Ovçuluq və heyvan kəsmək kitabı

Vurulan ov bir müddət sonra tapılarsa, nə edilməlidir?

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ قَالَ : أَنْبَأَنَا أَبُو بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّا أَهْلُ الصَّيْدِ وَإِنَّ أَحَدَنَا يَرْمِي الصَّيْدَ فَيَغِيبُ عَنْهُ اللَّيْلَةَ وَاللَّيْلَتَيْنِ فَيَبْتَغِي الأَثَرَ فَيَجِدُهُ مَيِّتًا وَسَهْمُهُ فِيهِ ، قَالَ : إِذَا وَجَدْتَ السَّهْمَ فِيهِ ، وَلَمْ تَجِدْ فِيهِ أَثَرَ سَبُعٍ ، وَعَلِمْتَ أَنَّ سَهْمَكَ قَتَلَهُ فَكُلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, biz ovçuyuq. Bizdən biri ovunu ovlayır və bir-iki gecə sonra isə onu ölü olaraq tapır. Ox da ona sancılmış vəziyyətdə olur. Bu halda nə edilməlidir?” Allah Elçisi ﷺ buyurdu: “Əgər sən ovladığın heyvanı yırtıcı heyvanın yaralama izi olmadan, onun üzərində öz oxun olduğu halda tapsan və ovu sənin oxunun öldürdüyünü bilərsənsə, onu yeyə bilərsən”.”

Adiy ibn Hatim
Səhih

İstinad

Nəsəi, 4300 (Ov və kəsim, 38)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı