Ovçuluq və heyvan kəsmək kitabı

Vurulan ov bir müddət sonra tapılarsa, nə edilməlidir?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ مَيْسَرَةَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَرْمِي الصَّيْدَ ، فَأَطْلُبُ أَثَرَهُ بَعْدَ لَيْلَةٍ ، قَالَ : إِذَا وَجَدْتَ فِيهِ سَهْمَكَ ، وَلَمْ يَأْكُلْ مِنْهُ سَبُعٌ فَكُلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mən ovu vurmaq üçün ox atıram, bir gecə sonra isə ovu tapıram”. Allah Elçisi ﷺ belə buyurdu: “Əgər sən öz oxunu onun üzərində tapsan və onun üzərində yırtıcı heyvanın yaralaması izi yoxdursa, onu yeyə bilərsən”.”

Adiy ibn Hatim
Səhih

İstinad

Nəsəi, 4302 (Ov və kəsim, 40)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı