Ovçuluq və heyvan kəsmək kitabı

Vəhşi eşşəklərin ətlərinin yeyilməsinin icazəli olması

أَخْبَرَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا بَكْرٌ هُوَ ابْنُ مُضَرَ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عِيسَى بْنِ طَلْحَةَ ، عَنْ عُمَيْرِ بْنِ سَلَمَةَ الضَّمْرِيِّ قَالَ : بَيْنَا نَحْنُ نَسِيرُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِبَعْضِ أَثَايَا الرَّوْحَاءِ وَهُمْ حُرُمٌ ، إِذَا حِمَارُ وَحْشٍ مَعْقُورٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : دَعُوهُ فَيُوشِكُ صَاحِبُهُ أَنْ يَأْتِيَهُ ، فَجَاءَ رَجُلٌ مِنْ بَهْزٍ هُوَ الَّذِي عَقَرَ الْحِمَارَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، شَأْنَكُمْ هَذَا الْحِمَارُ ؟ ، فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَبَا بَكْرٍ يُقَسِّمُهُ بَيْنَ النَّاسِ.

“Rəvayət edilir ki, Umeyr ibn Sələmə əd-Damri ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Əsaya ər-Ravhə adlı yerdə gəzirdik. Səhabələr ehramlı idilər. Bu arada vurulmuş bir vəhşi eşşək gördük. Allah Elçisi ﷺ buyurdu: “Ona toxunmayın, bəlkə yiyəsi gələr”. Bir müddət sonra eşşəyi vuran Bəhz qəbiləsindən olan bir adam gəlib dedi: “Ey Allahın Elçisi, bu eşşək sizə olan hədiyyədir”. Bundan sonra Allah Elçisi ﷺ Əbu Bəkrə əmr etdi, o da onu insanlara arasında bölüşdürdü”.”

Umeyr ibn Sələmə əd-Damri
Səhih

İstinad

Nəsəi, 4344 (Ov və kəsim, 82)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı