Ovçuluq və heyvan kəsmək kitabı

Sərçə ətinin yeyilməsinin icazəli olması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ صُهَيْبٍ ، مَوْلَى ابْنِ عَامِرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَا مِنْ إِنْسَانٍ قَتَلَ عُصْفُورًا فَمَا فَوْقَهَا بِغَيْرِ حَقِّهَا ، إِلاَّ سَأَلَهُ اللَّهُ عَزَّ وَجَلَّ عَنْهَا ، قِيلَ يَا رَسُولَ اللهِ ، وَمَا حَقُّهَا ؟ قَالَ : يَذْبَحُهَا فَيَأْكُلُهَا ، وَلاَ يَقْطَعُ رَأْسَهَا يَرْمِي بِهَا.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah haqsız yerə bir sərçə və ya daha böyük bir quşu öldürən insandan bunu mütləq soruşacaq”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, onun haqqı nədir?” O buyurdu: “Onu kəsib yeməsidir. Başını qoparıb atmamasıdır”.”

Abdullah ibn Amr
Zəif

İstinad

Nəsəi, 4349 (Ov və kəsim, 87)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı