Ovçuluq və heyvan kəsmək kitabı

Qarışqa öldürmək

أَخْبَرَنَا وَهْبُ بْنُ بَيَانٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدٍ ، وَأَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَنَّ نَمْلَةً قَرَصَتْ نَبِيًّا مِنَ الأَنْبِيَاءِ ، فَأَمَرَ بِقَرْيَةِ النَّمْلِ ، فَأُحْرِقَتْ ، فَأَوْحَى اللَّهُ عَزَّ وَجَلَّ إِلَيْهِ أَنْ قَدْ قَرَصَتْكَ نَمْلَةٌ أَهْلَكْتَ أُمَّةً مِنَ الأُمَمِ تُسَبِّحُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir dəfə bir qarışqa peyğəmbərlərdən birini dişlədi və o, qarışqa yuvasının yandırılmasını əmr etdi”. Onda Allah ﷿ ona belə vəhy etdi: “Səni qarışqa dişlədi deyə Allahın şəninə təriflər deyən bir ümməti məhv etdin!””

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 4358 (Ov və kəsim, 96)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı