Ovçuluq və heyvan kəsmək kitabı

Dənizdə yaşayan heyvanın ölüsü

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا أَبُو الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : بَعَثَنَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَعَ أَبِي عُبَيْدَةَ فِي سَرِيَّةٍ فَنَفِدَ زَادُنَا ، فَمَرَرْنَا بِحُوتٍ قَدْ قَذَفَ بِهِ الْبَحْرُ ، فَأَرَدْنَا أَنْ نَأْكُلَ مِنْهُ ، فَنَهَانَا أَبُو عُبَيْدَةَ ، ثُمَّ قَالَ : نَحْنُ رُسُلُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَفِي سَبِيلِ اللهِ ، كُلُوا ، فَأَكَلْنَا مِنْهُ أَيَّامًا ، فَلَمَّا قَدِمْنَا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَخْبَرْنَاهُ ، فَقَالَ : إِنْ كَانَ بَقِيَ مَعَكُمْ شَيْءٌ فَابْعَثُوا بِهِ إِلَيْنَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ Ubeydənin başçılığı altında bizi gecə vaxtı bir dəstə olaraq göndərmişdi. Biz ac idik. Dəniz sahilində böyük bir balığa rast gəldik. Biz ondan yemək istədik, amma Əbu Ubeydə bunu bizə qadağan etdi. Sonra isə dedi: “Biz Allah Elçisinin ﷺ Allah yolunda döyüşən elçiləriyik. Ondan yeyin!” Biz də günlərlə ondan yedik. Sonra Allah Elçisinin ﷺ yanına gəldikdə ona balıq haqda xəbər verdik. O da buyurdu: “Onun ətindən yanınızda bir şey varsa, bizə də verin”.”

Cabir
Səhih

İstinad

Nəsəi, 4353 (Ov və kəsim, 91)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı