Ovçuluq və heyvan kəsmək kitabı

Toyuq ətinin yeyilməsinin icazəli olması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ زَهْدَمٍ ، أَنَّ أَبَا مُوسَى أُتِيَ بِدَجَاجَةٍ فَتَنَحَّى رَجُلٌ مِنَ الْقَوْمِ ، فَقَالَ : مَا شَأْنُكَ ؟ ، قَالَ : إِنِّي رَأَيْتُهَا تَأْكُلُ شَيْئًا قَذِرْتُهُ فَحَلَفْتُ أَنْ لاَ آكُلَهُ ، فَقَالَ أَبُو مُوسَى : ادْنُ فَكُلْ ، فَإِنِّي رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَأْكُلُهُ ، وَأَمَرَهُ أَنْ يُكَفِّرَ عَنْ يَمِينِهِ.

“Zəhdəm ﵀ rəvayət edir ki, bir dəfə Əbu Musaya yeməsi üçün toyuq gətirildi. Oradakılardan biri toyuqdan yeməkdən çəkindikdə Əbu Musa ona dedi: “Sənə nə olub?” O dedi: “Mən o toyuğun murdar bir şey yediyini görmüşəm, ona görə də ondan yeməyəcəyimə and içmişəm”. Əbu Musa dedi: “Yaxınlaş və ye! Çünki Allah Elçisinin ﷺ toyuq ətindən yediyini görmüşəm”. Sonra da andına görə kəffarə verməsini əmr etdi.”

Zəhdəm
Səhih

İstinad

Nəsəi, 4346 (Ov və kəsim, 84)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı