Təlim görməmiş it ilə ov etmək
أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عُبَيْدِ بْنِ مُحَمَّدٍ الْكُوفِيُّ الْمُحَارِبِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ حَيْوَةَ بْنِ شُرَيْحٍ قَالَ : سَمِعْتُ رَبِيعَةَ بْنَ يَزِيدَ يَقُولُ : أَنْبَأَنَا أَبُو إِدْرِيسَ عَائِذُ اللهِ قَالَ : سَمِعْتُ أَبَا ثَعْلَبَةَ الْخُشَنِيَّ يَقُولُ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّا بِأَرْضِ صَيْدٍ ، أَصِيدُ بِقَوْسِي ، وَأَصِيدُ بِكَلْبِي الْمُعَلَّمِ ، وَبِكَلْبِي الَّذِي لَيْسَ بِمُعَلَّمٍ ، فَقَالَ : مَا أَصَبْتَ بِقَوْسِكَ ، فَاذْكُرِ اسْمَ اللهِ عَلَيْهِ وَكُلْ ، وَمَا أَصَبْتَ بِكَلْبِكَ الْمُعَلَّمِ ، فَاذْكُرِ اسْمَ اللهِ وَكُلْ ، وَمَا أَصَبْتَ بِكَلْبِكَ الَّذِي لَيْسَ بِمُعَلَّمٍ ، فَأَدْرَكْتَ ذَكَاتَهُ فَكُلْ.
“Rəvayət edilir ki, Sələbə əl-Xuşəni ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, biz ovçuluqla məşğul olan yerdə yaşayırıq. Ox ilə təlim görmüş və təlim görməmiş itlərlə ov edirik”. Allah Elçisi ﷺ buyurdu: “Əgər sən oxunu atanda Allahın adını çəkmisənsə, o ovdan yeyə bilərsən. Təlim görmüş itlə ov edəndə Allahın adını çəkmisənsə, həmin ovu da yeyə bilərsən. Təlim görməmiş itin tutduğu ova ölmədən çatıb onu kəsərsənsə, o ovu da yeyə bilərsən. Əks halda yeyə bilməzsən”.”
İstinad
Nəsəi, 4266 (Ov və kəsim, 4)
Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı