Kərtənkələ əti yemək
أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّهُ أَخْبَرَهُ ، أَنَّ خَالِدَ بْنَ الْوَلِيدِ أَخْبَرَهُ ، أَنَّهُ دَخَلَ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى مَيْمُونَةَ بِنْتِ الْحَارِثِ وَهِيَ خَالَتُهُ ، فَقُدِّمَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَحْمُ ضَبٍّ ، وَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لاَ يَأْكُلُ شَيْئًا حَتَّى يَعْلَمَ مَا هُوَ ، فَقَالَ بَعْضُ النِّسْوَةِ : أَلاَ تُخْبِرْنَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَا يَأْكُلُ ، فَأَخْبَرَتْهُ أَنَّهُ لَحْمُ ضَبٍّ ، فَتَرَكَهُ ، قَالَ خَالِدٌ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَحَرَامٌ هُوَ ؟ قَالَ : لاَ وَلَكِنَّهُ طَعَامٌ لَيْسَ فِي أَرْضِ قَوْمِي فَأَجِدُنِي أَعَافُهُ . قَالَ خَالِدٌ : فَاجْتَرَرْتُهُ إِلَيَّ ، فَأَكَلْتُهُ وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَنْظُرُ وَحَدَّثَهُ ابْنُ الأَصَمِّ ، عَنْ مَيْمُونَةَ وَكَانَ فِي حِجْرِهَا.
“Rəvayət edilir ki, bir dəfə Xalid ibn əl-Valid ﵁ Allah Elçisi ﷺ ilə birlikdə xalası Məymunəgilə getmişdi. Orada Allah Elçisinin ﷺ önünə qızardılmış kərtənkələ əti qoyuldu. Allah Elçisi ﷺ bir şey bilmədən heç nəyi yeməzdi. Orada olan qadınlardan biri Məymunəyə dedi: “Sən bu ətin nə əti olduğunu Allah Elçisinə ﷺ deməyəcəksən?” Məymunə də o ətin kərtənkələ əti olduğunu söylədi. Allah Elçisi ﷺ ondan yemədi. Xalid deyir: “Mən Allah Elçisindən ﷺ onun haram olduğunu soruşduqda o buyurdu: “Xeyr, lakin bu yemək mənim qövmümün yaşadığı yerdə olmadığı üçün ondan xoşum gəlmir”. Xalid deyir: “Onun haram olmadığını eşidincə mənə cəsarət gəldi və ondan yeməyə başladım. Allah Elçisi ﷺ də mənə baxırdı”.”
İstinad
Nəsəi, 4317 (Ov və kəsim, 55)
Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı