Ovçuluq və heyvan kəsmək kitabı

Dənizdə yaşayan heyvanın ölüsü

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا عَبْدَةُ ، عَنْ هِشَامٍ ، عَنْ وَهْبِ بْنِ كَيْسَانَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ : بَعَثَنَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَنَحْنُ ثَلاَثُ مِئَةٍ ، نَحْمِلُ زَادَنَا عَلَى رِقَابِنَا ، فَفَنِيَ زَادُنَا حَتَّى كَانَ يَكُونُ لِلرَّجُلِ مِنَّا كُلَّ يَوْمٍ تَمْرَةٌ فَقِيلَ لَهُ : يَا أَبَا عَبْدِ اللهِ ، وَأَيْنَ تَقَعُ التَّمْرَةُ مِنَ الرَّجُلِ ؟ ، قَالَ : لَقَدْ وَجَدْنَا فَقْدَهَا حِينَ فَقَدْنَاهَا ، فَأَتَيْنَا الْبَحْرَ ، فَإِذَا بِحُوتٍ قَذَفَهُ الْبَحْرُ ، فَأَكَلْنَا مِنْهُ ثَمَانِيَةَ عَشَرَ يَوْمًا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ bizi üç yüz nəfərlik dəstə olaraq göndərmişdi. Biz azuqələrimizi çiyinlərimizdə daşıyırdıq. Azuqə o qədər azalmışdı ki, gündə hər adama bir xurma düşürdü. Cabirə deyildi: “Ey Əbu Abdullah, bir xurma bir adama bəs edər?!” Xurma qurtardıqda onun dəyərini başa düşdük. Biz dəniz sahilinə gəldikdə böyük bir balıq gördük. Dəniz onu sahilə atmışdı. Biz də on səkkiz gün o balığın ətindən yedik”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 4351 (Ov və kəsim, 89)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı