنَّمَا حَرَّمَ اللَّهُ عَزَّ وَجَلَّ أَكْلَهَا.

“Məymunə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ bir qoyun leşinin yanından keçdikdə dedi: “Bu kimindir?” Səhabələr dedilər: “Məymunənin”. Peyğəmbər ﷺ buyurdu: “Nəyə görə onun dərisindən faydalanmayıb!?” Səhabələr: “Axı, o, leşdir!”, - dedilər. Peyğəmbər ﷺ buyurdu: “Allah ﷿ leş olmuş heyvanın yalnız ətini yeməyi haram etmişdir”.”

Məymunə
Səhih

İstinad

Nəsəi, 4234 (Fəra və Atirə, 13)

Sunən ən-Nəsəi — Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı