Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı

Leş olmuş heyvanların iç yağından istifadə etməyin qadağan edilməsi

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَامَ الْفَتْحِ وَهُوَ بِمَكَّةَ يَقُولُ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ وَرَسُولَهُ حَرَّمَ بَيْعَ الْخَمْرِ ، وَالْمَيْتَةِ ، وَالْخِنْزِيرِ ، وَالأَصْنَامِ فَقِيلَ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ شُحُومَ الْمَيْتَةِ ، فَإِنَّهُ يُطْلَى بِهَا السُّفُنُ ، وَيُدَّهَنُ بِهَا الْجُلُودُ ، وَيَسْتَصْبِحُ بِهَا النَّاسُ . فَقَالَ : لاَ ، هُوَ حَرَامٌ . فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عِنْدَ ذَلِكَ : قَاتَلَ اللَّهُ الْيَهُودَ ، إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لَمَّا حَرَّمَ عَلَيْهِمُ الشُّحُومَ جَمَّلُوهُ ، ثُمَّ بَاعُوهُ ، فَأَكَلُوا ثَمَنَهُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ Allah Elçisinin ﷺ Məkkənin fəthi olan il Məkkədə belə buyurduğunu eşitmişdir: “Həqiqətən, Allah ﷿ və Onun Elçisi içkinin, leş ətinin, donuzun və bütlərin satılmasını qadağan etmişdir”. Ona deyildi: “Ey Allahın Elçisi, leşin iç yağının satılması necə? O yağlarla gəmilər və dərilər yağlanır, ondan insanların işıq kimi istifadə etməsi üçün qəndillərə mum düzəldilir”. Allah Elçisi ﷺ: “Xeyr, onlar haramdır”, - dedi, sonra sözünə davam edərək buyurdu: “Allah yəhudiləri öldürsün! Allah ﷿ onlara leşlərin iç yağlarını haram etmişdi, onlar isə iç yağlarını əridib bir hala gətirdilər və satdılar. Sonra o qazancı yedilər”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 4256 (Fəra və Atirə, 35)

Sunən ən-Nəsəi — Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı