Ovçuluq və heyvan kəsmək kitabı

Vəhşiləşən heyvanlar

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ سَعِيدِ بْنِ مَسْرُوقٍ ، عَنْ عَبَايَةَ بْنِ رِفَاعَةَ بْنِ رَافِعٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ قَالَ : بَيْنَمَا نَحْنُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي ذِي الْحُلَيْفَةِ مِنْ تِهَامَةَ ، فَأَصَابُوا إِبِلاً وَغَنَمًا وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي أُخْرَيَاتِ الْقَوْمِ فَعَجَّلَ أَوَّلُهُمْ فَذَبَحُوا ، وَنَصَبُوا الْقُدُورَ ، فَدُفِعَ إِلَيْهِمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَمَرَ بِالْقُدُورِ فَأُكْفِئَتْ ، ثُمَّ قَسَّمَ بَيْنَهُمْ ، فَعَدَلَ عَشْرًا مِنَ الشَّاءِ بِبَعِيرٍ ، فَبَيْنَمَا هُمْ كَذَلِكَ إِذْ نَدَّ بَعِيرٌ ، وَلَيْسَ فِي الْقَوْمِ إِلاَّ خَيْلٌ يَسِيرَةٌ ، فَطَلَبُوهُ فَأَعْيَاهُمْ فَرَمَاهُ رَجُلٌ بِسَهْمٍ فَحَبَسَهُ اللَّهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ لِهَذِهِ الْبَهَائِمِ أَوَابِدَ كَأَوَابِدِ الْوَحْشِ فَمَا غَلَبَكُمْ مِنْهَا فَاصْنَعُوا بِهِ هَكَذَا.

“Rəvayət edilir ki, Rafi ibn Xədic ﵁ demişdir: “Biz Tihamə bölgəsində Zul-Huleyfədə Allah Elçisi ﷺ ilə birlikdə idik. Bizdən öndə gedənlər dəvələri və qoyunları tutdular. Allah Elçisi ﷺ ordunun arxa tərəfində idi. Öndəkilər o heyvanlardan kəsib qazanlara qoydular. Allah Elçisi ﷺ qazanların boşaldılmasını əmr etdi. Onlar da boşaldaraq dəvə və qoyunları əsgərlər arasında paylaşdırmağa başladılar. Bir dəvəni on qoyuna bərabər halda payladılar. Bu vaxt bir dəvə qaçdı. Aramızda yalnız bir at var idi, o da sürətli qaçmırdı. Səhabələr dəvənin arxası ilə getdilər, lakin onu tuta bilmədilər. Bir kişi oxla vurub onu tutdu. Allah Elçisi ﷺ buyurdu: “Bu ev heyvanları da bəzən vəhşiləşirlər. Onları tutmaq istədikdə bu şəkildə tutun!””

Rafi ibn Xədic
Səhih

İstinad

Nəsəi, 4297 (Ov və kəsim, 35)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı