Kərtənkələ əti yemək
أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ قَالَ : أَنْبَأَنَا أَبُو بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّهُ سُئِلَ عَنْ أَكْلِ الضِّبَابِ ، فَقَالَ : أَهْدَتْ أُمُّ حُفَيْدٍ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ سَمْنًا وَأَقِطًا وَأَضُبًّا ، فَأَكَلَ مِنَ السَّمْنِ وَالأَقِطِ ، وَتَرَكَ الضِّبَابَ تَقَذُّرًا لَهُنَّ ، فَلَوْ كَانَ حَرَامًا مَا أُكِلَ عَلَى مَائِدَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَلاَ أَمَرَ بِأَكْلِهِنَّ.
“Səid ibn Cubeyr ﵀ rəvayət edir ki, bir dəfə İbn Abbasdan kərtənkələ əti haqda soruşuldu. O dedi: “Bir dəfə Ummu Hufeyd Allah Elçisinə ﷺ qurudulmuş pendir, yağ və kərtənkələ əti hədiyyə etmişdi. Allah Elçisi ﷺ yağ və qurudulmuş pendiri yedi, kərtənkələni xoşlamadığına görə isə ondan yemədi. Əgər kərtənkələ əti yemək haram olsaydı, o, Allah Elçisinin ﷺ süfrəsinə qoyulmaz və onun yeyilməsini də əmr etməzdi”.”
İstinad
Nəsəi, 4319 (Ov və kəsim, 57)
Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı