Ovçuluq və heyvan kəsmək kitabı

Ev eşşəklərinin ətinin yeyilməsinin haram olması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ الشَّيْبَانِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى قَالَ : أَصَبْنَا يَوْمَ خَيْبَرَ حُمُرًا خَارِجًا مِنَ الْقَرْيَةِ ، فَطَبَخْنَاهَا ، فَنَادَى مُنَادِي النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَدْ حَرَّمَ لُحُومَ الْحُمُرِ فَأَكْفِئُوا الْقُدُورَ بِمَا فِيهَا فَأَكْفَأْنَاهَا.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufə ﵁ demişdir: “Xeybər döyüşü günü qalanın kənarında ev eşşəklərini tutub qazanlarda bişirdik. Peyğəmbərin ﷺ məsul etdiyi bir carçı: “Allah Elçisi ﷺ eşşək ətlərinin yeyilməsini haram etmişdir. Qazanlarda olan ətləri yerə dağıdın!”, - deməyə başladı. Biz də qazanları yerə boşaltdıq”.”

Abdullah ibn Əbu Əufə
Səhih

İstinad

Nəsəi, 4339 (Ov və kəsim, 77)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı