Sunən ən-NəsəiOvçuluq və heyvan kəsmək kitabı

Kitab 43

Ovçuluq və heyvan kəsmək kitabı

كِتَابُ الصَّيْدِ وَالذَّبَائِحِ

98

hədis

Fəsil 1

Ovladıqda “Allahın adı ilə!” (“Bismilləh”) deməyin əmr edilməsi

الأَمْرُ بِالتَّسْمِيَةِ عِنْدَ الصَّيْدِ.

أَخْبَرَنَا الإِمَامُ أَبُو عَبْدِ الرَّحْمَنِ النَّسَائِيُّ بِمِصْرَ ، قِرَاءَةً عَلَيْهِ ، وَأَنَا أَسْمَعُ عَنْ سُوَيْدِ بْنِ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ عَاصِمٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، أَنَّهُ سَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الصَّيْدِ ، فَقَالَ : إِذَا أَرْسَلْتَ كَلْبَكَ فَاذْكُرِ اسْمَ اللهِ عَلَيْهِ ، فَإِنْ أَدْرَكْتَهُ لَمْ يَقْتُلْ فَاذْبَحْ ، وَاذْكُرِ اسْمَ اللهِ عَلَيْهِ ، وَإِنْ أَدْرَكْتَهُ قَدْ قَتَلَ ، وَلَمْ يَأْكُلْ ، فَكُلْ ، فَقَدْ أَمْسَكَهُ عَلَيْكَ ، فَإِنْ وَجَدْتَهُ قَدْ أَكَلَ مِنْهُ ، فَلاَ تَطْعَمْ مِنْهُ شَيْئًا ، فَإِنَّمَا أَمْسَكَ عَلَى نَفْسِهِ ، وَإِنْ خَالَطَ كَلْبُكَ كِلاَبًا فَقَتَلْنَ فَلَمْ يَأْكُلْنَ ، فَلاَ تَأْكُلْ مِنْهُ شَيْئًا ، فَإِنَّكَ لاَ تَدْرِي أَيُّهَا قَتَلَ.

“Rəvayət edilir ki, bir dəfə Adiy ibn Hatim ﵁ Allah Elçisindən ﷺ ovçuluq haqda soruşdu. Allah Elçisi ﷺ buyurdu: “İtini ova göndərərkən Allahın adını çək! Əgər ov ölmədən ona çatsan, Allahın adını çək və onu kəs. Əgər it onu öldürsə, lakin ondan heç nə yeməyibsə, onu ye, çünki o it onu səndən ötrü tutmuşdur. Əgər it ovdan yeyibsə, onu yemə, çünki it onu özü üçün tutmuşdur. Əgər sənin itinlə başqa itlər o ov heyvanını birlikdə tutublar və ov heyvanı da ölübsə, ondan yemə, çünki onu sənin itinin öldürdüyünü bilmirsən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4263 (Ov və kəsim, 1)

Fəsil 2

Allahın adı çəkilməyən ovu yeməyin qadağan edilməsi

النَّهْيُ عَنْ أَكْلِ مَا لَمْ يُذْكَرِ اسْمُ اللهِ عَلَيْهِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ زَكَرِيَّا ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ صَيْدِ الْمِعْرَاضِ ، فَقَالَ : مَا أَصَبْتَ بِحَدِّهِ فَكُلْ ، وَمَا أَصَبْتَ بِعَرْضِهِ فَهُوَ وَقِيذٌ . وَسَأَلْتُهُ عَنِ الْكَلْبِ فَقَالَ : إِذَا أَرْسَلْتَ كَلْبَكَ فَأَخَذَ ، وَلَمْ يَأْكُلْ ، فَكُلْ ، فَإِنَّ أَخْذَهُ ذَكَاتُهُ ، وَإِنْ كَانَ مَعَ كَلْبِكَ كَلْبٌ آخَرُ ، فَخَشِيتَ أَنْ يَكُونَ أَخَذَ مَعَهُ فَقَتَلَ ، فَلاَ تَأْكُلْ ، فَإِنَّكَ إِنَّمَا سَمَّيْتَ عَلَى كَلْبِكَ ، وَلَمْ تُسَمِّ عَلَى غَيْرِهِ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ mirad ilə ovlanan heyvan haqda soruşdum. Allah Elçisi ﷺ buyurdu: “Əgər sən ovu miradın iti tərəfi ilə vurub öldürmüsənsə, onu ye! Əgər miradın küt tərəfi ilə zərbə ilə vurub öldürmüsənsə, o, leş hökmündədir”. Mən ondan it ilə ovlamaq haqda soruşduqda o buyurdu: “Göndərdiyin it onu səndən ötrü tutar və ov heyvanından yeməzsə, o ovu yeyə bilərsən. Onun tutulması, onun kəsilməsi deməkdir. Əgər sənin ovladığını tutmağa başqa it də qoşulubsa və ovu onların hansının öldürdüyünü bilmirsənsə, ondan yemə, çünki sən sadəcə öz itin üçün Allahın adını çəkmisən, digəri üçün isə çəkməmisən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4264 (Ov və kəsim, 2)

Fəsil 3

Təlim görmüş it ilə ov etmək

صَيْدُ الْكَلْبِ الْمُعَلَّمِ

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَبْدِ الصَّمَدِ عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ الصَّمَدِ ، قَالَ : حَدَّثَنَا مَنْصُورٌ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ هَمَّامِ بْنِ الْحَارِثِ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، أَنَّهُ سَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : أُرْسِلُ الْكَلْبَ الْمُعَلَّمَ فَيَأْخُذُ ، فَقَالَ : إِذَا أَرْسَلْتَ الْكَلْبَ الْمُعَلَّمَ ، وَذَكَرْتَ اسْمَ اللهِ عَلَيْهِ فَأَخَذَ فَكُلْ قُلْتُ : وَإِنْ قَتَلَ ؟ قَالَ : وَإِنْ قَتَلَ قُلْتُ : أَرْمِي بِالْمِعْرَاضِ قَالَ : إِذَا أَصَابَ بِحَدِّهِ فَكُلْ ، وَإِذَا أَصَابَ بِعَرْضِهِ ، فَلاَ تَأْكُلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ Allah Elçisinə ﷺ sual verərək dedi: “Mən təlim görmüş ov itini göndərirəm, o da ovu yaxalayır, bunun hökmü nədir?” Allah Elçisi ﷺ buyurdu: “Əgər sən təlim görmüş iti göndərdikdə Allahın adını çəkmisənsə, o ovu yeyə bilərsən”. Mən dedim: “Əgər it ovu öldürərsə?” O buyurdu: “İt ovu öldürsə də, yeyə bilərsən”. Mən dedim: “Əgər miradla öldürmüşəmsə?” O buyurdu: “Əgər miradın iti tərəfi ilə vurub öldürmüsənsə, onu yeyə bilərsən. Əgər miradın küt tərəfi ilə zərbə ilə vurub öldürmüsənsə, o, leş hökmündədir”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4265 (Ov və kəsim, 3)

Fəsil 4

Təlim görməmiş it ilə ov etmək

صَيْدُ الْكَلْبِ الَّذِي لَيْسَ بِمُعَلَّمٍ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عُبَيْدِ بْنِ مُحَمَّدٍ الْكُوفِيُّ الْمُحَارِبِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ حَيْوَةَ بْنِ شُرَيْحٍ قَالَ : سَمِعْتُ رَبِيعَةَ بْنَ يَزِيدَ يَقُولُ : أَنْبَأَنَا أَبُو إِدْرِيسَ عَائِذُ اللهِ قَالَ : سَمِعْتُ أَبَا ثَعْلَبَةَ الْخُشَنِيَّ يَقُولُ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّا بِأَرْضِ صَيْدٍ ، أَصِيدُ بِقَوْسِي ، وَأَصِيدُ بِكَلْبِي الْمُعَلَّمِ ، وَبِكَلْبِي الَّذِي لَيْسَ بِمُعَلَّمٍ ، فَقَالَ : مَا أَصَبْتَ بِقَوْسِكَ ، فَاذْكُرِ اسْمَ اللهِ عَلَيْهِ وَكُلْ ، وَمَا أَصَبْتَ بِكَلْبِكَ الْمُعَلَّمِ ، فَاذْكُرِ اسْمَ اللهِ وَكُلْ ، وَمَا أَصَبْتَ بِكَلْبِكَ الَّذِي لَيْسَ بِمُعَلَّمٍ ، فَأَدْرَكْتَ ذَكَاتَهُ فَكُلْ.

“Rəvayət edilir ki, Sələbə əl-Xuşəni ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, biz ovçuluqla məşğul olan yerdə yaşayırıq. Ox ilə təlim görmüş və təlim görməmiş itlərlə ov edirik”. Allah Elçisi ﷺ buyurdu: “Əgər sən oxunu atanda Allahın adını çəkmisənsə, o ovdan yeyə bilərsən. Təlim görmüş itlə ov edəndə Allahın adını çəkmisənsə, həmin ovu da yeyə bilərsən. Təlim görməmiş itin tutduğu ova ölmədən çatıb onu kəsərsənsə, o ovu da yeyə bilərsən. Əks halda yeyə bilməzsən”.”

Əbu Sələbə əl-Xuşəni
SəhihNəsəi, 4266 (Ov və kəsim, 4)

Fəsil 5

İt ovu öldürərsə, nə olur?

إِذَا قَتَلَ الْكَلْبُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ زُنْبُورٍ أَبُو صَالِحٍ الْمَكِّيُّ ، قَالَ : حَدَّثَنَا فُضَيْلُ بْنُ عِيَاضٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ هَمَّامِ بْنِ الْحَارِثِ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أُرْسِلُ كِلاَبِي الْمُعَلَّمَةَ فَيُمْسِكْنَ عَلَيَّ فَآكُلُ ؟ قَالَ : إِذَا أَرْسَلْتَ كِلاَبَكَ الْمُعَلَّمَةَ ، فَأَمْسَكْنَ عَلَيْكَ فَكُلْ قُلْتُ : وَإِنْ قَتَلْنَ ؟ قَالَ : وَإِنْ قَتَلْنَ . قَالَ : مَا لَمْ يَشْرَكْهُنَّ كَلْبٌ مِنْ سِوَاهُنَّ ، قُلْتُ : أَرْمِي بِالْمِعْرَاضِ فَيَخْزِقُ ؟ قَالَ : إِنْ خَزَقَ فَكُلْ ، وَإِنْ أَصَابَ بِعَرْضِهِ فَلاَ تَأْكُلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mən təlim görmüş ov itini göndərirəm, o, ovu yaxalayır, mən isə bu ovdan yeyirəm”. Allah Elçisi ﷺ buyurdu: “Əgər sən təlim görmüş iti göndərsən, o da ovu yaxalayarsa, o ovdan yeyə bilərsən”. Mən dedim: “İt ovu öldürsə də, yeyə bilərəm?” O buyurdu: “İt həmin ovu öldürərsə də, o ovu yeyə bilərsən”. Mən dedim: “Başqalarının itləri də öldürsə?” O buyurdu: “Sən ancaq öz itinin yaxaladığı ovu yeyə bilərsən”. Mən dedim: “Əgər miradın küt tərəfi ilə vurub öldürmüşəmsə?” O buyurdu: “Əgər miradın iti tərəfi ilə vurub öldürmüsənsə, onu yeyə bilərsən. Əgər miradın küt tərəfi ilə zərbə ilə vurub öldürmüsənsə, onu yeyə bilməzsən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4267 (Ov və kəsim, 5)

Fəsil 6

Ov itinin yanında Allahın adı çəkilmədən göndərilən it olarsa, nə olur?

إِذَا وَجَدَ مَعَ كَلْبِهِ كَلْبًا لَمْ يُسَمِّ عَلَيْهِ

أَخْبَرَنِي عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ أَبِي شُعَيْبٍ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ أَعْيَنَ ، عَنْ مَعْمَرٍ ، عَنْ عَاصِمِ بْنِ سُلَيْمَانَ ، عَنْ عَامِرٍ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، أَنَّهُ سَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الصَّيْدِ ، فَقَالَ : إِذَا أَرْسَلْتَ كَلْبَكَ فَخَالَطَتْهُ أَكْلُبٌ لَمْ تُسَمِّ عَلَيْهَا فَلاَ تَأْكُلْ ، فَإِنَّكَ لاَ تَدْرِي أَيَّهَا قَتَلَهُ.

“Rəvayət edilir ki, bir dəfə Adiy ibn Hatim ﵁ Allah Elçisindən ﷺ ov haqda soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Əgər ov itinin yanında Allahın adı çəkilmədən göndərilən it olarsa, o ovdan yemə, çünki sən bilmirsən, həmin ovu o itlərdən hansı öldürüb”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4268 (Ov və kəsim, 6)

Fəsil 7

Ov itinin yanında başqa göndərilən it olarsa, nə olur?

إِذَا وَجَدَ مَعَ كَلْبِهِ كَلْبًا غَيْرَهُ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا وَهُوَ ابْنُ أَبِي زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا عَامِرٌ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْكَلْبِ ، فَقَالَ : إِذَا أَرْسَلْتَ كَلْبَكَ فَسَمَّيْتَ فَكُلْ ، وَإِنْ وَجَدْتَ كَلْبًا آخَرَ مَعَ كَلْبِكَ فَلاَ تَأْكُلْ ، فَإِنَّمَا سَمَّيْتَ عَلَى كَلْبِكَ ، وَلَمْ تُسَمِّ عَلَى غَيْرِهِ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ itlə ova getmək haqda soruşduqda o buyurdu: “Əgər ov itini şikarın üzərinə göndərərkən Allahın adını çəkmisənsə, o ovu yeyə bilərsən. Əgər sənin itinlə yanaşı başqa it də olarsa, o ovdan yemə, çünki sən öz itini göndərdikdə Allahın adını çəkmisən, digər itdə isə çəkməmisən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4269 (Ov və kəsim, 7)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعِيدِ بْنِ مَسْرُوقٍ ، قَالَ : حَدَّثَنَا الشَّعْبِيُّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، - وَكَانَ لَنَا جَارًا وَدَخِيلاً وَرَبِيطًا بِالنَّهْرَيْنِ - أَنَّهُ سَأَلَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : أُرْسِلُ كَلْبِي فَأَجِدُ مَعَ كَلْبِي كَلْبًا قَدْ أَخَذَ لاَ أَدْرِي أَيَّهُمَا أَخَذَ ، قَالَ : لاَ تَأْكُلْ ، فَإِنَّمَا سَمَّيْتَ عَلَى كَلْبِكَ ، وَلَمْ تُسَمِّ عَلَى غَيْرِهِ

“Adiy ibn Hatim ﵁ rəvayət edir ki, bizim iki çay arasında cəsur və işbacaran qonşu var idi. O, Peyğəmbərdən ﷺ soruşdu: “Mən şikarın üzərinə itimi göndərirəm. O, şikarı yaxaladıqda onun yanında başqa it də görürəm və bu şikarı onlardan hansının tutduğunu bilmirəm”. Peyğəmbər ﷺ buyurdu: “Sən ovlanmış o heyvanı yemə, çünki sən öz itini göndərdikdə Allahın adını çəkmisən, digər itdə isə çəkməmisən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4270 (Ov və kəsim, 8)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا عَنِ الشَّعْبِيِّ ، عَنْ عَدِيٍّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِمِثْلِ ذَلِكَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Adiy
ZəifNəsəi, 4271 (Ov və kəsim, 9)

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ عُبَيْدِ اللهِ بْنِ عَمْرٍو الْغَيْلاَنِيُّ الْبَصْرِيُّ ، قَالَ : حَدَّثَنَا بَهْزٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ أَبِي السَّفَرِ ، عَنْ عَامِرٍ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قُلْتُ : أُرْسِلُ كَلْبِي ؟ قَالَ : إِذَا أَرْسَلْتَ كَلْبَكَ فَسَمَّيْتَ فَكُلْ ، وَإِنْ أَكَلَ مِنْهُ فَلاَ تَأْكُلْ ، فَإِنَّمَا أَمْسَكَ عَلَى نَفْسِهِ ، وَإِذَا أَرْسَلْتَ كَلْبَكَ فَوَجَدْتَ مَعَهُ غَيْرَهُ فَلاَ تَأْكُلْ ، فَإِنَّكَ إِنَّمَا سَمَّيْتَ عَلَى كَلْبِكَ ، وَلَمْ تُسَمِّ عَلَى غَيْرِهِ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisinə ﷺ belə bir sual verdim: “Mən itimi (şikarın üzərinə) göndərirəm”. Allah Elçisi ﷺ buyurdu: “Əgər sən itini göndərdikdə Allahın adını çəkmisənsə, o ovu yeyə bilərsən. Əgər it həmin ovdan yeyərsə, sən onu yemə, çünki it onu özü üçün ovlayıb. Sən itini ovun üzərinə göndərdikdə onun yanında başqa it görsən, o ovu yemə, çünki sən öz itinin üzərində Allahın adını çəkmisən, digərinin üzərində çəkməmisən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4272 (Ov və kəsim, 10)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، عَنْ شُعْبَةَ ، عَنْ ابْنِ أَبِي السَّفَرِ ، عَنِ الشَّعْبِيِّ ، وَعَنْ الْحَكَمِ ، عَنِ الشَّعْبِيِّ ، وَعَنْ سَعِيدِ بْنِ مَسْرُوقٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قُلْتُ : أُرْسِلُ كَلْبِي فَأَجِدُ مَعَ كَلْبِي كَلْبًا آخَرَ ، لاَ أَدْرِي أَيَّهُمَا أَخَذَ ، قَالَ : لاَ تَأْكُلْ ، فَإِنَّمَا سَمَّيْتَ عَلَى كَلْبِكَ وَلَمْ تُسَمِّ عَلَى غَيْرِهِ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisinə ﷺ belə bir sual verdim: “Mən itimi (şikarın üzərinə) göndərirəm və itimin yanında başqa it də görürəm, lakin ovu hansı itin tutduğunu bilmirəm”. Allah Elçisi ﷺ buyurdu: “O ovdan yemə! Çünki sən öz itinin üzərində Allahın adını çəkmisən, digərinin üzərində çəkməmisən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4273 (Ov və kəsim, 11)

Fəsil 8

Ovlanmış heyvandan yeyən it

الْكَلْبُ يَأْكُلُ مِنَ الصَّيْدِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ هَارُونَ ، أَنْبَأَنَا زَكَرِيَّا ، وعَاصِمٌ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ صَيْدِ الْمِعْرَاضِ ، فَقَالَ : مَا أَصَابَ بِحَدِّهِ فَكُلْ ، وَمَا أَصَابَ بِعَرْضِهِ فَهُوَ وَقِيذٌ قَالَ : وَسَأَلْتُهُ عَنْ كَلْبِ الصَّيْدِ ، فَقَالَ : إِذَا أَرْسَلْتَ كَلْبَكَ وَذَكَرْتَ اسْمَ اللهِ عَلَيْهِ فَكُلْ قُلْتُ : وَإِنْ قَتَلَ ؟ قَالَ : وَإِنْ قَتَلَ ، فَإِنْ أَكَلَ مِنْهُ فَلاَ تَأْكُلْ ، وَإِنْ وَجَدْتَ مَعَهُ كَلْبًا غَيْرَ كَلْبِكَ ، وَقَدْ قَتَلَهُ فَلاَ تَأْكُلْ ، فَإِنَّكَ إِنَّمَا ذَكَرْتَ اسْمَ اللهِ عَزَّ وَجَلَّ عَلَى كَلْبِكَ ، وَلَمْ تَذْكُرْ عَلَى غَيْرِهِ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ mirad ilə ov etmək haqda soruşdum”. O buyurdu: “Əgər miradın iti tərəfi ilə vurub öldürmüsənsə, onu yeyə bilərsən. Əgər miradın küt tərəfi ilə zərbə ilə vurub öldürmüsənsə, onu yeyə bilməzsən”. Mən it ilə ovlamaq haqda soruşduqda o buyurdu: “Əgər sən itini göndərdikdə Allahın adını çəkmisənsə, o ovu yeyə bilərsən”. Mən dedim: “Əgər ovu öldürərsə?” O buyurdu: “Əgər öldürər və həmin ovdan yeyərsə, sən onu yemə. Sən ovun yanında başqa it tapsan və artıq o ovun öldüyünü görsən, onu yemə. Çünki sən öz itinin üzərində Allahın ﷿ adını çəkmisən, digərinin üzərində isə çəkməmisən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4274 (Ov və kəsim, 12)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ أَبِي شُعَيْبٍ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ أَعْيَنَ ، عَنْ مَعْمَرٍ ، عَنْ عَاصِمِ بْنِ سُلَيْمَانَ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ الطَّائِيِّ أَنَّهُ سَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الصَّيْدِ ، قَالَ : إِذَا أَرْسَلْتَ كَلْبَكَ فَذَكَرْتَ اسْمَ اللهِ عَلَيْهِ فَقَتَلَ ، وَلَمْ يَأْكُلْ فَكُلْ ، وَإِنْ أَكَلَ مِنْهُ فَلاَ تَأْكُلْ ، فَإِنَّمَا أَمْسَكَهُ عَلَيْهِ ، وَلَمْ يُمْسِكْ عَلَيْكَ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ət-Tai ﵁ Allah Elçisindən ﷺ ov haqda soruşdu. Allah Elçisi ﷺ belə buyurdu: “Əgər sən itini göndərdikdə Allahın adını çəkmisənsə, it ovu öldürüb, lakin ondan yeməyibsə, ondan ye. Əgər sənin itin həmin ovdan yeyərsə, sən onu yemə. Çünki it ovu özün üçün tutmuşdur, səni üçün yox”.”

Adiy ibn Hatim ət-Tai
SəhihNəsəi, 4275 (Ov və kəsim, 13)

Fəsil 9

İtlərin öldürülməsi əmri

الأَمْرُ بِقَتْلِ الْكِلاَبِ

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي ابْنُ السَّبَّاقِ قَالَ : أَخْبَرَتْنِي مَيْمُونَةُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ لَهُ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ : لَكِنَّا لاَ نَدْخُلُ بَيْتًا فِيهِ كَلْبٌ ، وَلاَ صُورَةٌ فَأَصْبَحَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَئِذٍ ، فَأَمَرَ بِقَتْلِ الْكِلاَبِ حَتَّى إِنَّهُ لَيَأْمُرُ بِقَتْلِ الْكَلْبِ الصَّغِيرِ.

“Məymunə ﵂ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ belə buyurdu: “Cəbrail ﷿ mənə belə buyurdu: “Biz it və surət olan evə girmirik”. Həmin günün səhəri olduqda Allah Elçisi ﷺ bütün itlərin öldürülməsini əmr etdi”.”

Məymunə
SəhihNəsəi, 4276 (Ov və kəsim, 14)

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَمَرَ بِقَتْلِ الْكِلاَبِ غَيْرَ مَا اسْتَثْنَى مِنْهَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ isitisna edilmədən bütün itlərin öldürülməsini əmr etdi”.”

İbn Ömər
SəhihNəsəi, 4277 (Ov və kəsim, 15)

أَخْبَرَنَا وَهْبُ بْنُ بَيَانٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي يُونُسُ قَالَ : قَالَ ابْنُ شِهَابٍ ، حَدَّثَنِي سَالِمُ بْنُ عَبْدِ اللهِ ، عَنْ أَبِيهِ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ رَافِعًا صَوْتَهُ ، يَأْمُرُ بِقَتْلِ الْكِلاَبِ ، فَكَانَتِ الْكِلاَبُ تُقْتَلُ ، إِلاَّ كَلْبَ صَيْدٍ أَوْ مَاشِيَةٍ.

“Səlim ibn Abdullah atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ yüksək səslə itlərin öldürülməsini əmr etdiyini eşitmişəm. Ov və çoban itlərindən başqa bütün itlər öldürülürdü”.”

Səlim ibn Abdullah atasından
SəhihNəsəi, 4278 (Ov və kəsim, 16)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَمْرٍو ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَمَرَ بِقَتْلِ الْكِلاَبِ إِلاَّ كَلْبَ صَيْدٍ ، أَوْ كَلْبَ مَاشِيَةٍ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ov və çoban itlərindən başqa bütün itlərin öldürülməsini əmr etmişdir.”

İbn Ömər
SəhihNəsəi, 4279 (Ov və kəsim, 17)

Fəsil 10

Öldürülməsi əmr edilən itlərin növü

صِفَةُ الْكِلاَبِ الَّتِي أُمِرَ بِقَتْلِهَا

أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَوْلاَ أَنَّ الْكِلاَبَ أُمَّةٌ مِنَ الأُمَمِ لأَمَرْتُ بِقَتْلِهَا فَاقْتُلُوا مِنْهَا الأَسْوَدَ الْبَهِيمَ ، وَأَيُّمَا قَوْمٍ اتَّخَذُوا كَلْبًا لَيْسَ بِكَلْبِ حَرْثٍ ، أَوْ صَيْدٍ ، أَوْ مَاشِيَةٍ ، فَإِنَّهُ يَنْقُصُ مِنْ أَجْرِهِ كُلَّ يَوْمٍ قِيرَاطٌ.

“Rəvayət edilir ki, Abdullah ibn Muğaffəl ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əgər itlər başqa toplumlar kimi bir toplum olmasaydı, onların hamısının öldürülməsini əmr edərdim. Onlardan ancaq qapqara olanlarını öldürün. Əkini qorumaq, ovçuluq etmək üçün saxlanılan və çoban itlərindən başqa it saxlayanların savabları hər gün bir qirat azalır”.”

Abdullah ibn Muğaffəl
SəhihNəsəi, 4280 (Ov və kəsim, 18)

Fəsil 11

İt olan evə mələklərin daxil olmaması

امْتِنَاعُ الْمَلاَئِكَةِ مِنْ دُخُولِ بَيْتٍ فِيهِ كَلْبٌ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، ويَحْيَى بْنُ سَعِيدٍ قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَليِّ بْنِ مُدْرِكٍ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ نُجَيٍّ ، عَنْ أَبِيهِ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الْمَلاَئِكَةُ لاَ تَدْخُلُ بَيْتًا فِيهِ صُورَةٌ ، وَلاَ كَلْبٌ ، وَلاَ جُنُبٌ.

“Əli ibn Əbu Talib ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mələklər içində surət, it və qüslsüz adamın olduğu evə girməzlər”.”

Əli ibn Əbu Talib
SəhihNəsəi, 4281 (Ov və kəsim, 19)

أَخْبَرَنَا قُتَيْبَةُ ، وإِسْحَاقُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ أَبِي طَلْحَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ تَدْخُلُ الْمَلاَئِكَةُ بَيْتًا فِيهِ كَلْبٌ ، وَلاَ صُورَةٌ.

“Rəvayət edilir ki, Əbu Təlhə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mələklər içində it və surət olan evə girməzlər”.”

Əbu Təlhə
SəhihNəsəi, 4282 (Ov və kəsim, 20)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ خَالِدِ بْنِ خَلِيٍّ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنِ الزُّهْرِيِّ قَالَ : أَخْبَرَنِي ابْنُ السَّبَّاقِ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : أَخْبَرَتْنِي مَيْمُونَةُ زَوْجُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَصْبَحَ يَوْمًا وَاجِمًا ، فَقَالَتْ لَهُ مَيْمُونَةُ : أَيْ رَسُولَ اللهِ لَقَدِ اسْتَنْكَرْتُ هَيْئَتَكَ مُنْذُ الْيَوْمَ ، فَقَالَ : إِنَّ جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ كَانَ وَعَدَنِي أَنْ يَلْقَانِي اللَّيْلَةَ ، فَلَمْ يَلْقَنِي ، أَمَا وَاللَّهِ مَا أَخْلَفَنِي قَالَ : فَظَلَّ يَوْمَهُ كَذَلِكَ ثُمَّ وَقَعَ فِي نَفْسِهِ جَرْوُ كَلْبٍ تَحْتَ نَضَدٍ لَنَا ، فَأَمَرَ بِهِ فَأُخْرِجَ ، ثُمَّ أَخَذَ بِيَدِهِ مَاءً فَنَضَحَ بِهِ مَكَانَهُ ، فَلَمَّا أَمْسَى لَقِيَهُ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : قَدْ كُنْتَ وَعَدْتَنِي أَنْ تَلْقَانِي الْبَارِحَةَ قَالَ : أَجَلْ ، وَلَكِنَّا لاَ نَدْخُلُ بَيْتًا فِيهِ كَلْبٌ ، وَلاَ صُورَةٌ ، قَالَ : فَأَصْبَحَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مِنْ ذَلِكَ الْيَوْمِ فَأَمَرَ بِقَتْلِ الْكِلاَبِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbərin ﷺ zövcəsi Məymunə rəvayət edir ki, bir dəfə səhər vaxtı Allah Elçisi ﷺ kədərli halda idi. Məymunə ona dedi: “Ey Allahın Elçisi, bu gün sənin kədərli olduğunu görürəm. Bunun səbəbi nədir?” Allah Elçisi ﷺ buyurdu: “Cəbrail bu gecə mənimlə görüşəcəyini vəd etmişdi. Allaha and olsun ki, o mənə verdiyi sözü yerinə yetirərdi”. Həmin günü Allah Elçisi ﷺ kədərli vəziyyətdə keçirdi. Sonra çarpayının altında bir küçüyün gəlib girdiyini xatırladı və dərhal onun evdən çıxarılmasını əmr etdi. Küçük çıxarıldıqdan sonra əli ilə su götürüb onun olduğu yeri yuyub təmizlədi. Axşam olduqda Cəbrail gəldi. Allah Elçisi ﷺ ona dedi: “Axı, sən keçən gecə mənimlə görüşəcəyini vəd etmişdin”. Cəbrail dedi: “Bəli, amma biz it və surət olan evə girmirik”. Beləcə, həmin gecənin sabahı açıldıqda Allah Elçisi ﷺ itlərin öldürülməsini əmr etdi”.”

İbn Abbas
SəhihNəsəi, 4283 (Ov və kəsim, 21)

Fəsil 12

Ov və çoban iti saxlamağa rüsxət verilməsi

الرُّخْصَةُ فِي إِمْسَاكِ الْكَلْبِ لِلْمَاشِيَةِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرِ بْنِ سُوَيْدٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ وَهُوَ ابْنُ الْمُبَارَكِ ، عَنْ حَنْظَلَةَ قَالَ : سَمِعْتُ سَالِمًا يُحَدِّثُ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنِ اقْتَنَى كَلْبًا نَقَصَ مِنْ أَجْرِهِ كُلَّ يَوْمٍ قِيرَاطَانِ إِلاَّ ضَارِيًا أَوْ صَاحِبَ مَاشِيَةٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ov etmək üçün saxlanılan itlərdən və çoban itlərindən başqa it saxlayanların savabları hər gün iki qirat azalır”.”

İbn Ömər
SəhihNəsəi, 4284 (Ov və kəsim, 22)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرِ بْنِ إِيَاسِ بْنِ مُقَاتِلِ بْنِ مُشَمْرِجِ بْنِ خَالِدٍ السَّعْدِيُّ ، عَنْ إِسْمَاعِيلَ وَهُوَ ابْنُ جَعْفَرٍ ، عَنْ يَزِيدَ وَهُوَ ابْنُ خُصَيْفَةَ قَالَ : أَخْبَرَنِي السَّائِبُ بْنُ يَزِيدَ ، أَنَّهُ وَفَدَ عَلَيْهِمْ سُفْيَانُ بْنُ أَبِي زُهَيْرٍ الشَّنَائِيُّ وَقَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنِ اقْتَنَى كَلْبًا لاَ يُغْنِي عَنْهُ زَرْعًا ، وَلاَ ضَرْعًا نَقَصَ مِنْ عَمَلِهِ كُلَّ يَوْمٍ قِيرَاطٌ قُلْتُ : يَا سُفْيَانُ ، أَنْتَ سَمِعْتَ هَذَا مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : نَعَمْ وَرَبِّ هَذَا الْمَسْجِدِ.

“əs-Səib ibn Yəzid ﵀ rəvayət edir ki, bir dəfə Süfyan ibn Əbu Zuheyr əş-Şənəi yanımıza gələrək dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Əkini qorumaq üçün saxlanılan və çoban itlərindən başqa it saxlayanların savabları hər gün bir qirat azalır”. Mən dedim: “Ey Süfyan, sən bunu Allah Elçisindən ﷺ eşitmisən?” O dedi: “Bəli, bu məscidin Rəbbinə and olsun!””

əs-Səib ibn Yəzid
SəhihNəsəi, 4285 (Ov və kəsim, 23)

Fəsil 13

Ov etmək üçün it saxlamağa rüsxət verilməsi

الرُّخْصَةُ فِي إِمْسَاكِ الْكَلْبِ لِلصَّيْدِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّهُ سَمِعَهُ يَقُولُ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَمْسَكَ كَلْبًا إِلاَّ كَلْبًا ضَارِيًا أَوْ كَلْبَ مَاشِيَةٍ ، نَقَصَ مِنْ أَجْرِهِ كُلَّ يَوْمٍ قِيرَاطَانِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim ovçuluq etmək və çobanlıq üçün saxlanılan itdən başqa it saxlayarsa, onun savablarından hər gün iki qirat azalır”.”

İbn Ömər
SəhihNəsəi, 4286 (Ov və kəsim, 24)

أَخْبَرَنَا عَبْدُ الْجَبَّارِ بْنُ الْعَلاَءِ ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنَا الزُّهْرِيُّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنِ اقْتَنَى كَلْبًا إِلاَّ كَلْبَ صَيْدٍ أَوْ مَاشِيَةٍ نَقَصَ مِنْ أَجْرِهِ كُلَّ يَوْمٍ قِيرَاطَانِ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim ovçuluq etmək və çobanlıq üçün saxlanılan itdən başqa it saxlayarsa, onun savablarından hər gün iki qirat azalır”.”

Səlim atasından
SəhihNəsəi, 4287 (Ov və kəsim, 25)

Fəsil 14

Əkin sahəsini qorumaq üçün it saxlamağa rüsxət verilməsi

بَابُ الرُّخْصَةِ فِي إِمْسَاكِ الْكَلْبِ لِلْحَرْثِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، وابْنُ أَبِي عَدِيٍّ ، ومُحَمَّدُ بْنُ جَعْفَرٍ ، عَنْ عَوْفٍ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنِ اتَّخَذَ كَلْبًا إِلاَّ كَلْبَ صَيْدٍ أَوْ مَاشِيَةٍ أَوْ زَرْعٍ نَقَصَ مِنْ أَجْرِهِ كُلَّ يَوْمٍ قِيرَاطٌ.

“Abdullah ibn Muğaffəl ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim ovçuluq etmək, çobanlıq üçün və əkin sahəsini qorumaq üçün saxlanılan itdən başqa it saxlayarsa, onun savablarından hər gün bir qirat azalır”.”

Abdullah ibn Muğaffəl
SəhihNəsəi, 4288 (Ov və kəsim, 26)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنِ اتَّخَذَ كَلْبًا إِلاَّ كَلْبَ صَيْدٍ أَوْ زَرْعٍ أَوْ مَاشِيَةٍ نَقَصَ مِنْ عَمَلِهِ كُلَّ يَوْمٍ قِيرَاطٌ.

“Abdullah ibn Muğaffəl ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim ovçuluq etmək, əkin sahəsini qorumaq və çobanlıq üçün saxlanılan itdən başqa it saxlayarsa, onun əməlindən hər gün bir qirat azalır”.”

Əbu Hureyra
SəhihNəsəi, 4289 (Ov və kəsim, 27)

أَخْبَرَنَا وَهْبُ بْنُ بَيَانٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي يُونُسُ قَالَ : أَنْبَأَنَا ابْنُ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنِ اقْتَنَى كَلْبًا لَيْسَ بِكَلْبِ صَيْدٍ ، وَلاَ مَاشِيَةٍ ، وَلاَ أَرْضٍ فَإِنَّهُ يَنْقُصُ مِنْ أَجْرِهِ قِيرَاطَانِ كُلَّ يَوْمٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim ovçuluq etmək, çobanlıq və torpaq sahəsini qorumaq üçün saxlanılan itdən başqa it saxlayarsa, onun savablarından hər gün iki qirat azalır”.”

Əbu Hureyra
SəhihNəsəi, 4290 (Ov və kəsim, 28)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، يَعْنِي ابْنَ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي حَرْمَلَةَ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِيهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنِ اقْتَنَى كَلْبًا إِلاَّ كَلْبَ مَاشِيَةٍ أَوْ كَلْبَ صَيْدٍ نَقَصَ مِنْ عَمَلِهِ كُلَّ يَوْمٍ قِيرَاطٌ قَالَ عَبْدُ اللهِ وَقَالَ أَبُو هُرَيْرَةَ أَوْ كَلْبَ حَرْثٍ.

“Səlim ibn Abdullah atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim çobanlıq və ovçuluq etmək üçün saxlanılan itdən başqa it saxlayarsa, onun əməlindən hər gün bir qirat azalır”. Ravi Əbu Hureyra: “...və əkin sahəsini qorumaq üçün”, - dedi”.”

Səlim ibn Abdullah atasından
SəhihNəsəi, 4291 (Ov və kəsim, 29)

Fəsil 15

İt satmağın qadağan olunması

النَّهْيُ عَنْ ثَمَنِ الْكَلْبِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، أَنَّهُ سَمِعَ أَبَا مَسْعُودٍ عُقْبَةَ قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ ثَمَنِ الْكَلْبِ ، وَمَهْرِ الْبَغِيِّ ، وَحُلْوَانِ الْكَاهِنِ.

“Rəvayət edilir ki, Əbu Məsud Uqbə ﵁ demişdir: “Allah Elçisi ﷺ it satmaqdan, fahişəlik və kahinlik etməkdən gələn qazancı qadağan etdi”.”

Əbu Məsud Uqbə
SəhihNəsəi, 4292 (Ov və kəsim, 30)

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ : أَنْبَأَنَا مَعْرُوفُ بْنُ سُوَيْدٍ الْجُذَامِيُّ ، أَنَّ عَلِيَّ بْنَ رَبَاحٍ اللَّخْمِيَّ ، حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ يَحِلُّ ثَمَنُ الْكَلْبِ ، وَلاَ حُلْوَانُ الْكَاهِنِ ، وَلاَ مَهْرُ الْبَغِيِّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “İt satmaqdan, kahinlik və fahişəlik etməkdən əldə edilən qazanc halal deyil”.”

Əbu Hureyra
SəhihNəsəi, 4293 (Ov və kəsim, 31)

أَخْبَرَنَا شُعَيْبُ بْنُ يُوسُفَ ، عَنْ يَحْيَى ، عَنْ مُحَمَّدِ بْنِ يُوسُفَ ، عَنِ السَّائِبِ بْنِ يَزِيدَ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : شَرُّ الْكَسْبِ مَهْرُ الْبَغِيِّ ، وَثَمَنُ الْكَلْبِ ، وَكَسْبُ الْحَجَّامِ.

“Rəvayət edilir ki, Rafi ibn Xədic ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Fahişəlik edənin, it satanın və qan alanın qazancı ən pis qazancdır”.”

Rafi ibn Xədic
SəhihNəsəi, 4294 (Ov və kəsim, 32)

Fəsil 16

Ov iti satmağa rüsxət verilməsi

الرُّخْصَةُ فِي ثَمَنِ كَلْبِ الصَّيْدِ

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ الْمِقْسَمِيُّ ، قَالَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ ، عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى عَنْ ثَمَنِ السِّنَّوْرِ ، وَالْكَلْبِ إِلاَّ كَلْبَ صَيْدٍ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : وَحَدِيثُ حَجَّاجٍ عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ لَيْسَ هُوَ بِصَحِيحٍ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ov itindən başqa pişik və it satışını qadağan etmişdir.”

Cabir
SəhihNəsəi, 4295 (Ov və kəsim, 33)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا ابْنُ سَوَاءٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ أَبِي مَالِكٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ لِي كِلاَبًا مُكَلَّبَةً ، فَأَفْتِنِي فِيهَا ، قَالَ : مَا أَمْسَكَ عَلَيْكَ كِلاَبُكَ فَكُلْ قُلْتُ : وَإِنْ قَتَلْنَ ؟ قَالَ : وَإِنْ قَتَلْنَ . قَالَ : أَفْتِنِي فِي قَوْسِي ، قَالَ : مَا رَدَّ عَلَيْكَ سَهْمُكَ فَكُلْ قَالَ : وَإِنْ تَغَيَّبَ عَلَيَّ ؟ قَالَ : وَإِنْ تَغَيَّبَ عَلَيْكَ ، مَا لَمْ تَجِدْ فِيهِ أَثَرَ سَهْمٍ غَيْرَ سَهْمِكَ أَوْ تَجِدْهُ قَدْ صَلَّ يَعْنِي قَدْ أَنْتَنَ قَالَ ابْنُ سَوَاءٍ ، وَسَمِعْتُهُ مِنْ أَبِي مَالِكٍ عُبَيْدِ اللهِ بْنِ الأَخْنَسِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, bir dəfə bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim təlim görmüş itlərim var. Bu haqda mənə fətva ver!” Peyğəmbər ﷺ buyurdu: “İtlərinin sənin üçün tutduğu ovlardan yeyə bilərsən”. Kişi dedi: “Əgər it ovu öldürərsə?” O buyurdu: “İt ovu öldürsə də, yeyə bilərsən”. Kişi dedi: “Mənə ox ilə ovlamaq haqda fətva ver”. O buyurdu: “Oxunla ovladığın heyvanı yeyə bilərsən”. Kişi dedi: “Bəs oxla vurduğum heyvanı bir az sonra tapsam, necə?” Peyğəmbər ﷺ buyurdu: “Əgər oxla vurduğun heyvanın üzərində sənin oxundan başqa yara tapmasan və şikar iylənməyibsa, yeyə bilərsən”.”

Amr ibn Şueyb atasından və babasından
SəhihNəsəi, 4296 (Ov və kəsim, 34)

Fəsil 17

Vəhşiləşən heyvanlar

الإِنْسِيَّةِ تَسْتَوْحِشُ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ سَعِيدِ بْنِ مَسْرُوقٍ ، عَنْ عَبَايَةَ بْنِ رِفَاعَةَ بْنِ رَافِعٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ قَالَ : بَيْنَمَا نَحْنُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي ذِي الْحُلَيْفَةِ مِنْ تِهَامَةَ ، فَأَصَابُوا إِبِلاً وَغَنَمًا وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي أُخْرَيَاتِ الْقَوْمِ فَعَجَّلَ أَوَّلُهُمْ فَذَبَحُوا ، وَنَصَبُوا الْقُدُورَ ، فَدُفِعَ إِلَيْهِمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَمَرَ بِالْقُدُورِ فَأُكْفِئَتْ ، ثُمَّ قَسَّمَ بَيْنَهُمْ ، فَعَدَلَ عَشْرًا مِنَ الشَّاءِ بِبَعِيرٍ ، فَبَيْنَمَا هُمْ كَذَلِكَ إِذْ نَدَّ بَعِيرٌ ، وَلَيْسَ فِي الْقَوْمِ إِلاَّ خَيْلٌ يَسِيرَةٌ ، فَطَلَبُوهُ فَأَعْيَاهُمْ فَرَمَاهُ رَجُلٌ بِسَهْمٍ فَحَبَسَهُ اللَّهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ لِهَذِهِ الْبَهَائِمِ أَوَابِدَ كَأَوَابِدِ الْوَحْشِ فَمَا غَلَبَكُمْ مِنْهَا فَاصْنَعُوا بِهِ هَكَذَا.

“Rəvayət edilir ki, Rafi ibn Xədic ﵁ demişdir: “Biz Tihamə bölgəsində Zul-Huleyfədə Allah Elçisi ﷺ ilə birlikdə idik. Bizdən öndə gedənlər dəvələri və qoyunları tutdular. Allah Elçisi ﷺ ordunun arxa tərəfində idi. Öndəkilər o heyvanlardan kəsib qazanlara qoydular. Allah Elçisi ﷺ qazanların boşaldılmasını əmr etdi. Onlar da boşaldaraq dəvə və qoyunları əsgərlər arasında paylaşdırmağa başladılar. Bir dəvəni on qoyuna bərabər halda payladılar. Bu vaxt bir dəvə qaçdı. Aramızda yalnız bir at var idi, o da sürətli qaçmırdı. Səhabələr dəvənin arxası ilə getdilər, lakin onu tuta bilmədilər. Bir kişi oxla vurub onu tutdu. Allah Elçisi ﷺ buyurdu: “Bu ev heyvanları da bəzən vəhşiləşirlər. Onları tutmaq istədikdə bu şəkildə tutun!””

Rafi ibn Xədic
SəhihNəsəi, 4297 (Ov və kəsim, 35)

Fəsil 18

Vurulan ov suya düşdükdə nə edilməlidir?

فِي الَّذِي يَرْمِي الصَّيْدَ فَيَقَعُ فِي الْمَاءِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ مَنِيعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، قَالَ : أَخْبَرَنِي عَاصِمٌ الأَحْوَلُ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الصَّيْدِ ، فَقَالَ : إِذَا رَمَيْتَ سَهْمَكَ فَاذْكُرِ اسْمَ اللهِ عَزَّ وَجَلَّ ، فَإِنْ وَجَدْتَهُ قَدْ قُتِلَ فَكُلْ ، إِلاَّ أَنْ تَجِدَهُ قَدْ وَقَعَ فِي مَاءٍ ، وَلاَ تَدْرِي الْمَاءُ قَتَلَهُ أَوْ سَهْمُكَ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisinə ﷺ ov haqda sual verdikdə o buyurdu: “Sən ox atdıqda Allahın ﷿ adını çəkmisənsə, həmin ovu ölü halda taparsansa, onu yeyə bilərsən. Amma həmin ov suya düşübsə, onu yemə. Çünki sən bilmirsən, o boğulub ölüb, yoxsa onu sənin oxun öldürüb”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4298 (Ov və kəsim, 36)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ أَبِي شُعَيْبٍ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ أَعْيَنَ ، عَنْ مَعْمَرٍ ، عَنْ عَاصِمِ بْنِ سُلَيْمَانَ ، عَنْ عَامِرٍ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، أَنَّهُ سَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الصَّيْدِ ، فَقَالَ : إِذَا أَرْسَلْتَ سَهْمَكَ وَكَلْبَكَ وَذَكَرْتَ اسْمَ اللهِ فَقَتَلَ سَهْمُكَ فَكُلْ قَالَ : فَإِنْ بَاتَ عَنِّي لَيْلَةً يَا رَسُولَ اللهِ ؟ قَالَ : إِنْ وَجَدْتَ سَهْمَكَ ، وَلَمْ تَجِدْ فِيهِ أَثَرَ شَيْءٍ غَيْرَهُ فَكُلْ ، وَإِنْ وَقَعَ فِي الْمَاءِ فَلاَ تَأْكُلْ.

“Rəvayət edilir ki, bir dəfə Adiy ibn Hatim ﵁ Allah Elçisinə ﷺ ov haqda sual verdi. Allah Elçisi ﷺ də buyurdu: “Sən ox atdıqda və itini ovun arxası ilə göndərdikdə Allahın adını çəkmisənsə, sənin oxun ovu öldürsə də, o ovu yeyə bilərsən”. Adiy dedi: “Əgər mən ovu bir gün sonra tapsam necə, ey Allahın Elçisi!” O buyurdu: “Sən yalnız öz oxunun izini görsən, başqa iz görməsən, ondan yeyə bilərsən. Əgər suya düşüb ölübsə, ondan yemə!””

Adiy ibn Hatim
SəhihNəsəi, 4299 (Ov və kəsim, 37)

Fəsil 19

Vurulan ov bir müddət sonra tapılarsa, nə edilməlidir?

فِي الَّذِي يَرْمِي الصَّيْدَ فَيَغِيبُ عَنْهُ

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ قَالَ : أَنْبَأَنَا أَبُو بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّا أَهْلُ الصَّيْدِ وَإِنَّ أَحَدَنَا يَرْمِي الصَّيْدَ فَيَغِيبُ عَنْهُ اللَّيْلَةَ وَاللَّيْلَتَيْنِ فَيَبْتَغِي الأَثَرَ فَيَجِدُهُ مَيِّتًا وَسَهْمُهُ فِيهِ ، قَالَ : إِذَا وَجَدْتَ السَّهْمَ فِيهِ ، وَلَمْ تَجِدْ فِيهِ أَثَرَ سَبُعٍ ، وَعَلِمْتَ أَنَّ سَهْمَكَ قَتَلَهُ فَكُلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, biz ovçuyuq. Bizdən biri ovunu ovlayır və bir-iki gecə sonra isə onu ölü olaraq tapır. Ox da ona sancılmış vəziyyətdə olur. Bu halda nə edilməlidir?” Allah Elçisi ﷺ buyurdu: “Əgər sən ovladığın heyvanı yırtıcı heyvanın yaralama izi olmadan, onun üzərində öz oxun olduğu halda tapsan və ovu sənin oxunun öldürdüyünü bilərsənsə, onu yeyə bilərsən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4300 (Ov və kəsim, 38)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، وإِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ قَالاَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِذَا رَأَيْتَ سَهْمَكَ فِيهِ ، وَلَمْ تَرَ فِيهِ أَثَرًا غَيْرَهُ ، وَعَلِمْتَ أَنَّهُ قَتَلَهُ فَكُلْ.

“Adiy ibn Hatim ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər sən ovladığın heyvanın üzərində başqa bir iz olmadan, onun üzərində öz oxunu tapsan və ovu sənin oxunun öldürdüyünü bilərsənsə, onu yeyə bilərsən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4301 (Ov və kəsim, 39)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ مَيْسَرَةَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَرْمِي الصَّيْدَ ، فَأَطْلُبُ أَثَرَهُ بَعْدَ لَيْلَةٍ ، قَالَ : إِذَا وَجَدْتَ فِيهِ سَهْمَكَ ، وَلَمْ يَأْكُلْ مِنْهُ سَبُعٌ فَكُلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mən ovu vurmaq üçün ox atıram, bir gecə sonra isə ovu tapıram”. Allah Elçisi ﷺ belə buyurdu: “Əgər sən öz oxunu onun üzərində tapsan və onun üzərində yırtıcı heyvanın yaralaması izi yoxdursa, onu yeyə bilərsən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4302 (Ov və kəsim, 40)

Fəsil 20

Vurulan ovun iylənməsi

الصَّيْدُ إِذَا أَنْتَنَ

أَخْبَرَنِي أَحْمَدُ بْنُ خَالِدٍ الْخَلاَّلُ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ قَالَ : أَنْبَأَنَا مُعَاوِيَةُ - وَهُوَ ابْنُ صَالِحٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي ثَعْلَبَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي الَّذِي يُدْرِكُ صَيْدَهُ بَعْدَ ثَلاَثٍ فَلْيَأْكُلْهُ إِلاَّ أَنْ يُنْتِنَ.

“Sələbə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ovunu (ovladıqdan) üç gün sonra tapan adama, şikar iylənməyibsə, onu yeməyə icazə vermişdir.”

Əbu Sələbə
SəhihNəsəi, 4303 (Ov və kəsim, 41)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، عَنْ سِمَاكٍ قَالَ : سَمِعْتُ مُرِّيَّ بْنَ قَطَرِيٍّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أُرْسِلُ كَلْبِي فَيَأْخُذُ الصَّيْدَ ، وَلاَ أَجِدُ مَا أُذَكِّيهِ بِهِ فَأُذَكِّيهِ بِالْمَرْوَةِ وَالْعَصَا قَالَ : أَهْرِقِ الدَّمَ بِمَا شِئْتَ ، وَاذْكُرِ اسْمَ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mən ovu tutmaq üçün itimi göndərirəm və it ovu yaxalayır. Şikarı kəsmək üçün bir şey tapa bilmədikdə iti daş və ya iti ağacla kəsirəm”. Allah Elçisi ﷺ buyurdu: “Allahın ﷿ adını çəkərək qan axıda bilən istədiyin şeylə kəs!””

Adiy ibn Hatim
SəhihNəsəi, 4304 (Ov və kəsim, 42)

Fəsil 21

Mirad ilə ovlamaq

صَيْدُ الْمِعْرَاضِ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، عَنْ جَرِيرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ هَمَّامٍ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي أُرْسِلُ الْكِلاَبَ الْمُعَلَّمَةَ ، فَتُمْسِكُ عَلَيَّ ، فَآكُلُ مِنْهُ ؟ قَالَ : إِذَا أَرْسَلْتَ الْكِلاَبَ - يَعْنِي الْمُعَلَّمَةَ - وَذَكَرْتَ اسْمَ اللهِ ، فَأَمْسَكْنَ عَلَيْكَ فَكُلْ قُلْتُ : وَإِنْ قَتَلْنَ ؟ قَالَ : وَإِنْ قَتَلْنَ ، مَا لَمْ يَشْرَكْهَا كَلْبٌ لَيْسَ مِنْهَا قُلْتُ : وَإِنِّي أَرْمِي الصَّيْدَ بِالْمِعْرَاضِ ، فَأُصِيبُ فَآكُلُ ؟ قَالَ : إِذَا رَمَيْتَ بِالْمِعْرَاضِ ، وَسَمَّيْتَ فَخَزَقَ فَكُلْ ، وَإِذَا أَصَابَ بِعَرْضِهِ فَلاَ تَأْكُلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mən ovu tutmaq üçün təlim görmüş itləri göndərirəm və onların tutduğu ovu yeyirəm”. Allah Elçisi ﷺ buyurdu: “Sən təlim görmüş itləri göndərdikdə Allahın adını çəkmisənsə, o ovu yeyə bilərsən”. Mən dedim: “İt ovu öldürsə də, yeyə bilərəm?” O buyurdu: “Əgər başqa it ova şərik olmazsa, o ovu yeyə bilərsən”. Mən dedim: “Mən miradı atıb şikarı vururam və onu yeyirəm”. Allah Elçisi ﷺ buyurdu: “Əgər sən miradı atanda Allahın adını çəkmisənsə və onu yaraladıqdan sonra qanını axıtmısansa, onu yeyə bilərsən. Əgər miradın küt tərəfi ilə zərbə ilə vurub öldürmüsənsə, onu yeyə bilməzsən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4305 (Ov və kəsim, 43)

Fəsil 22

Miradın küt tərəfi ova dəyərsə, nə olur?

مَا أَصَابَ بِعَرْضٍ مِنْ صَيْدِ الْمِعْرَاضِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ أَبِي السَّفَرِ ، عَنِ الشَّعْبِيِّ قَالَ : سَمِعْتُ عَدِيَّ بْنَ حَاتِمٍ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْمِعْرَاضِ فَقَالَ : إِذَا أَصَابَ بِحَدِّهِ فَكُلْ ، وَإِذَا أَصَابَ بِعَرْضِهِ فَقُتِلَ ، فَإِنَّهُ وَقِيذٌ فَلاَ تَأْكُلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ mirad ilə ovlamaq haqda soruşduqda o buyurdu: “Əgər sən miradın iti tərəfi ilə öldürsən, onu yeyə bilərsən. Əgər miradın küt tərəfi ilə zərbə ilə vurub öldürmüsənsə, o, murdardır və sən onu yeyə bilməzsən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4306 (Ov və kəsim, 44)

Fəsil 23

Miradın iti tərəfi ova dəyərsə, nə olur?

مَا أَصَابَ بِحَدٍّ مِنْ صَيْدِ الْمِعْرَاضِ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ مُحَمَّدٍ الذَّرَّاعُ ، قَالَ : حَدَّثَنَا أَبُو مُحْصَنٍ ، قَالَ : حَدَّثَنَا حُصَيْنٌ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ صَيْدِ الْمِعْرَاضِ ، فَقَالَ : إِذَا أَصَابَ بِحَدِّهِ فَكُلْ ، وَإِذَا أَصَابَ بِعَرْضِهِ فَلاَ تَأْكُلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ mirad ilə ovlamaq haqda soruşduqda o buyurdu: “Əgər sən miradın iti tərəfi ilə öldürsən, onu yeyə bilərsən. Əgər miradın küt tərəfi ilə zərbə ilə vurub öldürmüsənsə, onu yeyə bilməzsən”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4307 (Ov və kəsim, 45)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ ، وَغَيْرُهُ ، عَنْ زَكَرِيَّا ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ صَيْدِ الْمِعْرَاضِ ، فَقَالَ : مَا أَصَبْتَ بِحَدِّهِ فَكُلْ ، وَمَا أَصَابَ بِعَرْضِهِ فَهُوَ وَقِيذٌ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ mirad ilə ovlamaq haqda soruşduqda o buyurdu: “Əgər sən miradın iti tərəfi ilə öldürsən, onu yeyə bilərsən. Əgər miradın küt tərəfi ilə zərbə ilə vurub öldürmüsənsə, o, murdardır”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 4308 (Ov və kəsim, 46)

Fəsil 24

Ovçuluq etmək

اتِّبَاعُ الصَّيْدِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي مُوسَى (ح) وأَنْبَأَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي مُوسَى ، عَنْ وَهْبِ بْنِ مُنَبِّهٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ سَكَنَ الْبَادِيَةَ جَفَا ، وَمَنِ اتَّبَعَ الصَّيْدَ غَفَلَ ، وَمَنِ اتَّبَعَ السُّلْطَانَ افْتُتِنَ وَاللَّفْظُ لاِبْنِ الْمُثَنَّى.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Səhrada yaşayan kobud olur. Ovçuluq edən diqqətsiz olur. Sultana yaxınlaşan fitnəyə düşət, ya canından olar, ya da dinindən”.”

İbn Abbas
SəhihNəsəi, 4309 (Ov və kəsim, 47)

Fəsil 25

Dovşan ovlamaq

الأَرْنَبُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ الْبَحْرَانِيُّ ، قَالَ : حَدَّثَنَا حَبَّانُ وَهُوَ ابْنُ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : جَاءَ أَعْرَابِيٌّ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِأَرْنَبٍ قَدْ شَوَاهَا ، فَوَضَعَهَا بَيْنَ يَدَيْهِ ، فَأَمْسَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَلَمْ يَأْكُلْ ، وَأَمَرَ الْقَوْمَ أَنْ يَأْكُلُوا ، وَأَمْسَكَ الأَعْرَابِيُّ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَا يَمْنَعُكَ أَنْ تَأْكُلَ قَالَ : إِنِّي أَصُومُ ثَلاَثَةَ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ ، قَالَ : إِنْ كُنْتَ صَائِمًا فَصُمِ الْغُرَّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə bir bədəvi Peyğəmbərin ﷺ yanına gəlib onun qarşısına qızardılmış bir dovşan qoydu. Allah Elçisi ﷺ dovşanı tutub oradakılara o dovşandan yemələrini əmr etdi, özü isə yemədi. Bədəvi dovşan ətindən yemədikdə Allah Elçisi ﷺ ondan soruşdu: “Sənə bundan yeməyə nə mane olur?” Bədəvi dedi: “Mən hər ayın üç gününü oruc tuturam. Bu gün də oruc tutmuşam”. Allah Elçisi ﷺ buyurdu: “Əgər tutursansa, ağ günlərdə tut!””

Əbu Hureyra
ZəifNəsəi, 4310 (Ov və kəsim, 48)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ حَكِيمِ بْنِ جُبَيْرٍ ، وَعَمْرِو بْنِ عُثْمَانَ ، وَمُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ ابْنِ الْحَوْتَكِيَّةِ قَالَ : قَالَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ : مَنْ حَاضِرُنَا يَوْمَ الْقَاحَةِ ؟ قَالَ : قَالَ أَبُو ذَرٍّ : أَنَا ، أُتِيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِأَرْنَبٍ فَقَالَ الرَّجُلُ الَّذِي جَاءَ بِهَا : إِنِّي رَأَيْتُهَا تَدْمَى ، فَكَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَمْ يَأْكُلْ ، ثُمَّ إِنَّهُ قَالَ : كُلُوا فَقَالَ رَجُلٌ : إِنِّي صَائِمٌ ، قَالَ : وَمَا صَوْمُكَ ؟ قَالَ : مِنْ كُلِّ شَهْرٍ ثَلاَثَةُ أَيَّامٍ ، قَالَ : فَأَيْنَ أَنْتَ عَنِ الْبِيضِ الْغُرِّ ثَلاَثَ عَشْرَةَ ، وَأَرْبَعَ عَشْرَةَ ، وَخَمْسَ عَشْرَةَ.

“Rəvayət edilir ki, əl-Həvtəkiyyə ﵀ demişdir: “Bir dəfə Ömər ﵁ dedi: “əl-Qahə”də olan gün bizimlə kim var idi?” Əbu Zərr dedi: “Həmin gün Peyğəmbərə ﷺ bir dovşan gətirildi. Dovşanı gətirən adam dedi: “Mən onun üzərində qan görmüşəm”. Peyğəmbər ﷺ ondan yemədi, oradakılara isə: “Yeyin!”, - dedi. Bədəvi dedi: “Mən orucam!” Peyğəmbər dedi: “Nə münasibətlə oruc tutmusan?” Bədəvi dedi: “Mən hər ayın üç gününü oruc tuturam. Bu gün də oruc tutmuşam”. Peyğəmbər ﷺ buyurdu: “Hər ayın ağ günləri sayılan üç günü – on üç, on dörd və on beşinci günlərini oruc tut!””

İbn əl-Həvtəkiyyə
HəsənNəsəi, 4311 (Ov və kəsim, 49)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، عَنْ هِشَامٍ وَهُوَ ابْنُ زَيْدٍ ، قَالَ : سَمِعْتُ أَنَسًا يَقُولُ : أَنْفَجْنَا أَرْنَبًا بِمَرِّ الظَّهْرَانِ ، فَأَخَذْتُهَا ، فَجِئْتُ بِهَا إِلَى أَبِي طَلْحَةَ ، فَذَبَحَهَا فَبَعَثَنِي بِفَخِذَيْهَا وَوَرِكَيْهَا إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَبِلَهُ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mərruz-Zahran adlı yerdə bir dovşan tutmuşduq. Mən onu Əbu Təlhəyə apardım. Əbu Təlhə onu kəsdi və budlarını aparıb Peyğəmbərə ﷺ verdi. Peyğəmbər ﷺ də bunu qəbul etdi”.”

Ənəs
SəhihNəsəi, 4312 (Ov və kəsim, 50)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَفْصٌ ، عَنْ عَاصِمٍ ، وَدَاوُدَ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ ابْنِ صَفْوَانَ قَالَ : أَصَبْتُ أَرْنَبَيْنِ فَلَمْ أَجِدْ مَا أُذَكِّيهِمَا بِهِ فَذَكَّيْتُهُمَا بِمَرْوَةٍ ، فَسَأَلْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ فَأَمَرَنِي بِأَكْلِهِمَا.

“Rəvayət edilir ki, Safvən ﵁ demişdir: “Bir-iki dovşan tutmuşdum. Kəsməyə bir şey tapmadıqda onları iti daş ilə kəsdim və hadisəni Peyğəmbərə ﷺ danışdım. O da onları yeməyimi buyurdu”.”

İbn Safvan
SəhihNəsəi, 4313 (Ov və kəsim, 51)

Fəsil 26

Kərtənkələ əti yemək

الضَّبُّ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَهُوَ عَلَى الْمِنْبَرِ سُئِلَ عَنِ الضَّبِّ ، فَقَالَ : لاَ آكُلُهُ وَلاَ أُحَرِّمُهُ.

“Ömər ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ minbərdə olarkən ondan kərtənkələ haqda soruşuldu. O buyurdu: “Onu nə yeyirəm, nə də haram edirəm”.”

İbn Ömər
SəhihNəsəi, 4314 (Ov və kəsim, 52)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، وَعَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَجُلاً قَالَ : يَا رَسُولَ اللهِ ، مَا تَرَى فِي الضَّبِّ ؟ قَالَ : لَسْتُ بِآكِلِهِ وَلاَ مُحَرِّمِهِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın Elçisi, kərtənkələ yeməyə necə baxırsan?” Allah Elçisi ﷺ buyurdu: “Mən onu nə yeyirəm, nə də haram edirəm”.”

İbn Ömər
SəhihNəsəi, 4315 (Ov və kəsim, 53)

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، عَنْ مُحَمَّدِ بْنِ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ قَالَ : أَخْبَرَنِي الزُّهْرِيُّ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، عَنْ خَالِدِ بْنِ الْوَلِيدِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أُتِيَ بِضَبٍّ مَشْوِيٍّ ، فَقُرِّبَ إِلَيْهِ ، فَأَهْوَى إِلَيْهِ بِيَدِهِ لِيَأْكُلَ مِنْهُ ، قَالَ لَهُ : مَنْ حَضَرَ يَا رَسُولَ اللهِ ، إِنَّهُ لَحْمُ ضَبٍّ ، فَرَفَعَ يَدَهُ عَنْهُ ، فَقَالَ لَهُ خَالِدُ بْنُ الْوَلِيدِ : يَا رَسُولَ اللهِ ، أَحَرَامٌ الضَّبُّ ؟ قَالَ : لاَ ، وَلَكِنْ لَمْ يَكُنْ بِأَرْضِ قَوْمِي فَأَجِدُنِي أَعَافُهُ فَأَهْوَى خَالِدٌ إِلَى الضَّبِّ فَأَكَلَ مِنْهُ وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَنْظُرُ.

“Xalid ibn əl-Valid ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisinin ﷺ önünə qızardılmış kərtənkələ əti qoyuldu. Allah Elçisi ﷺ əlini uzadıb ondan yemək istədikdə orada olan biri: “O, kərtənkələ ətidir, ey Allahın Elçisi!”, - dedi. Allah Elçisi ﷺ dərhal əlini çəkdi. Xalid ibn əl-Valid ona dedi: “Ey Allahın Elçisi, kərtənkələ əti haramdır?” Allah Elçisi ﷺ buyurdu: “Xeyr, lakin mənim qövmümün yaşadığı yerdə olmadığı üçün ondan xoşum gəlmir”. Bu vaxt Xalid kərtənkələni yeməyə başladı, Allah Elçisi ﷺ də ona baxırdı”.”

Xalid ibn əl-Valid
SəhihNəsəi, 4316 (Ov və kəsim, 54)

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّهُ أَخْبَرَهُ ، أَنَّ خَالِدَ بْنَ الْوَلِيدِ أَخْبَرَهُ ، أَنَّهُ دَخَلَ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى مَيْمُونَةَ بِنْتِ الْحَارِثِ وَهِيَ خَالَتُهُ ، فَقُدِّمَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَحْمُ ضَبٍّ ، وَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لاَ يَأْكُلُ شَيْئًا حَتَّى يَعْلَمَ مَا هُوَ ، فَقَالَ بَعْضُ النِّسْوَةِ : أَلاَ تُخْبِرْنَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَا يَأْكُلُ ، فَأَخْبَرَتْهُ أَنَّهُ لَحْمُ ضَبٍّ ، فَتَرَكَهُ ، قَالَ خَالِدٌ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَحَرَامٌ هُوَ ؟ قَالَ : لاَ وَلَكِنَّهُ طَعَامٌ لَيْسَ فِي أَرْضِ قَوْمِي فَأَجِدُنِي أَعَافُهُ . قَالَ خَالِدٌ : فَاجْتَرَرْتُهُ إِلَيَّ ، فَأَكَلْتُهُ وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَنْظُرُ وَحَدَّثَهُ ابْنُ الأَصَمِّ ، عَنْ مَيْمُونَةَ وَكَانَ فِي حِجْرِهَا.

“Rəvayət edilir ki, bir dəfə Xalid ibn əl-Valid ﵁ Allah Elçisi ﷺ ilə birlikdə xalası Məymunəgilə getmişdi. Orada Allah Elçisinin ﷺ önünə qızardılmış kərtənkələ əti qoyuldu. Allah Elçisi ﷺ bir şey bilmədən heç nəyi yeməzdi. Orada olan qadınlardan biri Məymunəyə dedi: “Sən bu ətin nə əti olduğunu Allah Elçisinə ﷺ deməyəcəksən?” Məymunə də o ətin kərtənkələ əti olduğunu söylədi. Allah Elçisi ﷺ ondan yemədi. Xalid deyir: “Mən Allah Elçisindən ﷺ onun haram olduğunu soruşduqda o buyurdu: “Xeyr, lakin bu yemək mənim qövmümün yaşadığı yerdə olmadığı üçün ondan xoşum gəlmir”. Xalid deyir: “Onun haram olmadığını eşidincə mənə cəsarət gəldi və ondan yeməyə başladım. Allah Elçisi ﷺ də mənə baxırdı”.”

Xalid ibn əl-Valid
SəhihNəsəi, 4317 (Ov və kəsim, 55)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : أَهْدَتْ خَالَتِي إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَقِطًا وَسَمْنًا وَأَضُبًّا ، فَأَكَلَ مِنَ الأَقِطِ وَالسَّمْنِ ، وَتَرَكَ الأَضُبَّ تَقَذُّرًا ، وَأُكِلَ عَلَى مَائِدَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَلَوْ كَانَ حَرَامًا مَا أُكِلَ عَلَى مَائِدَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə xalam Allah Elçisinə ﷺ qurudulmuş pendir və yağla birlikdə kərtənkələ əti hədiyyə etmişdi. Allah Elçisi ﷺ kərtənkələni xoşlamadığına görə ondan yemədi. Əgər kərtənkələ əti yemək haram olsaydı, Allah Elçisinin ﷺ süfrəsində yeyilməzdi”.”

İbn Abbas
SəhihNəsəi, 4318 (Ov və kəsim, 56)

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ قَالَ : أَنْبَأَنَا أَبُو بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّهُ سُئِلَ عَنْ أَكْلِ الضِّبَابِ ، فَقَالَ : أَهْدَتْ أُمُّ حُفَيْدٍ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ سَمْنًا وَأَقِطًا وَأَضُبًّا ، فَأَكَلَ مِنَ السَّمْنِ وَالأَقِطِ ، وَتَرَكَ الضِّبَابَ تَقَذُّرًا لَهُنَّ ، فَلَوْ كَانَ حَرَامًا مَا أُكِلَ عَلَى مَائِدَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَلاَ أَمَرَ بِأَكْلِهِنَّ.

“Səid ibn Cubeyr ﵀ rəvayət edir ki, bir dəfə İbn Abbasdan kərtənkələ əti haqda soruşuldu. O dedi: “Bir dəfə Ummu Hufeyd Allah Elçisinə ﷺ qurudulmuş pendir, yağ və kərtənkələ əti hədiyyə etmişdi. Allah Elçisi ﷺ yağ və qurudulmuş pendiri yedi, kərtənkələni xoşlamadığına görə isə ondan yemədi. Əgər kərtənkələ əti yemək haram olsaydı, o, Allah Elçisinin ﷺ süfrəsinə qoyulmaz və onun yeyilməsini də əmr etməzdi”.”

Səid ibn Cubeyr
SəhihNəsəi, 4319 (Ov və kəsim, 57)

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ مَنْصُورٍ الْبَلْخِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ سَلاَّمُ بْنُ سُلَيْمٍ عَنْ حُصَيْنٍ ، عَنْ زَيْدِ بْنِ وَهْبٍ ، عَنْ ثَابِتِ بْنِ يَزِيدَ الأَنْصَارِيِّ قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي سَفَرٍ ، فَنَزَلْنَا مَنْزِلاً ، فَأَصَابَ النَّاسُ ضِبَابًا ، فَأَخَذْتُ ضَبًّا فَشَوَيْتُهُ ، ثُمَّ أَتَيْتُ بِهِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَخَذَ عُودًا يَعُدُّ بِهِ أَصَابِعَهُ ، ثُمَّ قَالَ : إِنَّ أُمَّةً مِنْ بَنِي إِسْرَائِيلَ مُسِخَتْ دَوَابَّ فِي الأَرْضِ ، وَإِنِّي لاَ أَدْرِي أَيُّ الدَّوَابِّ هِيَ . قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ النَّاسَ قَدْ أَكَلُوا مِنْهَا ، قَالَ : فَمَا أَمَرَ بِأَكْلِهَا وَلاَ نَهَى.

“Rəvayət edilir ki, Sabit ibn Zeyd əl-Ənsari ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisi ﷺ ilə birlikdə bir səfərdə idik və bir yerdə qonaqladıq. Orada olanlardan bəziləri kərtənkələ tutdular. Mən də kərtənkələnin birini qızardıb Allah Elçisinə ﷺ gətirdim. Allah Elçisi ﷺ bir çubuq götürüb kərtənkələnin barmaqlarını saymağa başladı və belə buyurdu: “İsrail övladlarından bir toplum yer üzündə bir növ heyvana çevrilmişdi. Mən isə bilmirəm, o heyvan hansıdır”. Mən dedim: “Ey Allahın Elçisi, insanlar bunu yeyirlər”. Allah Elçisi ﷺ isə onun yeyilməsini nə əmr etdi, nə də ki qadağan etdi”.”

Sabit ibn Zeyd əl-Ənsari
SəhihNəsəi, 4320 (Ov və kəsim, 58)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : حَدَّثَنِي عَدِيُّ بْنُ ثَابِتٍ قَالَ : سَمِعْتُ زَيْدَ بْنَ وَهْبٍ يُحَدِّثُ ، عَنْ ثَابِتِ بْنِ وَدِيعَةَ قَالَ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِضَبٍّ ، فَجَعَلَ يَنْظُرُ إِلَيْهِ وَيُقَلِّبُهُ ، وَقَالَ : إِنَّ أُمَّةً مُسِخَتْ لاَ يُدْرَى مَا فَعَلَتْ ، وَإِنِّي لاَ أَدْرِي لَعَلَّ هَذَا مِنْهَا.

“Rəvayət edilir ki, Sabit ibn Vadia ﵁ demişdir: “Bir dəfə bir kişi Allah Elçisinə ﷺ yeməyə bir kərtənkələ gətirmişdi. Allah Elçisi ﷺ ona baxmağa başladı və onu o tərəf-bu tərəfə çevirib buyurdu: “Bir toplum insan heyvana çevrilmişdi. Onların nə etdiyi bilinmir. Bilmirəm, bəlkə bu da onlardandır”.”

Sabit ibn Vadia
SəhihNəsəi, 4321 (Ov və kəsim, 59)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ زَيْدِ بْنِ وَهْبٍ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، عَنْ ثَابِتِ ابْنِ وَدِيعَةَ ، أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِضَبٍّ فَقَالَ : إِنَّ أُمَّةً مُسِخَتْ وَاللَّهُ أَعْلَمُ.

“Sabit ibn Vadia ﵁ rəvayət edir ki, bir dəfə bir kişi Peyğəmbərin ﷺ yanına yeməyə bir kərtənkələ gətirmişdi. Allah Elçisi ﷺ buyurdu: “Bir toplum heyvana çevrilmişdi...”. Ən doğrusunu Allah bilir.”

Sabit ibn Vadia
SəhihNəsəi, 4322 (Ov və kəsim, 60)

Fəsil 27

Kaftar əti yemək

الضَّبُعُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ قَالَ : حَدَّثَنِي ابْنُ جُرَيْجٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، عَنْ ابْنِ أَبِي عَمَّارٍ قَالَ : سَأَلْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، عَنِ الضَّبُعِ ، فَأَمَرَنِي بِأَكْلِهَا ، فَقُلْتُ أَصَيْدٌ هِيَ ؟ قَالَ : نَعَمْ . قُلْتُ : أَسَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ؟ قَالَ : نَعَمْ.

“Rəvayət edilir ki, İbn Əbu Əmmar ﵀ demişdir: “Mən Cabir ibn Abdullahdan kaftar əti haqda soruşduqda mənə onun yeyilməsini əmr etdi. Mən dedim: “Kaftar ovlanır ki?” O: “Bəli”, - dedi. Mən dedim: “Sən bunu Allah Elçisindən ﷺ eşitmisən?” O dedi: “Bəli”.”

İbn Əbu Əmmar
SəhihNəsəi, 4323 (Ov və kəsim, 61)

Fəsil 28

Yırtıcı heyvanları yeməyin haram olması

بَابُ تَحْرِيمِ أَكْلِ السِّبَاعِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ إِسْمَاعِيلَ بْنِ أَبِي حَكِيمٍ ، عَنْ عَبِيدَةَ بْنِ سُفْيَانَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : كُلُّ ذِي نَابَ مِنْ السِّبَاعِ فَأَكْلُهُ حَرَامٌ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Köpək dişləri olan yırtıcı heyvanların hamısı yeyilməsi üçün haramdır”.”

Əbu Hureyra
SəhihNəsəi, 4324 (Ov və kəsim, 62)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي إِدْرِيسَ ، عَنْ أَبِي ثَعْلَبَةَ الْخُشَنِيِّ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : نَهَى عَنْ أَكْلِ كُلِّ ذِي نَابٍ مِنَ السِّبَاعِ.

“Sələbə əl-Xuşəni ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ köpək dişləri olan heyvanların hamısının yeyilməsini qadağan etmişdir.”

Əbu Sələbə əl-Xuşəni
SəhihNəsəi, 4325 (Ov və kəsim, 63)

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ بَحِيرٍ ، عَنْ خَالِدٍ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ أَبِي ثَعْلَبَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ تَحِلُّ النُّهْبَى ، وَلاَ يَحِلُّ مِنَ السِّبَاعِ ، كُلُّ ذِي نَابٍ ، وَلاَ تَحِلُّ الْمُجَثَّمَةُ.

“Rəvayət edilir ki, Sələbə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Başqasının malını zorla almaq, köpək dişləri olan yırtıcı heyvanların və hədəf edilərək vurulan heyvanın ətini yemək halal deyil”.”

Əbu Sələbə
SəhihNəsəi, 4326 (Ov və kəsim, 64)

Fəsil 29

At ətinin yeyilməsinin icazəli olması

الإِذْنُ فِي أَكْلِ لُحُومِ الْخَيْلِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، وَأَحْمَدُ بْنُ عَبْدَةَ قَالاَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَمْرٍو وَهُوَ ابْنُ دِينَارٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَلِيٍّ ، عَنْ جَابِرٍ قَالَ : نَهَى وَذَكَرَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ خَيْبَرَ ، عَنْ لُحُومِ الْحُمُرِ ، وَأَذِنَ فِي الْخَيْلِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybər döyüşü günü eşşək ətinin yeyilməsini qadağan etdi və at ətinin yeyilməsinə icazə verdi”.”

Cabir
SəhihNəsəi, 4327 (Ov və kəsim, 65)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ جَابِرٍ قَالَ : أَطْعَمَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لُحُومَ الْخَيْلِ ، وَنَهَانَا عَنْ لُحُومِ الْحُمُرِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə at ətini yedizdirdi və eşşək ətinin yeyilməsini qadağan etdi”.”

Cabir
SəhihNəsəi, 4328 (Ov və kəsim, 66)

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنِ الْحُسَيْنِ وَهُوَ ابْنُ وَاقِدٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، وَعَمْرُو بْنُ دِينَارٍ ، عَنْ جَابِرٍ ، وعَنْ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ قَالَ : أَطْعَمَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ خَيْبَرَ لُحُومَ الْخَيْلِ ، وَنَهَانَا عَنْ لُحُومِ الْحُمُرِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybər döyüşü günü bizə at ətini yedizdirdi və eşşək ətinin yeyilməsini qadağan etdi”.”

Cabir
SəhihNəsəi, 4329 (Ov və kəsim, 67)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ وَهُوَ ابْنُ عَمْرٍو ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْكَرِيمِ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ قَالَ : كُنَّا نَأْكُلُ لُحُومَ الْخَيْلِ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə at ətini yeyərdik”.”

Cabir
SəhihNəsəi, 4330 (Ov və kəsim, 68)

Fəsil 30

Eşşək və at ətinin yeyilməsinin haram olması

تَحْرِيمُ أَكْلِ لُحُومِ الْخَيْلِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ بْنُ الْوَلِيدِ قَالَ : حَدَّثَنِي ثَوْرُ بْنُ يَزِيدَ ، عَنْ صَالِحِ بْنِ يَحْيَى بْنِ الْمِقْدَامِ بْنِ مَعْدِي كَرِبَ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، عَنْ خَالِدِ بْنِ الْوَلِيدِ أَنَّهُ : سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : لاَ يَحِلُّ أَكْلُ لُحُومِ الْخَيْلِ ، وَالْبِغَالِ ، وَالْحَمِيرِ.

“Rəvayət edilir ki, Xalid ibn əl-Valid ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “At, eşşək və qatır ətinin yeyilməsi halal deyil”.”

Xalid ibn əl-Valid
ZəifNəsəi, 4331 (Ov və kəsim, 69)

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ ثَوْرِ بْنِ يَزِيدَ ، عَنْ صَالِحِ بْنِ يَحْيَى بْنِ الْمِقْدَامِ بْنِ مَعْدِي كَرِبَ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، عَنْ خَالِدِ بْنِ الْوَلِيدِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : نَهَى عَنْ أَكْلِ لُحُومِ الْخَيْلِ ، وَالْبِغَالِ ، وَالْحَمِيرِ ، وَكُلِّ ذِي نَابٍ مِنَ السِّبَاعِ.

“Xalid ibn əl-Valid ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ atın, qatırın, eşşəyin və köpək dişi olan yırtıcı heyvanların ətinin yeyilməsini qadağan etmişdir.”

Xalid ibn əl-Valid
ZəifNəsəi, 4332 (Ov və kəsim, 70)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ الْكَرِيمِ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ قَالَ : كُنَّا نَأْكُلُ لُحُومَ الْخَيْلِ ، قُلْتُ : الْبِغَالَ ؟ قَالَ : لاَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Biz at ətini yeyərdik”. Ravi Əta dedi: “Bəs qatır?” Cabir dedi: “Xeyr, (yeyilmir)”.”

Cabir
SəhihNəsəi, 4333 (Ov və kəsim, 71)

Fəsil 31

Ev eşşəklərinin ətinin yeyilməsinin haram olması

تَحْرِيمُ أَكْلِ لُحُومِ الْحُمُرِ الأَهْلِيَّةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، وَاللَّفْظُ لَهُ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنِ الْحَسَنِ بْنِ مُحَمَّدٍ ، وَعَبْدِ اللهِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِمَا قَالَ : قَالَ عَلِيٌّ ، لاِبْنِ عَبَّاسٍ : إِنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : نَهَى عَنْ نِكَاحِ الْمُتْعَةِ ، وَعَنْ لُحُومِ الْحُمُرِ الأَهْلِيَّةِ يَوْمَ خَيْبَرَ.

“Rəvayət edilir ki, Əli ﵁ İbn Abbasa dedi: “Peyğəmbər ﷺ Xeybər döyüşü günü muta (siğə) nikahını və ev eşşəklərinin ətinin yeyilməsini qadağan etdi”.”

Əli
SəhihNəsəi, 4334 (Ov və kəsim, 72)

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي يُونُسُ ، وَمَالِكٌ ، وَأُسَامَةُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنِ الْحَسَنِ ، وَعَبْدِ اللهِ ، ابْنَيْ مُحَمَّدٍ ، عَنْ أَبِيهِمَا ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ مُتْعَةِ النِّسَاءِ يَوْمَ خَيْبَرَ ، وَعَنْ لُحُومِ الْحُمُرِ الإِنْسِيَّةِ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybər döyüşü günü qadınlarla muta (siğə) nikahını və ev eşşəklərinin ətinin yeyilməsini qadağan etdi”.”

Əli ibn Əbu Talib
SəhihNəsəi, 4335 (Ov və kəsim, 73)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ قَالَ : أَنْبَأَنَا عُبَيْدُ اللهِ (ح) وَأَنْبَأَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : نَهَى عَنِ الْحُمُرِ الأَهْلِيَّةِ يَوْمَ خَيْبَرَ

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Xeybər döyüşü günü ev eşşəklərinin ətinin yeyilməsini qadağan etdi.”

İbn Ömər
SəhihNəsəi, 4336 (Ov və kəsim, 74)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مِثْلَهُ ، وَلَمْ يَقُلْ خَيْبَرَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin “Xeybər döyüşü günü” hissəsi qeyd edilməmişdir.”

İbn Ömər
SəhihNəsəi, 4337 (Ov və kəsim, 75)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنْ عَاصِمٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ الْبَرَاءِ قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ خَيْبَرَ عَنْ لُحُومِ الْحُمُرِ الإِنْسِيَّةِ نَضِيجًا وَنِيئًا.

“Rəvayət edilir ki, Bəra ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybər döyüşü günü ev eşşəklərinin bişmiş və çiy ətlərinin yeyilməsini qadağan etdi”.”

Bəra
SəhihNəsəi, 4338 (Ov və kəsim, 76)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ الشَّيْبَانِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى قَالَ : أَصَبْنَا يَوْمَ خَيْبَرَ حُمُرًا خَارِجًا مِنَ الْقَرْيَةِ ، فَطَبَخْنَاهَا ، فَنَادَى مُنَادِي النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَدْ حَرَّمَ لُحُومَ الْحُمُرِ فَأَكْفِئُوا الْقُدُورَ بِمَا فِيهَا فَأَكْفَأْنَاهَا.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufə ﵁ demişdir: “Xeybər döyüşü günü qalanın kənarında ev eşşəklərini tutub qazanlarda bişirdik. Peyğəmbərin ﷺ məsul etdiyi bir carçı: “Allah Elçisi ﷺ eşşək ətlərinin yeyilməsini haram etmişdir. Qazanlarda olan ətləri yerə dağıdın!”, - deməyə başladı. Biz də qazanları yerə boşaltdıq”.”

Abdullah ibn Əbu Əufə
SəhihNəsəi, 4339 (Ov və kəsim, 77)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أَنَسٍ قَالَ : صَبَّحَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خَيْبَرَ ، فَخَرَجُوا إِلَيْنَا ، وَمَعَهُمُ الْمَسَاحِي ، فَلَمَّا رَأَوْنَا ، قَالُوا : مُحَمَّدٌ وَالْخَمِيسُ ، وَرَجَعُوا إِلَى الْحِصْنِ يَسْعَوْنَ ، فَرَفَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَدَيْهِ ، ثُمَّ قَالَ : اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ ، خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ ، فَأَصَبْنَا فِيهَا حُمُرًا ، فَطَبَخْنَاهَا ، فَنَادَى مُنَادِي النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ وَرَسُولَهُ يَنْهَاكُمْ عَنْ لُحُومِ الْحُمُرِ ، فَإِنَّهَا رِجْسٌ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybər qalasının önünə yaxınlaşdığı səhər qaladakılar əllərində kürəklərlə qaladan çıxıb bizə doğru gəlməyə başladılar. Bizi gördükdə: “Muhəmməd öz qoşunu ilə gəldi!”, - deyərək dərhal qalaya geri qayıtdılar. Bu vaxt Allah Elçisi ﷺ əllərini qaldıraraq dedi: “Allahu Əkbər, Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda qorxudulanların sabahı necə də pis olar!” Biz orada eşşəkləri tutub bişirdik. Peyğəmbərin ﷺ məsul etdiyi bir adam isə car çəkərək dedi: “Allah ﷿ və Onun Elçisi eşşək ətlərinin yeyilməsini haram etmişdir. Şübhəsiz ki, o (eşşək əti), pisdir”.”

Ənəs
SəhihNəsəi, 4340 (Ov və kəsim, 78)

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، أَنْبَأَنَا بَقِيَّةُ ، عَنْ بَحِيرٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ أَبِي ثَعْلَبَةَ الْخُشَنِيِّ أَنَّهُ : حَدَّثَهُمْ أَنَّهُمْ غَزَوْا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى خَيْبَرَ ، وَالنَّاسُ جِيَاعٌ ، فَوَجَدُوا فِيهَا حُمُرًا مِنْ حُمُرِ الإِنْسِ ، فَذَبَحَ النَّاسُ مِنْهَا ، فَحُدِّثَ بِذَلِكَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَمَرَ عَبْدَ الرَّحْمَنِ بْنَ عَوْفٍ ، فَأَذَّنَ فِي النَّاسِ : أَلاَ إِنَّ لُحُومَ الْحُمُرِ الإِنْسِ لاَ تَحِلُّ لِمَنْ يَشْهَدُ أَنِّي رَسُولُ اللَّهِ.

“Rəvayət edilir ki, Əbu Sələbə əl-Xuşəni ﵁ demişdir: “Biz Allah Elçisi ilə bərabər ﷺ Xeybər günü döyüşürdük. İnsanlar acmışdılar və bu əsnada xeybərlilərin eşşəklərini tutub kəsdilər. Xəbər Peyğəmbərə ﷺ çatdıqda Abdur-Rahmən ibn Aufa əmr edərək belə car çəkməsini buyurdu: “Kim mənim Allahın Elçisi olduğuma şahidlik edirsə, bilsin ki, ona eşşək əti halal deyil”.”

Əbu Sələbə əl-Xuşəni
SəhihNəsəi, 4341 (Ov və kəsim, 79)

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، عَنْ بَقِيَّةَ قَالَ : حَدَّثَنِي الزُّبَيْدِيُّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ أَبِي ثَعْلَبَةَ الْخُشَنِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى عَنْ أَكْلِ كُلِّ ذِي نَابٍ مِنَ السِّبَاعِ ، وَعَنْ لُحُومِ الْحُمُرِ الأَهْلِيَّةِ.

“Əbu Sələbə əl-Xuşəni ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ köpək dişi olan yırtıcı heyvanların və ev eşşəklərinin ətinin yeyilməsini qadağan etmişdir.”

Əbu Sələbə əl-Xuşəni
SəhihNəsəi, 4342 (Ov və kəsim, 80)

Fəsil 32

Vəhşi eşşəklərin ətlərinin yeyilməsinin icazəli olması

بَابُ إِبَاحَةِ أَكْلِ لُحُومِ حُمُرِ الْوَحْشِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا الْمُفَضَّلُ هُوَ ابْنُ فَضَالَةَ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : أَكَلْنَا يَوْمَ خَيْبَرَ لُحُومَ الْخَيْلِ ، وَالْوَحْشِ وَنَهَانَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْحِمَارِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Biz Xeybər döyüşü günü at və vəhşi eşşəklərin ətlərini yeyirdik. Peyğəmbər ﷺ bizə yalnız ev eşşəklərinin ətinin yeyilməsini qadağan etdi”.”

Cabir
SəhihNəsəi, 4343 (Ov və kəsim, 81)

أَخْبَرَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا بَكْرٌ هُوَ ابْنُ مُضَرَ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عِيسَى بْنِ طَلْحَةَ ، عَنْ عُمَيْرِ بْنِ سَلَمَةَ الضَّمْرِيِّ قَالَ : بَيْنَا نَحْنُ نَسِيرُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِبَعْضِ أَثَايَا الرَّوْحَاءِ وَهُمْ حُرُمٌ ، إِذَا حِمَارُ وَحْشٍ مَعْقُورٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : دَعُوهُ فَيُوشِكُ صَاحِبُهُ أَنْ يَأْتِيَهُ ، فَجَاءَ رَجُلٌ مِنْ بَهْزٍ هُوَ الَّذِي عَقَرَ الْحِمَارَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، شَأْنَكُمْ هَذَا الْحِمَارُ ؟ ، فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَبَا بَكْرٍ يُقَسِّمُهُ بَيْنَ النَّاسِ.

“Rəvayət edilir ki, Umeyr ibn Sələmə əd-Damri ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Əsaya ər-Ravhə adlı yerdə gəzirdik. Səhabələr ehramlı idilər. Bu arada vurulmuş bir vəhşi eşşək gördük. Allah Elçisi ﷺ buyurdu: “Ona toxunmayın, bəlkə yiyəsi gələr”. Bir müddət sonra eşşəyi vuran Bəhz qəbiləsindən olan bir adam gəlib dedi: “Ey Allahın Elçisi, bu eşşək sizə olan hədiyyədir”. Bundan sonra Allah Elçisi ﷺ Əbu Bəkrə əmr etdi, o da onu insanlara arasında bölüşdürdü”.”

Umeyr ibn Sələmə əd-Damri
SəhihNəsəi, 4344 (Ov və kəsim, 82)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ قَالَ : حَدَّثَنِي أَبُو عَبْدِ الرَّحِيمِ قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ أَبِي أُنَيْسَةَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ ابْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ أَبِي قَتَادَةَ قَالَ : أَصَابَ حِمَارًا وَحْشِيًّا ، فَأَتَى بِهِ أَصْحَابَهُ وَهُمْ مُحْرِمُونَ ، وَهُوَ حَلاَلٌ ، فَأَكَلْنَا مِنْهُ فَقَالَ بَعْضُهُمْ لِبَعْضٍ : لَوْ سَأَلْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْهُ ، فَسَأَلْنَاهُ ، فَقَالَ : قَدْ أَحْسَنْتُمْ ، فَقَالَ لَنَا : هَلْ مَعَكُمْ مِنْهُ شَيْءٌ ؟ ، قُلْنَا : نَعَمْ . قَالَ : فَاهْدُوا لَنَا فَأَتَيْنَاهُ مِنْهُ فَأَكَلَ مِنْهُ وَهُوَ مُحْرِمٌ.

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Mən vəhşi bir eşşək ovlayıb səhabələrin yanına gətirdim. Onlar ehramlı idilər, mən isə ehramlı deyildim. Biz ondan yedik. Bəziləri dedilər: “Bəlkə bunu Allah Elçisindən ﷺ soruşaq”. Soruşduqda Allah Elçisi ﷺ buyurdu: “Düz etmisiniz”. Sonra bizə dedi: “Yanınızda ondan varmı?” Biz: “Bəli”, - dedik. O buyurdu: “Onda bizə də verin!” Biz də ondan gətirib verdik, o da ehramlı ikən o ətdən yedi”.”

Əbu Qatədə
SəhihNəsəi, 4345 (Ov və kəsim, 83)

Fəsil 33

Toyuq ətinin yeyilməsinin icazəli olması

بَابُ إِبَاحَةِ أَكْلِ لُحُومِ الدَّجَاجِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ زَهْدَمٍ ، أَنَّ أَبَا مُوسَى أُتِيَ بِدَجَاجَةٍ فَتَنَحَّى رَجُلٌ مِنَ الْقَوْمِ ، فَقَالَ : مَا شَأْنُكَ ؟ ، قَالَ : إِنِّي رَأَيْتُهَا تَأْكُلُ شَيْئًا قَذِرْتُهُ فَحَلَفْتُ أَنْ لاَ آكُلَهُ ، فَقَالَ أَبُو مُوسَى : ادْنُ فَكُلْ ، فَإِنِّي رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَأْكُلُهُ ، وَأَمَرَهُ أَنْ يُكَفِّرَ عَنْ يَمِينِهِ.

“Zəhdəm ﵀ rəvayət edir ki, bir dəfə Əbu Musaya yeməsi üçün toyuq gətirildi. Oradakılardan biri toyuqdan yeməkdən çəkindikdə Əbu Musa ona dedi: “Sənə nə olub?” O dedi: “Mən o toyuğun murdar bir şey yediyini görmüşəm, ona görə də ondan yeməyəcəyimə and içmişəm”. Əbu Musa dedi: “Yaxınlaş və ye! Çünki Allah Elçisinin ﷺ toyuq ətindən yediyini görmüşəm”. Sonra da andına görə kəffarə verməsini əmr etdi.”

Zəhdəm
SəhihNəsəi, 4346 (Ov və kəsim, 84)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنِ الْقَاسِمِ التَّمِيمِيِّ ، عَنْ زَهْدَمٍ الْجَرْمِيِّ قَالَ : كُنَّا عِنْدَ أَبِي مُوسَى ، فَقُدِّمَ طَعَامُهُ وَقُدِّمَ فِي طَعَامِهِ لَحْمُ دَجَاجٍ ، وَفِي الْقَوْمِ رَجُلٌ مِنْ بَنِي تَيْمِ اللهِ أَحْمَرُ ، كَأَنَّهُ مَوْلًى ، فَلَمْ يَدْنُ ، فَقَالَ لَهُ أَبُو مُوسَى : ادْنُ ، فَإِنِّي قَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَأْكُلُ مِنْهُ.

“Rəvayət edilir ki, Zəhdəm əl-Cərmi ﵀ demişdir: “Bir dəfə biz Əbu Musanın yanında idik. Onun üçün yemək gətirildi. Bu yeməyin içində toyuq əti də var idi. Orada Bəni Teymilləh qəbiləsindən olan qırmızı üzlü bir adam var idi, sanki azad edilmiş bir köləyə bənzəyirdi. Həmin adam süfrəyə yaxınlaşmadı. Əbu Musa ona dedi: “Yaxınlaş və ye! Çünki Allah Elçisinin ﷺ toyuq ətindən yediyini görmüşəm”.”

Zəhdəm əl-Cərmi
SəhihNəsəi, 4347 (Ov və kəsim, 85)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، عَنْ بِشْرٍ هُوَ ابْنُ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ عَلِيِّ بْنِ الْحَكَمِ ، عَنْ مَيْمُونِ بْنِ مِهْرَانَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ نَبِيَّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى يَوْمَ خَيْبَرَ عَنْ كُلِّ ذِي مِخْلَبٍ مِنَ الطَّيْرِ ، وَعَنْ كُلِّ ذِي نَابٍ مِنَ السِّبَاعِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ Xeybər döyüşü günü caynaqları olan yırtıcı quşların və köpək dişi olan bütün yırtıcı heyvanların ətini haram etdi”.”

İbn Abbas
SəhihNəsəi, 4348 (Ov və kəsim, 86)

Fəsil 34

Sərçə ətinin yeyilməsinin icazəli olması

إِبَاحَةُ أَكْلِ الْعَصَافِيرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ صُهَيْبٍ ، مَوْلَى ابْنِ عَامِرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَا مِنْ إِنْسَانٍ قَتَلَ عُصْفُورًا فَمَا فَوْقَهَا بِغَيْرِ حَقِّهَا ، إِلاَّ سَأَلَهُ اللَّهُ عَزَّ وَجَلَّ عَنْهَا ، قِيلَ يَا رَسُولَ اللهِ ، وَمَا حَقُّهَا ؟ قَالَ : يَذْبَحُهَا فَيَأْكُلُهَا ، وَلاَ يَقْطَعُ رَأْسَهَا يَرْمِي بِهَا.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah haqsız yerə bir sərçə və ya daha böyük bir quşu öldürən insandan bunu mütləq soruşacaq”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, onun haqqı nədir?” O buyurdu: “Onu kəsib yeməsidir. Başını qoparıb atmamasıdır”.”

Abdullah ibn Amr
ZəifNəsəi, 4349 (Ov və kəsim, 87)

Fəsil 35

Dənizdə yaşayan heyvanın ölüsü

بَابُ مَيْتَةِ الْبَحْرِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ صَفْوَانَ بْنِ سُلَيْمٍ ، عَنْ سَعِيدِ بْنِ سَلَمَةَ ، عَنِ الْمُغِيرَةِ بْنِ أَبِي بُرْدَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي مَاءِ الْبَحْرِ : هُوَ الطَّهُورُ مَاؤُهُ ، الْحَلاَلُ مَيْتَتُهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ dəniz suyu haqda belə buyurmuşdur: “Onun suyu təmiz, ölüsü isə halaldır”.”

Əbu Hureyra
SəhihNəsəi, 4350 (Ov və kəsim, 88)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا عَبْدَةُ ، عَنْ هِشَامٍ ، عَنْ وَهْبِ بْنِ كَيْسَانَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ : بَعَثَنَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَنَحْنُ ثَلاَثُ مِئَةٍ ، نَحْمِلُ زَادَنَا عَلَى رِقَابِنَا ، فَفَنِيَ زَادُنَا حَتَّى كَانَ يَكُونُ لِلرَّجُلِ مِنَّا كُلَّ يَوْمٍ تَمْرَةٌ فَقِيلَ لَهُ : يَا أَبَا عَبْدِ اللهِ ، وَأَيْنَ تَقَعُ التَّمْرَةُ مِنَ الرَّجُلِ ؟ ، قَالَ : لَقَدْ وَجَدْنَا فَقْدَهَا حِينَ فَقَدْنَاهَا ، فَأَتَيْنَا الْبَحْرَ ، فَإِذَا بِحُوتٍ قَذَفَهُ الْبَحْرُ ، فَأَكَلْنَا مِنْهُ ثَمَانِيَةَ عَشَرَ يَوْمًا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ bizi üç yüz nəfərlik dəstə olaraq göndərmişdi. Biz azuqələrimizi çiyinlərimizdə daşıyırdıq. Azuqə o qədər azalmışdı ki, gündə hər adama bir xurma düşürdü. Cabirə deyildi: “Ey Əbu Abdullah, bir xurma bir adama bəs edər?!” Xurma qurtardıqda onun dəyərini başa düşdük. Biz dəniz sahilinə gəldikdə böyük bir balıq gördük. Dəniz onu sahilə atmışdı. Biz də on səkkiz gün o balığın ətindən yedik”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 4351 (Ov və kəsim, 89)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، عَنْ عَمْرٍو قَالَ : سَمِعْتُ جَابِرًا يَقُولُ : بَعَثَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ثَلاَثَ مِئَةِ رَاكِبٍ ، أَمِيرُنَا أَبُو عُبَيْدَةَ بْنُ الْجَرَّاحِ ، نَرْصُدُ عِيرَ قُرَيْشٍ ، فَأَقَمْنَا بِالسَّاحِلِ ، فَأَصَابَنَا جُوعٌ شَدِيدٌ حَتَّى أَكَلْنَا الْخَبَطَ ، قَالَ : فَأَلْقَى الْبَحْرُ دَابَّةً ، يُقَالُ لَهَا : الْعَنْبَرُ فَأَكَلْنَا مِنْهُ نِصْفَ شَهْرٍ ، وَادَّهَنَّا مِنْ وَدَكِهِ فَثَابَتْ أَجْسَامُنَا ، وَأَخَذَ أَبُو عُبَيْدَةَ ضِلْعًا مِنْ أَضْلاَعِهِ ، فَنَظَرَ إِلَى أَطْوَلِ جَمَلٍ وَأَطْوَلِ رَجُلٍ فِي الْجَيْشِ ، فَمَرَّ تَحْتَهُ ، ثُمَّ جَاعُوا فَنَحَرَ رَجُلٌ ثَلاَثَ جَزَائِرَ ، ثُمَّ جَاعُوا فَنَحَرَ رَجُلٌ ثَلاَثَ جَزَائِرَ ، ثُمَّ جَاعُوا فَنَحَرَ رَجُلٌ ثَلاَثَ جَزَائِرَ ، ثُمَّ نَهَاهُ أَبُو عُبَيْدَةَ ، قَالَ : سُفْيَانُ قَالَ : أَبُو الزُّبَيْرِ عَنْ جَابِرٍ ، فَسَأَلْنَا النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : هَلْ مَعَكُمْ مِنْهُ شَيْءٌ ؟ ، قَالَ : فَأَخْرَجْنَا مِنْ عَيْنَيْهِ كَذَا وَكَذَا ، قُلَّةً مِنْ وَدَكٍ ، وَنَزَلَ فِي حَجَّاجِ عَيْنِهِ أَرْبَعَةُ نَفَرٍ ، وَكَانَ مَعَ أَبِي عُبَيْدَةَ جِرَابٌ فِيهِ تَمْرٌ ، فَكَانَ يُعْطِينَا الْقَبْضَةَ ، ثُمَّ صَارَ إِلَى التَّمْرَةِ ، فَلَمَّا فَقَدْنَاهَا وَجَدْنَا فَقْدَهَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ bizi Əbu Ubeydə ibn əl-Cərrahın başçılığı altında üç yüz nəfərlik atlı dəstə olaraq Qureyşin karvanını təqib etmək üçün göndərmişdi. Dənizin sahilinə çatdıqda bizə şiddətli aclıq üz vermişdi. Aclıqdan ağac yarpaqlarını yeyirdik. Bu əsnada dəniz sahilə bir balina atmışdı. Biz ondan on beş gün yedik və yağından bədənimizə sürtdük. Bundan sonra bədənlərimiz möhkəmləndi. Əbu Ubeydə balinanın bir qabırğa sümüyünü götürüb körpü kimi tutdu. Biz də ən böyük dəvəmizə ən hündür boylumuzu mindirdik, o da sümüyün altından keçdi. Sonra acdığımıza görə aramızdan biri üç dəvə kəsdi. Sonra acdığımıza görə aramızdan biri üç dəvə kəsdi. Sonra acdığımıza görə aramızdan biri üç dəvə kəsdi. Sonra Əbu Ubeydə dəvələrin kəsilməsini dayandırdı. Sonra Peyğəmbərdən ﷺ o balıq haqda soruşduqda buyurdu: “Onun ətindən yanınızda bir şey varmı?” Biz balığın gözlərindən filan qədər yağ çıxarmışdıq. Balığın göz çuxuruna dörd nəfər otura bilirdi. Yola çıxarkən Əbu Ubeydənin yanında bir torba xurma var idi. O bizə hər gün bir ovuc xurma verirdi. Sonra hərəyə bir xurma verməyə başladı. Onu da tapmadıqda bir xurmanın belə yoxluğunu dərk etdik”.”

Cabir
SəhihNəsəi, 4352 (Ov və kəsim, 90)

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا أَبُو الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : بَعَثَنَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَعَ أَبِي عُبَيْدَةَ فِي سَرِيَّةٍ فَنَفِدَ زَادُنَا ، فَمَرَرْنَا بِحُوتٍ قَدْ قَذَفَ بِهِ الْبَحْرُ ، فَأَرَدْنَا أَنْ نَأْكُلَ مِنْهُ ، فَنَهَانَا أَبُو عُبَيْدَةَ ، ثُمَّ قَالَ : نَحْنُ رُسُلُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَفِي سَبِيلِ اللهِ ، كُلُوا ، فَأَكَلْنَا مِنْهُ أَيَّامًا ، فَلَمَّا قَدِمْنَا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَخْبَرْنَاهُ ، فَقَالَ : إِنْ كَانَ بَقِيَ مَعَكُمْ شَيْءٌ فَابْعَثُوا بِهِ إِلَيْنَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ Ubeydənin başçılığı altında bizi gecə vaxtı bir dəstə olaraq göndərmişdi. Biz ac idik. Dəniz sahilində böyük bir balığa rast gəldik. Biz ondan yemək istədik, amma Əbu Ubeydə bunu bizə qadağan etdi. Sonra isə dedi: “Biz Allah Elçisinin ﷺ Allah yolunda döyüşən elçiləriyik. Ondan yeyin!” Biz də günlərlə ondan yedik. Sonra Allah Elçisinin ﷺ yanına gəldikdə ona balıq haqda xəbər verdik. O da buyurdu: “Onun ətindən yanınızda bir şey varsa, bizə də verin”.”

Cabir
SəhihNəsəi, 4353 (Ov və kəsim, 91)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُمَرَ بْنِ عَلِيِّ بْنِ مُقَدَّمٍ الْمُقَدَّمِيُّ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : بَعَثَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَعَ أَبِي عُبَيْدَةَ ، وَنَحْنُ ثَلاَثُ مِئَةٍ وَبِضْعَةَ عَشَرَ ، وَزَوَّدَنَا جِرَابًا مِنْ تَمْرٍ ، فَأَعْطَانَا قَبْضَةً قَبْضَةً ، فَلَمَّا أَنْ جُزْنَاهُ أَعْطَانَا تَمْرَةً تَمْرَةً ، حَتَّى إِنْ كُنَّا لَنَمُصُّهَا كَمَا يَمُصُّ الصَّبِيُّ ، وَنَشْرَبُ عَلَيْهَا الْمَاءَ ، فَلَمَّا فَقَدْنَاهَا وَجَدْنَا فَقْدَهَا ، حَتَّى إِنْ كُنَّا لَنَخْبِطُ الْخَبَطَ بِقِسِيِّنَا ، وَنَسَفُّهُ ثُمَّ نَشْرَبُ عَلَيْهِ مِنَ الْمَاءِ حَتَّى سُمِّينَا جَيْشَ الْخَبَطِ ، ثُمَّ أَجَزْنَا السَّاحِلَ ، فَإِذَا دَابَّةٌ مِثْلُ الْكَثِيبِ - يُقَالُ لَهُ الْعَنْبَرُ - فَقَالَ أَبُو عُبَيْدَةَ : مَيْتَةٌ لاَ تَأْكُلُوهُ ، ثُمَّ قَالَ : جَيْشُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَفِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ، وَنَحْنُ مُضْطَرُّونَ كُلُوا بِاسْمِ اللهِ ، فَأَكَلْنَا مِنْهُ ، وَجَعَلْنَا مِنْهُ ، وَشِيقَةً ، وَلَقَدْ جَلَسَ فِي مَوْضِعِ عَيْنِهِ ثَلاَثَةَ عَشَرَ رَجُلاً قَالَ : فَأَخَذَ أَبُو عُبَيْدَةَ ضِلْعًا مِنْ أَضْلاَعِهِ ، فَرَحَلَ بِهِ أَجْسَمَ بَعِيرٍ مِنْ أَبَاعِرِ الْقَوْمِ ، فَأَجَازَ تَحْتَهُ ، فَلَمَّا قَدِمْنَا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَا حَبَسَكُمْ ؟ قُلْنَا كُنَّا نَتَّبِعُ عِيرَاتِ قُرَيْشٍ ، وَذَكَرْنَا لَهُ مِنْ أَمْرِ الدَّابَّةِ ، فَقَالَ : ذَاكَ رِزْقٌ رَزَقَكُمُوهُ اللَّهُ عَزَّ وَجَلَّ ، أَمَعَكُمْ مِنْهُ شَيْءٌ ، قَالَ : قُلْنَا : نَعَمْ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ bizi Əbu Ubeydənin yanında üç yüz və bir neçə nəfərlik atlı dəstə olaraq göndərmişdi. Əbu Ubeydənin yanında bir torba xurma var idi. O bizə hər gün bir ovuc xurma verirdi. Sonra hərəyə bir xurma verməyə başladı. Uşaqların süd əmdiyi kimi biz də o xurmanı sovurur və su içirdik. Xurma qurtardıqdan sonra o qədər ac qaldıq ki, oxlarımızla ağacları aşağı əyir və yarpaqları yeyirdik. Üstündən də su içirdik. Beləcə, bizə “yarpaq silkələyən əskər” deyilirdi. Dəniz sahilinə çatdıqda qum təpəsi kimi böyük olan bir balinaya rast gəldik. Əvvəlcə Əbu Ubeydə: ”O, murdardır, yeməyin!”, - dedi. Sonra isə: “Allah Elçisinin ﷺ Allah ﷿ yolunda döyüşən ordusu çətin haldadır. Allahın adı ilə yeyin!”, - dedi. Biz ondan yedik və ətindən qovurma düzəltdik. O balığın göz çuxurunda on üç nəfər otura bilirdi. Əbu Ubeydə balinanın bir qabırğa sümüyünü götürüb körpü kimi tutdu və ən hündür boylumuzu altından keçirtdi. Sonra acdığımıza görə aramızdan biri üç dəvə kəsdi. Biz Allah Elçisinin ﷺ yanına qayıtdıqda bizə dedi: “Nəyə görə belə gec gəldiniz?” Biz də: “Qureyşin karvanını izləyirdik”, - dedik. Balıqdan bəhs edildikdə isə buyurdu: “O, Allahın sizi ruziləndirdiyi bir ruzisidir. Ondan yanınızda bir şey qalıbmı?””

Cabir
SəhihNəsəi, 4354 (Ov və kəsim, 92)

Fəsil 36

Qurbağanı müalicə məqsədilə yemək

الضِّفْدَعُ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ ، عَنْ ابْنِ أَبِي ذِئْبٍ ، عَنْ سَعِيدِ بْنِ خَالِدٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عُثْمَانَ ، أَنَّ طَبِيبًا ذَكَرَ ضِفْدَعًا فِي دَوَاءٍ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَنَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ قَتْلِهِ.

“Abdur-Rahmən ibn Osman ﵁ rəvayət edir ki, bir dəfə bir təbib Allah Elçisinin ﷺ yanında qurbağadan müalicə məqsədilə istifadə etmək haqda danışdıqda Allah Elçisi ﷺ bu istifadəni və qurbağanın öldürülməsini qadağan etdi.”

Abdur-Rahmən ibn Osman
SəhihNəsəi, 4355 (Ov və kəsim, 93)

Fəsil 37

Çəyirtkə yemək

الْجَرَادُ

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ سُفْيَانَ وَهُوَ ابْنُ حَبِيبٍ ، عَنْ شُعْبَةَ ، عَنْ أَبِي يَعْفُورَ ، سَمِعَ عَبْدَ اللهِ بْنَ أَبِي أَوْفَى ، قَالَ : غَزَوْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : سَبْعَ غَزَوَاتٍ فَكُنَّا نَأْكُلُ الْجَرَادَ.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufə ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ yanında yeddi döyüşdə iştirak etmişdik və döyüşlərdə çəyirtkə yeyirdik”.”

Abdullah ibn Əbu Əufə
SəhihNəsəi, 4356 (Ov və kəsim, 94)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ سُفْيَانَ وَهُوَ ابْنُ عُيَيْنَةَ ، عَنْ أَبِي يَعْفُورَ قَالَ : سَأَلْتُ عَبْدَ اللهِ بْنَ أَبِي أَوْفَى ، عَنْ قَتْلِ الْجَرَادِ ، فَقَالَ : غَزَوْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ سِتَّ غَزَوَاتٍ نَأْكُلُ الْجَرَادَ.

“Rəvayət edilir ki, Əbu Yafur ﵀ demişdir: “Mən Abdullah ibn Əbu Əufədən çəyirtkəni öldürmək haqda soruşdum. O dedi: “Biz Allah Elçisinin ﷺ yanında altı döyüşdə iştirak etmişdik və döyüşlərdə çəyirtkə yeyirdik”.”

Əbu Yafur
SəhihNəsəi, 4357 (Ov və kəsim, 95)

Fəsil 38

Qarışqa öldürmək

قَتْلُ النَّمْلِ

أَخْبَرَنَا وَهْبُ بْنُ بَيَانٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدٍ ، وَأَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَنَّ نَمْلَةً قَرَصَتْ نَبِيًّا مِنَ الأَنْبِيَاءِ ، فَأَمَرَ بِقَرْيَةِ النَّمْلِ ، فَأُحْرِقَتْ ، فَأَوْحَى اللَّهُ عَزَّ وَجَلَّ إِلَيْهِ أَنْ قَدْ قَرَصَتْكَ نَمْلَةٌ أَهْلَكْتَ أُمَّةً مِنَ الأُمَمِ تُسَبِّحُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir dəfə bir qarışqa peyğəmbərlərdən birini dişlədi və o, qarışqa yuvasının yandırılmasını əmr etdi”. Onda Allah ﷿ ona belə vəhy etdi: “Səni qarışqa dişlədi deyə Allahın şəninə təriflər deyən bir ümməti məhv etdin!””

Əbu Hureyra
SəhihNəsəi, 4358 (Ov və kəsim, 96)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا النَّضْرُ وَهُوَ ابْنُ شُمَيْلٍ ، قَالَ : أَنْبَأَنَا أَشْعَثُ ، عَنِ الْحَسَنِ ، نَزَلَ نَبِيٌّ مِنَ الأَنْبِيَاءِ تَحْتَ شَجَرَةٍ فَلَدَغَتْهُ نَمْلَةٌ ، فَأَمَرَ بِبَيْتِهِنَّ ، فَحُرِّقَ عَلَى مَا فِيهَا ، فَأَوْحَى اللَّهُ إِلَيْهِ فَهَلاَّ نَمْلَةٌ وَاحِدَةٌ وقَالَ الأَشْعَثُ : عَنْ ابْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مِثْلَهُ ، وَزَادَ فَإِنَّهُنَّ : يُسَبِّحْنَ

“Həsən əl-Bəsri ﵀ rəvayət edir ki, bir dəfə peyğəmbərlərdən biri bir ağacın altında oturduqda qarışqalardan biri onu dişlədi. O da qarışqa yuvasını içindəkilərlə birlikdə yandırılmasını əmr etdi”. Onda Allah ona belə vəhy etdi: “Səni bir qarışqa dişlədi deyə...!””

Həsən
SəhihNəsəi, 4359 (Ov və kəsim, 97)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ نَحْوَهُ وَلَمْ يَرْفَعْهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
ZəifNəsəi, 4360 (Ov və kəsim, 98)