Ovçuluq və heyvan kəsmək kitabı

Mirad ilə ovlamaq

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، عَنْ جَرِيرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ هَمَّامٍ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي أُرْسِلُ الْكِلاَبَ الْمُعَلَّمَةَ ، فَتُمْسِكُ عَلَيَّ ، فَآكُلُ مِنْهُ ؟ قَالَ : إِذَا أَرْسَلْتَ الْكِلاَبَ - يَعْنِي الْمُعَلَّمَةَ - وَذَكَرْتَ اسْمَ اللهِ ، فَأَمْسَكْنَ عَلَيْكَ فَكُلْ قُلْتُ : وَإِنْ قَتَلْنَ ؟ قَالَ : وَإِنْ قَتَلْنَ ، مَا لَمْ يَشْرَكْهَا كَلْبٌ لَيْسَ مِنْهَا قُلْتُ : وَإِنِّي أَرْمِي الصَّيْدَ بِالْمِعْرَاضِ ، فَأُصِيبُ فَآكُلُ ؟ قَالَ : إِذَا رَمَيْتَ بِالْمِعْرَاضِ ، وَسَمَّيْتَ فَخَزَقَ فَكُلْ ، وَإِذَا أَصَابَ بِعَرْضِهِ فَلاَ تَأْكُلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mən ovu tutmaq üçün təlim görmüş itləri göndərirəm və onların tutduğu ovu yeyirəm”. Allah Elçisi ﷺ buyurdu: “Sən təlim görmüş itləri göndərdikdə Allahın adını çəkmisənsə, o ovu yeyə bilərsən”. Mən dedim: “İt ovu öldürsə də, yeyə bilərəm?” O buyurdu: “Əgər başqa it ova şərik olmazsa, o ovu yeyə bilərsən”. Mən dedim: “Mən miradı atıb şikarı vururam və onu yeyirəm”. Allah Elçisi ﷺ buyurdu: “Əgər sən miradı atanda Allahın adını çəkmisənsə və onu yaraladıqdan sonra qanını axıtmısansa, onu yeyə bilərsən. Əgər miradın küt tərəfi ilə zərbə ilə vurub öldürmüsənsə, onu yeyə bilməzsən”.”

Adiy ibn Hatim
Səhih

İstinad

Nəsəi, 4305 (Ov və kəsim, 43)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı