Ovçuluq və heyvan kəsmək kitabı

Kərtənkələ əti yemək

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، عَنْ مُحَمَّدِ بْنِ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ قَالَ : أَخْبَرَنِي الزُّهْرِيُّ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، عَنْ خَالِدِ بْنِ الْوَلِيدِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أُتِيَ بِضَبٍّ مَشْوِيٍّ ، فَقُرِّبَ إِلَيْهِ ، فَأَهْوَى إِلَيْهِ بِيَدِهِ لِيَأْكُلَ مِنْهُ ، قَالَ لَهُ : مَنْ حَضَرَ يَا رَسُولَ اللهِ ، إِنَّهُ لَحْمُ ضَبٍّ ، فَرَفَعَ يَدَهُ عَنْهُ ، فَقَالَ لَهُ خَالِدُ بْنُ الْوَلِيدِ : يَا رَسُولَ اللهِ ، أَحَرَامٌ الضَّبُّ ؟ قَالَ : لاَ ، وَلَكِنْ لَمْ يَكُنْ بِأَرْضِ قَوْمِي فَأَجِدُنِي أَعَافُهُ فَأَهْوَى خَالِدٌ إِلَى الضَّبِّ فَأَكَلَ مِنْهُ وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَنْظُرُ.

“Xalid ibn əl-Valid ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisinin ﷺ önünə qızardılmış kərtənkələ əti qoyuldu. Allah Elçisi ﷺ əlini uzadıb ondan yemək istədikdə orada olan biri: “O, kərtənkələ ətidir, ey Allahın Elçisi!”, - dedi. Allah Elçisi ﷺ dərhal əlini çəkdi. Xalid ibn əl-Valid ona dedi: “Ey Allahın Elçisi, kərtənkələ əti haramdır?” Allah Elçisi ﷺ buyurdu: “Xeyr, lakin mənim qövmümün yaşadığı yerdə olmadığı üçün ondan xoşum gəlmir”. Bu vaxt Xalid kərtənkələni yeməyə başladı, Allah Elçisi ﷺ də ona baxırdı”.”

Xalid ibn əl-Valid
Səhih

İstinad

Nəsəi, 4316 (Ov və kəsim, 54)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı