Ovçuluq və heyvan kəsmək kitabı

Ev eşşəklərinin ətinin yeyilməsinin haram olması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أَنَسٍ قَالَ : صَبَّحَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خَيْبَرَ ، فَخَرَجُوا إِلَيْنَا ، وَمَعَهُمُ الْمَسَاحِي ، فَلَمَّا رَأَوْنَا ، قَالُوا : مُحَمَّدٌ وَالْخَمِيسُ ، وَرَجَعُوا إِلَى الْحِصْنِ يَسْعَوْنَ ، فَرَفَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَدَيْهِ ، ثُمَّ قَالَ : اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ ، خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ ، فَأَصَبْنَا فِيهَا حُمُرًا ، فَطَبَخْنَاهَا ، فَنَادَى مُنَادِي النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ وَرَسُولَهُ يَنْهَاكُمْ عَنْ لُحُومِ الْحُمُرِ ، فَإِنَّهَا رِجْسٌ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybər qalasının önünə yaxınlaşdığı səhər qaladakılar əllərində kürəklərlə qaladan çıxıb bizə doğru gəlməyə başladılar. Bizi gördükdə: “Muhəmməd öz qoşunu ilə gəldi!”, - deyərək dərhal qalaya geri qayıtdılar. Bu vaxt Allah Elçisi ﷺ əllərini qaldıraraq dedi: “Allahu Əkbər, Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda qorxudulanların sabahı necə də pis olar!” Biz orada eşşəkləri tutub bişirdik. Peyğəmbərin ﷺ məsul etdiyi bir adam isə car çəkərək dedi: “Allah ﷿ və Onun Elçisi eşşək ətlərinin yeyilməsini haram etmişdir. Şübhəsiz ki, o (eşşək əti), pisdir”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 4340 (Ov və kəsim, 78)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı