Ovçuluq və heyvan kəsmək kitabı

Vurulan ov suya düşdükdə nə edilməlidir?

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ أَبِي شُعَيْبٍ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ أَعْيَنَ ، عَنْ مَعْمَرٍ ، عَنْ عَاصِمِ بْنِ سُلَيْمَانَ ، عَنْ عَامِرٍ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، أَنَّهُ سَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الصَّيْدِ ، فَقَالَ : إِذَا أَرْسَلْتَ سَهْمَكَ وَكَلْبَكَ وَذَكَرْتَ اسْمَ اللهِ فَقَتَلَ سَهْمُكَ فَكُلْ قَالَ : فَإِنْ بَاتَ عَنِّي لَيْلَةً يَا رَسُولَ اللهِ ؟ قَالَ : إِنْ وَجَدْتَ سَهْمَكَ ، وَلَمْ تَجِدْ فِيهِ أَثَرَ شَيْءٍ غَيْرَهُ فَكُلْ ، وَإِنْ وَقَعَ فِي الْمَاءِ فَلاَ تَأْكُلْ.

“Rəvayət edilir ki, bir dəfə Adiy ibn Hatim ﵁ Allah Elçisinə ﷺ ov haqda sual verdi. Allah Elçisi ﷺ də buyurdu: “Sən ox atdıqda və itini ovun arxası ilə göndərdikdə Allahın adını çəkmisənsə, sənin oxun ovu öldürsə də, o ovu yeyə bilərsən”. Adiy dedi: “Əgər mən ovu bir gün sonra tapsam necə, ey Allahın Elçisi!” O buyurdu: “Sən yalnız öz oxunun izini görsən, başqa iz görməsən, ondan yeyə bilərsən. Əgər suya düşüb ölübsə, ondan yemə!””

Adiy ibn Hatim
Səhih

İstinad

Nəsəi, 4299 (Ov və kəsim, 37)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı