Dənizdə yaşayan heyvanın ölüsü
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، عَنْ عَمْرٍو قَالَ : سَمِعْتُ جَابِرًا يَقُولُ : بَعَثَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ثَلاَثَ مِئَةِ رَاكِبٍ ، أَمِيرُنَا أَبُو عُبَيْدَةَ بْنُ الْجَرَّاحِ ، نَرْصُدُ عِيرَ قُرَيْشٍ ، فَأَقَمْنَا بِالسَّاحِلِ ، فَأَصَابَنَا جُوعٌ شَدِيدٌ حَتَّى أَكَلْنَا الْخَبَطَ ، قَالَ : فَأَلْقَى الْبَحْرُ دَابَّةً ، يُقَالُ لَهَا : الْعَنْبَرُ فَأَكَلْنَا مِنْهُ نِصْفَ شَهْرٍ ، وَادَّهَنَّا مِنْ وَدَكِهِ فَثَابَتْ أَجْسَامُنَا ، وَأَخَذَ أَبُو عُبَيْدَةَ ضِلْعًا مِنْ أَضْلاَعِهِ ، فَنَظَرَ إِلَى أَطْوَلِ جَمَلٍ وَأَطْوَلِ رَجُلٍ فِي الْجَيْشِ ، فَمَرَّ تَحْتَهُ ، ثُمَّ جَاعُوا فَنَحَرَ رَجُلٌ ثَلاَثَ جَزَائِرَ ، ثُمَّ جَاعُوا فَنَحَرَ رَجُلٌ ثَلاَثَ جَزَائِرَ ، ثُمَّ جَاعُوا فَنَحَرَ رَجُلٌ ثَلاَثَ جَزَائِرَ ، ثُمَّ نَهَاهُ أَبُو عُبَيْدَةَ ، قَالَ : سُفْيَانُ قَالَ : أَبُو الزُّبَيْرِ عَنْ جَابِرٍ ، فَسَأَلْنَا النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : هَلْ مَعَكُمْ مِنْهُ شَيْءٌ ؟ ، قَالَ : فَأَخْرَجْنَا مِنْ عَيْنَيْهِ كَذَا وَكَذَا ، قُلَّةً مِنْ وَدَكٍ ، وَنَزَلَ فِي حَجَّاجِ عَيْنِهِ أَرْبَعَةُ نَفَرٍ ، وَكَانَ مَعَ أَبِي عُبَيْدَةَ جِرَابٌ فِيهِ تَمْرٌ ، فَكَانَ يُعْطِينَا الْقَبْضَةَ ، ثُمَّ صَارَ إِلَى التَّمْرَةِ ، فَلَمَّا فَقَدْنَاهَا وَجَدْنَا فَقْدَهَا.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ bizi Əbu Ubeydə ibn əl-Cərrahın başçılığı altında üç yüz nəfərlik atlı dəstə olaraq Qureyşin karvanını təqib etmək üçün göndərmişdi. Dənizin sahilinə çatdıqda bizə şiddətli aclıq üz vermişdi. Aclıqdan ağac yarpaqlarını yeyirdik. Bu əsnada dəniz sahilə bir balina atmışdı. Biz ondan on beş gün yedik və yağından bədənimizə sürtdük. Bundan sonra bədənlərimiz möhkəmləndi. Əbu Ubeydə balinanın bir qabırğa sümüyünü götürüb körpü kimi tutdu. Biz də ən böyük dəvəmizə ən hündür boylumuzu mindirdik, o da sümüyün altından keçdi. Sonra acdığımıza görə aramızdan biri üç dəvə kəsdi. Sonra acdığımıza görə aramızdan biri üç dəvə kəsdi. Sonra acdığımıza görə aramızdan biri üç dəvə kəsdi. Sonra Əbu Ubeydə dəvələrin kəsilməsini dayandırdı. Sonra Peyğəmbərdən ﷺ o balıq haqda soruşduqda buyurdu: “Onun ətindən yanınızda bir şey varmı?” Biz balığın gözlərindən filan qədər yağ çıxarmışdıq. Balığın göz çuxuruna dörd nəfər otura bilirdi. Yola çıxarkən Əbu Ubeydənin yanında bir torba xurma var idi. O bizə hər gün bir ovuc xurma verirdi. Sonra hərəyə bir xurma verməyə başladı. Onu da tapmadıqda bir xurmanın belə yoxluğunu dərk etdik”.”
İstinad
Nəsəi, 4352 (Ov və kəsim, 90)
Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı