Ov itinin yanında Allahın adı çəkilmədən göndərilən it olarsa, nə olur?
أَخْبَرَنِي عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ أَبِي شُعَيْبٍ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ أَعْيَنَ ، عَنْ مَعْمَرٍ ، عَنْ عَاصِمِ بْنِ سُلَيْمَانَ ، عَنْ عَامِرٍ الشَّعْبِيِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، أَنَّهُ سَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الصَّيْدِ ، فَقَالَ : إِذَا أَرْسَلْتَ كَلْبَكَ فَخَالَطَتْهُ أَكْلُبٌ لَمْ تُسَمِّ عَلَيْهَا فَلاَ تَأْكُلْ ، فَإِنَّكَ لاَ تَدْرِي أَيَّهَا قَتَلَهُ.
“Rəvayət edilir ki, bir dəfə Adiy ibn Hatim ﵁ Allah Elçisindən ﷺ ov haqda soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Əgər ov itinin yanında Allahın adı çəkilmədən göndərilən it olarsa, o ovdan yemə, çünki sən bilmirsən, həmin ovu o itlərdən hansı öldürüb”.”
İstinad
Nəsəi, 4268 (Ov və kəsim, 6)
Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı