Dənizdə yaşayan heyvanın ölüsü
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُمَرَ بْنِ عَلِيِّ بْنِ مُقَدَّمٍ الْمُقَدَّمِيُّ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : بَعَثَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَعَ أَبِي عُبَيْدَةَ ، وَنَحْنُ ثَلاَثُ مِئَةٍ وَبِضْعَةَ عَشَرَ ، وَزَوَّدَنَا جِرَابًا مِنْ تَمْرٍ ، فَأَعْطَانَا قَبْضَةً قَبْضَةً ، فَلَمَّا أَنْ جُزْنَاهُ أَعْطَانَا تَمْرَةً تَمْرَةً ، حَتَّى إِنْ كُنَّا لَنَمُصُّهَا كَمَا يَمُصُّ الصَّبِيُّ ، وَنَشْرَبُ عَلَيْهَا الْمَاءَ ، فَلَمَّا فَقَدْنَاهَا وَجَدْنَا فَقْدَهَا ، حَتَّى إِنْ كُنَّا لَنَخْبِطُ الْخَبَطَ بِقِسِيِّنَا ، وَنَسَفُّهُ ثُمَّ نَشْرَبُ عَلَيْهِ مِنَ الْمَاءِ حَتَّى سُمِّينَا جَيْشَ الْخَبَطِ ، ثُمَّ أَجَزْنَا السَّاحِلَ ، فَإِذَا دَابَّةٌ مِثْلُ الْكَثِيبِ - يُقَالُ لَهُ الْعَنْبَرُ - فَقَالَ أَبُو عُبَيْدَةَ : مَيْتَةٌ لاَ تَأْكُلُوهُ ، ثُمَّ قَالَ : جَيْشُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَفِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ، وَنَحْنُ مُضْطَرُّونَ كُلُوا بِاسْمِ اللهِ ، فَأَكَلْنَا مِنْهُ ، وَجَعَلْنَا مِنْهُ ، وَشِيقَةً ، وَلَقَدْ جَلَسَ فِي مَوْضِعِ عَيْنِهِ ثَلاَثَةَ عَشَرَ رَجُلاً قَالَ : فَأَخَذَ أَبُو عُبَيْدَةَ ضِلْعًا مِنْ أَضْلاَعِهِ ، فَرَحَلَ بِهِ أَجْسَمَ بَعِيرٍ مِنْ أَبَاعِرِ الْقَوْمِ ، فَأَجَازَ تَحْتَهُ ، فَلَمَّا قَدِمْنَا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَا حَبَسَكُمْ ؟ قُلْنَا كُنَّا نَتَّبِعُ عِيرَاتِ قُرَيْشٍ ، وَذَكَرْنَا لَهُ مِنْ أَمْرِ الدَّابَّةِ ، فَقَالَ : ذَاكَ رِزْقٌ رَزَقَكُمُوهُ اللَّهُ عَزَّ وَجَلَّ ، أَمَعَكُمْ مِنْهُ شَيْءٌ ، قَالَ : قُلْنَا : نَعَمْ.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ bizi Əbu Ubeydənin yanında üç yüz və bir neçə nəfərlik atlı dəstə olaraq göndərmişdi. Əbu Ubeydənin yanında bir torba xurma var idi. O bizə hər gün bir ovuc xurma verirdi. Sonra hərəyə bir xurma verməyə başladı. Uşaqların süd əmdiyi kimi biz də o xurmanı sovurur və su içirdik. Xurma qurtardıqdan sonra o qədər ac qaldıq ki, oxlarımızla ağacları aşağı əyir və yarpaqları yeyirdik. Üstündən də su içirdik. Beləcə, bizə “yarpaq silkələyən əskər” deyilirdi. Dəniz sahilinə çatdıqda qum təpəsi kimi böyük olan bir balinaya rast gəldik. Əvvəlcə Əbu Ubeydə: ”O, murdardır, yeməyin!”, - dedi. Sonra isə: “Allah Elçisinin ﷺ Allah ﷿ yolunda döyüşən ordusu çətin haldadır. Allahın adı ilə yeyin!”, - dedi. Biz ondan yedik və ətindən qovurma düzəltdik. O balığın göz çuxurunda on üç nəfər otura bilirdi. Əbu Ubeydə balinanın bir qabırğa sümüyünü götürüb körpü kimi tutdu və ən hündür boylumuzu altından keçirtdi. Sonra acdığımıza görə aramızdan biri üç dəvə kəsdi. Biz Allah Elçisinin ﷺ yanına qayıtdıqda bizə dedi: “Nəyə görə belə gec gəldiniz?” Biz də: “Qureyşin karvanını izləyirdik”, - dedik. Balıqdan bəhs edildikdə isə buyurdu: “O, Allahın sizi ruziləndirdiyi bir ruzisidir. Ondan yanınızda bir şey qalıbmı?””
İstinad
Nəsəi, 4354 (Ov və kəsim, 92)
Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı