Ovçuluq və heyvan kəsmək kitabı

Allahın adı çəkilməyən ovu yeməyin qadağan edilməsi

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ زَكَرِيَّا ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ صَيْدِ الْمِعْرَاضِ ، فَقَالَ : مَا أَصَبْتَ بِحَدِّهِ فَكُلْ ، وَمَا أَصَبْتَ بِعَرْضِهِ فَهُوَ وَقِيذٌ . وَسَأَلْتُهُ عَنِ الْكَلْبِ فَقَالَ : إِذَا أَرْسَلْتَ كَلْبَكَ فَأَخَذَ ، وَلَمْ يَأْكُلْ ، فَكُلْ ، فَإِنَّ أَخْذَهُ ذَكَاتُهُ ، وَإِنْ كَانَ مَعَ كَلْبِكَ كَلْبٌ آخَرُ ، فَخَشِيتَ أَنْ يَكُونَ أَخَذَ مَعَهُ فَقَتَلَ ، فَلاَ تَأْكُلْ ، فَإِنَّكَ إِنَّمَا سَمَّيْتَ عَلَى كَلْبِكَ ، وَلَمْ تُسَمِّ عَلَى غَيْرِهِ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ mirad ilə ovlanan heyvan haqda soruşdum. Allah Elçisi ﷺ buyurdu: “Əgər sən ovu miradın iti tərəfi ilə vurub öldürmüsənsə, onu ye! Əgər miradın küt tərəfi ilə zərbə ilə vurub öldürmüsənsə, o, leş hökmündədir”. Mən ondan it ilə ovlamaq haqda soruşduqda o buyurdu: “Göndərdiyin it onu səndən ötrü tutar və ov heyvanından yeməzsə, o ovu yeyə bilərsən. Onun tutulması, onun kəsilməsi deməkdir. Əgər sənin ovladığını tutmağa başqa it də qoşulubsa və ovu onların hansının öldürdüyünü bilmirsənsə, ondan yemə, çünki sən sadəcə öz itin üçün Allahın adını çəkmisən, digəri üçün isə çəkməmisən”.”

Adiy ibn Hatim
Səhih

İstinad

Nəsəi, 4264 (Ov və kəsim, 2)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı