Ev eşşəklərinin ətinin yeyilməsinin haram olması
أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، أَنْبَأَنَا بَقِيَّةُ ، عَنْ بَحِيرٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ أَبِي ثَعْلَبَةَ الْخُشَنِيِّ أَنَّهُ : حَدَّثَهُمْ أَنَّهُمْ غَزَوْا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى خَيْبَرَ ، وَالنَّاسُ جِيَاعٌ ، فَوَجَدُوا فِيهَا حُمُرًا مِنْ حُمُرِ الإِنْسِ ، فَذَبَحَ النَّاسُ مِنْهَا ، فَحُدِّثَ بِذَلِكَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَمَرَ عَبْدَ الرَّحْمَنِ بْنَ عَوْفٍ ، فَأَذَّنَ فِي النَّاسِ : أَلاَ إِنَّ لُحُومَ الْحُمُرِ الإِنْسِ لاَ تَحِلُّ لِمَنْ يَشْهَدُ أَنِّي رَسُولُ اللَّهِ.
“Rəvayət edilir ki, Əbu Sələbə əl-Xuşəni ﵁ demişdir: “Biz Allah Elçisi ilə bərabər ﷺ Xeybər günü döyüşürdük. İnsanlar acmışdılar və bu əsnada xeybərlilərin eşşəklərini tutub kəsdilər. Xəbər Peyğəmbərə ﷺ çatdıqda Abdur-Rahmən ibn Aufa əmr edərək belə car çəkməsini buyurdu: “Kim mənim Allahın Elçisi olduğuma şahidlik edirsə, bilsin ki, ona eşşək əti halal deyil”.”
İstinad
Nəsəi, 4341 (Ov və kəsim, 79)
Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı