İt olan evə mələklərin daxil olmaması
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ خَالِدِ بْنِ خَلِيٍّ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنِ الزُّهْرِيِّ قَالَ : أَخْبَرَنِي ابْنُ السَّبَّاقِ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : أَخْبَرَتْنِي مَيْمُونَةُ زَوْجُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَصْبَحَ يَوْمًا وَاجِمًا ، فَقَالَتْ لَهُ مَيْمُونَةُ : أَيْ رَسُولَ اللهِ لَقَدِ اسْتَنْكَرْتُ هَيْئَتَكَ مُنْذُ الْيَوْمَ ، فَقَالَ : إِنَّ جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ كَانَ وَعَدَنِي أَنْ يَلْقَانِي اللَّيْلَةَ ، فَلَمْ يَلْقَنِي ، أَمَا وَاللَّهِ مَا أَخْلَفَنِي قَالَ : فَظَلَّ يَوْمَهُ كَذَلِكَ ثُمَّ وَقَعَ فِي نَفْسِهِ جَرْوُ كَلْبٍ تَحْتَ نَضَدٍ لَنَا ، فَأَمَرَ بِهِ فَأُخْرِجَ ، ثُمَّ أَخَذَ بِيَدِهِ مَاءً فَنَضَحَ بِهِ مَكَانَهُ ، فَلَمَّا أَمْسَى لَقِيَهُ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : قَدْ كُنْتَ وَعَدْتَنِي أَنْ تَلْقَانِي الْبَارِحَةَ قَالَ : أَجَلْ ، وَلَكِنَّا لاَ نَدْخُلُ بَيْتًا فِيهِ كَلْبٌ ، وَلاَ صُورَةٌ ، قَالَ : فَأَصْبَحَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مِنْ ذَلِكَ الْيَوْمِ فَأَمَرَ بِقَتْلِ الْكِلاَبِ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbərin ﷺ zövcəsi Məymunə rəvayət edir ki, bir dəfə səhər vaxtı Allah Elçisi ﷺ kədərli halda idi. Məymunə ona dedi: “Ey Allahın Elçisi, bu gün sənin kədərli olduğunu görürəm. Bunun səbəbi nədir?” Allah Elçisi ﷺ buyurdu: “Cəbrail bu gecə mənimlə görüşəcəyini vəd etmişdi. Allaha and olsun ki, o mənə verdiyi sözü yerinə yetirərdi”. Həmin günü Allah Elçisi ﷺ kədərli vəziyyətdə keçirdi. Sonra çarpayının altında bir küçüyün gəlib girdiyini xatırladı və dərhal onun evdən çıxarılmasını əmr etdi. Küçük çıxarıldıqdan sonra əli ilə su götürüb onun olduğu yeri yuyub təmizlədi. Axşam olduqda Cəbrail gəldi. Allah Elçisi ﷺ ona dedi: “Axı, sən keçən gecə mənimlə görüşəcəyini vəd etmişdin”. Cəbrail dedi: “Bəli, amma biz it və surət olan evə girmirik”. Beləcə, həmin gecənin sabahı açıldıqda Allah Elçisi ﷺ itlərin öldürülməsini əmr etdi”.”
İstinad
Nəsəi, 4283 (Ov və kəsim, 21)
Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı