Ovçuluq və heyvan kəsmək kitabı

Ov iti satmağa rüsxət verilməsi

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا ابْنُ سَوَاءٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ أَبِي مَالِكٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ لِي كِلاَبًا مُكَلَّبَةً ، فَأَفْتِنِي فِيهَا ، قَالَ : مَا أَمْسَكَ عَلَيْكَ كِلاَبُكَ فَكُلْ قُلْتُ : وَإِنْ قَتَلْنَ ؟ قَالَ : وَإِنْ قَتَلْنَ . قَالَ : أَفْتِنِي فِي قَوْسِي ، قَالَ : مَا رَدَّ عَلَيْكَ سَهْمُكَ فَكُلْ قَالَ : وَإِنْ تَغَيَّبَ عَلَيَّ ؟ قَالَ : وَإِنْ تَغَيَّبَ عَلَيْكَ ، مَا لَمْ تَجِدْ فِيهِ أَثَرَ سَهْمٍ غَيْرَ سَهْمِكَ أَوْ تَجِدْهُ قَدْ صَلَّ يَعْنِي قَدْ أَنْتَنَ قَالَ ابْنُ سَوَاءٍ ، وَسَمِعْتُهُ مِنْ أَبِي مَالِكٍ عُبَيْدِ اللهِ بْنِ الأَخْنَسِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, bir dəfə bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim təlim görmüş itlərim var. Bu haqda mənə fətva ver!” Peyğəmbər ﷺ buyurdu: “İtlərinin sənin üçün tutduğu ovlardan yeyə bilərsən”. Kişi dedi: “Əgər it ovu öldürərsə?” O buyurdu: “İt ovu öldürsə də, yeyə bilərsən”. Kişi dedi: “Mənə ox ilə ovlamaq haqda fətva ver”. O buyurdu: “Oxunla ovladığın heyvanı yeyə bilərsən”. Kişi dedi: “Bəs oxla vurduğum heyvanı bir az sonra tapsam, necə?” Peyğəmbər ﷺ buyurdu: “Əgər oxla vurduğun heyvanın üzərində sənin oxundan başqa yara tapmasan və şikar iylənməyibsa, yeyə bilərsən”.”

Amr ibn Şueyb atasından və babasından
Səhih

İstinad

Nəsəi, 4296 (Ov və kəsim, 34)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı