Allah Elçisinin ﷺ hədislərinə təzim və ondan üz döndərənə qarşı şiddətli olmaq
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ حَمْزَةَ , حَدَّثَنِي بُرْدُ بْنُ سِنَانٍ ، عَنْ إِسْحَاقَ بْنِ قَبِيصَةَ ، عَنْ أَبِيهِ ؛ أَنَّ عُبَادَةَ بْنَ الصَّامِتِ الأَنْصَارِيَّ النَّقِيبَ ، صَاحِبَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , غَزَا مَعَ مُعَاوِيَةَ أَرْضَ الرُّومِ ، فَنَظَرَ إِلَى النَّاسِ وَهُمْ يَتَبَايَعُونَ كِسَرَ الذَّهَبِ بِالدَّنَانِيرِ ، وَكِسَرَ الْفِضَّةِ بِالدَّرَاهِمِ ، فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، إِنَّكُمْ تَأْكُلُونَ الرِّبَا ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ تَبْتَاعُوا الذَّهَبَ بِالذَّهَبِ ، إِلاَّ مِثْلاً بِمِثْلٍ ، لاَ زِيَادَةَ بَيْنَهُمَا وَلاَ نَظِرَةَ , فَقَالَ لَهُ مُعَاوِيَةُ : يَا أَبَا الْوَلِيدِ ، لاَ أُرَى الرِّبَا فِي هَذَا ، إِلاَّ مَا كَانَ مِنْ نَظِرَةٍ ، فَقَالَ عُبَادَةُ : أُحَدِّثُكَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَتُحَدِّثُنِي عَنْ رَأْيِكَ , لَئِنْ أَخْرَجَنِي اللَّهُ سُبْحَانَهُ لاَ أُسَاكِنُكَ بِأَرْضٍ لَكَ عَلَيَّ فِيهَا إِمْرَةٌ ، فَلَمَّا قَفَلَ , لَحِقَ بِالْمَدِينَةِ ، فَقَالَ لَهُ عُمَرُ بْنُ الْخَطَّابِ : مَا أَقْدَمَكَ يَا أَبَا الْوَلِيدِ ؟ فَقَصَّ عَلَيْهِ الْقِصَّةَ ، وَمَا قَالَ مِنْ مُسَاكَنَتِهِ ، فَقَالَ : ارْجِعْ يَا أَبَا الْوَلِيدِ إِلَى أَرْضِكَ ، فَقَبَحَ اللَّهُ أَرْضًا لَسْتَ فِيهَا وَأَمْثَالُكَ ، وَكَتَبَ إِلَى مُعَاوِيَةَ : لاَ إِمْرَةَ لَكَ عَلَيْهِ ، وَاحْمِلِ النَّاسَ عَلَى مَا قَالَ ، فَإِنَّهُ هُوَ الأَمْرُ.
“İshaq ibn Qabisa atasından ﵁ rəvayət edərək demişdir: “Allah Elçisinin ﷺ səhabəsi Ubadə ibn əs-Samit əl-Ənsari ən-Nəqib Muaviyə ilə birlikdə Rum torpağına yürüşdə iştirak edirdi. O, insanlara nəzər saldı. Onlar qızıl (pulların kəsilmiş) parçasını dinara, gümüş (pulun kəsilmiş) parçasını isə dirhəmə dəyişirdilər. (Bu mübadiləni çəki ilə deyil, ədəd hesabı ilə edirdilər). Ubadə ibn əs-Samit dedi: “Ey insanlar, həqiqətən, siz sələm yeyirsiniz!” Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Bir-birinə bərabər olmadıqca qızılı qızılla dəyişməyin! Onlar arasında nə artıqlıq, nə də nisyə olmamalıdır”. Muaviyə ona (Ubadə ibn əs-Samitə) dedi: “Ey Əbu Vəlid! Mən burada nisyə olandan başqa sələm görmürəm”. Ubadə dedi: “Mən sənə Allah Elçisinin ﷺ hədisini danışıram, sən isə öz rəyini deyirsən!? Əgər pak olan Allah məni buradan (bu döyüşdən) sağ-salamat çıxartsa, mən səninlə sənin hökmün olan şəhərdə yaşamayacağam”. O, Mədinəyə qayıtdıqda Ömər ibn əl-Xattab ona (Ubadəyə) dedi: “Səni bura gətirən nədir, Ey Əbu Vəlid?” O da bu hadisəni Ömərə danışdı. Ömər dedi: “Qayıt öz torpaqlarına, ey Əbu Vəlid! Allah sən və sənin kimilərin olmadığı torpağın altını üstünə çevirsin!” Muaviyəyə isə belə bir (məktub) yazdı: “Bu (məsələdə Ubadənin) üzərində sənin hökmün yoxdur. İnsanları onun dediyi məsələnin üzərinə yönəlt. Həqiqətən, onun sözü haqdır”.”
İstinad
İbn Məcə, 18 (Sünnə, 18)
Sunən İbn Məcə — Sünnəyə aid fəsillər