Ovçuluq və heyvan kəsmək kitabı

Vurulan ov suya düşdükdə nə edilməlidir?

أَخْبَرَنَا أَحْمَدُ بْنُ مَنِيعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، قَالَ : أَخْبَرَنِي عَاصِمٌ الأَحْوَلُ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الصَّيْدِ ، فَقَالَ : إِذَا رَمَيْتَ سَهْمَكَ فَاذْكُرِ اسْمَ اللهِ عَزَّ وَجَلَّ ، فَإِنْ وَجَدْتَهُ قَدْ قُتِلَ فَكُلْ ، إِلاَّ أَنْ تَجِدَهُ قَدْ وَقَعَ فِي مَاءٍ ، وَلاَ تَدْرِي الْمَاءُ قَتَلَهُ أَوْ سَهْمُكَ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisinə ﷺ ov haqda sual verdikdə o buyurdu: “Sən ox atdıqda Allahın ﷿ adını çəkmisənsə, həmin ovu ölü halda taparsansa, onu yeyə bilərsən. Amma həmin ov suya düşübsə, onu yemə. Çünki sən bilmirsən, o boğulub ölüb, yoxsa onu sənin oxun öldürüb”.”

Adiy ibn Hatim
Səhih

İstinad

Nəsəi, 4298 (Ov və kəsim, 36)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı