Ölü heyvanların dərisi
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ عَنْ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : مَرَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِشَاةٍ مَيِّتَةٍ كَانَ أَعْطَاهَا مَوْلاَةً لِمَيْمُونَةَ زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : هَلاَّ انْتَفَعْتُمْ بِجِلْدِهَا ؟ قَالُوا : يَا رَسُولَ اللهِ ، إِنَّهَا مَيْتَةٌ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّمَا حُرِّمَ أَكْلُهَا.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ zövcəsi Məymunənin köləsinə verilən, sonra da öldükdən sonra atılan bir qoyun leşinin yanından keçdikdə dedi: “Nəyə görə onun dərisindən faydalanmayıblar!?” Səhabələr: “Ey Allahın Elçisi, axı, o, leşdir!”, - dedilər. Allah Elçisi ﷺ buyurdu: “Allah leş olmuş heyvanın yalnız ətini yeməyi haram etmişdir”.”
İstinad
Nəsəi, 4235 (Fəra və Atirə, 14)
Sunən ən-Nəsəi — Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı