Ovçuluq və heyvan kəsmək kitabı

Toyuq ətinin yeyilməsinin icazəli olması

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنِ الْقَاسِمِ التَّمِيمِيِّ ، عَنْ زَهْدَمٍ الْجَرْمِيِّ قَالَ : كُنَّا عِنْدَ أَبِي مُوسَى ، فَقُدِّمَ طَعَامُهُ وَقُدِّمَ فِي طَعَامِهِ لَحْمُ دَجَاجٍ ، وَفِي الْقَوْمِ رَجُلٌ مِنْ بَنِي تَيْمِ اللهِ أَحْمَرُ ، كَأَنَّهُ مَوْلًى ، فَلَمْ يَدْنُ ، فَقَالَ لَهُ أَبُو مُوسَى : ادْنُ ، فَإِنِّي قَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَأْكُلُ مِنْهُ.

“Rəvayət edilir ki, Zəhdəm əl-Cərmi ﵀ demişdir: “Bir dəfə biz Əbu Musanın yanında idik. Onun üçün yemək gətirildi. Bu yeməyin içində toyuq əti də var idi. Orada Bəni Teymilləh qəbiləsindən olan qırmızı üzlü bir adam var idi, sanki azad edilmiş bir köləyə bənzəyirdi. Həmin adam süfrəyə yaxınlaşmadı. Əbu Musa ona dedi: “Yaxınlaş və ye! Çünki Allah Elçisinin ﷺ toyuq ətindən yediyini görmüşəm”.”

Zəhdəm əl-Cərmi
Səhih

İstinad

Nəsəi, 4347 (Ov və kəsim, 85)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı