Ovçuluq və heyvan kəsmək kitabı

Kaftar əti yemək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ قَالَ : حَدَّثَنِي ابْنُ جُرَيْجٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، عَنْ ابْنِ أَبِي عَمَّارٍ قَالَ : سَأَلْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، عَنِ الضَّبُعِ ، فَأَمَرَنِي بِأَكْلِهَا ، فَقُلْتُ أَصَيْدٌ هِيَ ؟ قَالَ : نَعَمْ . قُلْتُ : أَسَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ؟ قَالَ : نَعَمْ.

“Rəvayət edilir ki, İbn Əbu Əmmar ﵀ demişdir: “Mən Cabir ibn Abdullahdan kaftar əti haqda soruşduqda mənə onun yeyilməsini əmr etdi. Mən dedim: “Kaftar ovlanır ki?” O: “Bəli”, - dedi. Mən dedim: “Sən bunu Allah Elçisindən ﷺ eşitmisən?” O dedi: “Bəli”.”

İbn Əbu Əmmar
Səhih

İstinad

Nəsəi, 4323 (Ov və kəsim, 61)

Sunən ən-Nəsəi — Ovçuluq və heyvan kəsmək kitabı