Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı

Ölü heyvanların dərisi

أَخْبَرَنَا عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ بْنِ سَعْدٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ جَدِّي ، عَنْ ابْنِ أَبِي حَبِيبٍ يَعْنِي يَزِيدَ ، عَنْ حَفْصِ بْنِ الْوَلِيدِ ، عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، حَدَّثَهُ ، أَنَّ ابْنَ عَبَّاسٍ حَدَّثَهُ ، قَالَ : أَبْصَرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ شَاةً مَيِّتَةً لِمَوْلاَةٍ لِمَيْمُونَةَ ، وَكَانَتْ مِنَ الصَّدَقَةِ ، فَقَالَ : لَوْ نَزَعُوا جِلْدَهَا فَانْتَفَعُوا بِهِ قَالُوا : إِنَّهَا مَيْتَةٌ قَالَ : إِنَّمَا حُرِّمَ أَكْلُهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Məymunənin köləsinə sədəqə olaraq verilən qoyunun leşini gördükdə dedi: “Nəyə görə onun dərisini soyub ondan istifadə etməmisiniz?” Səhabələr: “Axı, o, leşdir!”, - dedilər. Allah Elçisi ﷺ buyurdu: “Allah leş olmuş heyvanın yalnız ətini yeməyi haram etmişdir”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 4236 (Fəra və Atirə, 15)

Sunən ən-Nəsəi — Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı