Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı

Allahın ﷿ haram etdiyi şeylərdən istifadə etməyin qadağan edilməsi

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : أُبْلِغَ عُمَرُ أَنَّ سَمُرَةَ بَاعَ خَمْرًا ، قَالَ : قَاتَلَ اللَّهُ سَمُرَةَ ، أَلَمْ يَعْلَمْ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : قَاتَلَ اللَّهُ الْيَهُودَ حُرِّمَتْ عَلَيْهِمُ الشُّحُومُ فَجَمَّلُوهَا قَالَ سُفْيَانُ : يَعْنِي أَذَابُوهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ömərə Səmuranın sərxoşedici içki satması xəbəri gəlib çatdıqda Ömər dedi: “Allah Səmuranı öldürsün! Məgər, bilmir ki, Allah Elçisi ﷺ: “Allah yəhdiləri öldürsün! Onlara heyvanların iç yağları haram edilmişdi. Onlar isə onu əridib satmağa başladılar”, - deyib?!”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 4257 (Fəra və Atirə, 36)

Sunən ən-Nəsəi — Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı