Sunən İbn MəcəSünnəyə aid fəsillər

Kitab 0

Sünnəyə aid fəsillər

أَبْوَابُ السُّنَّةِ

213

hədis

Fəsil 1

Allah Elçisinin ﷺ sünnəsinə tabeçilik

بَابُ اتباع سُنَّةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَرِيكٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا أَمَرْتُكُمْ بِهِ فَخُذُوهُ ، وَمَا نَهَيْتُكُمْ عَنْهُ فَانْتَهُوا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizə nəyi əmr edirəmsə, onu yerinə yetirin, nəyi qadağan edirəmsə, ondan çəkinin”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 1 (Sünnə, 1)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : ذَرُونِي مَا تَرَكْتُكُمْ ، فَإِنَّمَا هَلَكَ مَنْ كَانَ قَبْلَكُمْ بِسُؤَالِهِمْ وَاخْتِلاَفِهِمْ عَلَى أَنْبِيَائِهِمْ ، فَإِذَا أَمَرْتُكُمْ بِشَيْءٍ فَخُذُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ ، وَإِذَا نَهَيْتُكُمْ عَنْ شَيْءٍ فَانْتَهُوا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Dini məsələrdə) sizə bir şey əmr etmədikcə, (dərinə gedərək və artıq suallar verərək) məni narahat etməyin! Həqiqətən, sizdən əvvəlkiləri peyğəmbərlərinə çox sual vermələri və onlara (peyğəmbərlərinə) müxalif olmaları həlak etdi. Sizə nəyi əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin, sizi nədən çəkindirirəmsə, ondan çəkinin”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2 (Sünnə, 2)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، وَوَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَطَاعَنِي فَقَدْ أَطَاعَ اللَّهَ ، وَمَنْ عَصَانِي فَقَدْ عَصَى اللَّهَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənə itaət edərsə, Allaha itaət etmiş olar. Kim mənə qarşı çıxarsa, Allaha qarşı çıxmış olar”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 3 (Sünnə, 3)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا زَكَرِيَّا بْنُ عَدِيٍّ ، عَنِ ابْنِ الْمُبَارَكِ ، عَنْ مُحَمَّدِ بْنِ سُوقَةَ ، عَنْ أَبِي جَعْفَرٍ , قَالَ : كَانَ ابْنُ عُمَرَ إِذَا سَمِعَ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَدِيثًا لَمْ يَعْدُهُ ، وَلَمْ يُقَصِّرْ دُونَهُ.

“Rəvayət edilir ki, Əbu Cəfər ﵀ demişdir: “İbn Ömər Allah Elçisindən ﷺ bir hədis eşitdikdə onu olduğu kimi rəvayət edərdi. Onda artırmaya və əskiltməyə yol verməzdi”.”

Əbu Cəfər
Səhihİbn Məcə, 4 (Sünnə, 4)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عِيسَى بْنِ سُمَيْعٍ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سُلَيْمَانَ الأَفْطَسُ ، عَنِ الْوَلِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ الْجُرَشِيِّ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ أَبِي الدَّرْدَاءِ ، قَالَ : خَرَجَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَنَحْنُ نَذْكُرُ الْفَقْرَ وَنَتَخَوَّفُهُ ، فَقَالَ : آلْفَقْرَ تَخَافُونَ ؟ وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَتُصَبَّنَّ عَلَيْكُمُ الدُّنْيَا صَبًّا ، حَتَّى لاَ يُزِيغَ قَلْبَ أَحَدِكُمْ إِزَاغَةً إِلاَّ هِيَهْ ، وَايْمُ اللهِ ، لَقَدْ تَرَكْتُكُمْ عَلَى مِثْلِ الْبَيْضَاءِ ، لَيْلُهَا وَنَهَارُهَا سَوَاءٌ. قَالَ أَبُو الدَّرْدَاءِ : صَدَقَ وَاللَّهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , تَرَكَنَا وَاللَّهِ عَلَى مِثْلِ الْبَيْضَاءِ ، لَيْلُهَا وَنَهَارُهَا سَوَاءٌ.

“Rəvayət edilir ki, Əbu əd-Dərdə ﵁ demişdir: “Biz kasıblıq və ondan (irəli gələn) narahatlığımız haqda danışarkən Allah Elçisi ﷺ bizim yanımıza gəldi və belə buyurdu: “Kasıblıqdanmı qorxursunuz? Canım Əlində Olana and olsun ki, qəlbiniz dünyadan ayrılmayacaq şəkildə dünya malı sizə bol-bol veriləcək. Allaha and olsun ki, mən sizi gecəsi gündüzü kimi olan bir yol üzərində tərk etdim”. Əbu əd-Dərdə deyirdi: “Allaha and olsun ki, Allah Elçisi ﷺ doğru söylədi. Allaha and olsun ki, o bizi gecəsi gündüzü kimi olan bir yol üzərində tərk etdi”.”

Əbu əd-Dərdə
Həsənİbn Məcə, 5 (Sünnə, 5)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُعَاوِيَةَ بْنِ قُرَّةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تَزَالُ طَائِفَةٌ مِنْ أُمَّتِي مَنْصُورِينَ ، لاَ يَضُرُّهُمْ مَنْ خَذَلَهُمْ حَتَّى تَقُومَ السَّاعَةُ.

“Muaviyə ibn Qurra atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən daim yardım olunmuş bir tayfa olacaq. Onlara zərər vermək istəyənlər Qiyamətə qədər onlara zərər verə bilməyəcəklər”.”

Muaviyə ibn Qurra atasından
Səhihİbn Məcə, 6 (Sünnə, 6)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ حَمْزَةَ ، حَدَّثَنَا أَبُو عَلْقَمَةَ نَصْرُ بْنُ عَلْقَمَةَ ، عَنْ عُمَيْرِ بْنِ الأَسْوَدِ ، وَكَثِيرِ بْنِ مُرَّةَ الْحَضْرَمِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ تَزَالُ طَائِفَةٌ مِنْ أُمَّتِي قَوَّامَةً عَلَى أَمْرِ اللهِ عَزَّ وَجَلَّ ، لاَ يَضُرُّهَا مَنْ خَالَفَهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən daim Allahın ﷿ əmri üzərində olan bir tayfa olacaq. Onlara müxalif olanlar onlara heç bir zərər verə bilməyəcəklər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 7 (Sünnə, 7)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا الْجَرَّاحُ بْنُ مَلِيحٍ ، حَدَّثَنَا بَكْرُ بْنُ زُرْعَةَ ، قَالَ : سَمِعْتُ أَبَا عِنَبَةَ الْخَوْلاَنِيَّ ، وَكَانَ قَدْ صَلَّى الْقِبْلَتَيْنِ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ يَزَالُ اللَّهُ يَغْرِسُ فِي هَذَا الدِّينِ غَرْسًا يَسْتَعْمِلُهُمْ فِي طَاعَتِهِ.

“Rəvayət edilir ki, Bəkr ibn Zura ﵀ demişdir: “Allah Elçisi ﷺ ilə iki qibləyə namaz qılan Əbu İnəbə əl-Həulənini belə deyərkən eşitdim: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah Özünə itaət etmələri üçün daim bu dində insanlar yetişdirəcək”.”

Bəkr ibn Zura
Həsənİbn Məcə, 8 (Sünnə, 8)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا الْقَاسِمُ بْنُ نَافِعٍ ، حَدَّثَنَا الْحَجَّاجُ بْنُ أَرْطَاةَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، قَالَ : قَامَ مُعَاوِيَةُ خَطِيبًا , فَقَالَ : أَيْنَ عُلَمَاؤُكُمْ ؟ أَيْنَ عُلَمَاؤُكُمْ ؟ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ تَقُومُ السَّاعَةُ إِلاَّ وَطَائِفَةٌ مِنْ أُمَّتِي ظَاهِرِينَ عَلَى النَّاسِ ، لاَ يُبَالُونَ مَنْ خَذَلَهُمْ وَلاَ مَنْ نَصَرَهُمْ.

“Amr ibn Şueyb atasından ﵀ rəvayət edərək demişdir: “Muaviyə qalxdı və xütbə verərək belə dedi: “Alimləriniz haradadır? Alimləriniz haradadır? Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Ümmətimdən bir toplum insan çıxmayana qədər Qiyamət qopmaz. Onlar onları tərk edənlərə və onlara yardım etməyənlərə əhəmiyyət verməyəcəklər”.”

Amr ibn Şueyb atasından
Səhihİbn Məcə, 9 (Sünnə, 9)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ شُعَيْبٍ ، حَدَّثَنَا سَعِيدُ بْنُ بَشِيرٍ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي أَسْمَاءَ ، عَنْ ثَوْبَانَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ تَزَالُ طَائِفَةٌ مِنْ أُمَّتِي عَلَى الْحَقِّ مَنْصُورِينَ ، لاَ يَضُرُّهُمْ مَنْ خَالَفَهُمْ ، حَتَّى يَأْتِيَ أَمْرُ اللهِ عَزَّ وَجَلَّ.

“Sovban ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Ümmətimdən daim haqq üzərində və Allah tərəfindən kömək olunmuş bir tayfa olacaq. Onlara müxalif olanlar Allahın ﷿ əmri gələnə qədər onlara heç bir zərər vura bilməyəcəklər”.”

Sovban
Səhihİbn Məcə, 10 (Sünnə, 10)

حَدَّثَنَا أَبُو سَعِيدٍ عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، سَمِعْتُ مُجَالِدًا يَذْكُرُ عَنِ الشَّعْبِيِّ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَخَطَّ خَطًّا ، وَخَطَّ خَطَّيْنِ عَنْ يَمِينِهِ ، وَخَطَّ خَطَّيْنِ عَنْ يَسَارِهِ ، ثُمَّ وَضَعَ يَدَهُ فِي الْخَطِّ الأَوْسَطِ ، فَقَالَ : هَذَا سَبِيلُ اللهِ , ثُمَّ تَلاَ هَذِهِ الآيَةَ:} وَأَنَّ هَذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلاَ تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ{.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Biz Peyğəmbərin ﷺ yanında idik. O, yerdə bir xətt çəkdi, sonra onun sağına iki xətt, soluna da iki xətt çəkdi. Daha sonra əlini ortada olan xəttin üzərinə qoyub belə buyurdu: “Bu, Allahın yoludur”. Sonra bu ayəni oxudu: “Bu Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar”. (əl-Ənam, 153)”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 11 (Sünnə, 11)

Fəsil 2

Allah Elçisinin ﷺ hədislərinə təzim və ondan üz döndərənə qarşı şiddətli olmaq

بَابُ تَعْظِيمِ حَدِيثِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَالتَّغْلِيظِ عَلَى مَنْ عَارَضَهُ.

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا زَيْدُ بْنُ الحباب ، عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ حَدَّثَنِي الْحَسَنُ بْنُ جَابِرٍ ، عَنِ الْمِقْدَامِ بْنِ معْدِي كَرِبَ الْكِنْدِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : يُوشِكُ الرَّجُلُ مُتَّكِئًا عَلَى أَرِيكَتِهِ ، يُحَدَّثُ بِحَدِيثٍ مِنْ حَدِيثِي ، فَيَقُولُ : بَيْنَنَا وَبَيْنَكُمْ كِتَابُ اللهِ عَزَّ وَجَلَّ ، فَمَا وَجَدْنَا فِيهِ مِنْ حَلاَلٍ اسْتَحْلَلْنَاهُ ، وَمَا وَجَدْنَا فِيهِ مِنْ حَرَامٍ حَرَّمْنَاهُ ، أَلا وَإِنَّ مَا حَرَّمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِثْلُ مَا حَرَّمَ اللَّهُ.

“əl-Miqdam ibn Mədi Kərib əl-Kindi ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ belə buyurdu: “Az qalsın, sizdən biriniz mənim hədislərimdən biri ona oxunduqda mütəkkəsinə söykənərək desin: “Bizimlə sizin aranızda Allahın ﷿ Kitabı kifayət edir. Onda tapdığımız halal olan şeyləri halal, haram olan şeyləri haram sayırıq”. Həqiqətən, Allah Elçisinin ﷺ haram etdikləri Allahın haram etdikləri kimidir”.”

əl-Miqdam ibn Mədi Kərib əl-Kindi
Səhihİbn Məcə, 12 (Sünnə, 12)

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ فِي بَيْتِهِ ، أَنَا سَأَلْتُهُ عَنْهُ ، عَنْ سَالِمٍ أَبِي النَّضْرِ ، ثُمَّ مَرَّ فِي الْحَدِيثِ قَالَ : أَوْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي رَافِعٍ ، عَنْ أَبِيهِ ؛ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ أُلْفِيَنَّ أَحَدَكُمْ مُتَّكِئًا عَلَى أَرِيكَتِهِ ، يَأْتِيهِ الأَمْرُ مِمَّا أَمَرْتُ بِهِ ، أَوْ نَهَيْتُ عَنْهُ ، فَيَقُولُ : لاَ أَدْرِي ، مَا وَجَدْنَا فِي كِتَابِ اللهِ اتَّبَعْنَاهُ.

“Abdullah ibn Əbu Rafi atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən birinizə öz mütəkkəsinə söykənmiş halda ona mənim əmrim və ya qadağan etdiyim bir xüsus çatdıqda belə deməsin: “Bilmirəm, biz Allahın Kitabında nə tapdıqsa, ona tabe oluruq”.”

Ubeydullah ibn Əbu Rafi atasından
Səhihİbn Məcə, 13 (Sünnə, 13)

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ ، عَنْ أَبِيهِ ، عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ ، عَنْ عَائِشَةَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ , فَهُوَ رَدٌّ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir şeyi əlavə edərsə, onun etdiyi rədd olunar”.”

Aişə
Səhihİbn Məcə, 14 (Sünnə, 14)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحِ بْنِ الْمُهَاجِرِ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ الزُّبَيْرِ حَدَّثَهُ , أَنَّ رَجُلاً مِنَ الأَنْصَارِ خَاصَمَ الزُّبَيْرَ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فِي شِرَاجِ الْحَرَّةِ الَّتِي يَسْقُونَ بِهَا النَّخْلَ ، فَقَالَ الأَنْصَارِيُّ : سَرِّحِ الْمَاءَ يَمُرُّ ، فَأَبَى عَلَيْهِ ، فَاخْتَصَمَا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اسْقِ يَا زُبَيْرُ ، ثُمَّ أَرْسِلِ الْمَاءَ إِلَى جَارِكَ , فَغَضِبَ الأَنْصَارِيُّ , فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَنْ كَانَ ابْنَ عَمَّتِكَ ؟ فَتَلَوَّنَ وَجْهُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، ثُمَّ قَالَ : يَا زُبَيْرُ ، اسْقِ ، ثُمَّ احْبِسِ الْمَاءَ حَتَّى يَرْجِعَ إِلَى الْجَدْرِ , قَالَ : فَقَالَ الزُّبَيْرُ : وَاللَّهِ ، إِنِّي لأَحْسِبُ هَذِهِ الآيَةَ ، نَزَلَتْ فِي ذَلِكَ : }فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا{.

“Rəvayət edilir ki, Abdullah ibn əz-Zubeyr ﵄ demişdir: “Ənsardan olan bir kişi Allah Elçisinin ﷺ yanında xurmalıqları suvarmaq üçün daşlıq olan yerdən axan suya görə Zubeyrlə höcətləşdi. Ənsardan olan kişi dedi: “Suyu burax (axıb gəlsin)”. Zubeyr isə razılaşmadı və onlar bu məsələ barəsində Allah Elçisinin ﷺ yanında höcətləşdilər. Allah Elçisi ﷺ dedi: “Ey Zubeyr, öz xurmalığını sula, sonra suyu qonşuna tərəf burax!” Ənsardan olan kişi qəzəblənərək dedi: “Ey Allahın Elçisi, sənin əmin oğlu olduğuna görə (belə deyirsən)?” Allah Elçisinin ﷺ üzünün rəngi dəyişdi, sonra dedi: “Ey Zubeyr, (xurmalıqlarını) sula, sonra su divara çatana qədər saxla”. Zubeyr dedi: “Allaha and olsun! Həqiqətən, mən elə hesab edirəm ki, bu ayə bu məsələ barədə nazil olub: “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”. (ən-Nisa, 65)”.”

Abdullah ibn əz-Zubeyr
Səhihİbn Məcə, 15 (Sünnə, 15)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى النَّيْسَابُورِيُّ ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ تَمْنَعُوا إِمَاءَ اللهِ أَنْ يُصَلِّينَ فِي الْمَسْجِدِ , فَقَالَ ابْنٌ لَهُ : إِنَّا لَنَمْنَعُهُنَّ ، قَالَ : فَغَضِبَ غَضَبًا شَدِيدًا ، وَقَالَ : أُحَدِّثُكَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَتَقُولُ : إِنَّا لَنَمْنَعُهُنَّ ؟!

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allahın (qadın) qullarına məsciddə namaz qılmalarına mane olmayın!” Oğlu İbn Ömərə dedi: “Biz onlara (məscidə getməyə) mane olacağıq!” İbn Ömər ona şiddətli şəkildə qəzəbləndi və dedi: “Mən sənə Allah Elçisinin ﷺ hədisini deyirəm, sən isə “Biz onlara (məscidə getməyə) mane olacağıq!”- deyirsən?!””

İbn Ömər
Səhihİbn Məcə, 16 (Sünnə, 16)

حَدَّثَنَا أَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، وَأَبُو عَمْرٍو حَفْصُ بْنُ عَمْرٍو ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ الثَّقَفِيُّ ، حَدَّثَنَا أَيُّوبُ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ ، أَنَّهُ كَانَ جَالِسًا إِلَى جَنْبِهِ ابْنُ أَخٍ لَهُ ، فَخَذَفَ ، فَنَهَاهُ ، وَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْهَا , وَقَالَ : إِنَّهَا لاَ تَصِيدُ صَيْدًا ، وَلاَ تَنْكَأُ عَدُوًّا ، وَإِنَّهَا تَكْسِرُ السِّنَّ ، وَتَفْقَأُ الْعَيْنَ , قَالَ : فَعَادَ ابْنُ أَخِيهِ يخذفَ , فَقَالَ : أُحَدِّثُكَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْهَا ، ثُمَّ تَخْذِفُ ، لاَ أُكَلِّمُكَ أَبَدًا.

“Rəvayət edilir ki, Abdullah ibn Muğaffəl ﵁ qardaşı oğlunun yanında oturmuşdu. O (uşaq), sapandla daş atırdı. (Abdullah ibn Muğaffəl) bunu qadağan edərək ona dedi: “Həqiqətən, Allah Elçisi ﷺ sapandla daş atmağı qadağan etmiş və belə buyurmuşdur: “Sapandla nə ov ovlamaq, nə də düşməni vurmaq olur. O, yalnız diş sındırır və göz çıxarır”. Qardaşı oğlu bu işə davam etdikdə (Abdullah) ona dedi: “Mən sənə Allah Elçisinin ﷺ nəyi qadağan etdiyi haqda danışıram, sən isə daş atmağa davam edirsən! Mən səni heç vaxt danışdırmayacağam”.”

Abdullah ibn Muğaffəl
Səhihİbn Məcə, 17 (Sünnə, 17)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ حَمْزَةَ , حَدَّثَنِي بُرْدُ بْنُ سِنَانٍ ، عَنْ إِسْحَاقَ بْنِ قَبِيصَةَ ، عَنْ أَبِيهِ ؛ أَنَّ عُبَادَةَ بْنَ الصَّامِتِ الأَنْصَارِيَّ النَّقِيبَ ، صَاحِبَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , غَزَا مَعَ مُعَاوِيَةَ أَرْضَ الرُّومِ ، فَنَظَرَ إِلَى النَّاسِ وَهُمْ يَتَبَايَعُونَ كِسَرَ الذَّهَبِ بِالدَّنَانِيرِ ، وَكِسَرَ الْفِضَّةِ بِالدَّرَاهِمِ ، فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، إِنَّكُمْ تَأْكُلُونَ الرِّبَا ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ تَبْتَاعُوا الذَّهَبَ بِالذَّهَبِ ، إِلاَّ مِثْلاً بِمِثْلٍ ، لاَ زِيَادَةَ بَيْنَهُمَا وَلاَ نَظِرَةَ , فَقَالَ لَهُ مُعَاوِيَةُ : يَا أَبَا الْوَلِيدِ ، لاَ أُرَى الرِّبَا فِي هَذَا ، إِلاَّ مَا كَانَ مِنْ نَظِرَةٍ ، فَقَالَ عُبَادَةُ : أُحَدِّثُكَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَتُحَدِّثُنِي عَنْ رَأْيِكَ , لَئِنْ أَخْرَجَنِي اللَّهُ سُبْحَانَهُ لاَ أُسَاكِنُكَ بِأَرْضٍ لَكَ عَلَيَّ فِيهَا إِمْرَةٌ ، فَلَمَّا قَفَلَ , لَحِقَ بِالْمَدِينَةِ ، فَقَالَ لَهُ عُمَرُ بْنُ الْخَطَّابِ : مَا أَقْدَمَكَ يَا أَبَا الْوَلِيدِ ؟ فَقَصَّ عَلَيْهِ الْقِصَّةَ ، وَمَا قَالَ مِنْ مُسَاكَنَتِهِ ، فَقَالَ : ارْجِعْ يَا أَبَا الْوَلِيدِ إِلَى أَرْضِكَ ، فَقَبَحَ اللَّهُ أَرْضًا لَسْتَ فِيهَا وَأَمْثَالُكَ ، وَكَتَبَ إِلَى مُعَاوِيَةَ : لاَ إِمْرَةَ لَكَ عَلَيْهِ ، وَاحْمِلِ النَّاسَ عَلَى مَا قَالَ ، فَإِنَّهُ هُوَ الأَمْرُ.

“İshaq ibn Qabisa atasından ﵁ rəvayət edərək demişdir: “Allah Elçisinin ﷺ səhabəsi Ubadə ibn əs-Samit əl-Ənsari ən-Nəqib Muaviyə ilə birlikdə Rum torpağına yürüşdə iştirak edirdi. O, insanlara nəzər saldı. Onlar qızıl (pulların kəsilmiş) parçasını dinara, gümüş (pulun kəsilmiş) parçasını isə dirhəmə dəyişirdilər. (Bu mübadiləni çəki ilə deyil, ədəd hesabı ilə edirdilər). Ubadə ibn əs-Samit dedi: “Ey insanlar, həqiqətən, siz sələm yeyirsiniz!” Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Bir-birinə bərabər olmadıqca qızılı qızılla dəyişməyin! Onlar arasında nə artıqlıq, nə də nisyə olmamalıdır”. Muaviyə ona (Ubadə ibn əs-Samitə) dedi: “Ey Əbu Vəlid! Mən burada nisyə olandan başqa sələm görmürəm”. Ubadə dedi: “Mən sənə Allah Elçisinin ﷺ hədisini danışıram, sən isə öz rəyini deyirsən!? Əgər pak olan Allah məni buradan (bu döyüşdən) sağ-salamat çıxartsa, mən səninlə sənin hökmün olan şəhərdə yaşamayacağam”. O, Mədinəyə qayıtdıqda Ömər ibn əl-Xattab ona (Ubadəyə) dedi: “Səni bura gətirən nədir, Ey Əbu Vəlid?” O da bu hadisəni Ömərə danışdı. Ömər dedi: “Qayıt öz torpaqlarına, ey Əbu Vəlid! Allah sən və sənin kimilərin olmadığı torpağın altını üstünə çevirsin!” Muaviyəyə isə belə bir (məktub) yazdı: “Bu (məsələdə Ubadənin) üzərində sənin hökmün yoxdur. İnsanları onun dediyi məsələnin üzərinə yönəlt. Həqiqətən, onun sözü haqdır”.”

İshaq ibn Qabisa atasından
Səhihİbn Məcə, 18 (Sünnə, 18)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ شُعْبَةَ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي الْبَخْتَرِيِّ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السُّلَمِيِّ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، قَالَ : إِذَا حُدِّثْتُمْ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَدِيثًا ، فَظُنُّوا بِهِ الَّذِي هُوَ أَهْيَاهُ ، وَأَهْدَاهُ ، وَأَتْقَاهُ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Sizə Allah Elçisinin ﷺ hədisi danışılsa, onun hədisinin haqqa, hidayətə və təqvaya ən uyğun olduğuna əmin olun”.”

Əli ibn Əbu Talib
Səhihİbn Məcə, 20 (Sünnə, 20)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبَّادِ بْنِ آدَمَ ، حَدَّثَنَا أَبِي ، عَنْ شُعْبَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ وَحَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ لِرَجُلٍ : يَا ابْنَ أَخِي ، إِذَا حَدَّثْتُكَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَدِيثًا ، فَلاَ تَضْرِبْ لَهُ الأَمْثَالَ.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Əbu Hureyra bir kişiyə belə buyurdu: “Ey qardaş oğlu! Mən sənə Allah Elçisindən ﷺ hədis danışdığım zaman, sən onun qarşısında məsəllər danışma”.”

Əbu Sələmə
Həsənİbn Məcə, 22 (Sünnə, 22)

Fəsil 3

Allah Elçisindən ﷺ hədis söylədikdə ehtiyatlı olmaq

بَابُ التَّوَقِّي فِي الْحَدِيثِ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُعَاذُ بْنُ مُعَاذٍ ، عَنِ ابْنِ عَوْنٍ ، حَدَّثَنَا مُسْلِمٌ الْبَطِينُ ، عَنْ إِبْرَاهِيمَ التَّيْمِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ ، قَالَ : مَا أَخْطَأَنِي ابْنُ مَسْعُودٍ عَشِيَّةَ خَمِيسٍ إِلاَّ أَتَيْتُهُ فِيهِ ، قَالَ : فَمَا سَمِعْتُهُ يَقُولُ لِشَيْءٍ قَطُّ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَلَمَّا كَانَ ذَاتَ عَشِيَّةٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : فَنَكَسَ , قَالَ : فَنَظَرْتُ إِلَيْهِ وَهُوَ قَائِمٌ مُحَلَّلَةً أَزْرَارُ قَمِيصِهِ ، قَدِ اغْرَوْرَقَتْ عَيْنَاهُ ، وَانْتَفَخَتْ أَوْدَاجُهُ , قَالَ : أَوْ دُونَ ذَلِكَ ، أَوْ فَوْقَ ذَلِكَ ، أَوْ قَرِيبًا مِنْ ذَلِكَ ، أَوْ شَبِيهًا بِذَلِكَ.

“Rəvayət edilir ki, Amr ibn Məymun ﵀ demişdir: “Mən hər cümə axşamı İbn Məsud ilə görüşməyi ötürməzdim. Kiməsə bir şey haqda “Allah Elçisi ﷺ belə dedi” dediyini eşitmədim. Amma bir dəfə axşam vaxtı “Allah Elçisi ﷺ belə dedi” sözünü söylədi və başını önə əydi. Bir müddət sonra ona baxanda köynəyinin islanmış, gözləri yaşla dolmuş və boyun damarları şişkin vəziyyətdə olduğunu gördüm. Bir qədər sonra isə “Allah Elçisi ﷺ aşağı və ya yuxarı və ya buna yaxın və ya buna bənzər” sözlərini dedi”.”

Amr ibn Məymun
Səhihİbn Məcə, 23 (Sünnə, 23)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُعَاذُ بْنُ مُعَاذٍ ، عَنِ ابْنِ عَوْنٍ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، قَالَ : كَانَ أَنَسُ بْنُ مَالِكٍ إِذَا حَدَّثَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَدِيثًا فَفَرَغَ مِنْهُ , قَالَ : أَوْ كَمَا قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Sirin ﵀ demişdir: “Ənəs ibn Malik bir hədis danışıb bitirdikdən sonra “yaxud Allah Elçisinin ﷺ buyurduğu kimi” deyərdi.”

Muhəmməd ibn Sirin
Səhihİbn Məcə, 24 (Sünnə, 24)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ (ح) وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، قَالَ : قُلْنَا لِزَيْدِ بْنِ أَرْقَمَ : حَدِّثْنَا عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : كَبِرْنَا وَنَسِينَا ، وَالْحَدِيثُ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ شَدِيدٌ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu Leyla ﵀ demişdir: “Biz Zeyd ibn Ərqama dedik: ”(Mümkündürsə) Allah Elçisindən ﷺ bir hədis rəvayət et”. O dedi: “Biz artıq yaşa dolmuşuq və yaddaşımız zəifləyib. Allah Elçisindən ﷺ rəvayət edərək hədis söyləmək isə məsuliyyətli işdir”.”

Abdur-Rahmən ibn Əbu Leyla
Səhihİbn Məcə, 25 (Sünnə, 25)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبُو النَّضْرِ ، عَنْ شُعْبَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي السَّفَرِ ، قَالَ : سَمِعْتُ الشَّعْبِيَّ يَقُولُ : جَالَسْتُ ابْنَ عُمَرَ سَنَةً ، فَمَا سَمِعْتُهُ يُحَدِّثُ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ شَيْئًا.

“Rəvayət edilir ki, Abdullah ibn Əbus-Səfər ﵀ demişdir: “əş-Şabinin belə buyurduğunu eşitdim: “İbn Omər ilə bir il birlikdə qaldım, onun Allah Elçisindən ﷺ heç bir hədis rəvayət etdiyini eşitmədim”.”

Abdullah ibn Əbus-Səfər
Səhihİbn Məcə, 26 (Sünnə, 26)

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنِ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ يَقُولُ : إِنّا كُنَّا نَحْفَظُ الْحَدِيثَ ، وَالْحَدِيثُ يُحْفَظُ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَمَّا إِذَا رَكِبْتُمُ الصَّعْبَ وَالذَّلُولَ ، فَهَيْهَاتَ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Mən İbn Abbasın belə buyurduğunu eşitmişəm: “Həqiqətən, biz hədisləri əzbərləyərdik. Hədis isə Allah Elçisindən ﷺ əzbərlənirdi. Fəqət, siz həm itaət etməyən, həm də itaətkar dəvələrə mindikdə, artıq, hədisləri araşdırmaq başlandı”.”

İbn Abbas
Səhihİbn Məcə, 27 (Sünnə, 27)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ مُجَالِدٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ قَرَظَةَ بْنِ كَعْبٍ ، قَالَ : بَعَثَنَا عُمَرُ بْنُ الْخَطَّابِ إِلَى الْكُوفَةِ وَشَيَّعَنَا ، فَمَشَى مَعَنَا إِلَى مَوْضِعٍ يُقَالُ لَهُ : صِرَارٌ ، فَقَالَ : أَتَدْرُونَ لِمَ مَشَيْتُ مَعَكُمْ ؟ قَالَ : قُلْنَا : لِحَقِّ صُحْبَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَلِحَقِّ الأَنْصَارِ ، قَالَ : لَكِنِّي مَشَيْتُ مَعَكُمْ لِحَدِيثٍ أَرَدْتُ أَنْ أُحَدِّثَكُمْ بِهِ ، فأردْتُ أَنْ تَحْفَظُوهُ لِمَمْشَايَ مَعَكُمْ ، إِنَّكُمْ تَقْدَمُونَ عَلَى قَوْمٍ لِلْقُرْآنِ فِي صُدُورِهِمْ هَزِيزٌ كَهَزِيزِ الْمِرْجَلِ ، فَإِذَا رَأَوْكُمْ مَدُّوا إِلَيْكُمْ أَعْنَاقَهُمْ ، وَقَالُوا : أَصْحَابُ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَقِلُّوا الرِّوَايَةَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، ثُمَّ أَنَا شَرِيكُكُمْ.

“Rəvayət edilir ki, Qaraza ibn Kəb ﵀ demişdir: “Ömər ibn əl-Xattab bizi Kufəyə göndərdi. (Mədinədən kənarda olan) “Sirar” adlı yerə qədər bizimlə birlikdə gəldi və dedi: “Bilirsinizmi, nəyə görə sizinlə birlikdə gəldim?” Biz: “Allah Elçisinin ﷺ söhbətlərində olduğumuz və ənsar olduğumuz üçün”- dedik. Ömər dedi: “Mən sizə bir şeyi başa salmaq üçün buraya qədər sizinlə gəldim. Piyada gəlməyimə görə tövsiyəmi yaxşıca dinləyəcəyinizi ümid edirəm. Siz odda qaynayan tava kimi Quran üçün sinələri yönəlik bir topluma doğru gedirsiniz. Onlar sizi gördükdə sizə itaət edəcək və onlar “Muhəmmədin səhabələridir” deyəcəklər. Siz Allah Elçisindən ﷺ az hədis rəvayət etdiniz. Mən də bu məsələdə sizin şərikinizəm”.”

Qaraza ibn Kəb
Səhihİbn Məcə, 28 (Sünnə, 28)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنِ السَّائِبِ بْنِ يَزِيدَ ، قَالَ : صَحِبْتُ سَعْدَ بْنَ مَالِكٍ مِنَ الْمَدِينَةِ إِلَى مَكَّةَ ، فَمَا سَمِعْتُهُ يُحَدِّثُ عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِحَدِيثٍ وَاحِدٍ.

“Rəvayət edilir ki, əs-Saib ibn Yəzid ﵀ demişdir: “Mən Səd ibn Malik (Əbu Səid əl-Xudri) ilə Mədinədən Məkkəyə qədər yol yoldaşı olmuşdum. Onun Peyğəmbərdən ﷺ bir hədis belə rəvayət etdiyini eşitmədim”.”

əs-Saib ibn Yəzid
Səhihİbn Məcə, 29 (Sünnə, 29)

Fəsil 4

Allah Elçisinin ﷺ adından bilərək yalan danışmağın ağır nəticəsi

بَابُ التَّغْلِيظِ فِي تَعَمُّدِ الْكَذِبِ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَسُوَيْدُ بْنُ سَعِيدٍ ، وَعَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ زُرَارَةَ ، وَإِسْمَاعِيلُ بْنُ مُوسَى ، قَالُوا : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ سِمَاكٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Abdur-Rahmən ibn Abdullah ibn Məsud atasından ﵁ rəvayət edərək demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənim adımdan bilərək yalan danışarsa, qoy Cəhənnəmdəki yerini hazır bilsin”.”

Abdur-Rahmən ibn Abdullah ibn Məsud atasından
Səhihİbn Məcə, 30 (Sünnə, 30)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ زُرَارَةَ ، وَإِسْمَاعِيلُ بْنُ مُوسَى ، قَالاَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ رِبْعِيِّ بْنِ حِرَاشٍ ، عَنْ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تَكْذِبُوا عَلَيَّ ، فَإِنَّ الْكَذِبَ عَلَيَّ يُولِجُ النَّارَ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mənim adımdan yalan danışmayın! Şübhəsiz, mənim adımdan yalan danışmaq oda girməkdir”.”

Əli
Səhihİbn Məcə, 31 (Sünnə, 31)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَذَبَ عَلَيَّ ، حَسِبْتُهُ قَالَ : مُتَعَمِّدًا ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənim adımdan bilərəkdən yalan danışarsa, Cəhənnəmdəki yerini hazır bilsin”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 32 (Sünnə, 32)

حَدَّثَنَا أَبُو خَيْثَمَةَ زُهَيْرُ بْنُ حَرْبٍ ، حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənim adımdan bilərəkdən yalan danışarsa, Cəhənnəmdəki yerini hazır bilsin”.”

Cabir
Səhihİbn Məcə, 33 (Sünnə, 33)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ تَقَوَّلَ عَلَيَّ مَا لَمْ أَقُلْ ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənim demədiyim bir şeyi qəsdən mənə aid edərsə, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 34 (Sünnə, 34)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ يَعْلَى التَّيْمِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ مَعْبَدِ بْنِ كَعْبٍ ، عَنْ أَبِي قَتَادَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ عَلَى هَذَا الْمِنْبَرِ : إِيَّاكُمْ وَكَثْرَةَ الْحَدِيثِ عَنِّي ، فَمَنْ قَالَ عَلَيَّ ، فَلْيَقُلْ حَقًّا أَوْ صِدْقًا ، وَمَنْ تَقَوَّلَ عَلَيَّ مَا لَمْ أَقُلْ ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ bu minbərin üzərində belə buyurduğunu eşitmişəm: “Məndən çoxlu hədis danışmaqdan çəkinin. Kim məndən hədis danışsa, haqq və ya doğru söz söyləsin. Kim də mənim söyləmədiklərimi özündən uydurub mənə aid edərsə, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Əbu Qatədə
Həsənİbn Məcə, 35 (Sünnə, 35)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا غُنْدَرٌ مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ جَامِعِ بْنِ شَدَّادٍ أَبِي صَخْرَةَ ، عَنْ عَامِرِ بْنِ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ أَبِيهِ ، قَالَ : قُلْتُ لِلزُّبَيْرِ بْنِ الْعَوَّامِ : مَا لِيَ لاَ أَسْمَعُكَ تُحَدِّثُ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , كَمَا أَسْمَعُ ابْنَ مَسْعُودٍ ، وَفُلاَنًا وَفُلاَنًا ؟ قَالَ : أَمَا إِنِّي لَمْ أُفَارِقْهُ مُنْذُ أَسْلَمْتُ ، وَلَكِنِّي سَمِعْتُ مِنْهُ كَلِمَةً ، يَقُولُ : مَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Amir ibn Abdullah ibn əz-Zubeyr atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən əz-Zubeyr ibn əl-Avvama dedim: “Nə üçün İbn Məsudun və filan səhabələrin Allah Elçisindən ﷺ hədis rəvayət etdikləri kimi sənin Allah Elçisindən ﷺ hədis rəvayət etdiyini eşitmirəm?” O dedi: “Mən İslamı qəbul etdiyimdən bəri Allah Elçisinin ﷺ yanından ayrılmadım və Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Kim mənim adımdan bilərəkdən yalan danışarsa, Cəhənnəmdəki yerini hazır bilsin”.”

Amir ibn Abdullah ibn əz-Zubeyr atasından
Səhihİbn Məcə, 36 (Sünnə, 36)

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ مُطَرِّفٍ ، عَنْ عَطِيَّةَ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənim adımdan bilərəkdən yalan danışarsa, Cəhənnəmdəki yerini hazır bilsin”.”

Əbu Səid
Səhihİbn Məcə, 37 (Sünnə, 37)

Fəsil 5

Yalan olmasını bildiyi halda Allah Elçisindən ﷺ hədis rəvayət edən

بَابُ مَنْ حَدَّثَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَدِيثًا وَهُوَ يَرَى أَنَّهُ كَذِبٌ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَلِيُّ بْنُ هَاشِمٍ ، عَنِ ابْنِ أَبِي لَيْلَى ، عَنِ الْحَكَمِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ حَدَّثَ عَنِّي حَدِيثًا , وَهُوَ يُرَى أَنَّهُ كَذِبٌ ، فَهُوَ أَحَدُ الْكَاذِبَيْنِ.

“Əli ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim yalan olduğunu bilə-bilə mənim adımdan bir hədis danışarsa, o, iki yalançıdan biridir”.”

Əli
Səhihİbn Məcə, 38 (Sünnə, 38)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ سَمُرَةَ بْنِ جُنْدَبٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ حَدَّثَ عَنِّي حَدِيثًا , وَهُوَ يُرَى أَنَّهُ كَذِبٌ ، فَهُوَ أَحَدُ الْكَاذِبَيْنِ.

“Səmura ibn Cundəb ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim yalan olduğunu bilə-bilə mənim adımdan bir hədis danışarsa, o, iki yalançıdan biridir”.”

Səmura ibn Cundəb
Səhihİbn Məcə, 39 (Sünnə, 39)

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، عَنِ الأَعْمَشِ ، عَنِ الْحَكَمِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ عَلِيٍّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ رَوَى عَنِّي حَدِيثًا , وَهُوَ يُرَى أَنَّهُ كَذِبٌ ، فَهُوَ أَحَدُ الْكَاذِبَيْنِ.

“Əli ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim yalan olduğunu bilə-bilə mənim adımdan bir hədis rəvayət edərsə, o, iki yalançıdan biridir”.”

Əli
Səhihİbn Məcə, 40 (Sünnə, 40)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ مَيْمُونِ بْنِ أَبِي شَبِيبٍ ، عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ حَدَّثَ عَنِّي بِحَدِيثٍ , وَهُوَ يُرَى أَنَّهُ كَذِبٌ ، فَهُوَ أَحَدُ الْكَاذِبَيْنِ.

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yalan olduğunu bilə-bilə mənim adımdan bir hədis danışarsa, o, iki yalançıdan biridir”.”

Muğira ibn Şubə
Səhihİbn Məcə, 41 (Sünnə, 41)

Fəsil 6

Doğru yola yönəldilən Raşidi xəlifələrin sünnəsinə tabeçilik

بَابُ إِتِّبَاعِ سُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِينَ الْمَهْدِيِّينَ

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ أَحْمَدَ بْنِ بَشِيرِ بْنِ ذَكْوَانَ الدِّمَشْقِيُّ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْعَلاَءِ يَعْنِي ابْنَ زَبْرٍ حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي الْمُطَاعِ ، قَالَ : سَمِعْتُ الْعِرْبَاضَ بْنَ سَارِيَةَ يَقُولُ : قَامَ فِينَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ذَاتَ يَوْمٍ ، فَوَعَظَنَا مَوْعِظَةً بَلِيغَةً ، وَجِلَتْ مِنْهَا الْقُلُوبُ ، وَذَرَفَتْ مِنْهَا الْعُيُونُ ، فَقِيلَ : يَا رَسُولَ اللهِ ، وَعَظْتَنَا مَوْعِظَةَ مُوَدِّعٍ ، فَاعْهَدْ إِلَيْنَا بِعَهْدٍ ، فَقَالَ : عَلَيْكُمْ بِتَقْوَى اللهِ ، وَالسَّمْعِ وَالطَّاعَةِ ، وَإِنْ عَبْدًا حَبَشِيًّا ، وَسَتَرَوْنَ مِنْ بَعْدِي اخْتِلاَفًا شَدِيدًا ، فَعَلَيْكُمْ بِسُنَّتِي ، وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِينَ الْمَهْدِيِّينَ ، عَضُّوا عَلَيْهَا بِالنَّوَاجِذِ ، وَإِيَّاكُمْ وَالأُمُورَ الْمُحْدَثَاتِ ، فَإِنَّ كُلَّ بِدْعَةٍ ضَلاَلَةٌ.

“Rəvayət edilir ki, Yəhya ibn Əbul-Mutai ﵀ demişdir: “Mən əl-İrbad ibn Səriyənin belə dediyini eşitdim: “Bir gün Allah Elçisi ﷺ bizim yanımıza gəlib elə bir tərzdə danışdı ki, qəlblər titrədi və gözlər yaşla doldu. Səhabələr dedilər: “Ey Allahın Elçisi, bu, vidalaşan bir kişinin öyüdünə oxşayır, bizə vəsiyyət et”. O buyurdu: “Mən sizə Allahdan qorxmağınızı, başınıza həbəşi bir kölə əmir olaraq təyin edilərsə, onu dinləyib itaət etməyinizi tövsiyə edirəm. Məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Mən sizə mənim sünnəmə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən uzaq durun. Həqiqətən də, hər bir bidət zəlalətdir”.”

Yəhya ibn Əbul-Mutai
Səhihİbn Məcə, 42 (Sünnə, 42)

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ بِشْرِ بْنِ مَنْصُورٍ ، وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ السَّوَّاقُ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ , عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، عَنْ ضَمْرَةَ بْنِ حَبِيبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَمْرٍو السُّلَمِيِّ ، أَنَّهُ سَمِعَ الْعِرْبَاضَ بْنَ سَارِيَةَ يَقُولُ : وَعَظَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَوْعِظَةً , ذَرَفَتْ مِنْهَا الْعُيُونُ ، وَوَجِلَتْ مِنْهَا الْقُلُوبُ ، فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، إِنَّ هَذِهِ لَمَوْعِظَةُ مُوَدِّعٍ ، فَمَا تَعْهَدُ إِلَيْنَا ؟ قَالَ : قَدْ تَرَكْتُكُمْ عَلَى الْبَيْضَاءِ لَيْلُهَا كَنَهَارِهَا ، لاَ يَزِيغُ عَنْهَا بَعْدِي إِلاَّ هَالِكٌ ، فَمَنْ يَعِشْ مِنْكُمْ فَسَيَرَى اخْتِلاَفًا كَثِيرًا ، فَعَلَيْكُمْ بِمَا عَرَفْتُمْ مِنْ سُنَّتِي ، وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِينَ الْمَهْدِيِّينَ ، عَضُّوا عَلَيْهَا بِالنَّوَاجِذِ ، وَعَلَيْكُمْ بِالطَّاعَةِ ، وَإِنْ عَبْدًا حَبَشِيًّا ، فَإِنَّمَا الْمُؤْمِنُ كَالْجَمَلِ الأَنِفِ ، حَيْثُمَا قِيدَ انْقَادَ.

“Rəvayət edilir ki, Yəhya ibn Əbul-Mutai ﵀ demişdir: “əl-İrbad ibn Səriyə rəvayət edir ki, Peyğəmbər ﷺ bizimlə elə bir tərzdə danışdı ki, gözlər yaşla doldu və qəlblər titrədi. Biz dedik: “Ey Allahın Elçisi, bu, vidalaşan bir kişinin öyüdünə oxşayır, bizə vəsiyyət et”. O buyurdu: “Mən sizi gecəsi gündüzü kimi aydın olan yol üzərində qoyub gedirəm. Bu yoldan yalnız həlak olan uzaqlaşar. Məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Sizə mənim sünnəmdən bildiklərinizə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Başınıza həbəşi bir kölə əmir olaraq təyin edilsə belə, ona itaət edin! Həqiqətən, mömin burnuna noxta taxılmış dəvə kimidir, hansı tərəfə döndərilsə, ora gedər”.”

əl-İrbad ibn Səriyə
Səhihİbn Məcə, 43 (Sünnə, 43)

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ الصَّبَّاحِ الْمِسْمَعِيُّ ، حَدَّثَنَا ثَوْرُ بْنُ يَزِيدَ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَمْرٍو ، عَنِ الْعِرْبَاضِ بْنِ سَارِيَةَ ، قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلاَةَ الصُّبْحِ , ثُمَّ أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ , فَوَعَظَنَا مَوْعِظَةً بَلِيغَةً , فَذَكَرَ نَحْوَهُ.

“Rəvayət edilir ki, İrbad ibn Səriyə ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə Sübh namazını qıldırdı, sonra üzünü bizə tərəf döndərdib olduqca təsirli bir xütbə verdi”. Sonra yuxarıda deyilənləri qeyd etdi.”

İrbad ibn Səriyə
Səhihİbn Məcə, 44 (Sünnə, 44)

Fəsil 7

Bidətdən və mübahisədən çəkinmək

بَابُ اجْتِنَابِ الْبِدَعِ وَالْجَدَلِ

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، وَأَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ الثَّقَفِيُّ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا خَطَبَ احْمَرَّتْ عَيْنَاهُ ، وَعَلاَ صَوْتُهُ ، وَاشْتَدَّ غَضَبُهُ ، كَأَنَّهُ مُنْذِرُ جَيْشٍ , يَقُولُ : صَبَّحَكُمْ مَسَّاكُمْ , وَيَقُولُ : بُعِثْتُ أَنَا وَالسَّاعَةَ كَهَاتَيْنِ ، وَيَقْرِنُ بَيْنَ إِصْبَعَيْهِ السَّبَّابَةِ وَالْوُسْطَى , ثُمَّ يَقُولُ : أَمَّا بَعْدُ ، فَإِنَّ خَيْرَ الأُمُورِ كِتَابُ اللهِ ، وَخَيْرَ الْهَدْيِ هَدْيُ مُحَمَّدٍ ، وَشَرَّ الأُمُورِ مُحْدَثَاتُهَا ، وَكُلَّ بِدْعَةٍ ضَلاَلَةٌ. وَكَانَ يَقُولُ : مَنْ تَرَكَ مَالاً فَلأَهْلِهِ ، وَمَنْ تَرَكَ دَيْنًا أَوْ ضَيَاعًا ، فَعَلَيَّ وَإِلَيَّ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ xütbə deyərkən gözləri qızarar, səsi yüksələr və qəzəbi şiddətlənərdi. O, düşmən ordusundan xəbərdarlıq edən “sabah düşmən sizin üzərinizə basqın edəcək, axşam sizə hücum çəkəcək” deyən bir gözətçi idi. “Mən və Qiyamət günü beləcə göndərildim” deyər və şəhadət barmağı ilə orta barmağını birləşdirər, sonra deyərdi: “Sonra isə həqiqətən, ən xeyirli əmrlər Allahın Kitabıdır. Ən doğru yol Muhəmməd Peyğəmbərin ﷺ yoludur. Ən pis əməllər dinə edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir”. Sonra belə deyərdi: “Mən hər bir möminə özündən daha yaxınam. Özündən sonra mal qoyub getsə, bu onun yaxınlarınındır. Özündən sonra borc və ya oğul-uşaq qoyub getsə, mənə aiddir və mənim üzərimdədir”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 45 (Sünnə, 45)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَالِدِ بْنِ خِدَاشٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، حَدَّثَنَا أَيُّوبُ (ح) وَحَدَّثَنَا أَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، وَيَحْيَى بْنُ حَكِيمٍ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، حَدَّثَنَا أَيُّوبُ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : تَلاَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ هَذِهِ الآيَةَ : {هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ} إِلَى قَوْلِهِ :{وَمَا يَذَّكَّرُ إِلاَّ أُولُو الأَلْبَابِ} , فَقَالَ : يَا عَائِشَةُ ، إِذَا رَأَيْتُمُ الَّذِينَ يُجَادِلُونَ فِيهِ ، فَهُمُ الَّذِينَ عَنَاهُمُ اللَّهُ ، فَاحْذَرُوهُمْ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ bu ayəni oxudu “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər”. (Ali-İmran, 7) və buyurdu: “Ey Aişə, onlar barəsində mübahisə edən kəslər görsən, (bil ki,) məhz onlar Allahın (ayədə) qəsd etdiyi kimsələrdir”.”

Aişə
Səhihİbn Məcə, 47 (Sünnə, 47)

حَدَّثَنَا عَلِيُّ بْنُ الْمُنْذِرِ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ (ح) وَحَدَّثَنَا حَوْثَرَةُ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، قَالاَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ دِينَارٍ ، عَنْ أَبِي غَالِبٍ ، عَنْ أَبِي أُمَامَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا ضَلَّ قَوْمٌ بَعْدَ هُدًى كَانُوا عَلَيْهِ , إِلاَّ أُوتُوا الْجَدَلَ , ثُمَّ تَلاَ هَذِهِ الآيَةَ : {بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ}.

“Əbu Umamə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Heç bir qövm hidayətə gəldikdən sonra çəkişmədikcə zəlalətə düşməmişdir”. Sonra bu ayəni oxudu: “Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır”. (əz-Zuxruf, 58).”

Əbu Umamə
Səhihİbn Məcə, 48 (Sünnə, 48)

Fəsil 8

Rəy və qiyasdan çəkinmək

بَابُ اجْتِنَابِ الرَّأْيِ وَالْقِيَاسِ

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، وَعَبْدَةُ ، وَأَبُو مُعَاوِيَةَ ، وَعَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، وَمُحَمَّدُ بْنُ بِشْرٍ وَحَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، وَمَالِكُ بْنُ أَنَسٍ ، وَحَفْصُ بْنُ مَيْسَرَةَ ، وَشُعَيْبُ بْنُ إِسْحَاقَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ لاَ يَقْبِضُ الْعِلْمَ انْتِزَاعًا يَنْتَزِعُهُ مِنَ النَّاسِ ، وَلَكِنْ يَقْبِضُ الْعِلْمُ بِقَبْضِ الْعُلَمَاءِ ، فَإِذَا لَمْ يَبْقَ عَالِمٌ , اتَّخَذَ النَّاسُ رُؤُوسًا جُهَّالاً ، فَسُئِلُوا , فَأَفْتَوْا بِغَيْرِ عِلْمٍ ، فَضَلُّوا وَأَضَلُّوا.

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah elmi insanların sinələrindən çıxarmaqla almaz, alimləri (insanların arasından) götürməklə elmi götürər və heç bir alim qalmaz. Belə olduqda insanlar özlərinə cahil başçılar seçərlər. Onlardan sual soruşduqda elmsiz cavab verərlər. Beləliklə də, özləri də azar, başqalarını da azdırarlar”.”

Abdullah ibn Amr ibn əl-As
Səhihİbn Məcə, 52 (Sünnə, 52)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يَزِيدَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي أَيُّوبَ حَدَّثَنِي أَبُو هَانِئٍ حُمَيْدُ بْنُ هَانِئٍ الْخَوْلاَنِيُّ ، عَنْ أَبِي عُثْمَانَ مُسْلِمِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أُفْتِيَ بِفُتْيَا غَيْرَ ثَبَتٍ ، فَإِنَّمَا إِثْمُهُ عَلَى مَنْ أَفْتَاهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim yalnış fətva ilə gedərsə, onun günahı fətva verənin boynunadır”.”

Əbu Hureyra
Həsənİbn Məcə, 53 (Sünnə, 53)

Fəsil 9

İman

بَابٌ فِي الإِيمَانِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ الطَّنَافِسِيُّ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الإِيمَانُ بِضْعٌ وَسِتُّونَ أَوْ سَبْعُونَ بَابًا ، أَدْنَاهَا إِمَاطَةُ الأَذَى عَنِ الطَّرِيقِ ، وَأَرْفَعُهَا قَوْلُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَالْحَيَاءُ شُعْبَةٌ مِنَ الإِيمَانِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İman altmış və ya yetmiş və bir neçə hissədən ibarətdir. Bu dərəcələrin ən aşağısı yolda olan maneəni kənarlaşdırmaq, ən yüksəyi isə “lə iləhə illəllah” kəlməsidir. Həya da imandan bir şöbədir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 57 (Sünnə, 57)

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ: سَمِعَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَجُلاً يَعِظُ أَخَاهُ فِي الْحَيَاءِ ، فَقَالَ : إِنَّ الْحَيَاءَ شُعْبَةٌ مِنَ الإِيمَانِ.

“Səlim atasının ﵁ belə buyurduğunu rəvayət etmişdir: “Peyğəmbər ﷺ bir adamın qardaşını həyalı olmasına görə qınadığını eşitdi və buyurdu: “Həqiqətən, həya imandan bir şöbədir”.”

Səlim atasından
Səhihİbn Məcə, 58 (Sünnə, 58)

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الأَعْمَشِ وَحَدَّثَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ الرَّقِّيُّ ، حَدَّثَنَا سَعِيدُ بْنُ مَسْلَمَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَدْخُلُ الْجَنَّةَ مَنْ كَانَ فِي قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ كِبْرٍ ، وَلاَ يَدْخُلُ النَّارَ مَنْ كَانَ فِي قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ إِيمَانٍ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qəlbində xardal dənəsi ağırlığında təkəbbürlük olan Cənnətə girməyəcək və qəlbində xardal dənəsi ağırlığında iman olan da (əbədi) oda girməyəcək”.”

Abdullah
Səhihİbn Məcə, 59 (Sünnə, 59)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا خَلَّصَ اللَّهُ الْمُؤْمِنِينَ مِنَ النَّارِ وَأَمِنُوا ، فَمَا مُجَادَلَةُ أَحَدِكُمْ لِصَاحِبِهِ فِي الْحَقِّ يَكُونُ لَهُ فِي الدُّنْيَا ، أَشَدَّ مُجَادَلَةً مِنَ الْمُؤْمِنِينَ لِرَبِّهِمْ فِي إِخْوَانِهِمُ الَّذِينَ أُدْخِلُوا النَّارَ ، قَالَ : يَقُولُونَ : رَبَّنَا , إِخْوَانُنَا كَانُوا يُصَلُّونَ مَعَنَا ، وَيَصُومُونَ مَعَنَا ، وَيَحُجُّونَ مَعَنَا ، فَأَدْخَلْتَهُمُ النَّارَ ، فَيَقُولُ : اذْهَبُوا ، فَأَخْرِجُوا مَنْ عَرَفْتُمْ مِنْهُمْ ، فَيَأْتُونَهُمْ ، فَيَعْرِفُونَهُمْ بِصُوَرِهِمْ ، لاَ تَأْكُلُ النَّارُ صُوَرَهُمْ ، فَمِنْهُمْ مَنْ أَخَذَتْهُ النَّارُ إِلَى أَنْصَافِ سَاقَيْهِ ، وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ إِلَى كَعْبَيْهِ ، فَيُخْرِجُونَهُمْ ، فَيَقُولُونَ : رَبَّنَا ، أَخْرَجْنَا مَنْ قَدْ أَمَرْتَنَا ، ثُمَّ يَقُولُ : أَخْرِجُوا مَنْ كَانَ فِي قَلْبِهِ وَزْنُ دِينَارٍ مِنَ الإِيمَانِ ، ثُمَّ مَنْ كَانَ فِي قَلْبِهِ وَزْنُ نِصْفِ دِينَارٍ ، ثُمَّ مَنْ كَانَ فِي قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ. قَالَ أَبُو سَعِيدٍ : فَمَنْ لَمْ يُصَدِّقْ هَذَا ، فَلْيَقْرَأْ : {إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا}.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah möminləri Cəhənnəm odundan xilas etdikdə və onlar arxayınlıq içində olduqda, möminlərin Cəhənnəmə girmiş qardaşlarına görə Rəblərindən haqlarını tələb edib yalvarmaları sizdən birinizin dünyada haqq uğrunda mücadilə etməsindən daha şiddətli olacaq. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Onlar bizim qardaşlarımızdır. Onlar bizimlə namaz qılar, oruc tutar və həcc edərdilər, Sən isə onları Cəhənnəmə saldın”. Allah buyuracaq: “Gedin və tanıdıqlarınızı oradan çıxardın!” Möminlər gəlib onları görkəmlərindən tanıyacaqlar. Od onlarınn üzünü yeməyəcək. Od onlardan kimisini baldırının yarısına qədər, kimisini də topuğuna qədər bürüyəcəkdir. Möminlər də onları (oddan) çıxaracaqlar. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Artıq Sənin bizə əmr etdiyin kəsləri çıxartdıq”. Allah buyuracaq: “Qəlbində dinar ağırlında iman olan kəsləri çıxardın!” Sonra isə: “Qəlbində yarım dinar ağırlığında”, hətta “qəlbində xardal dənəsi ağırlığında”- deyə buyuracaq”. Əbu Səid dedi: “Kim inanmırsa, bu ayəni oxusun: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” (ən-Nisa, 48)”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 60 (Sünnə, 60)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا حَمَّادُ بْنُ نَجِيحٍ ، وَكَانَ ثِقَةً ، عَنْ أَبِي عِمْرَانَ الْجَوْنِيِّ ، عَنْ جُنْدُبِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كُنَّا مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَنَحْنُ فِتْيَانٌ حَزَاوِرَةٌ ، فَتَعَلَّمْنَا الإِيمَانَ قَبْلَ أَنْ نَتَعَلَّمَ الْقُرْآنَ ، ثُمَّ تَعَلَّمْنَا الْقُرْآنَ , فَازْدَدْنَا بِهِ إِيمَانًا.

“Rəvayət edilir ki, Cundub ibn Abdullah ﵁ demişdir: “Biz yetkinlik yaşına yeni qədəm qoymuşduq. Peyğəmbərlə ﷺ birlikdə idik. Biz Quranı öyrənməmiş iman gətirmişdik. Sonra Quranı öyrəndik və imanımız artdı”.”

Cundub ibn Abdullah
Səhihİbn Məcə, 61 (Sünnə, 61)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ كَهْمَسِ بْنِ الْحَسَنِ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ يَحْيَى بْنِ يَعْمَرَ ، عَنِ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَجَاءَ رَجُلٌ شَدِيدُ بَيَاضِ الثِّيَابِ ، شَدِيدُ سَوَادِ شَعَرِ الرَّأْسِ ، لاَ يُرَى عَلَيْهِ أَثَرُ السَّفَرٍ ، وَلاَ يَعْرِفُهُ مِنَّا أَحَدٌ ، قَالَ : فَجَلَسَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَسْنَدَ رُكْبَتَهُ إِلَى رُكْبَتِهِ ، وَوَضَعَ يَدَيْهِ عَلَى فَخِذَيْهِ ، ثُمَّ قَالَ : يَا مُحَمَّدُ ، مَا الإِسْلاَمُ ؟ قَالَ : شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنِّي رَسُولُ اللهِ ، وَإِقَامُ الصَّلاَةِ ، وَإِيتَاءُ الزَّكَاةِ ، وَصَوْمُ رَمَضَانَ ، وَحَجُّ الْبَيْتِ , قَالَ : صَدَقْتَ ، فَعَجِبْنَا مِنْهُ ، يَسْأَلُهُ وَيُصَدِّقُهُ ، ثُمَّ قَالَ : يَا مُحَمَّدُ ، مَا الإِيمَانُ ؟ قَالَ : أَنْ تُؤْمِنَ بِاللَّهِ ، وَمَلاَئِكَتِهِ ، وَرُسُلِهِ ، وَكُتُبِهِ ، وَالْيَوْمِ الآخِرِ ، وَالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ ، قَالَ : صَدَقْتَ ، فَعَجِبْنَا مِنْهُ ، يَسْأَلُهُ وَيُصَدِّقُهُ ، ثُمَّ قَالَ : يَا مُحَمَّدُ ، مَا الإِحْسَانُ ؟ قَالَ : أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ ، فَإِنَّكَ إِنْ لاَ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ ، قَالَ : فَمَتَى السَّاعَةُ ؟ قَالَ : مَا الْمَسْؤُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ ، قَالَ : فَمَا أَمَارَتُهَا ؟ قَالَ : أَنْ تَلِدَ الأَمَةُ رَبَّتَهَا ، قَالَ وَكِيعٌ : يَعْنِي تَلِدُ الْعَجَمُ الْعَرَبَ ، وَأَنْ تَرَى الْحُفَاةَ الْعُرَاةَ الْعَالَةَ رِعَاءَ الشَّاءِ , يَتَطَاوَلُونَ فِي الْبِنَاءِ , قَالَ : ثُمَّ قَالَ : فَلَقِيَنِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَعْدَ ثَلاَثٍ ، فَقَالَ : أَتَدْرِي مَنِ الرَّجُلُ ؟ قُلْتُ : اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ ، قَالَ : ذَاكَ جِبْرِيلُ ، أَتَاكُمْ يُعَلِّمُكُمْ مَعَالِمَ دِينِكُمْ. قَالَ أَبُو الْحَسَنِ الْقَطَّان : حَدَّثَنَا يَحْيَى بْن عَبْد الله , حَدَّثَنَا عَبْد الله بْن يَزِيد المُقْرِئُ , حَدَّثَنَا كَهْمَسٌ , مِثْلَهُ .

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisinin ﷺ yanında oturmuşduq. Paltarı ağappaq, saçları qapqara və üzərində səfər əlaməti olmayan, lakin heç birimizin tanımadığı bir kişi gəldi. O gəlib Peyğəmbərin ﷺ yanında oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini onun budlarına qoydu və dedi: “Ey Muhəmməd, İslam nədir?” Peyğəmbər ﷺ buyurdu: “Allahdan başqa ibadətə layiq məbudun olmadığına və mənim Allahın Elçisi olduğuma şahidlik etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və Evi həcc etməkdir”. Soruşan dedi: “Doğru söylədin”. Biz ona təəccüb etdik, həm sual verir, həm də doğru dediyini təsdiqləyirdi. Sonra dedi: “Ey Muhəmməd, iman nədir?” Peyğəmbər ﷺ buyurdu: “İman sənin Allaha, Onun mələklərinə, Onun elçilərinə, Onun kitablarına, Axirət gününə və qədərə - xeyir və şər ilə birlikdə iman gətirməyindir”. Soruşan dedi: “Doğru söylədin”. Biz ona təəccüb etdik, həm sual verir, həm də doğru dediyini təsdiqləyirdi. Sonra soruşan dedi: “Ey Muhəmməd, ehsan nədir?” Peyğəmbər ﷺ buyurdu: “Ehsan sənin Allaha, sanki Onu görürmüşsən kimi ibadət etməyindir; sən Onu görməsən də, (bil ki,) O, səni görür”. O dedi: “Qiyamət nə zaman qopacaq?” Peyğəmbər ﷺ buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir”. Soruşan dedi: “Bəs onun əlamətləri nədir?” Peyğəmbər ﷺ buyurdu: “Kənizin öz ağasını doğması və ayaqyalın, lüt, yoxsul, kimliyi bəlli olmayan, dəvə otaran çobanların hündür binalar tikməkdə bir-biri ilə yarışacaqlarını görməyin”. Bir qədər keçdikdən sonra Ömər dedi: “Üç gündən sonra Allah Elçisi ﷺ mənimlə rastlaşdıqda buyurdu: “O kişinin kim olduğunu bilirsənmi?” Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir!” O buyurdu: “O, Cəbrail idi. Dininizi öyrətmək üçün sizin yanınıza gəlmişdi”.”

Ömər
Səhihİbn Məcə, 63 (Sünnə, 63)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ أَبِي حَيَّانَ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمًا بَارِزًا لِلنَّاسِ ، فَأَتَاهُ رَجُلٌ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، مَا الإِيمَانُ ؟ قَالَ : أَنْ تُؤْمِنَ بِاللَّهِ ، وَمَلاَئِكَتِهِ ، وَكُتُبِهِ ، وَرُسُلِهِ ، وَلِقَائِهِ ، وَتُؤْمِنَ بِالْبَعْثِ الآخِرِ , قَالَ : يَا رَسُولَ اللهِ ، مَا الإِسْلاَمُ ؟ قَالَ : أَنْ تَعْبُدَ اللَّهَ لاَ تُشْرِكُ بِهِ شَيْئًا ، وَتُقِيمَ الصَّلاَةَ الْمَكْتُوبَةَ ، وَتُؤَدِّيَ الزَّكَاةَ الْمَفْرُوضَةَ ، وَتَصُومَ رَمَضَانَ , قَالَ : يَا رَسُولَ اللهِ ، مَا الإِحْسَانُ ؟ قَالَ : أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ ، فَإِنَّكَ إِنْ لاَ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ , قَالَ : يَا رَسُولَ اللهِ ، مَتَى السَّاعَةُ ؟ قَالَ : مَا الْمَسْؤُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ ، وَلَكِنْ سَأُحَدِّثُكَ عَنْ أَشْرَاطِهَا ، إِذَا وَلَدَتِ الأَمَةُ رَبَّتَهَا ، فَذَلِكَ مِنْ أَشْرَاطِهَا ، وَإِذَا تَطَاوَلَ رِعَاءُ الْغَنَمِ فِي الْبُنْيَانِ ، فَذَلِكَ مِنْ أَشْرَاطِهَا ، فِي خَمْسٍ لاَ يَعْلَمُهُنَّ إِلاَّ اللَّهُ ، فَتَلاَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : {إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ}.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ insanların arasında oturmuşdu. Bir nəfər onun yanına gəlib: “Ey Allahın Elçisi, iman nədir?”– deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “İman (odur ki,) Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun elçilərinə, Onunla görüşməyə, habelə (öldükdən sonra) diriləcəyinə inanasan”. O: “Ey Allahın Elçisi, İslam nədir?”– deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Allaha ibadət edib Ona (heç bir şeyi) şərik qoşmayasan, (vaxtlı-vaxtında, lazımınca) namaz qılasan, vacib buyurulmuş zəkatı verəsən və Ramazan ayını oruc tutasan”. O: “Ehsan nədir?”– deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Ehsan (odur ki,) Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən; sən Onu görməsən də, (bil ki,) O, səni görür”. O: “Ey Allahın Elçisi, bəs Qiyamət nə zaman qopacaq?”– deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir. Lakin sənə Qiyamətin əlamətlərini deyəcəyəm: kəniz öz ağasını doğacağı və kimliyi bəlli olmayan, dəvə otaran çobanlar hündür binalar tikməkdə bir-biri ilə yarışacaqları zaman (Qiyamət qopacaqdır. Bu da) yalnız Allahın bildiyi beş şeydən biridir”. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Həqiqətən, Saatı (Qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə qazanacağını bilməz. Heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) Biləndir, (hər şeydən) Xəbərdardır!” (Loğman, 34)”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 64 (Sünnə, 64)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ قَتَادَةَ يُحَدِّثُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يُؤْمِنُ أَحَدٌ حَتَّى يُحِبَّ لأَخِيهِ ، أَوْ قَالَ : لِجَارِهِ ، مَا يُحِبُّ لِنَفْسِهِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Heç kim özünə istədiyini qardaşı üçün istəmədikcə” və ya buyurdu: “...qonşusu üçün istəmədikcə, (tam) iman gətirmiş olmaz”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 66 (Sünnə, 66)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ قَتَادَةَ , عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَلَدِهِ ، وَوَالِدِهِ ، وَالنَّاسِ أَجْمَعِينَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç bir kəs məni özündən, övladından, atasından və bütün insanlardan daha çox sevmədikcə, (tam) iman etmiş olmaz”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 67 (Sünnə, 67)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، وَأَبُو مُعَاوِيَةَ , عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لاَ تَدْخُلُوا الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا ، وَلاَ تُؤْمِنُوا حَتَّى تَحَابُّوا ، أَوَلاَ أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ ؟ أَفْشُوا السَّلاَمَ بَيْنَكُمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İman gətirməyincə Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevməyincə (tamam-kamal) iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etdikdə biri-birinizi sevəsiniz? Aranızda salamı yayın”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 68 (Sünnə, 68)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا عَفَّانُ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الأَعْمَشِ (ح) وَحَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَبْدِ اللهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : سِبَابُ الْمُسْلِمِ فُسُوقٌ ، وَقِتَالُهُ كُفْرٌ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Müsəlmanı söymək fasiqlik, onu öldürmək isə küfrdür”.”

Abdullah
Səhihİbn Məcə, 69 (Sünnə, 69)

حَدَّثَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، حَدَّثَنَا أَبُو النَّضْرِ ، حَدَّثَنَا أَبُو جَعْفَرٍ ، عَنْ يُونُسَ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنِّي رَسُولُ اللهِ ، وَيُقِيمُوا الصَّلاَةَ ، وَيُؤْتُوا الزَّكَاةَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlar “Allahdan başqa ibadətə layiq məbudun olmadığına və mənim Allahın Elçisi olmağıma şəhadət gətirməyincə, namaz qılıb zəkat verməyincə, mənə onlarla vuruşmaq əmr olundu”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 71 (Sünnə, 71)

حَدَّثَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ ، حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ بَهْرَامَ ، عَنْ شَهْرِ بْنِ حَوْشَبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ غَنْمٍ ، عَنْ مُعَاذِ بْنِ جَبَلٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنِّي رَسُولُ اللهِ ، وَيُقِيمُوا الصَّلاَةَ ، وَيُؤْتُوا الزَّكَاةَ.

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlar “Allahdan başqa ibadətə layiq məbudun olmadığına və mənim Allahın Elçisi olmağıma şəhadət gətirməyincə, namaz qılıb zəkat verməyincə, mənə onlarla vuruşmaq əmr olundu”.”

Muaz ibn Cəbəl
Səhihİbn Məcə, 72 (Sünnə, 72)

Fəsil 10

Qədər haqda

بَابٌ فِي الْقَدَرِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، وَمُحَمَّدُ بْنُ فُضَيْلٍ ، وَأَبُو مُعَاوِيَةَ (ح) وَحَدَّثَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ الرَّقِّيُّ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، وَمُحَمَّدُ بْنُ عُبَيْدٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ زَيْدِ بْنِ وَهْبٍ ، قَالَ : قَالَ عَبْدُ اللهِ بْنُ مَسْعُودٍ : حَدَّثَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَهُوَ الصَّادِقُ الْمَصْدُوقُ , أَنَّهُ قَالَ : يُجْمَعُ خَلْقُ أَحَدِكُمْ فِي بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا ، ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ ، ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ ، ثُمَّ يَبْعَثُ اللَّهُ إِلَيْهِ الْمَلَكَ ، فَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَاتٍ ، فَيَقُولُ : اكْتُبْ عَمَلَهُ ، وَأَجَلَهُ ، وَرِزْقَهُ ، وَشَقِيٌّ ، أَمْ سَعِيدٌ ، فَوَالَّذِي نَفْسِي بِيَدِهِ ، إِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ ، حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ ، فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ ، فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ , فَيَدْخُلُهَا ، وَإِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ ، حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ ، فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ ، فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ , فَيَدْخُلُهَا.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Doğru danışan və doğruluğu təsdiqlənən Allah Elçisi ﷺ belə buyurdu: “Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: “Əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olacağını yaz!” Canım əlində olan Allaha and olsun ki, həqiqətən, sizdən biriniz Cənnət əhlinin əməlini edər, nəhayət, onunla Cənnət arasında bir qarış (məsafə) qaldıqda, Kitab (qədər) onun önünə keçər. O da Cəhənnəm əhlinin əməlini edib ora girər. Həqiqətən, sizdən biriniz Cəhənnəm əhlinin əməlini edər, nəhayət, onunla Cəhənnəm arasında bir qarış (məsafə) qaldıqda, Kitab onun önünə keçər. O da Cənnət əhlinin əməlini edib ora girər”.”

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 76 (Sünnə, 76)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ سُلَيْمَانَ ، قَالَ : سَمِعْتُ أَبَا سِنَانٍ ، عَنْ وَهْبِ بْنِ خَالِدٍ الْحِمْصِيِّ ، عَنِ ابْنِ الدَّيْلَمِيِّ ، قَالَ : وَقَعَ فِي نَفْسِي شَيْءٌ مِنْ هَذَا الْقَدَرِ ، خَشِيتُ أَنْ يُفْسِدَ عَلَيَّ دِينِي وَأَمْرِي ، فَأَتَيْتُ أُبَيَّ بْنَ كَعْبٍ ، فَقُلْتُ : أَبَا الْمُنْذِرِ ، إِنَّهُ وَقَعَ فِي نَفْسِي شَيْءٌ مِنْ هَذَا الْقَدَرِ ، فَخَشِيتُ عَلَى دِينِي وَأَمْرِي ، فَحَدِّثْنِي مِنْ ذَلِكَ بِشَيْءٍ ، لَعَلَّ اللَّهَ أَنْ يَنْفَعَنِي بِهِ ، فَقَالَ : لَوْ أَنَّ اللَّهَ عَذَّبَ أَهْلَ سَمَاوَاتِهِ وَأَهْلَ أَرْضِهِ ، لَعَذَّبَهُمْ وَهُوَ غَيْرُ ظَالِمٍ لَهُمْ ، وَلَوْ رَحِمَهُمْ لَكَانَتْ رَحْمَتُهُ خَيْرًا لَهُمْ مِنْ أَعْمَالِهِمْ ، وَلَوْ كَانَ لَكَ جَبَلُ أُحُدٍ ذَهَبًا ، أَوْ مِثْلُ جَبَلِ أُحُدٍ تُنْفِقُهُ فِي سَبِيلِ اللهِ ، مَا قُبِلَ مِنْكَ , حَتَّى تُؤْمِنَ بِالْقَدَرِ ، فَتَعْلَمَ أَنَّ مَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ ، وَأَنَّ مَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ ، وَأَنَّكَ إِنْ مُتَّ عَلَى غَيْرِ هَذَا , دَخَلْتَ النَّارَ , وَلاَ عَلَيْكَ أَنْ تَأْتِيَ أَخِي عَبْدَ اللهِ بْنَ مَسْعُودٍ ، فَتَسْأَلَهُ ، فَأَتَيْتُ عَبْدَ اللهِ ، فَسَأَلْتُهُ ، فَذَكَرَ مِثْلَ مَا قَالَ أُبَيٌّ , وَقَالَ لِي : وَلاَ عَلَيْكَ أَنْ تَأْتِيَ حُذَيْفَةَ ، فَأَتَيْتُ حُذَيْفَةَ ، فَسَأَلْتُهُ ، فَقَالَ مِثْلَ مَا قَالاَ ، وَقَالَ : ائْتِ زيْدَ بْنَ ثابتٍ ، فَاسْأَلْهُ ، فَأَتَيْتُ زيْدَ بْنَ ثابتٍ ، فَسَأَلْتُهُ ، فَقَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صلَّى اللَّهُ عليْهِ وسلَّمَ يَقُولُ : لَوْ أَنَّ اللَّهَ عذَّبَ أهْلَ سَمَاوَاتِهِ وأهْلَ أرْضِهِ ، لَعَذَّبَهُمْ وَهُوَ غيْرُ ظَالِمٍ لَهُمْ ، وَلَوْ رَحِمَهُمْ لَكَانَتْ رَحْمَتُهُ خيْرًا لَهُمْ مِنْ أَعْمَالِهِمْ ، وَلَوْ كَانَ لَكَ مِثْلُ أُحُدٍ ذَهَبًا ، أوْ مِثْلُ جَبَلِ أُحُدٍ ذَهَبًا تُنْفِقُهُ فِي سَبِيلِ اللهِ ، مَا قَبِلَهُ مِنْكَ , حتَّى تُؤْمِنَ بِالْقَدَرِ ، فَتَعْلَمَ أنَّ مَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ ، وَأَنَّ مَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ ، وَأَنَّكَ إِنْ مِتَّ عَلَى غيْرِ هَذَا دَخَلْتَ النَّارَ.

“Rəvayət edilir ki, İbn əd-Deyləmi ﵀ demişdir: “Məndə qədər barəsində şübhə yaranmışdı. Mən bu şübhənin dinimi və vəziyyətimi korlamasından qorxurdum. Ubey ibn Kəbin yanına gedərək dedim: “Ey Əbul-Munzir! Məndə qədər barəsində şübhə yaranıb. Mən bu şübhənin dinimi və vəziyyətimi korlamasından qorxuram. Bu haqda mənə bir şey söylə, ola bilər ki, Allah bununla məni faydalandırsın”. Ubey dedi: “Əgər Allah göylərin və yerin əhlinə əzab versəydi, onlara heç bir zülm etmədən əzab vermiş olardı. Əgər onlara rəhm etsəydi, Allahın rəhmi onlar üçün etdikləri əməllərin əvəzindən daha xeyirli olardı. Əgər sən Uhud dağı qədər qızılın və ya Uhud dağı qədər mal-dövlətin hamısını Allah yolunda xərcləsəydin, qədərə iman etmədikcə və başına gəlmiş şeylərin gəlməməsinin mümkünsüz olduğunu və başına gəlməyən bir şeyin gəlməsinin mümkünsüz olduğunu bilmədikcə, (xərclədiyin) səndən qəbul edilməzdi. Bu etiqaddan başqa bir etiqad üzərində ölsən, mütləq Cəhənnəmə girəcəyini bilmədikcə, bu şeyləri xərcləsəydin belə, qəbul olunmazdı. Qardaşım Abdullah ibn Məsudun yanına gedib ondan soruşmağında heç bir eyib yoxdur”. Sonra mən Abdullahın yanına gedərək ondan soruşduqda o da Ubeyin söylədiklərinə bənzər şeylər söylədi və belə dedi: “Huzeyfənin yanına gedib soruşmağında eyib yoxdur”. Mən Huzeyfənin yanına gedib ondan soruşduqda (Ubeyin və Abdullah ibn Məsudun) dediklərini söylədi və belə dedi: “Zeyd ibn Sabitin yanına get və soruş”. Mən Zeyd ibn Sabitin yanına gedib soruşduqda dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Əgər Allah göylərin və yerin əhlinə əzab versəydi, onlara heç bir zülm etmədən əzab vermiş olardı. Əgər onlara rəhm etsəydi, Allahın rəhmi onlar üçün etdikləri əməllərin əvəzindən daha xeyirli olardı. Əgər sən Uhud dağı qədər qızılın və ya Uhud dağı kimi qızılın hamısını Allah yolunda xərcləsəydin, sən qədərə iman etmədikcə və sənin başına gəlmiş şeylərin gəlməməsinin mümkünsüz olduğunu və başına gəlməyən bir şeyin gəlməsinin mümkünsüz olduğunu bilmədikcə, səndən qəbul edilməzdi. Bu etiqaddan başqa bir etiqad üzərində ölsən, mütləq Cəhənnəmə girəcəyini bilmədikcə, bu şeyləri xərcləsəydin belə, qəbul olunmazdı”.”

İbn əd-Deyləmi
Səhihİbn Məcə, 77 (Sünnə, 77)

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ وَحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، وَوَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السُّلَمِيِّ ، عَنْ عَلِيِّ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَبِيَدِهِ عُودٌ ، فَنَكَتَ فِي الأَرْضِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَالَ : مَا مِنْكُمْ مِنْ أَحَدٍ إِلاَّ وَقَدْ كُتِبَ مَقْعَدُهُ مِنَ الْجَنَّةِ ، وَمَقْعَدُهُ مِنَ النَّارِ ، قِيلَ : يَا رَسُولَ اللهِ ، أَفَلاَ نَتَّكِلُ ؟ قَالَ : لاَ ، اعْمَلُوا وَلاَ تَتَّكِلُوا ، وَكُلٌّ مُيَسَّرٌ لِمَا خُلِقَ لَهُ , ثُمَّ قَرَأَ :{فَأَمَّا مَنْ أَعْطَى وَاتَّقَى وَصَدَّقَ بِالْحُسْنَى فَسَنُيَسِّرُهُ لِلْيُسْرَى وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَى وَكَذَّبَ بِالْحُسْنَى فَسَنُيَسِّرُهُ لِلْعُسْرَى}.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. Onun əlində bir çubuq var idi. Onu yerə vuraraq nöqtə kimi işarələr edirdi, sonra başını qaldırdı və dedi: “Sizdən elə bir kimsə yoxdur ki, onun Cənnətdəki və Cəhənnəmdəki yeri qeydə alınmasın!” Səhabələr dedilər: “Ey Allahın Elçisi, onda arxayın olaq (əməlləri tərk edəkmi)?” Peyğəmbər dedi: “Xeyr, əməl edin və bu yazıya arxayınlaşmayın! Hər kəs nə üçün yaradılmışsa, onun üçün həmin şeylər asanlaşdırılacaq”. Sonra bu ayəni oxudu: “Kim (haqqını) verir və Allahdan qorxursa və ən gözəl olan (“lə iləhə illəllah” kəlməsini) təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik. Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olan (“lə iləhə illəllah” kəlməsini) yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik”. (əl-Leyl, 5-10).”

Əli
Səhihİbn Məcə, 78 (Sünnə, 78)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ الطَّنَافِسِيُّ , قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ رَبِيعَةَ بْنِ عُثْمَانَ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْمُؤْمِنُ الْقَوِيُّ خَيْرٌ وَأَحَبُّ إِلَى اللهِ مِنَ الْمُؤْمِنِ الضَّعِيفِ ، وَفِي كُلٍّ خَيْرٌ ، احْرِصْ عَلَى مَا يَنْفَعُكَ ، وَاسْتَعِنْ بِاللَّهِ , وَلاَ تَعْجَزْ ، فَإِنْ أَصَابَكَ شَيْءٌ ، فَلاَ تَقُلْ : لَوْ أَنِّي فَعَلْتُ كَذَا وَكَذَا ، وَلَكِنْ قُلْ : قَدَّرَ اللَّهُ ، وَمَا شَاءَ فَعَلَ ، فَإِنَّ لَوْ تَفْتَحُ عَمَلَ الشَّيْطَانِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah üçün güclü mömin zəif mömindən daha yaxşı və daha sevimlidir. Onların hər ikisində xeyir var. Sənə fayda verən şeyə can at, (yalnız) Allahdan kömək dilə və aciz olma! Sənə bir hadisə üz versə, demə ki, “kaş belə edəydim”. Əksinə, de: “Bu, Allahın qədəridir. O, istədiyini edir, çünki “əgər” sözü şeytana qapı açır”.”

Əbu Hureyra
Həsənİbn Məcə, 79 (Sünnə, 79)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَيَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ , قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، سَمِعَ طَاوُوسًا يَقُولُ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يُخْبِرُ عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : احْتَجَّ آدَمُ وَمُوسَى عَلَيْهِمَا السَّلاَمُ ، فَقَالَ لَهُ مُوسَى : يَا آدَمُ ، أَنْتَ أَبُونَا خَيَّبْتَنَا وَأَخْرَجْتَنَا مِنَ الْجَنَّةِ بِذَنْبِكَ ، فَقَالَ لَهُ آدَمُ : يَا مُوسَى ، اصْطَفَاكَ اللَّهُ بِكَلاَمِهِ ، وَخَطَّ لَكَ التَّوْرَاةَ بِيَدِهِ ، أَتَلُومُنِي عَلَى أَمْرٍ قَدَّرَهُ اللَّهُ عَلَيَّ قَبْلَ أَنْ يَخْلُقَنِي بِأَرْبَعِينَ سَنَةً ؟ فَحَجَّ آدَمُ مُوسَى ، فَحَجَّ آدَمُ مُوسَى ، ثَلاَثًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Adəm ilə Musa ﵇ mübahisə etdilər. Musa ona dedi: "Ey Adəm, sən atamızsan, sən günahına görə bizi məyus etdin və Cənnətdən çıxartdın”. Adəm ona dedi: “Ey Musa, Allah səni sözlə (vasitəsiz) danışmaq üçün seçdi və sənin üçün Tövratı Öz Əli ilə yazdı. Onda Allahın məni yaratmamışdan qırx il əvvəl yazdığı bir əməli etməyimə görə qınayırsan?” Beləcə Adəm Musaya qalib gəldi, beləcə Adəm Musaya qalib gəldi”- deyərək bunu üç dəfə təkrarladı”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 80 (Sünnə, 80)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ زُرَارَةَ ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ رِبْعِيٍّ ، عَنْ عَلِيٍّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يُؤْمِنُ عَبْدٌ حَتَّى يُؤْمِنَ بِأَرْبَعٍ : بِاللَّهِ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَأَنِّي رَسُولُ اللهِ ، وَالْبَعْثِ بَعْدَ الْمَوْتِ ، وَالْقَدَرِ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bəndə dörd şeyə - Allahın tək və şəriksiz olmasına, mənim Allahın Elçisi olmağıma, öldükdən sonra dirilməyə və qədərə inanmadıqca iman gətirmiş olmaz”.”

Əli
Səhihİbn Məcə, 81 (Sünnə, 81)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ , قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا طَلْحَةُ بْنُ يَحْيَى بْنِ طَلْحَةَ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ عَمَّتِهِ عَائِشَةَ بِنْتِ طَلْحَةَ ، عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللهُ عَنْهَا ، قَالَتْ : دُعِيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى جِنَازَةِ غُلاَمٍ مِنَ الأَنْصَارِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، طُوبَى لِهَذَا ، عُصْفُورٌ مِنْ عَصَافِيرِ الْجَنَّةِ ، لَمْ يَعْمَلِ السُّوءَ ، وَلَمْ يُدْرِكْهُ ، قَالَ : أَوَغَيْرُ ذَلِكَ يَا عَائِشَةُ ، إِنَّ اللَّهَ خَلَقَ لِلْجَنَّةِ أَهْلاً ، خَلَقَهُمْ لَهَا وَهُمْ فِي أَصْلاَبِ آبَائِهِمْ ، وَخَلَقَ لِلنَّارِ أَهْلاً ، خَلَقَهُمْ لَهَا وَهُمْ فِي أَصْلاَبِ آبَائِهِمْ.

“Möminlərin anası Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ ənsardan olan bir oğlan uşağının cənazəsinə çağırıldı. Mən dedim: “Ey Allahın Elçisi, xoş olsun ona! O, Cənnət sərçələrindən bir sərçədir, nə bir günah etmiş, nə də həddi-büluğa çatmışdı”. O dedi: “Bu haqda susmağın daha yaxşıdır, ey Aişə! Həqiqətən, Allah Cənnət əhlini hələ atalarının bellərində ikən yaratmışdır. Allah Cəhənnəm əhlini də hələ atalarının bellərində ikən yaratmışdır”.”

Aişə
Səhihİbn Məcə, 82 (Sünnə, 82)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ الثَّوْرِيُّ ، عَنْ زِيَادِ بْنِ إِسْمَاعِيلَ الْمَخْزُومِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ عَبَّادِ بْنِ جَعْفَرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ مُشْرِكُو قُرَيْشٍ يُخَاصِمُونَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي الْقَدَرِ ، فَنَزَلَتْ هَذِهِ الآيَةُ : {يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَى وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ}.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Qureyş müşrikləri Peyğəmbərin ﷺ yanına qədər haqda mübahisə etməyə gəldilər və bu ayə nazil oldu: “O gün onlar üzü üstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin tamını dadın!”– deyiləcəkdir. Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq”. (əl-Qəmər, 48-49).”

Əbu Hureyra
Səhihİbn Məcə, 83 (Sünnə, 83)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا دَاوُدُ بْنُ أَبِي هِنْدٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى أَصْحَابِهِ ، وَهُمْ يَخْتَصِمُونَ فِي الْقَدَرِ ، فَكَأَنَّمَا يُفْقَأُ فِي وَجْهِهِ حَبُّ الرُّمَّانِ مِنَ الْغَضَبِ ، فَقَالَ : بِهَذَا أُمِرْتُمْ ، أَوْ لِهَذَا خُلِقْتُمْ ، تَضْرِبُونَ الْقُرْآنَ بَعْضَهُ بِبَعْضٍ ، بِهَذَا هَلَكَتِ الأُمَمُ قَبْلَكُمْ , قَالَ : فَقَالَ عَبْدُ اللهِ بْنُ عَمْرٍو : مَا غَبَطْتُ نَفْسِي بِمَجْلِسٍ تَخَلَّفْتُ فِيهِ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، مَا غَبَطْتُ نَفْسِي بِذَلِكَ الْمَجْلِسِ وَتَخَلُّفِي عَنْهُ.

“Amr ibn Şueyb atasının və babasının belə buyurduqlarını rəvayət etmişdir: “Allah Elçisi ﷺ səhabələrinin yanına gəldi, bu əsnada onlar qədər haqda mübahisə edirdilər. Buna görə Allah Elçisinin ﷺ üzü qəzəbdən nar dənəsi kimi qızardı və dedi: “Siz bununla əmr olunmusunuz? - və ya - buna görəmi yaradılmısınız? Quran ayələrinin bir qismini digər qismi ilə inkar edirsiniz!? Sizdən əvvəlkilər belə şeylərə görə həlak oldu”. Abdullah ibn Amr dedi: “Mən Allah Elçisinin ﷺ bu məclisindən geriyə qaldığım üçün çox məyus oldum. Mən bu məclisdən geriyə qaldığım üçün çox məyus oldum”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 85 (Sünnə, 85)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي حَيَّةَ أَبُو جَنَابٍ الْكَلْبِيُّ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ عَدْوَى , وَلاَ طِيَرَةَ ، وَلاَ هَامَةَ , فَقَامَ إِلَيْهِ رَجُلٌ أَعْرَابِيٌّ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ الْبَعِيرَ يَكُونُ بِهِ الْجَرَبُ ، فَيُجْرِبُ الإِبِلَ كُلَّهَا ؟ قَالَ : ذَلِكُمُ الْقَدَرُ ، فَمَنْ أَجْرَبَ الأَوَّلَ ؟.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xəstəliyin yoluxması, quşlarda düşər-düşməzlik və bayquşun (evə qonmasının uğursuzluq sayılması) yoxdur”. Bir bədəvi ərəb ayağa qalxaraq dedi: “Ey Allahın Elçisi, sən xəstəliyin yoluxmasının olmamasını deyirsən, amma bir xəstə dəvənin dəvə dəstəsini yoluxdurduğunu görmədinmi?” Allah Elçisi ﷺ dedi: “Bu, qədərdir. Bəs birinci xəstələnən dəvəni kim yoluxdurmuşdu?””

İbn Ömər
Zəifİbn Məcə, 86 (Sünnə, 86)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَسْبَاطُ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ يَزِيدَ الرَّقَاشِيِّ ، عَنْ غُنَيْمِ بْنِ قَيْسٍ ، عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَثَلُ الْقَلْبِ مَثَلُ الرِّيشَةِ , تُقَلِّبُهَا الرِّيَاحُ بِفَلاَةٍ.

“Rəvayət edilir ki, Əbu Musa əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qəlbin misalı lələyin misalı kimidir. Külək onu istədiyi tərəfə yönəldər”.”

Əbu Musa əl-Əşari
Səhihİbn Məcə, 88 (Sünnə, 88)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا خَالِي يَعْلَى ، عَنِ الأَعْمَشِ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ جَابِرٍ قَالَ : جَاءَ رَجُلٌ مِنَ الأَنْصَارِ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ لِي جَارِيَةً ، أَعْزِلُ عَنْهَا ؟ قَالَ : سَيَأْتِيهَا مَا قُدِّرَ لَهَا , فَأَتَاهُ بَعْدَ ذَلِكَ ، فَقَالَ : قَدْ حَمَلَتِ الْجَارِيَةُ , فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا قُدِّرَ لِنَفْسٍ شَيْءٌ إِلاَّ هِيَ كَائِنَةٌ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Ənsardan olan bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim bir cariyəm var, mən onunla azl edimmi?” Peyğəmbər ﷺ dedi: “Allahın onun üçün təqdir etdiyi mütləq baş verəcək”. Bundan sonra o, Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Cariyə hamilə qaldı”. Peyğəmbər ﷺ dedi: “Allahın insan üçün təqdir etdiyi şey mütləq baş verir”.”

Cabir
Səhihİbn Məcə, 89 (Sünnə, 89)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ عبْدِ اللهِ بْنِ عِيسَى ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ ثَوْبَانَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَزِيدُ فِي الْعُمْرِ إِلاَّ الْبِرُّ ، وَلاَ يَرُدُّ الْقَدَرَ إِلاَّ الدُّعَاءُ ، وَإِنَّ الرَّجُلَ لَيُحْرَمُ الرِّزْقَ لِلْخَطِيئَةِ يَعْمَلُهَا.

“Rəvayət edilir ki, Səuban ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanın ömrünü yaxşılıqdan başqa heç nə artırmaz, qədəri isə duadan başqa heç nə dəyişməz. Şübhəsiz ki, adam etdiyi günah səbəbilə ruzidən məhrum olur”.”

Səuban
Həsənİbn Məcə, 90 (Sünnə, 90)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عَطَاءُ بْنُ مُسْلِمٍ الْخَفَّافُ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ مُجَاهِدٍ ، عَنْ سُرَاقَةَ بْنِ جُعْشُمٍ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، الْعَمَلُ فِيمَا جَفَّ بِهِ الْقَلَمُ ، وَجَرَتْ بِهِ الْمَقَادِيرُ ، أَمْ فِي أَمْرٍ مُسْتَقْبَلٍ ؟ قَالَ : بَلْ فِيمَا جَفَّ بِهِ الْقَلَمُ ، وَجَرَتْ بِهِ الْمَقَادِيرُ ، وَكُلٌّ مُيَسَّرٌ لِمَا خُلِقَ لَهُ.

“Rəvayət edilir ki, Suraqa ibn Cu'şum ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, etdiyimiz əməl mürəkkəbi qurumuş qələmlərin yazdıqları və artıq əvvəlcədən təqdir olunmuş şeylərdədir, yoxsa gələcəkdə baş verəcəklərdədir?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, qələmin yazdığı qurumuş və təqdir olunanlar baş vermişdir. Hər kəs nə üçün yaradılıbsa, bu əməl ona asanlaşdırılacaq”.”

Suraqa ibn Cu'şum
Səhihİbn Məcə, 91 (Sünnə, 91)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُصَفَّى الْحِمْصِيُّ ، حَدَّثَنَا بَقِيَّةُ بْنُ الْوَلِيدِ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ مَجُوسَ هَذِهِ الأُمَّةِ الْمُكَذِّبُونَ بِأَقْدَارِ اللهِ ، إِنْ مَرِضُوا فَلاَ تَعُودُوهُمْ ، وَإِنْ مَاتُوا فَلاَ تَشْهَدُوهُمْ ، وَإِنْ لَقِيتُمُوهُمْ فَلاَ تُسَلِّمُوا عَلَيْهِمْ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, bu ümmətin məcusiləri Allahın qədərini inkar edənlərdir. Onlar xəstələndikdə ziyarət etməyin, onlar öldükdə cənazələrində iştirak etməyin və onlarla rastlaşdıqda onlara salam verməyin!””

Cabir ibn Abdullah
Həsənİbn Məcə, 92 (Sünnə, 92)

Fəsil 11.1

Əbu Bəkr əs-Siddiqin ﵁ fəziləti

فَضْلُ أَبِي بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللَّهُ عَنْهُ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَلاَ إِنِّي أَبْرَأُ إِلَى كُلِّ خَلِيلٍ مِنْ خُلَّتِهِ ، وَلَوْ كُنْتُ مُتَّخِذًا خَلِيلاً ، لاَتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلاً ، إِنَّ صَاحِبَكُمْ خَلِيلُ اللهِ. قَالَ وَكِيعٌ : يَعْنِي نَفْسَهُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Agah olun ki, mən Allahdan qeyrisini özümə dost götürməkdən uzağam. Əgər mən kimisə dost götürmüş olsaydım, Əbu Bəkri dost götürərdim. Həqiqətən, sizin dostunuz Allahın sevimli dostudur”. Ravi Vaki dedi: “Yəni Peyğəmbərin ﷺ özü”.”

Abdullah
Səhihİbn Məcə, 93 (Sünnə, 93)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا نَفَعَنِي مَالٌ قَطُّ ، مَا نَفَعَنِي مَالُ أَبِي بَكْرٍ , قَالَ : فَبَكَى أَبُو بَكْرٍ ، وَقَالَ : هَلْ أَنَا وَمَالِي , إِلاَّ لَكَ يَا رَسُولَ اللَّهِ !

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənə Əbu Bəkrin malı qədər heç bir mal faydalı olmadı”. Bu səbəblə Əbu Bəkr ağladı və dedi: “Mən və malım yalnız sənin üçün deyilmi, ey Allahın Elçisi!?””

Əbu Hureyra
Səhihİbn Məcə, 94 (Sünnə, 94)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الْحَسَنِ بْنِ عُمَارَةَ ، عَنْ فِرَاسٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ الْحَارِثِ ، عَنْ عَلِيٍّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَبُو بَكْرٍ وَعُمَرُ سَيِّدَا كُهُولِ أَهْلِ الْجَنَّةِ , مِنَ الأَوَّلِينَ وَالآخِرِينَ ، إِلاَّ النَّبِيِّينَ وَالْمُرْسَلِينَ ، لاَ تُخْبِرْهُمَا يَا عَلِيُّ مَا دَامَا حَيَّيْنِ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əbu Bəkr və Ömər əvvəlki və sonrakı nəsillərdən Cənnətdə sakin olacaq yaşlılar arasında ən hörmətli kimsələr olacaqlar. Yalnız peyğəmbərlər və elçilər müstəsnadır. Ey Əli, bunu onlara sağ olduqları müddətdə xəbər vermə!””

Əli
Səhihİbn Məcə, 95 (Sünnə, 95)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَمْرُو بْنُ عَبْدِ اللهِ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عَطِيَّةَ بْنِ سَعْدٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ أَهْلَ الدَّرَجَاتِ الْعُلَى يَرَاهُمْ مَنْ أَسْفَلَ مِنْهُمْ , كَمَا يُرَى الْكَوْكَبُ الطَّالِعُ فِي الأُفُقِ مِنْ آفَاقِ السَّمَاءِ ، وَإِنَّ أَبَا بَكْرٍ وَعُمَرَ مِنْهُمْ وَأَنْعَمَا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Cənnətdə) üstün dərəcədə olanlar üfüqdə olan ulduz kimi görünəcəklər. Şübhəsiz ki, Əbu Bəkr və Ömər onlardan daha üstün dərəcədə olacaqlar“.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 96 (Sünnə, 96)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ (ح) وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُؤَمَّلٌ , قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ مَوْلًى لِرِبْعِيِّ بْنِ حِرَاشٍ ، عَنْ رِبْعِيِّ بْنِ حِرَاشٍ ، عَنْ حُذَيْفَةَ بْنِ الْيَمَانِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنِّي لاَ أَدْرِي مَا قَدْرُ بَقَائِي فِيكُمْ ، فَاقْتَدُوا بِاللَّذَيْنِ مِنْ بَعْدِي , وَأَشَارَ إِلَى أَبِي بَكْرٍ وَعُمَرَ.

“Rəvayət edilir ki, Huzeyfə ibn əl-Yəmən ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, mən sizin aranızda nə qədər müddət qalacağımı bilmirəm. Məndən sonra iki kimsəyə tabe olun!” (Bunu dedikdə) Əbu Bəkr və Ömərə işarə etdi”.”

Huzeyfə ibn əl-Yəmən
Səhihİbn Məcə, 97 (Sünnə, 97)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، حَدَّثَنَا ابْنُ الْمُبَارَكِ ، عَنْ عُمَرَ بْنِ أَبِي حُسَيْنٍ ، عَنِ ابْنِ أَبِي مُلَيْكَةَ ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ يَقُولُ : لَمَّا وُضِعَ عُمَرُ عَلَى سَرِيرِهِ ، اكْتَنَفَهُ النَّاسُ يَدْعُونَ وَيُصَلُّونَ ، أَوْ قَالَ : يُثْنُونَ وَيُصَلُّونَ عَلَيْهِ , قَبْلَ أَنْ يُرْفَعَ ، وَأَنَا فِيهِمْ ، فَلَمْ يَرُعْنِي إِلاَّ رَجُلٌ قَدْ زَحَمَنِي ، وَأَخَذَ بِمَنْكِبِي ، فَالْتَفَتُّ , فَإِذَا عَلِيُّ بْنُ أَبِي طَالِبٍ ، فَتَرَحَّمَ عَلَى عُمَرَ ، ثُمَّ قَالَ : مَا خَلَّفْتَ أَحَدًا أَحَبَّ إِلَيَّ , أَنْ أَلْقَى اللَّهَ بِمِثْلِ عَمَلِهِ مِنْكَ ، وَايْمُ اللهِ ، إِنْ كُنْتُ لأَظُنُّ لَيَجْعَلَنَّكَ اللَّهُ عَزَّ وَجَلَّ مَعَ صَاحِبَيْكَ ، وَذَلِكَ أَنِّي كُنْتُ أُكْثِرُ أَنْ أَسْمَعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : ذَهَبْتُ أَنَا وَأَبُو بَكْرٍ وَعُمَرُ ، وَدَخَلْتُ أَنَا وَأَبُو بَكْرٍ وَعُمَرُ ، وَخَرَجْتُ أَنَا وَأَبُو بَكْرٍ وَعُمَرُ ، فَكُنْتُ أَظُنُّ لَيَجْعَلَنَّكَ اللَّهُ مَعَ صَاحِبَيْكَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ömər vəfat etdikdə onu çarpayıya uzatdılar. Onun cənazəsi qaldırılmamışdan qabaq insanlar onu ətrafına toplanıb onun üçün dua edir və xeyir söyləyirdilər” və ya “tərif edib dua edirdilər. Mən də onların içində idim. Bu əsnada bir nəfər mənim çiynimdən tutmaqla diqqətimi çəkdi. Ona doğru çevrildikdə onun Əli ibn Əbu Talib olduğunu gördüm. Ömər üçün rəhmət dilədi, sonra da dedi: “Mən sənin etdiyin əməllərlə Allahla görüşməyə çox sevinərdim. Səndən başqa əməlinə bu qədər qibtə etdiyim başqa birisini tapmadım. Allaha and olsun ki, Allahın ﷿ səni iki dostuna (Peyğəmbər ﷺ və Əbu Bəkr) qovuşduracağına ümid edirəm, çünki mən çox vaxt Allah Elçisinin ﷺ “mən Əbu Bəkr və Ömərlə getdim”, “mən Əbu Bəkr və Ömərlə girdim”, “mən Əbu Bəkr və Ömərlə çıxdım” dediyini eşidirdim. Ona görə mən Allahın səni iki dostuna qovuşduracağına ümid edirəm”.”

İbn Abbas
Səhihİbn Məcə, 98 (Sünnə, 98)

حَدَّثَنَا أَبُو شُعَيْبٍ صَالِحُ بْنُ الْهَيْثَمِ الْوَاسِطِيُّ ، حَدَّثَنَا عَبْدُ الْقُدُّوسِ بْنُ بَكْرِ بْنِ خُنَيْسٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ مِغْوَلٍ ، عَنْ عَوْنِ بْنِ أَبِي جُحَيْفَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَبُو بَكْرٍ وَعُمَرُ سَيِّدَا كُهُولِ أَهْلِ الْجَنَّةِ مِنَ الأَوَّلِينَ وَالآخِرِينَ ، إِلاَّ النَّبِيِّينَ وَالْمُرْسَلِينَ.

“Aun ibn Əbu Cuheyfə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əbu Bəkr və Ömər əvvəlki və sonrakı nəsillərdən yaşlılar arasında peyğəmbərlər və elçilər müstəsna, Cənnətdə ən hörmətli kimsələr olacaqlar”.”

Aun ibn Əbu Cuheyfə atasından
Səhihİbn Məcə, 100 (Sünnə, 100)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، وَالْحُسَيْنُ بْنُ الْحَسَنِ الْمَرْوَزِيُّ ، قَالاَ : حَدَّثَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ ، قَالَ: قِيلَ : يَا رَسُولَ اللهِ ، أَيُّ النَّاسِ أَحَبُّ إِلَيْكَ ؟ قَالَ : عَائِشَةُ , قِيلَ : مِنَ الرِّجَالِ ؟ قَالَ : أَبُوهَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Soruşuldu: “Ey Allahın Elçisi, insanlardan sənə ən sevimli olanı kimdir?” Peyğəmbər ﷺ buyurdu: “Aişə”. Yenə soruşuldu: “Bəs kişilərdən kimdir?” O dedi: “Onun atası”.”

Ənəs
Səhihİbn Məcə, 101 (Sünnə, 101)

Fəsil 11.2

Ömərin ﵁ fəziləti

فَضَائِلُ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، أَخْبَرَنِي الْجُرَيْرِيُّ ، عَنْ عَبْدِ اللهِ بْنِ شَقِيقٍ ، قَالَ : قُلْتُ لِعَائِشَةَ : أَيُّ أَصْحَابِهِ كَانَ أَحَبَّ إِلَيْهِ ؟ قَالَتْ : أَبُو بَكْرٍ , قُلْتُ : ثُمَّ أَيُّهُمْ ؟ قَالَتْ : عُمَرُ , قُلْتُ : ثُمَّ أَيُّهُمْ ؟ قَالَتْ : أَبُو عُبَيْدَةَ.

“Rəvayət edilir ki, Abdullah ibn Şəqiq ﵀ demişdir: “Aişədən soruşdum: “Peyğəmbərin ﷺ səhabələrindən ona ən sevimli olan kim idi?” O dedi: “Əbu Bəkr”. Mən dedim: “Sonra kimdir?” O dedi: “Ömər”. Mən dedim: “Sonra kimdir?” O dedi: “Əbu Ubeydə”.”

Abdullah ibn Şəqiq
Səhihİbn Məcə, 102 (Sünnə, 102)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ أَبُو عُبَيْدٍ الْمَدِينِيُّ ، حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ الْمَاجِشُونِ , حَدَّثَنِي الزَّنْجِيُّ بْنُ خَالِدٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اللَّهُمَّ أَعِزَّ الإِسْلاَمَ بِعُمَرَ بْنِ الْخَطَّابِ خَاصَّةً.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allahın Elçisi ﷺ belə buyurdu: “Allahım, İslamı xas olaraq Ömər ibn əl-Xattab ilə izzətləndir”.”

Aişə
Səhihİbn Məcə, 105 (Sünnə, 105)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ سَلِمَةَ ، قَالَ : سَمِعْتُ عَلِيًّا يَقُولُ : خَيْرُ النَّاسِ بَعْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَبُو بَكْرٍ ، وَخَيْرُ النَّاسِ بَعْدَ أَبِي بَكْرٍ عُمَرُ.

“Rəvayət edilir ki, Abdullah ibn Sələmə ﵀ demişdir: “Mən Əlinin belə dediyini eşitdim: “Allah Elçisindən ﷺ sonra insanların ən xeyirlisi Əbu Bəkr, Əbu Bəkrdən sonra insanların ən xeyirlisi isə Ömərdir”.”

Abdullah ibn Sələmə
Səhihİbn Məcə, 106 (Sünnə, 106)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَارِثِ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ , حَدَّثَنِي عُقَيْلٌ ، عَنِ ابْنِ شِهَابٍ ، أَخْبَرَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : بَيْنَا أَنَا نَائِمٌ ، رَأَيْتُنِي فِي الْجَنَّةِ ، فَإِذَا أَنَا بِامْرَأَةٍ تَتَوَضَّأُ إِلَى جَنْبِ قَصْرٍ ، فَقُلْتُ : لِمَنْ هَذَا الْقَصْرُ ؟ فَقَالَتْ : لِعُمَرَ ، فَذَكَرْتُ غَيْرَتَهُ ، فَوَلَّيْتُ مُدْبِرًا , قَالَ أَبُو هُرَيْرَةَ : فَبَكَى عُمَرُ ، فَقَالَ : عَلَيْكَ ، بِأَبِي وَأُمِّي ، يَا رَسُولَ اللهِ ، أَغَارُ ؟.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ yanında oturmuşduq, o dedi: “Yuxuda özümü Cənnətdə gördüm. Bu əsnada bir qəsrin yanında bir qadının dəstəmaz aldığını gördüm. Dedim: “Bu qəsr kimindir?” O dedi: “Ömərindir!” Mən onun qısqanc olduğunu xatırladım və dönüb oradan uzaqlaşdım”. Əbu Hureyra deyir: “(Bunu eşidəndə) Ömər ağladı və dedi: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi, məgər sənə qısqana bilərəmmi?!””

Əbu Hureyra
Səhihİbn Məcə, 107 (Sünnə, 107)

حَدَّثَنَا أَبُو سَلَمَةَ يَحْيَى بْنُ خَلَفٍ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ مَكْحُولٍ ، عَنْ غُضَيْفِ بْنِ الْحَارِثِ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : إِنَّ اللَّهَ وَضَعَ الْحَقَّ عَلَى لِسَانِ عُمَرَ , يَقُولُ به.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Həqiqətən, Allah haqqı Ömərin dilinə qoymuşdur, o da onunla danışır”.”

Əbu Zərr
Səhihİbn Məcə, 108 (Sünnə, 108)

Fəsil 11.3

Osmanın ﵁ fəziləti

فَضْلُ عُثْمَانَ رَضِيَ اللَّهُ عَنْهُ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ هِشَامِ بْنِ حَسَّانَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ ، قَالَ : ذَكَرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِتْنَةً فَقَرَّبَهَا ، فَمَرَّ رَجُلٌ مُقَنَّعٌ رَأْسُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هَذَا يَوْمَئِذٍ عَلَى الْهُدَى , فَوَثَبْتُ ، فَأَخَذْتُ بِضَبْعَيْ عُثْمَانَ ، ثُمَّ اسْتَقْبَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقُلْتُ : هَذَا ؟ قَالَ : هَذَا.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ yaxın vaxtlarda baş verəcək fitnəni xatırlatdı. Bu arada başı örtülü bir kişi yanımızdan keçdi. Allah Elçisi ﷺ buyurdu: “Bu adam həmin fitnə günlərində doğru yolda olacaq”. Mən yerimdən cəld durub Osmanın biləklərindən tutdum, sonra üzümü Allah Elçisinə ﷺ tərəf çevirib dedim: “Bu adammı?” O da: “Bu adam”- deyə buyurdu”.”

Kəb ibn Ucra
Səhihİbn Məcə, 111 (Sünnə, 111)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الْفَرَجُ بْنُ فَضَالَةَ ، عَنْ رَبِيعَةَ بْنِ يَزِيدَ الدِّمَشْقِيِّ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا عُثْمَانُ ، إِنْ وَلاَّكَ اللَّهُ هَذَا الأَمْرَ يَوْمًا ، فَأَرَادَكَ الْمُنَافِقُونَ أَنْ تَخْلَعَ قَمِيصَكَ الَّذِي قَمَّصَكَ اللَّهُ ، فَلاَ تَخْلَعْهُ ، يَقُولُ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ. قَالَ النُّعْمَانُ : فَقُلْتُ لِعَائِشَةَ : مَا مَنَعَكِ أَنْ تُعْلِمِي النَّاسَ بِهَذَا ؟ قَالَتْ : أُنْسِيتُهُ وَاللهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey Osman! Əgər Allah sənə bir gün bu işi (xəlifəliyi) həvalə etsə, münafiqlər də Allahın sənə geyindirdiyi köynəyini (xəlifəlik vəzifəsini) çıxartmaq istəsələr, onu çıxartma!” O bunu üç dəfə təkrar etdi. Numan dedi: “Mən Aişədən soruşdum: “Bunu insanlara bəyan etməyə sənə nə mane oldu?” O dedi: “Allaha and olsun ki, bu mənə unutduruldu”.”

Aişə
Səhihİbn Məcə, 112 (Sünnə, 112)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبِي خَالِدٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي حَازِمٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي مَرَضِهِ : وَدِدْتُ أَنَّ عِنْدِي بَعْضَ أَصْحَابِي , قُلْنَا : يَا رَسُولَ اللهِ ، أَلاَ نَدْعُو لَكَ أَبَا بَكْرٍ ؟ فَسَكَتَ ، قُلْنَا : أَلاَ نَدْعُو لَكَ عُمَرَ ؟ فَسَكَتَ , قُلْنَا : أَلاَ نَدْعُو لَكَ عُثْمَانَ ؟ قَالَ : نَعَمْ ، فَجَاءَ عُثْمَانُ ، فَخَلاَ بِهِ ، فَجَعَلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُكَلِّمُهُ ، وَوَجْهُ عُثْمَانَ يَتَغَيَّرُ. قَالَ قَيْسٌ : فَحَدَّثَنِي أَبُو سَهْلَةَ , مَوْلَى عُثْمَانَ ، أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ قَالَ يَوْمَ الدَّارِ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَهِدَ إِلَيَّ عَهْدًا ، فَأَنَا صَائِرٌ إِلَيْهِ. وَقَالَ عَلِيٌّ فِي حَدِيثِهِ : وَأَنَا صَابِرٌ عَلَيْهِ. قَالَ قَيْسٌ : فَكَانُوا يُرَوْنَهُ ذَلِكَ الْيَوْمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ölümlə nəticələnən xəstəliyə tutulduqda dedi: “Bəzi səhabələrimin yanımda olmasını arzulayıram”. Biz dedik: “Ey Allahın Elçisi, Əbu Bəkri yanına çağıraq?” O susdu. Biz dedik: “Öməri yanına çağıraq?” O yenə də susdu. Biz dedik: “Osmanı yanına çağıraq?” O: “Bəli”- dedi. Osman gəldi və onunla təklikdə qaldı. Peyğəmbər ﷺ onunla danışmağa başladı və Osmanın üzünün rəngi dəyişdi”. Osmanın mövlası Əbu Səhlə rəvayət edir ki, Osman “ev günü” (Osmanın evində mühasirəyə alındığı gün) demişdir: “Allah Elçisi ﷺ məndən əhd aldı ki, mən bu işin üzərində səbir edim”. Əlinin hədisində deyilir: “Mən bu işin üzərində səbir edim”. Ravi Qeys dedi: “Bunu rəvayət edənlərin hamısı bu günün Osmanın evində mühasirədə olduğu gün olduğunu deyirlər”.”

Aişə
Səhihİbn Məcə, 113 (Sünnə, 113)

Fəsil 11.4

Əli ibn Əbu Talibin ﵁ fəziləti

فَضْلُ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، وَأَبُو مُعَاوِيَةَ ، وَعَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنْ زِرِّ بْنِ حُبَيْشٍ ، عَنْ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : عَهِدَ إِلَيَّ النَّبِيُّ الأُمِّيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَنَّهُ لاَ يُحِبُّنِي إِلاَّ مُؤْمِنٌ ، وَلاَ يُبْغِضُنِي إِلاَّ مُنَافِقٌ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Ummilərin Peyğəmbəri ﷺ mənə zəmanət verdi ki, məni yalnız mömin sevər və mənə yalnız münafiq nifrət edər”.”

Əli
Səhihİbn Məcə, 114 (Sünnə, 114)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : سَمِعْتُ إِبْرَاهِيمَ بْنَ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , أَنَّهُ قَالَ لِعَلِيٍّ : أَلاَ تَرْضَى أَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى.

“İbrahim ibn Səd ibn Əbu Vaqqas atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Əliyə belə dedi: “Sənin mənim yanımdakı məqamın, Harunun Musanın yanındakı məqamı kimi olmasına razı deyilsənmi?””

İbrahim ibn Səd ibn Əbu Vaqqas atasından
Səhihİbn Məcə, 115 (Sünnə, 115)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو الْحُسَيْنِ ، أَخْبَرَنِي حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ عَلِيِّ بْنِ زَيْدِ بْنِ جُدْعَانَ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، قَالَ : أَقْبَلْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي حَجَّتِهِ الَّتِي حَجَّ ، فَنَزَلَ فِي بَعْضِ الطَّرِيقِ ، فَأَمَرَ الصَّلاَةَ جَامِعَةً ، فَأَخَذَ بِيَدِ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ ، فَقَالَ : أَلَسْتُ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ ؟ قَالُوا : بَلَى ، قَالَ : أَلَسْتُ أَوْلَى بِكُلِّ مُؤْمِنٍ مِنْ نَفْسِهِ ؟ قَالُوا : بَلَى ، قَالَ : فَهَذَا وَلِيُّ مَنْ أَنَا مَوْلاَهُ ، اللَّهُمَّ وَالِ مَنْ وَالاَهُ ، اللَّهُمَّ عَادِ مَنْ عَادَاهُ.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ Həcc etdiyi ildə onunla birlikdə idik. O, yolun bəzi yerlərində dayandı və camaata namaz qılmaq əmri verdi. Sonra Əlinin ﵁ əlini tutub buyurdu: “Mən möminlərə onların özlərindən də daha yaxın deyiləmmi?!” Səhabələr: “Bəli!”- dedilər. O dedi: “Mən hər bir möminə onun özündən daha yaxın deyiləmmi?” Səhabələr: “Bəli!”- dedilər. O dedi: “Bu, (Əli ibn Əbu Talib) məni sevən hər kəsin mövlasıdır (yaxınıdır). Allahım, onunla dost olanla dost ol, ona düşmən olanla Sən də düşmən ol!””

əl-Bəra ibn Azib
Səhihİbn Məcə, 116 (Sünnə, 116)

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا ابْنُ أَبِي لَيْلَى ، حَدَّثَنَا الْحَكَمُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، قَالَ : كَانَ أَبُو لَيْلَى يَسْمُرُ مَعَ عَلِيٍّ ، فَكَانَ يَلْبَسُ ثِيَابَ الصَّيْفِ فِي الشِّتَاءِ ، وَثِيَابَ الشِّتَاءِ فِي الصَّيْفِ ، فَقُلْنَا : لَوْ سَأَلْتَهُ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَعَثَ إِلَيَّ وَأَنَا أَرْمَدُ الْعَيْنِ يَوْمَ خَيْبَرَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَرْمَدُ الْعَيْنِ ، فَتَفَلَ فِي عَيْنِي ، ثُمَّ قَالَ : اللَّهُمَّ أَذْهِبْ عَنْهُ الْحَرَّ وَالْبَرْدَ , قَالَ : فَمَا وَجَدْتُ حَرًّا وَلاَ بَرْدًا بَعْدَ يَوْمِئِذٍ ، وَقَالَ : لأَبْعَثَنَّ رَجُلاً يُحِبُّ اللَّهَ وَرَسُولَهُ ، وَيُحِبُّهُ اللَّهُ وَرَسُولُهُ ، لَيْسَ بِفَرَّارٍ , فَتَشَوَّفَ لَهُ النَّاسُ ، فَبَعَثَ إِلَى عَلِيٍّ ، فَأَعْطَاهَا إِيَّاهُ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu Leyla ﵀ demişdir: “Əbu Leyla ilə Əli axşamlar söhbət edərdilər. Əli yayda qış paltarı, qışda isə yay paltarı geyinərdi. Biz Əbu Leylaya dedik: “Ondan bu haqda soruşarsan”. Əli belə dedi: “Allah Elçisi ﷺ xəbər göndərərək məni yanına çağırtdırdı. O vaxt Xeybər döyüşü günü mənim gözlərim ağrıyırdı. Mən dedim: “Ey Allahın Elçisi, mənim gözlərim ağrıyır”. O, gözlərimə yüngülcə tüpürdü, sonra da dedi: “Allahım, istini və soyuğu ondan uzaq et!” Mən də o gündən sonra nə istilik, nə də soyuqluq hiss etdim”. Sonra Əli Allah Elçisinin ﷺ belə buyurduğunu rəvayət etdi: “Mən elə bir adamı göndərəcəyəm ki, o, Allah və Onun Elçisini sevir, Allah və Onun Elçisi də onu sevir. O, döyüş meydanından qaçan da deyil”. Bunu eşidən insanlar həmin adamın kim olduğunu gözlədilər. Allah Elçisi ﷺ də Əlini çağırtdırdı və bayrağı ona verdi”.”

Abdur-Rahmən ibn Əbu Leyla
Həsənİbn Məcə, 117 (Sünnə, 117)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُوسَى الْوَاسِطِيُّ ، حَدَّثَنَا الْمُعَلَّى بْنُ عَبْدِ الرَّحْمَنِ ، حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْحَسَنُ وَالْحُسَيْنُ سَيِّدَا شَبَابِ أَهْلِ الْجَنَّةِ ، وَأَبُوهُمَا خَيْرٌ مِنْهُمَا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həsən və Hüseyn Cənnətdəki cavanlar arasında ən hörmətli olanlardır. Ataları isə onlardan da xeyirlidir”.”

İbn Ömər
Səhihİbn Məcə, 118 (Sünnə, 118)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَسُوَيْدُ بْنُ سَعِيدٍ ، وَإِسْمَاعِيلُ بْنُ مُوسَى ، قَالُوا : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ حُبْشِيِّ بْنِ جُنَادَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : عَلِيٌّ مِنِّي وَأَنَا مِنْهُ ، وَلاَ يُؤَدِّي عَنِّي إِلاَّ عَلِيٌّ.

“Rəvayət edilir ki, Hubşi ibn Cunədə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Əli məndən, mən də ondanam. Mənə aid olan müəyyən işləri yalnız Əli yerinə yetirə bilər”.”

Hubşi ibn Cunədə
Həsənİbn Məcə, 119 (Sünnə, 119)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا مُوسَى بْنُ مُسْلِمٍ ، عَنِ ابْنِ سَابِطٍ , وَهُوَ عَبْدُ الرَّحْمَنِ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، قَالَ : قَدِمَ مُعَاوِيَةُ فِي بَعْضِ حَجَّاتِهِ ، فَدَخَلَ عَلَيْهِ سَعْدٌ ، فَذَكَرُوا عَلِيًّا ، فَنَالَ مِنْهُ ، فَغَضِبَ سَعْدٌ ، وَقَالَ : تَقُولُ هَذَا لِرَجُلٍ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِيٌّ مَوْلاَهُ , وَسَمِعْتُهُ يَقُولُ : أَنْتَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى ، إِلاَّ أَنَّهُ لاَ نَبِيَّ بَعْدِي ، وَسَمِعْتُهُ يَقُولُ : لأُعْطِيَنَّ الرَّايَةَ الْيَوْمَ رَجُلاً يُحِبُّ اللَّهَ وَرَسُولَهُ.

“Rəvayət edilir ki, Səd ibn Əbu Vaqqas ﵁ demişdir: “Həcc səfərlərinin birində Muaviyə gəldikdə Səd onun yanına gəldi. Bir müddət Əli haqqında bəhs etdilər. Muaviyə Əlinin əleyhinə danışdıqda Səd qəzəbləndi və dedi: “Sən bu sözü elə bir adam üçün necə deyirsən!? Mən onun haqqında Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”. Həmçinin ona belə dediyini eşitmişəm: “Sənin mənim yanımdakı məqamın, Harunun Musanın yanındakı məqamı kimidir, lakin məndən sonra peyğəmbər gəlməyəcək”. Həmçinin onun üçün (Xeybər döyüşü günü) belə dediyini də eşitmişəm: “Bu gün bayraq elə bir adama veriləcək ki, o, Allahı və Onun Elçisini sevir”.”

Səd ibn Əbu Vaqqas
Səhihİbn Məcə, 121 (Sünnə, 121)

Fəsil 11.5

əz-Zubeyrin ﵁ fəziləti

فَضْلُ الزُّبَيْرِ رَضِيَ اللَّهُ عَنْهُ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ جَابِرٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ قُرَيْظَةَ : مَنْ يَأْتِينَا بِخَبَرِ الْقَوْمِ ؟ فَقَالَ الزُّبَيْرُ : أَنَا ، فَقَالَ : مَنْ يَأْتِينَا بِخَبَرِ الْقَوْمِ ؟ فَقَالَ الزُّبَيْرُ : أَنَا , ثَلاَثًا ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لِكُلِّ نَبِيٍّ حَوَارِيٌّ ، وَإِنَّ حَوَارِيَّ الزُّبَيْرُ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Qureyza günü soruşdu: “Bu qövmdən mənim üçün kim xəbər gətirər?” əz-Zubeyr dedi: “Mən!” O yenə soruşdu: “Bu qövmdən kim mənim üçün xəbər gətirər?” əz-Zubeyr dedi: “Mən!” Üçüncü dəfə Peyğəmbər ﷺ buyurdu: “Hər bir Peyğəmbərin ﷺ həvarisi olub, mənim də həvarim əz-Zubeyrdir”.”

Cabir
Səhihİbn Məcə, 122 (Sünnə, 122)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنِ الزُّبَيْرِ ، قَالَ : لَقَدْ جَمَعَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَبَوَيْهِ يَوْمَ أُحُدٍ.

“Rəvayət edilir ki, əz-Zubeyr ﵁ demişdir: “And olsun ki, Allah Elçisi ﷺ Uhud döyüşü günü mənim üçün (atam-anam sənə fəda olsun deyərək) ata-anasını andı”.”

əz-Zubeyr
Səhihİbn Məcə, 123 (Sünnə, 123)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَهَدِيَّةُ بْنُ عَبْدِ الْوَهَّابِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَتْ لِي عَائِشُةُ : يَا عُرْوَةُ , كَانَ أَبَوَاكَ مِنَ الَّذِينَ اسْتَجَابُوا لِلَّهِ وَالرَّسُولِ مِنْ بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ : أَبُو بَكْرٍ ، وَالزُّبَيْرُ.

“Hişam ibn Urva atasının ﵁ belə dediyini rəvayət edir: “Aişə mənə dedi: “Ey Urva, sənin valideynlərin yaralandıqdan sonra da Allahın və Peyğəmbərin ﷺ dəvətini qəbul edənlərdəndir”.”

Hişam ibn Urva atasından
Səhihİbn Məcə, 124 (Sünnə, 124)

Fəsil 11.6

Təlhə ibn Ubeydullahın ﵁ fəziləti

فَضْلُ طَلْحَةَ بْنِ عُبَيْدِ اللهِ رَضِيَ اللَّهُ عَنْهُ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَمْرُو بْنُ عَبْدِ اللهِ الأَوْدِيُّ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الصَّلْتُ الأَزْدِيُّ ، حَدَّثَنَا أَبُو نَضْرَةَ ، عَنْ جَابِرٍ ، أَنَّ طَلْحَةَ مَرَّ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : شَهِيدٌ يَمْشِي عَلَى وَجْهِ الأَرْضِ.

“Cabir ﵁ rəvayət edir ki, bir dəfə Təlhə Peyğəmbərin ﷺ yanından keçərkən Peyğəmbər ﷺ belə buyurdu: “O, yer üzərində gəzən şəhiddir”.”

Cabir
Səhihİbn Məcə, 125 (Sünnə, 125)

حَدَّثَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، حَدَّثَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، حَدَّثَنَا زُهَيْرُ بْنُ مُعَاوِيَةَ , حَدَّثَنِي إِسْحَاقُ بْنُ يَحْيَى بْنِ طَلْحَةَ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ مُعَاوِيَةَ بْنِ أَبِي سُفْيَانَ ، قَالَ : نَظَرَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى طَلْحَةَ ، فَقَالَ : هَذَا مِمَّنْ قَضَى نَحْبَهُ.

“Rəvayət edilir ki, Muaviyə ibn Əbu Sufyan ﵄ demişdir: “Peyğəmbər ﷺ Təlhəyə baxıb belə dedi: “Bu adam əhdə sadiq olanlardandır”.”

Muaviyə ibn Əbu Sufyan
Həsənİbn Məcə, 126 (Sünnə, 126)

حَدَّثَنَا أَحْمَدُ بْنُ سِنَانٍ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا إِسْحَاقُ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، قَالَ : كُنَّا عِنْدَ مُعَاوِيَةَ ، فَقَالَ : أَشْهَدُ لَسَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : طَلْحَةُ مِمَّنْ قَضَى نَحْبَهُ.

“Rəvayət edilir ki, Musa ibn Talhə ﵀ demişdir: “Bir dəfə Müaviyənin yanında idik, o dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğuna şahidlik edirəm: “Təlhə əhdə sadiq olanlardandır”.”

Musa ibn Talhə
Həsənİbn Məcə, 127 (Sünnə, 127)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ إِسْماعيلَ ، عَنْ قَيْسٍ ، قَالَ : رَأَيْتُ يَدَ طَلْحَةَ شَلاَّءَ ، وَقَى بِهَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ أُحُدٍ.

“Rəvayət edilir ki, Qeys ﵀ demişdir: “Mən Təlhənin əlinin yaralandığını gördüm, onunla Uhud döyüşü günü Allah Elçisini ﷺ qoruyurdu”.”

Qeys
Səhihİbn Məcə, 128 (Sünnə, 128)

Fəsil 11.7

Səd ibn Əbu Vaqqasın ﵁ fəziləti

فَضْلُ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ رَضِيَ اللَّهُ عَنْهُ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عَبْدِ اللهِ بْنِ شَدَّادٍ ، عَنْ عَلِيٍّ ، قَالَ : مَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ جَمَعَ أَبَوَيْهِ لأَحَدٍ غَيْرَ سَعْدِ بْنِ مَالِكٍ ، فَإِنَّهُ قَالَ لَهُ يَوْمَ أُحُدٍ : ارْمِ سَعْدُ ، فِدَاكَ أَبِي وَأُمِّي.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisinin ﷺ Səd ibn Malikdən başqa heç kəsə üçün valideynlərini yad edərək belə dediyini görməmişəm. O, Uhud döyüşündə Səd üçün belə deyirdi: “Vur, ey Səd! Atam-anam sənə fəda olsun!””

Əli
Səhihİbn Məcə, 129 (Sünnə, 129)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ وَحَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، وَإِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، قَالَ : سَمِعْتُ سَعْدَ بْنَ أَبِي وَقَّاصٍ يَقُولُ : لَقَدْ جَمَعَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ أُحُدٍ أَبَوَيْهِ ، فَقَالَ : ارْمِ سَعْدُ ، فِدَاكَ أَبِي وَأُمِّي.

“Rəvayət edilir ki, Səid ibn Museyyib ﵀ demişdir: “Mən Səd ibn Əbu Vaqqasın belə dediyini eşitmişəm: “Allah Elçisi ﷺ Uhud döyüşündə ata-anasını yad edərək mənə demişdi: “Vur, ey Səd! Atam-anam sənə fəda olsun!””

Səid ibn Museyyib
Səhihİbn Məcə, 130 (Sünnə, 130)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، وَخَالِي يَعْلَى ، وَوَكِيعٌ ، عَنْ إِسْماعيلَ ، عَنْ قَيْسٍ ، قَالَ : سَمِعْتُ سَعْدَ بْنَ أَبِي وَقَّاصٍ يَقُولُ : إِنِّي لأَوَّلُ الْعَرَبِ رَمَى بِسَهْمٍ فِي سَبِيلِ اللَّهِ.

“Rəvayət edilir ki, Qeys ﵀ demişdir: “Mən Səd ibn Əbu Vaqqasın belə dediyini eşitdim: “Həqiqətən, mən Allah yolunda ox atan ilk ərəbəm”.”

Qeys
Səhihİbn Məcə, 131 (Sünnə, 131)

حَدَّثَنَا مَسْرُوقُ بْنُ الْمَرْزُبَانِ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي زَائِدَةَ ، عَنْ هَاشِمِ بْنِ هَاشِمٍ ، قَالَ : سَمِعْتُ سَعِيدَ بْنَ الْمُسَيَّبِ يَقُولَ : قَالَ سَعْدُ بْنُ أَبِي وَقَّاصٍ : مَا أَسْلَمَ أَحَدٌ فِي الْيَوْمِ الَّذِي أَسْلَمْتُ فِيهِ ، وَلَقَدْ مَكَثْتُ سَبْعَةَ أَيَّامٍ , وَإِنِّي لَثُلُثُ الإِسْلاَمِ.

“Rəvayət edilir ki, Səid ibn əl-Museyyib ﵀ demişdir: “Səd ibn Əbu Vaqqas ﵁ delə buyurdu: “Mən müsəlman olduğum gün heç kim müsəlman olmadı. Mən müsəlman olduqdan sonra bir həftə müddətində heç kim müsəlman olmamışdı”.”

Səid ibn əl-Museyyib
Səhihİbn Məcə, 132 (Sünnə, 132)

Fəsil 11.8

On səhabənin ﵃ fəziləti

فَضَائِلُ الْعَشَرَةِ رَضِيَ اللَّهُ عَنْهُمْ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، حَدَّثَنَا صَدَقَةُ بْنُ الْمُثَنَّى أَبُو الْمُثَنَّى النَّخَعِيُّ ، عَنْ جَدِّهِ رِيَاحِ بْنِ الْحَارِثِ ، سَمِعَ سَعِيدَ بْنَ زَيْدِ بْنِ عَمْرِو بْنِ نُفَيْلٍ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَاشِرَ عَشَرَةٍ ، فَقَالَ : أَبُو بَكْرٍ فِي الْجَنَّةِ ، وَعُمَرُ فِي الْجَنَّةِ ، وَعُثْمَانُ فِي الْجَنَّةِ ، وَعَلِيٌّ فِي الْجَنَّةِ ، وَطَلْحَةُ فِي الْجَنَّةِ ، وَالزُّبَيْرُ فِي الْجَنَّةِ ، وَسَعْدٌ فِي الْجَنَّةِ ، وَعَبْدُ الرَّحْمَنِ فِي الْجَنَّةِ , فَقِيلَ لَهُ : مَنِ التَّاسِعُ ؟ قَالَ : أَنَا.

“Rəvayət edilir ki, Səid ibn Zeyd ibn Amr ibn Nufeyl ﵁ demişdir: “Allah Elçisi ﷺ on nəfərin onuncusu idi, çünki o demişdir: “Əbu Bəkr Cənnətdədir. Ömər Cənnətdədir. Osman Cənnətdədir. Əli Cənnətdədir. Təlhə Cənnətdədir. əz-Zubeyr Cənnətdədir. Səd Cənnətdədir. Abdur-Rahmən Cənnətdədir”. Ona dedilər: “Bəs doqquzuncu kimdir?” O dedi: “Mənəm”.”

Səid ibn Zeyd ibn Amr ibn Nufeyl
Səhihİbn Məcə, 133 (Sünnə, 133)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ حُصَيْنٍ ، عَنْ هِلاَلِ بْنِ يَسَافٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ ظَالِمٍ ، عَنْ سَعِيدِ بْنِ زَيْدٍ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : أَشْهَدُ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنِّي سَمِعْتُهُ يَقُولُ : اثْبُتْ حِرَاءُ ، فَمَا عَلَيْكَ إِلاَّ نَبِيٌّ ، أَوْ صِدِّيقٌ ، أَوْ شَهِيدٌ , وَعَدَّهُمْ : رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , أَبُو بَكْرٍ ، وَعُمَرُ ، وَعُثْمَانُ ، وَعَلِيٌّ ، وَطَلْحَةُ ، وَالزُّبَيْرُ ، وَسَعْدٌ ، وَابْنُ عَوْفٍ ، وَسَعِيدُ بْنُ زَيْدٍ.

“Rəvayət edilir Səid ibn Zeyd ﵁ demişdir: “Mən şahidəm və Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Sakit dur, ey Hira! Sənin üzərində Peyğəmbər, Siddiq, şəhid var”. Allah Elçisi ﷺ onları sadalayaraq dedi: “Əbu Bəkr, Ömər, Osman, Əli, Təlhə, əz-Zubeyr, Səd, İbn Auf, Səid ibn Zeyd”.”

Səid ibn Zeyd
Səhihİbn Məcə, 134 (Sünnə, 134)

Fəsil 11.9

Əbu Ubeydə ibn əl-Cərrahın ﵁ fəziləti

فَضْلُ أَبِي عُبَيْدَةَ بْنِ الْجَرَّاحِ رَضِيَ اللَّهُ عَنْهُ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ (ح) وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ؛ جَمِيعًا عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ صِلَةَ بْنِ زُفَرَ ، عَنْ حُذَيْفَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ لأَهْلِ نَجْرَانَ : سَأَبْعَثُ مَعَكُمْ رَجُلاً أَمِينًا حَقَّ أَمِينٍ ، قَالَ : فَتَشَرَّفَ لَهُ النَّاسُ ، فَبَعَثَ أَبَا عُبَيْدَةَ بْنَ الْجَرَّاحِ.

“Huzeyfə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Nəcran əhlinə belə buyurdu: “Mən sizinlə etimada ən çox layiq olan kişini göndərəcəyəm”. İnsanlar kimin bu məqama yetişəcəyini gözləməyə başladılar. Sonra Peyğəmbər ﷺ Əbu Ubeydə ibn əl-Cərrahı göndərdi”.”

Huzeyfə
Səhihİbn Məcə, 135 (Sünnə, 135)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ صِلَةَ بْنِ زُفَرَ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ لأَبِي عُبَيْدَةَ بْنِ الْجَرَّاحِ : هَذَا أَمِينُ هَذِهِ الأُمَّةِ.

“Abdullah ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Əbu Ubeydə ibn əl-Cərraha dedi: “Bu (adam), bu ümmətin etibarlısıdır”.”

Abdullah
Səhihİbn Məcə, 136 (Sünnə, 136)

Fəsil 11.10

Abdullah ibn Məsudun ﵁ fəziləti

فَضْلُ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ

حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِيٍّ الْخَلاَّلُ ، حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عَيَّاشٍ ، عَنْ عَاصِمٍ ، عَنْ زِرٍّ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، أَنَّ أَبَا بَكْرٍ ، وَعُمَرَ ، بَشَّرَاهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَحَبَّ أَنْ يَقْرَأَ الْقُرْآنَ غَضًّا كَمَا أُنْزِلَ ، فَلْيَقْرَأْهُ عَلَى قِرَاءَةِ ابْنِ أُمِّ عَبْدٍ.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, bir dəfə Əbu Bəkr və Ömər onu (İbn Məsudu) Allah Elçisinin ﷺ dediyi bu sözlə müjdələdilər: “Kim Quranı nazil edildiyi kimi oxumağı sevirsə, İbn Ummu Abdın qiraəti kimi oxusun!””

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 138 (Sünnə, 138)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنِ الْحَسَنِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ سُوَيْدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذْنُكَ عَلَيَّ أَنْ تَرْفَعَ الْحِجَابَ ، وَأَنْ تَسْتَمِعَ سِوَادِي ، حَتَّى أَنْهَاكَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə dedi: “Mən sənə qadağan edənə qədər qapımın qabağındakı pərdəni qaldırmağına və sirrimi eşitməyinə icazə verirəm”.”

Abdullah
Səhihİbn Məcə, 139 (Sünnə, 139)

Fəsil 11.11

Əli ibn Əbu Talibin uşaqları Həsən və Hüseynin ﵃ fəziləti

فَضَائِلُ الْحَسَنِ وَالْحُسَيْنِ ابْنَيْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُمْ

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي يَزِيدَ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أنّ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ لِلْحَسَنِ : اللَّهُمَّ إِنِّي أُحِبُّهُ فَأَحِبَّهُ ، وَأَحِبَّ مَنْ يُحِبُّهُ ، قَالَ : وَضَمَّهُ إِلَى صَدْرِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Həsən üçün: “Allahım, mən onu sevirəm, Sən də onu sev və onu sevəni sev!”- deyərək dua etdi və onu bağrına basdı”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 142 (Sünnə, 142)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ دَاوُدَ بْنِ أَبِي عَوْفٍ أَبِي الْجَحَّافِ ، وَكَانَ مَرْضِيًّا ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَحَبَّ الْحَسَنَ وَالْحُسَيْنَ فَقَدْ أَحَبَّنِي ، وَمَنْ أَبْغَضَهُمَا فَقَدْ أَبْغَضَنِي.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həsəni və Hüseyni sevən məni sevmiş olur, onlara nifrət edən isə mənə nifrət etmiş olur”.”

Əbu Hureyra
Həsənİbn Məcə, 143 (Sünnə, 143)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُثْمَانَ بْنِ خُثَيْمٍ ، عَنْ سَعِيدِ بْنِ أَبِي رَاشِدٍ ، أَنَّ يَعْلَى بْنَ مُرَّةَ حَدَّثَهُمْ , أَنَّهُمْ خَرَجُوا مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى طَعَامٍ دُعُوا لَهُ ، فَإِذَا حُسَيْنٌ يَلْعَبُ فِي السِّكَّةِ ، قَالَ : فَتَقَدَّمَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَمَامَ الْقَوْمِ ، وَبَسَطَ يَدَيْهِ ، فَجَعَلَ الْغُلاَمُ يَفِرُّ هَاهُنَا وَهَاهُنَا ، وَيُضَاحِكُهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَتَّى أَخَذَهُ ، فَجَعَلَ إِحْدَى يَدَيْهِ تَحْتَ ذَقْنِهِ ، وَالأُخْرَى فِي فَأْسِ رَأْسِهِ , فَقَبَّلَهُ , وَقَالَ : حُسَيْنٌ مِنِّي ، وَأَنَا مِنْ حُسَيْنٍ ، أَحَبَّ اللَّهُ مَنْ أَحَبَّ حُسَيْنًا ، حُسَيْنٌ سِبْطٌ مِنَ الأَسْبَاطِ.

“Səid ibn Əbu Raşid ﵀ rəvayət edir ki, Yalə ibn Murra bizə danışdı ki, onlar Peyğəmbərlə ﷺ birlikdə bir qonaqlığa gedərkən küçədə oynayan Hüseynlə qarşılaşdılar. Peyğəmbər ﷺ onunla olan camaatdan qabağa keçib qollarını açdı. Uşaq isə o tərəf-bu tərəfə qaçırdı. Peyğəmbər ﷺ onu qucağına götürdü, bir əlini uşağın çənəsinin altına, digər əlini də başının arxasına qoyaraq onu öpdü və dedi: “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin. Hüseyn nəvələrin nəvəsidir”.”

Səid ibn Əbu Raşid
Həsənİbn Məcə, 144 (Sünnə, 144)

Fəsil 11.12

Əmmar ibn Yasirin ﵁ fəziləti

فَضْلُ عَمَّارِ بْنِ يَاسِرٍ

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ هَانِئِ بْنِ هَانِئٍ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، قَالَ : كُنْتُ جَالِسًا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَاسْتَأْذَنَ عَمَّارُ بْنُ يَاسِرٍ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : ائْذَنُوا لَهُ ، مَرْحَبًا بِالطَّيِّبِ الْمُطَيَّبِ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. Əmmar ibn Yasir içəri girmək üçün izn istədi. Peyğəmbər ﷺ dedi: “Ona gəlməyə izn verin! Təmiz olan və təmizləndirilən xoş gəlib!””

Əli ibn Əbu Talib
Səhihİbn Məcə, 146 (Sünnə, 146)

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا عَثَّامُ بْنُ عَلِيٍّ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ هَانِئِ بْنِ هَانِئٍ ، قَالَ : دَخَلَ عَمَّارٌ عَلَى عَلِيٍّ ، فَقَالَ : مَرْحَبًا بِالطَّيِّبِ الْمُطَيَّبِ ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مُلِئَ عَمَّارٌ إِيمَانًا إِلَى مُشَاشِهِ.

“Rəvayət edilir ki, Hani ibn Hani ﵀ demişdir: “Əmmar Əlinin yanına gəldikdə Əli dedi: “Təmiz olan və təmizləndirilən xoş gəlib! Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Əmmar sümüklərinin uclarına qədər imanla doldurulmuşdur”.”

Hani ibn Hani
Səhihİbn Məcə, 147 (Sünnə, 147)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُوسَى (ح) وَحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَمْرُو بْنُ عَبْدِ اللهِ ، قَالاَ جَمِيعًا : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ سِيَاهٍ ، عَنْ حَبيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : عَمَّارٌ مَا عُرِضَ عَلَيْهِ أَمْرَانِ إِلاَّ اخْتَارَ الأَرْشَدَ مِنْهُمَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əmmar daim ona təqdim edilən iki şeydən ən doğrusunu seçər”.”

Aişə
Səhihİbn Məcə, 148 (Sünnə, 148)

Fəsil 11.13

Bilalın ﵁ fəziləti

فَضَائِلُ بِلاَلٍ

حَدَّثَنَا أَحْمَدُ بْنُ سَعِيدٍ الدَّارِمِيُّ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي بُكَيْرٍ ، حَدَّثَنَا زَائِدَةُ بْنُ قُدَامَةَ ، عَنْ عَاصِمِ بْنِ أَبِي النَّجُودِ ، عَنْ زِرِّ بْنِ حُبَيْشٍ , عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : كَانَ أَوَّلَ مَنْ أَظْهَرَ إِسْلاَمَهُ سَبْعَةٌ : رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَبُو بَكْرٍ ، وَعَمَّارٌ ، وَأُمُّهُ سُمَيَّةُ ، وَصُهَيْبٌ ، وَبِلاَلٌ ، وَالْمِقْدَادُ ، فَأَمَّا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَمَنَعَهُ اللَّهُ بِعَمِّهِ أَبِي طَالِبٍ ، وَأَمَّا أَبُو بَكْرٍ فَمَنَعَهُ اللَّهُ بِقَوْمِهِ ، وَأَمَّا سَائِرُهُمْ فَأَخَذَهُمُ الْمُشْرِكُونَ ، وَأَلْبَسُوهُمْ أَدْرَاعَ الْحَدِيدِ ، وَصَهَرُوهُمْ فِي الشَّمْسِ ، فَمَا مِنْهُمْ مِنْ أَحَدٍ إِلاَّ وَقَدْ وَاتَاهُمْ عَلَى مَا أَرَادُوا ، إِلاَّ بِلاَلاً ، فَإِنَّهُ هَانَتْ عَلَيْهِ نَفْسُهُ فِي اللهِ ، وَهَانَ عَلَى قَوْمِهِ ، فَأَخَذُوهُ فَأَعْطَوْهُ الْوِلْدَانَ ، فَجَعَلُوا يَطُوفُونَ بِهِ فِي شِعَابِ مَكَّةَ ، وَهُوَ يَقُولُ : أَحَدٌ أَحَدٌ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “İslamı qəbul edən ilk yeddi nəfər bunlar idi: Allah Elçisi ﷺ, Əbu Bəkr, Əmmar, Əmmarın anası Sumeyyə, Suheyb, Bilal və Miqdad. Allah Elçisinə gəlincə, Allah onu əmisi Əbu Talib vasitəsilə qorudu. Əbu Bəkrə gəlincə, Allah onu qövmü ilə qorudu. Digər müsəlmanları isə müşriklər tutdular və İslamdan dönmələri üçün dəmir paltarlar geyindirərək günəşin altında saxladılar. Bilaldan başqa bu əzablara dözə bilməyən müsəlmanlar müşriklərin dediyini etdilər. O, canını Allah yolunda fəda etməyə hazır idi. Qövmü də onun canına qəsd etməyə hazır idi. Buna görə müşriklər onu uşaqlara verdilər. Bu cavanlar onu Məkkə küçələrində sürüyürdülər. O isə deyirdi: “(Allah) Təkdir, Təkdir!””

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 150 (Sünnə, 150)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَقَدْ أُوذِيتُ فِي اللهِ وَمَا يُؤْذَى أَحَدٌ ، وَلَقَدْ أُخِفْتُ فِي اللهِ وَمَا يُخَافُ أَحَدٌ ، وَلَقَدْ أَتَتْ عَلَيَّ ثَالِثَةٌ وَمَا لِي وَلِبِلاَلٍ طَعَامٌ يَأْكُلُهُ ذُو كَبِدٍ ، إِلاَّ مَا وَارَى إِبْطُ بِلاَلٍ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allaha and olsun! Mənə Allah yolunda əziyyət verildiyi kimi heç kimə əziyyət verilmirdi. Allaha and olsun! Mən Allah yolunda qorxudulduğum kimi heç kim qorxudulmurdu. Allaha and olsun! Bilalın gizlətdiyi bir parça azuqədən başqa nə məndə, nə də Bilalda yeyilə biləcək heç nə yox idi. Bu, üç gün davam etdi”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 151 (Sünnə, 151)

Fəsil 11.14

Xabbabın ﵁ fəziləti

فَضَائِلُ خَبَّابٍ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَمْرُو بْنُ عَبْدِ اللهِ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي لَيْلَى الْكِنْدِيِّ ، قَالَ : جَاءَ خَبَّابٌ إِلَى عُمَرَ , فَقَالَ : ادْنُ ، فَمَا أَحَدٌ أَحَقَّ بِهَذَا الْمَجْلِسِ مِنْكَ إِلاَّ عَمَّارٌ ، فَجَعَلَ خَبَّابٌ يُرِيهِ آثَارًا بِظَهْرِهِ , مِمَّا عَذَّبَهُ الْمُشْرِكُونَ.

“Rəvayət edilir ki, Əbu Leyla əl-Kindi ﵀ demişdir: “Xabbab Ömərin yanına gəlmişdi. Ömər ona dedi: “Yaxına gəl! Əmmardan başqa bu məclisə səndən daha layiq adam yoxdur”. Xabbab da kürəyində müşriklərin verdikləri əziyyətin izlərini göstərdi”.”

Əbu Leyla əl-Kindi
Səhihİbn Məcə, 153 (Sünnə, 153)

Fəsil 11.15

Zeyd ibn Sabitin ﵁ fəziləti

فَضَائِلُ زَيْدِ بْنِ ثَابِتٍ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ بْنُ عَبْدِ الْمَجِيدِ ، حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : أَرْحَمُ أُمَّتِي بِأُمَّتِي أَبُو بَكْرٍ ، وَأَشَدُّهُمْ فِي دِينِ اللَّهُ عُمَرُ ، وَأَصْدَقُهُمْ حَيَاءً عُثْمَانُ ، وَأَقْضَاهُمْ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ ، وَأَقْرَؤُهُمْ لِكِتَابِ اللهِ أُبَيُّ بْنُ كَعْبٍ ، وَأَعْلَمُهُمْ بِالْحَلاَلِ وَالْحَرَامِ مُعَاذُ بْنُ جَبَلٍ ، وَأَفْرَضُهُمْ زَيْدُ بْنُ ثَابِتٍ ، أَلاَ وَإِنَّ لِكُلِّ أُمَّةٍ أَمِينًا ، وَأَمِينُ هَذِهِ الأُمَّةِ أَبُو عُبَيْدَةَ بْنُ الْجَرَّاحِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimin içində ümmətimə ən rəhmli olan Əbu Bəkrdir. Allahın dini (hökmlərinin tətbiqində) ən sərti Ömərdir. Həya baxımından ən səmimi olan Osmandır. Qazilik Əli ibn Əbu Talibdədir. Allahın Kitabını ən gözəl oxuyan Ubey ibn Kəbdir. Halal və haramı ən yaxşı bilən Muaz ibn Cəbəldir. Miras məsələlərini ən yaxşı bilən Zeyd ibn Sabitdir. Diqqət edin! Şübhəsiz, hər ümmətin bir əmin insanı var. Bu ümmətin əmin insanı Əbu Ubeydə ibn əl-Cərrahdır”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 154 (Sünnə, 154)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، مِثْلَهُ.

“Eyni hədisdir.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 155 (Sünnə, 155)

Fəsil 11.16

Əbu Zərin ﵁ fəziləti

فَضْلُ أَبِي ذَرٍّ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عُثْمَانَ بْنِ عُمَيْرٍ ، عَنْ أَبِي حَرْبِ بْنِ أَبِي الأَسْوَدِ الدِّيْلِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا أَقَلَّتِ الْغَبْرَاءُ ، وَلاَ أَظَلَّتِ الْخَضْرَاءُ ، مِنْ رَجُلٍ أَصْدَقَ لَهْجَةً مِنْ أَبِي ذَرٍّ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Əbu Zərdən daha düz danışan bir kişini nə yer üzü daşımış, nə də göy üzü kölgələndirmişdir”.”

Abdullah ibn Amr
Səhihİbn Məcə, 156 (Sünnə, 156)

Fəsil 11.17

Səd ibn Muazın ﵁ fəziləti

فَضْلُ سَعْدِ بْنِ مُعَاذٍ

حَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، قَالَ : أُهْدِيَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ سَرَقَةٌ مِنْ حَرِيرٍ ، فَجَعَلَ الْقَوْمُ يَتَدَاوَلُونَهَا بَيْنَهُمْ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَتَعْجَبُونَ مِنْ هَذَا ؟ فَقَالُوا لَهُ : نَعَمْ يَا رَسُولَ اللهِ ، فَقَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَمَنَادِيلُ سَعْدِ بْنِ مُعَاذٍ فِي الْجَنَّةِ خَيْرٌ مِنْ هَذَا.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Bir dəfə Allah Elçisinə ﷺ ipəkli qumaşdan bir parça hədiyyə edilmişdi. Səhabələr qumaşı biri-birinin əlindən almağa başladılar. Allah Elçisi ﷺ isə dedi: “Bu (qumaşın gözəlliyinə) təəccübmü edirsiniz?” Səhabələr: “Bəli, ey Allahın Elçisi!” deyə cavab verdilər. Allah Elçisi ﷺ dedi: “Canım Əlində Olana and olsun! Səd ibn Muazın Cənnətdəki dəsmalları bundan daha xeyirlidir”.”

əl-Bəra ibn Azib
Səhihİbn Məcə, 157 (Sünnə, 157)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي سُفْيَانَ ، عَنْ جَابِرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اهْتَزَّ عَرْشُ الرَّحْمَنِ عَزَّ وَجَلَّ لِمَوْتِ سَعْدِ بْنِ مُعَاذٍ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “ər-Rahmənin ﷿ Ərşi Səd ibn Muazın ölümünə görə titrəmişdir”.”

Cabir
Səhihİbn Məcə, 158 (Sünnə, 158)

Fəsil 11.18

Cərir ibn Abdullah əl-Bəcəlinin ﵁ fəziləti

فَضْلُ جَرِيرِ بْنِ عَبْدِ اللهِ الْبَجَلِيِّ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ إِسْمَاعِيلَ بْنِ أَبِي خَالِدٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي حَازِمٍ ، عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللهِ الْبَجَلِيِّ ، قَالَ : مَا حَجَبَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مُنْذُ أَسْلَمْتُ ، وَلاَ رَآنِي إِلاَّ تَبَسَّمَ فِي وَجْهِي ، وَلَقَدْ شَكَوْتُ إِلَيْهِ أَنِّي لاَ أَثْبُتُ عَلَى الْخَيْلِ ، فَضَرَبَ بِيَدِهِ فِي صَدْرِي ، وَقَالَ : اللَّهُمَّ ثَبِّتْهُ وَاجْعَلْهُ هَادِيًا مَهْدِيًّا.

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵁ demişdir: “Mən İslamı qəbul edəndən bəri hər dəfə Allah Elçisinin ﷺ yanına gəlmək üçün izn aldıqda həmişə məni qəbul edərdi. Məni gördükdə həmişə üzündə təbəssüm olardı. At üstündə otura bilmədiyim haqda ona şikayət etdikdə Allah Elçisi ﷺ əli ilə sinəmə vurdu və dedi: “Allahım! Onu sabit et, doğru yola yönəldən et və hidayət ver”.”

Cərir ibn Abdullah
Səhihİbn Məcə, 159 (Sünnə, 159)

Fəsil 11.19

Bədr əhlinin ﵁ fəziləti

فَضْلُ أَهْلِ بَدْرٍ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَأَبُو كُرَيْبٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَبَايَةَ بْنِ رِفَاعَةَ ، عَنْ جَدِّهِ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : جَاءَ جِبْرِيلُ , أَوْ مَلَكٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : مَا تَعُدُّونَ مَنْ شَهِدَ بَدْرًا فِيكُمْ ؟ قَالُوا : خِيَارَنَا ، قَالَ : كَذَلِكَ هُمْ عِنْدَنَا خِيَارُ الْمَلاَئِكَةِ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Cəbrail və ya bir mələk Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Siz aranızda Bədr döyüşündə iştirak edənləri necə dəyərləndirirsiz?” Peyğəmbər ﷺ dedi: “Onlar bizim ən xeyirlilərimizdir”. O dedi: “Eləcə də (Bədr döyüşündə iştirak edən) mələklər də bizim ən xeyirlilərimizdir”.”

Rafi ibn Xadic
Səhihİbn Məcə, 160 (Sünnə, 160)

Fəsil 11.20

Səhabələrin fəziləti

فَضَائِلُ الصَّحَابَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، حَدَّثَنَا جَرِيرٌ (ح) وَحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ (ح) وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ؛ جَمِيعًا عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تَسُبُّوا أَصْحَابِي ، فَوَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَوْ أَنَّ أَحَدَكُمْ أَنْفَقَ مِثْلَ أُحُدٍ ذَهَبًا , مَا أَدْرَكَ مُدَّ أَحَدِهِمْ ، وَلاَ نَصِيفَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səhabələrimi söyməyin! Canım Əlində Olana and olsun ki, biriniz Uhud dağı boyda qızıl sədəqə versə, onlardan birinin bir ovuc və ya yarım ovuc sədəqəsinin yarısına çata bilməz”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 161 (Sünnə, 161)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَمْرُو بْنُ عَبْدِ اللهِ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ نُسَيْرِ بْنِ ذُعْلُوقٍ ، قَالَ : كَانَ ابْنُ عُمَرَ يَقُولُ : لاَ تَسُبُّوا أَصْحَابَ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَلَمُقَامُ أَحَدِهِمْ سَاعَةً ، خَيْرٌ مِنْ عَمَلِ أَحَدِكُمْ عُمُرَهُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Muhəmmədin ﷺ səhabələrini söyməyin! Onlardan birinin bir saat qiyamda durması sizdən birinin ömür boyu etdiyi əməllərdən xeyirlidir”.”

İbn Ömər
Həsənİbn Məcə, 162 (Sünnə, 162)

Fəsil 11.21

Ənsarın fəziləti

فَضَائِلُ الأَنْصَارِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَمْرُو بْنُ عَبْدِ اللهِ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ شُعْبَةَ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَحَبَّ الأَنْصَارَ أَحَبَّهُ اللَّهُ ، وَمَنْ أَبْغَضَ الأَنْصَارَ أَبْغَضَهُ اللَّهُ. قَالَ شُعْبَةُ : قُلْتُ لِعَدِيٍّ : أَسَمِعْتَهُ مِنَ الْبَرَاءِ بْنِ عَازِبٍ ؟ قَالَ : إِيَّايَ حَدَّثَ.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim ənsarı sevərsə, Allah onu sevər. Kim də ənsara qəzəblənərsə, Allahın ona qəzəbi tutar”. Ravi Şubə dedi: “Mənə bu hədisi danışan Adiyə dedim: “Sən bunu əl-Bəra ibn Azibdən eşitmisən?” O dedi: “(Bəli, bu hədisi) mənə o danışdı”.”

əl-Bəra ibn Azib
Səhihİbn Məcə, 163 (Sünnə, 163)

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ ، عَنْ عَبْدِ الْمُهَيْمِنِ بْنِ عَبَّاسِ بْنِ سَهْلِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الأَنْصَارُ شِعَارٌ ، وَالنَّاسُ دِثَارٌ ، وَلَوْ أَنَّ النَّاسَ اسْتَقْبَلُوا وَادِيًا أَوْ شِعْبًا ، وَاسْتَقْبَلَتِ الأَنْصَارُ وَادِيًا ، لَسَلَكْتُ وَادِيَ الأَنْصَارِ ، وَلَوْلاَ الْهِجْرَةُ , لَكُنْتُ امْرَءًا مِنَ الأَنْصَارِ.

“Səhl ibn Səd ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ənsar iç geyimi kimi, digər insanlar isə üst geyimi kimidir. Əgər insanlar dağlıq bir əraziyə, ənsar isə vadiyə yönəlsəydi, şübhəsiz ki, mən ənsarın yönəldiyi vadiyə gedərdim. Əgər hicrət olmasaydı, mən özümü ənsardan sayardım”.”

Abdul-Muheymin ibn Abbas ibn Səhl ibn Səd atasından və babasından
Səhihİbn Məcə, 164 (Sünnə, 164)

Fəsil 11.22

İbn Abbasın ﵄ fəziləti

فَضْلُ ابْن عَبَّاسٍ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَأَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : ضَمَّنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَيْهِ وَقَالَ : اللَّهُمَّ عَلِّمْهُ الْحِكْمَةَ ، وَتَأْوِيلَ الْكِتَابِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ məni qucaqladı və dedi: “Allahım, ona hikməti və Kitabın (Quranın) təfsirini öyrət!””

İbn Abbas
Səhihİbn Məcə, 166 (Sünnə, 166)

Fəsil 12

Xavariclər haqda

بَابٌ : فِي ذِكْرِ الْخَوَارِجِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ عَبِيدَةَ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، قَالَ : وَذَكَرَ الْخَوَارِجَ ، فَقَالَ : فِيهِمْ رَجُلٌ مُخْدَجُ الْيَدِ ، أَوْ مُودَنُ الْيَدِ ، أَوْ مَثْدُونُ الْيَدِ ، وَلَوْلاَ أَنْ تَبْطَرُوا لَحَدَّثْتُكُمْ بِمَا وَعَدَ اللَّهُ الَّذِينَ يَقْتُلُونَهُمْ عَلَى لِسَانِ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وسَلَّمَ , قُلْتُ : أَنْتَ سَمِعْتَهُ مِنْ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ قَالَ : إِي وَرَبِّ الْكَعْبَةِ , ثَلاَثَ مَرَّاتٍ.

“Abiydə ﵀ rəvayət edir ki, Əli ibn Əbu Talib ﵁ xavariclər haqda danışaraq belə buyurdu: “Onların arasında qolları qısa bir adam var. Əgər sizin əməlləri tərk edərək günah etməyə cəsarət etməyinizdən qorxmasaydım, Allahın xavaricləri öldürənə Muhəmmədin ﷺ dili ilə hansı mükafatı verəcəyini sizə də deyərdim”. Mən dedim: “Sən bunu Muhəmməddən ﷺ eşitdin?” Əli üç dəfə dedi: “Bəli, Kəbənin Rəbbinə and olsun!””

Əli ibn Əbu Talib
Səhihİbn Məcə, 167 (Sünnə, 167)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ زُرَارَةَ ، قَالاَ : حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عَيَّاشٍ ، عَنْ عَاصِمٍ ، عَنْ زِرٍّ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَخْرُجُ فِي آخِرِ الزَّمَانِ قَوْمٌ أَحْدَاثُ الأَسْنَانِ ، سُفَهَاءُ الأَحْلاَمِ ، يَقُولُونَ مِنْ خَيْرِ قَوْلِ النَّاسِ ، يَقْرَؤُونَ الْقُرْآنَ لاَ يُجَاوِزُ تَرَاقِيَهُمْ ، يَمْرُقُونَ مِنَ الإِسْلاَمِ كَمَا يَمْرُقُ السَّهْمُ مِنَ الرَّمِيَّةِ ، فَمَنْ لَقِيَهُمْ فَلْيَقْتُلْهُمْ ، فَإِنَّ قَتْلَهُمْ أَجْرٌ عِنْدَ اللهِ لِمَنْ قَتَلَهُمْ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Axır zamanda yaşları az, ağılları naqis (hikmətsiz) bir zümrə peyda olacaq. Onlar insanların ən xeyirlilərinin adından danışacaq, Quran oxuyacaqlar, lakin Quran onların körpücük sümüklərindan aşağı enməyəcək. Onlar atılan ox şikarı deşib digər tərəfdən çıxdığı kimi İslamdan çıxacaqlar. Kim onlarla rastlaşarsa, onları öldürsün, çünki Allah qatında onları öldürənə savab var”.”

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 168 (Sünnə, 168)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، قَالَ : قُلْتُ لأَبِي سَعِيدٍ الْخُدْرِيِّ : هَلْ سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَذْكُرُ فِي الْحَرُورِيَّةِ شَيْئًا ؟ فَقَالَ : سَمِعْتُهُ يَذْكُرُ قَوْمًا يَتَعَبَّدُونَ ، يَحْقِرُ أَحَدُكُمْ صَلاَتَهُ مَعَ صَلاَتِهِمْ ، وَصَوْمَهُ مَعَ صَوْمِهِمْ ، يَمْرُقُونَ مِنَ الدِّينِ كَمَا يَمْرُقُ السَّهْمُ مِنَ الرَّمِيَّةِ ، أَخَذَ سَهْمَهُ فَنَظَرَ فِي نَصْلِهِ ، فَلَمْ يَرَ شَيْئًا ، فَنَظَرَ فِي رِصَافِهِ فَلَمْ يَرَ شَيْئًا ، فَنَظَرَ فِي قِدْحِهِ فَلَمْ يَرَ شَيْئًا ، فَنَظَرَ فِي الْقُذَذِ فَتَمَارَى ، هَلْ يَرَى شَيْئًا أَمْ لاَ.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵁ demişdir: “Mən Əbu Səid əl-Xudriyə dedim: “Sən, Allah Elçisinin ﷺ hərurilər (xavariclər) haqda bir şey dediyini eşitmisənmi?” O dedi: “Mən ondan eşitdim ki, onlar çox ibadət edən olacaqlar. Sizdən biriniz öz namazını onların namazı yanında, öz orucunu onların orucu yanında həqir görəcək. Onlar oxun yaydan çıxdığı kimi dindən çıxacaqlar. Oxu atan onu götürüb dəmirinə baxdıqda şikara dəydiyinin heç bir əlamətini görməyəcək. Oxun çubuğuna baxdıqda heç bir əlamət görməyəcək. Oxun gövdəsinə baxdıqda bir şey görməyəcək. Sonda bir şey görüb-görməyəcəyindən şübhələnəcək”.”

Əbu Sələmə
Səhihİbn Məcə, 169 (Sünnə, 169)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ سُلَيْمَانَ بْنِ الْمُغِيرَةِ ، عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الصَّامِتِ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ بَعْدِي مِنْ أُمَّتِي ، أَوْ سَيَكُونُ بَعْدِي مِنْ أُمَّتِي قَوْمٌ يَقْرَؤُونَ الْقُرْآنَ لاَ يُجَاوِزُ حُلُوقَهُمْ ، يَمْرُقُونَ مِنَ الدِّينِ كَمَا يَمْرُقُ السَّهْمُ مِنَ الرَّمِيَّةِ ، ثُمَّ لاَ يَعُودُونَ فِيهِ ، هُمْ شِرَارُ الْخَلْقِ وَالْخَلِيقَةِ. قَالَ عَبْدُ اللهِ بْنُ الصَّامِتِ : فَذَكَرْتُ ذَلِكَ لِرَافِعِ بْنِ عَمْرٍو ، أَخِي الْحَكَمِ بْنِ عَمْرٍو الْغِفَارِيِّ ، فَقَالَ : وَأَنَا أَيْضًا قَدْ سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Məndən sonra ümmətimdən bir zümrə çıxacaq. Onlar Quran oxuyacaqlar, lakin oxuduqları boğazlarından aşağı düşməyəcək. Onlar oxun yaydan çıxdığı kimi dindən çıxacaq, sonra isə dinə qayıtmayacaqlar. Onlar insanların və heyvanların ən şərliləridir”.”

Əbu Zərr
Səhihİbn Məcə, 170 (Sünnə, 170)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَسُوَيْدُ بْنُ سَعِيدٍ ، قَالاَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ سِمَاكٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَيَقْرَأَنَّ الْقُرْآنَ نَاسٌ مِنْ أُمَّتِي ، يَمْرُقُونَ مِنَ الإِسْلاَمِ كَمَا يَمْرُقُ السَّهْمُ مِنَ الرَّمِيَّةِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən bir zümrə Quran oxuyacaq, lakin ox yaydan çıxdığı kimi onlar da İslamdan çıxacaqlar”.”

İbn Abbas
Səhihİbn Məcə, 171 (Sünnə, 171)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالْجِعْرَانَةِ , وَهُوَ يَقْسِمُ التِّبْرَ وَالْغَنَائِمَ ، وَهُوَ فِي حِجْرِ بِلاَلٍ ، فَقَالَ رَجُلٌ : اعْدِلْ يَا مُحَمَّدُ , فَإِنَّكَ لَمْ تَعْدِلْ ، فَقَالَ : وَيْلَكَ ، وَمَنْ يَعْدِلُ بَعْدِي إِذَا لَمْ أَعْدِلْ ؟ فَقَالَ عُمَرُ : دَعْنِي يَا رَسُولَ اللهِ ، حَتَّى أَضْرِبَ عُنُقَ هَذَا الْمُنَافِقِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ هَذَا فِي أَصْحَابٍ ، أَوْ أُصَيْحَابٍ لَهُ ، يَقْرَؤُونَ الْقُرْآنَ لاَ يُجَاوِزُ تَرَاقِيَهُمْ ، يَمْرُقُونَ مِنَ الدِّينِ كَمَا يَمْرُقُ السَّهْمُ مِنَ الرَّمِيَّةِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ “Ciranə” adlı yerdə qızıl külçələrini və qənimətləri paylaşdırırdı. Bu mal Bilalın atının üstündə idi. Bir kişi belə dedi: “Ədalətli ol, ey Muhəmməd, çünki həqiqətən sən, ədalətlə davranmırsan!” Allah Elçisi ﷺ dedi: “Vay olsun sənə! Mən də ədalətli olmasam, kim ədalətli olacaq?!” Ömər dedi: “Mənimlə işin olmasın, ey Allahın Elçisi! Bu münafiqin boynunu vurum!” Allah Elçisi ﷺ dedi: “Şübhəsiz ki, bunun dostları var. Onlar Quran oxuyacaqlar, lakin oxuduqları Quran onların körpücük sümüklərindən aşağı keçməyəcək. Onlar oxun yaydan çıxdığı kimi dindən çıxacaqlar”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 172 (Sünnə, 172)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْحَاقُ الأَزْرَقُ ، عَنِ الأَعْمَشِ ، عَنِ ابْنِ أَبِي أَوْفَى ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْخَوَارِجُ كِلاَبُ النَّارِ.

“Rəvayət edilir ki, İbn Əbu Əufə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xavariclər Cəhənnəmin köpəkləridir”.”

İbn Əbu Əufə
Səhihİbn Məcə, 173 (Sünnə, 173)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ حَمْزَةَ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : يَنْشَأُ نَشْءٌ يَقْرَؤُونَ الْقُرْآنَ لاَ يُجَاوِزُ تَرَاقِيَهُمْ ، كُلَّمَا خَرَجَ قَرْنٌ قُطِعَ , قَالَ ابْنُ عُمَرَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : كُلَّمَا خَرَجَ قَرْنٌ قُطِعَ ، أَكْثَرَ مِنْ عِشْرِينَ مَرَّةً ، حَتَّى يَخْرُجَ فِي عِرَاضِهِمُ الدَّجَّالُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Elə bir zümrə peyda olacaq ki, Quran oxuyacaqlar, lakin oxuduqları Quran onların körpücük sümüklərindən aşağı keçməyəcək. Onlar hər dəfə peyda olduqda, məhv ediləcəklər”. İbn Ömər dedi: “Mən Allah Elçisinin ﷺ “Onlar hər dəfə peyda olduqda, məhv ediləcəklər” sözünü iyirmi dəfədən çox dediyini eşitdim. Sonra da onların arasından Dəccal çıxacaq”.”

İbn Ömər
Həsənİbn Məcə, 174 (Sünnə, 174)

حَدَّثَنَا بَكْرُ بْنُ خَلَفٍ أَبُو بِشْرٍ ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، عَنْ مَعْمَرٍ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَخْرُجُ قَوْمٌ فِي آخِرِ الزَّمَانِ ، أَوْ فِي هَذِهِ الأُمَّةِ ، يَقْرَؤُونَ الْقُرْآنَ لاَ يُجَاوِزُ تَرَاقِيَهُمْ ، أَوْ حُلُوقَهُمْ ، سِيمَاهُمُ التَّحْلِيقُ ، إِذَا رَأَيْتُمُوهُمْ ، أَوْ إِذَا لَقِيتُمُوهُمْ فَاقْتُلُوهُمْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Axır zamanda“ və ya “bu ümmətdən bir zümrə peyda olacaq. Quran oxuyacaqlar, lakin Quran onların körpücük sümüklərindan” və ya “boğazlarından aşağı enməyəcək. Onların əlaməti başlarının keçəl olmasıdır. Onları harda görsəniz, öldürün” və ya “onlarla harada qarşılaşsanız, öldürün”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 175 (Sünnə, 175)

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَبِي غَالِبٍ ، عَنْ أَبِي أُمَامَةَ ، يَقُولُ : شَرُّ قَتْلَى قُتِلُوا تَحْتَ أَدِيمِ السَّمَاءِ ، وَخَيْرُ قَتِيلٍ مَنْ قَتَلُوا ، كِلاَبُ أَهْلِ النَّارِ ، كِلاَبُ أَهْلِ النَّارِ ، قَدْ كَانُوا هَؤُلاَءِ مُسْلِمِينَ , فَصَارُوا كُفَّارًا , قُلْتُ : يَا أَبَا أُمَامَةَ ، هَذَا شَيْءٌ تَقُولُهُ ؟ قَالَ : بَلْ سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Əbu Ğalib ﵀ rəvayət edir ki, Əbu Umamə belə buyurdu: “(Xavariclər) səmanın altında öldürülənlərin ən şərliləridir. Öldürülənlərin ən xeyirliləri isə onların öldürdükləridir. Onlar Cəhənnəm əhlindən olan köpəklər, Cəhənnəm əhlindən olan köpəklərdir. Onlar müsəlman idilər, sonradan kafir oldular”. Mən ona dedim: “Ey Əbu Umamə, bilirsənmi, bu dediyin şey nə deməkdir?!” O dedi: “Əksinə, mən bunu Allah Elçisindən ﷺ eşitmişəm”.”

Əbu Ğalib
Həsənİbn Məcə, 176 (Sünnə, 176)

Fəsil 13

Cəhmiyyə nəyi inkar edir?

بَابٌ : فِيمَا أَنْكَرَتِ الْجَهْمِيَّةُ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبِي ، وَوَكِيعٌ (ح) وَحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا خَالِي يَعْلَى ، وَوَكِيعٌ ، وَأَبُو مُعَاوِيَةَ ، قَالُوا : حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبِي خَالِدٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي حَازِمٍ ، عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَنَظَرَ إِلَى الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ ، فَقَالَ : إِنَّكُمْ سَتَرَوْنَ رَبَّكُمْ كَمَا تَرَوْنَ هَذَا الْقَمَرَ ، لاَ تُضَامُونَ فِي رُؤْيَتِهِ ، فَإِنِ اسْتَطَعْتُمْ أَنْ لاَ تُغْلَبُوا عَلَى صَلاَةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا فَافْعَلُوا , ثُمَّ قَرَأَ : {وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ}.

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisinin ﷺ yanında oturmuşduq. Allah Elçisi ﷺ bədrlənmiş aya baxaraq belə buyurdu: “Siz Rəbbinizi bu ayı gördüyünüz kimi (öz gözünüzlə) görəcək və Ona baxmaq üçün bir-birinizə mane olmayacaqsınız. Əgər gün doğmamışdan və batmamışdan əvvəl sizi namaz qılmaqdan yayındıracaq (işlərdən) çəkinə bilirsinizsə, çəkinin”. Sonra bu ayəni oxudu: “Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!” (Qaf, 39)”.”

Cərir ibn Abdullah
Səhihİbn Məcə, 177 (Sünnə, 177)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ عِيسَى الرَّمْلِيُّ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : تُضَامُونَ فِي رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ ؟ قَالُوا : لاَ ، قَالَ : فَكَذَلِكَ لاَ تُضَامُونَ فِي رُؤْيَةِ رَبِّكُمْ يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “On dördüncü gecədə ayı görməkdə sizə nəsə mane olurmu?” Səhabələr dedilər: “Xeyr!” O dedi: “Beləcə siz də maneə olmadan Rəbbinizi görəcəksiniz”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 178 (Sünnə, 178)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ الْهَمْدَانِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ السَّمَّانِ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : قُلْنَا : يَا رَسُولَ اللهِ ، أَنَرَى رَبَّنَا ؟ قَالَ : تُضَارُّونَ فِي رُؤْيَةِ الشَّمْسِ فِي الظَّهِيرَةِ فِي غَيْرِ سَحَابٍ ؟ قُلْنَا : لاَ ، قَالَ : فَتَضَارُّونَ فِي رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ فِي غَيْرِ سَحَابٍ ؟ قَالُوا : لاَ ، قَالَ : إِنَّكُمْ لاَ تَضَارُّونَ فِي رُؤْيَتِهِ ، إِلاَّ كَمَا تَضَارُّونَ فِي رُؤْيَتِهِمَا.

“Rəvayət edilir ki, Əbu Səid demişdir: “Biz dedik: “Ey Allahın Elçisi, biz Rəbbimizi görəcəyikmi?” Allah Elçisi ﷺ dedi: “Siz günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görməkdə çətinlik çəkirsinizmi?” Biz: “Xeyr!”- dedik. Allah Elçisi ﷺ soruşdu: “Məgər siz on dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı görməkdə çətinlik çəkirsinizmi?” Onlar: “Xeyr!”– dedilər. Allah Elçisi ﷺ buyurdu: “Bu ikisini görməyə sizə heç bir şey mane olmadığı kimi Onu (Rəbbinizi) görməyə də bir şey mane olmayacaq”.”

Əbu Səid
Səhihİbn Məcə, 179 (Sünnə, 179)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ يَعْلَى بْنِ عَطَاءٍ ، عَنْ وَكِيعِ بْنِ حُدُسٍ ، عَنْ عَمِّهِ أَبِي رَزِينٍ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَكُلُّنَا نَرَى اللَّهَ يَوْمَ الْقِيَامَةِ ؟ وَمَا آيَةُ ذَلِكَ فِي خَلْقِهِ ؟ قَالَ : يَا أَبَا رَزِينٍ ، أَلَيْسَ كُلُّكُمْ يَرَى الْقَمَرَ مُخْلِيًا بِهِ ؟ قُلْتُ : بَلَى ، قَالَ : فَاللَّهُ أَعْظَمُ ، وَذَلِكَ آيَتُهُ فِي خَلْقِهِ.

“Rəvayət edilir ki, Əbu Razinin əmisi ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, biz hamımız Qiyamət günü Allahı görəcəyikmi? Yaratdıqları arasında bunun əlaməti varmı?” Allah Elçisi ﷺ dedi: “Ey Əbu Razin! Məgər siz tək olduqda hamınız ayı görmürsünüz?” Mən dedim: “Bəli!” Allah Elçisi ﷺ dedi: “Allah isə hər şeydən böyükdür. Rahat şəkildə gördüyünüz ay da Allahın yaratdıqları arasında əlamətdir”.”

Əbu Razin
Həsənİbn Məcə, 180 (Sünnə, 180)

حَدَّثَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ صَفْوَانَ بْنِ مُحْرِزٍ الْمَازِنِيِّ ، قَالَ : بَيْنَمَا نَحْنُ مَعَ عَبْدِ اللهِ بْنِ عُمَرَ وَهُوَ يَطُوفُ بِالْبَيْتِ ، إِذْ عَرَضَ لَهُ رَجُلٌ ، فَقَالَ : يَا ابْنَ عُمَرَ ، كَيْفَ سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَذْكُرُ فِي النَّجْوَى ؟ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : يُدْنَى الْمُؤْمِنُ مِنْ رَبِّهِ يَوْمَ الْقِيَامَةِ ، حَتَّى يَضَعَ عَلَيْهِ كَنَفَهُ ، ثُمَّ يُقَرِّرُهُ بِذُنُوبِهِ : هَلْ تَعْرِفُ ؟ فَيَقُولُ : يَا رَبِّ ، أَعْرِفُ ، حَتَّى إِذَا بَلَغَ مِنْهُ مَا شَاءَ اللَّهُ أَنْ يَبْلُغَ ، قَالَ : إِنِّي سَتَرْتُهَا عَلَيْكَ فِي الدُّنْيَا ، وَأَنَا أَغْفِرُهَا لَكَ الْيَوْمَ ، قَالَ : ثُمَّ يُعْطَى صَحِيفَةَ حَسَنَاتِهِ وَكِتَابَهُ بِيَمِينِهِ ، قَالَ : وَأَمَّا الْكَافِرُ أَوِ الْمُنَافِقُ ، فَيُنَادَى عَلَى رُؤُوسِ الأَشْهَادِ. قَالَ خَالِدٌ : فِي الأَشْهَادِ شَيْءٌ مِنَ انْقِطَاعٍ : {هَؤُلاَءِ الَّذِينَ كَذَبُوا عَلَى رَبِّهِمْ أَلاَ لَعْنَةُ اللهِ عَلَى الظَّالِمِينَ}.

“Rəvayət edilir ki, Safvən ibn Muhriz əl-Məzini ﵀ demişdir: “Abdullah ibn Ömər Evi təvaf edərkən biz onun yanında idik. Bir kişi ona yaxınlaşaraq dedi: “Ey İbn Ömər! Sən Allah Elçisinin ﷺ “Nəcvə” haqda dediyindən nə eşitmisən?” Abdullah ibn Ömər dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Qiyamət günü mömin Rəbbinə o dərəcədə yaxınlaşdırılacaq ki, onun sirləri məhşər əhlindən gizli olacaq. Sonra Rəbbi ona günahlarını etiraf etdirəcək və deyəcək: “Bunları bilirdinmi?” Mömin deyəcək: “Ey Rəbbim, bilirəm”. Möminin etdiyi günahlara görə etirafları Allahın istədiyi qədərə çatdıqda Allah deyəcək: “Şübhəsiz, Mən sənin dünyada etdiklərinin üstünü örtdüm. Bu gün də onları sənə bağışlayıram”. Peyğəmbər ﷺ dedi: “Sonra onun yaxşılıqları olan səhifələrini və kitabı sağ əlinə verəcəklər”. Kafirə və münafiqə gəlincə, ona insanların qarşısında xitab ediləcək. Ravi Xalid bu ayəni dedi: “Bunlar Rəbbinə iftira yaxanlardır”. Allahın lənəti olsun zalımlara!” (Hud, 18).”

Safvən ibn Muhriz əl-Məzini
Səhihİbn Məcə, 183 (Sünnə, 183)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ خَيْثَمَةَ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا مِنْكُمْ مِنْ أَحَدٍ إِلاَّ سَيُكَلِّمُهُ رَبُّهُ ، لَيْسَ بَيْنَهُ وَبَيْنَهُ تَرْجُمَانٌ ، فَيَنْظُرُ عَنْ أَيْمَنَ مِنْهُ , فَلاَ يَرَى إِلاَّ شَيْئًا قَدَّمَهُ ، ثُمَّ يَنْظُرُ عَنْ أَيْسَرَ مِنْهُ , فَلاَ يَرَى إِلاَّ شَيْئًا قَدَّمَهُ ، ثُمَّ يَنْظُرُ أَمَامَهُ فَتَسْتَقْبِلُهُ النَّارُ ، فَمَنِ اسْتَطَاعَ مِنْكُمْ أَنْ يَتَّقِيَ النَّارَ وَلَوْ بِشِقِّ تَمْرَةٍ , فَلْيَفْعَلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən elə bir adam olmayacaq ki, (Qiyamət günü) Rəbbi onunla danışmasın. (Həmin gün) onunla Rəbbi arasında heç bir tərcüməçi olmayacaq. Bəndə sağına baxdıqda əvvəl etdiklərindən başqa bir şey görməyəcək. Soluna baxdıqda əvvəl etdiklərindən başqa bir şey görməyəcək. Sonra önünə baxdıqda ona Cəhənnəm odu görsənəcək. Sizdən kim xurmanın yarısı ilə olsa belə, Cəhənnəm odundan qoruna bilirsə, qorunsun”.”

Adiy ibn Hatim
Səhihİbn Məcə, 185 (Sünnə, 185)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو عَبْدِ الصَّمَدِ عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ الصَّمَدِ ، حَدَّثَنَا أَبُو عِمْرَانَ الْجَوْنِيُّ ، عَنْ أَبِي بَكْرِ بْنِ عَبْدِ اللهِ بْنِ قَيْسٍ الأَشْعَرِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : جَنَّتَانِ مِنْ فِضَّةٍ ، آنِيَتُهُمَا وَمَا فِيهِمَا ، وَجَنَّتَانِ مِنْ ذَهَبٍ ، آنِيَتُهُمَا وَمَا فِيهِمَا ، وَمَا بَيْنَ الْقَوْمِ وَبَيْنَ أَنْ يَنْظُرُوا إِلَى رَبِّهِمْ سُبْحَانَهُ وَتَعَالَى , إِلاَّ رِدَاءُ الْكِبْرِيَاءِ عَلَى وَجْهِهِ فِي جَنَّةِ عَدْنٍ.

“Əbu Bəkr ibn Abdullah ibn Qeys əl-Əşari ﵁ atasının belə buyurduğunu rəvayət etmişdir: “Allah Elçisi ﷺ buyurdu: “İki cənnət vardır ki, onların içindəki qab-qacaqlar və başqa əşyalar gümüşdəndir. Digər iki cənnət də vardır ki, onların içindəki qab-qacaqlar və başqa əşyalar qızıldandır. Əzəmət pərdəsindən başqa heç bir şey Ədn cənnətində olan kimsələrə Pak və Uca olan Rəbbinin Üzünü görməyə mane olmayacaq”.”

Əbu Bəkr ibn Abdullah ibn Qeys əl-Əşari
Səhihİbn Məcə, 186 (Sünnə, 186)

حَدَّثَنَا عَبْدُ الْقُدُّوسِ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا حَجَّاجٌ ، حَدَّثَنَا حَمَّادٌ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ صُهَيْبٍ ، قَالَ : تَلاَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ هَذِهِ الآيَةَ : {لِلَّذِينَ أَحْسَنُوا الْحُسْنَى وَزِيَادَةٌ} قَالَ : إِذَا دَخَلَ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ ، وَأَهْلُ النَّارِ النَّارَ ، نَادَى مُنَادٍ : يَا أَهْلَ الْجَنَّةِ , إِنَّ لَكُمْ عِنْدَ اللهِ مَوْعِدًا يُرِيدُ أَنْ يُنْجِزَكُمُوهُ ، فَيَقُولُونَ : وَمَا هُوَ ؟ أَلَمْ يُثَقِّلِ اللَّهُ مَوَازِينَنَا ، وَيُبَيِّضْ وُجُوهَنَا ، وَيُدْخِلْنَا الْجَنَّةَ ، وَيُنْجِنَا مِنَ النَّارِ ؟ قَالَ : فَيَكْشِفُ الْحِجَابَ ، فَيَنْظُرُونَ إِلَيْهِ ، فَوَاللَّهِ مَا أَعَطَاهُمُ اللَّهُ شَيْئًا أَحَبَّ إِلَيْهِمْ مِنَ النَّظَرِ ، يَعْنِي إِلَيْهِ ، وَلاَ أَقَرَّ لأَعْيُنِهِمْ.

“Rəvayət edilir ki, Suheyb ﵁ demişdir: “Allah Elçisi ﷺ bu ayəni “Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü (Cənnət, üstəlik də Allahı görmək) var”. (Yunus, 26) oxudu və dedi: “Cənnət əhli Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə daxil olduğu zaman bir carçı belə nida edəcək: “Ey Cənnət əhli! Şübhəsiz, Allah dərgahında sizə verilən vəd var, onu görmək istəyirsinizmi?” Onlar deyəcəklər: “O nədir? Məgər Allah bizim tərəzimizi ağırlaşdırmadımı?! Üzümüzü ağ etmədimi?! Bizi atəşdən qurtarıb Cənnətə daxil etmədimi?! Bizi Cəhənnəmdən xilas etmədimi?!” Peyğəmbər ﷺ buyurdu: “Bunun ardından Allah hicabı qaldıracaq və onlar Allaha baxacaqlar. Allaha and olsun ki, artıq onlara Allaha baxmaqdan daha əziz bir şey verilməmişdir”.”

Suheyb
Səhihİbn Məcə, 187 (Sünnə, 187)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ تَمِيمِ بْنِ سَلَمَةَ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ قَالَتْ : الْحَمْدُ لِلَّهِ الَّذِي وَسِعَ سَمْعُهُ الأَصْوَاتَ ، لَقَدْ جَاءَتِ الْمُجَادِلَةُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَنَا فِي نَاحِيَةِ الْبَيْتِ ، تَشْكُو زَوْجَهَا ، وَمَا أَسْمَعُ مَا تَقُولُ ، فَأَنْزَلَ اللَّهُ : {قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا}.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Həmd olsun hər bir səsi eşidən Allaha! Əri barəsində Peyğəmbərə ﷺ şikayət edən qadın gəlmişdi. Mən evin bir küncündə olduğum halda onların söhbətini eşitmirdim. Allah ﷿ isə (onun şikayətini eşitdi və) bu ayəni nazil etdi: “Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir” (əl-Mucədilə, 1)”.”

Aişə
Səhihİbn Məcə, 188 (Sünnə, 188)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا صَفْوَانُ بْنُ عِيسَى ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : كَتَبَ رَبُّكُمْ عَلَى نَفْسِهِ بِيَدِهِ قَبْلَ أَنْ يَخْلُقَ الْخَلْقَ : رَحْمَتِي سَبَقَتْ غَضَبِي.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Rəbbiniz məxluqatı yaratmazdan qabaq Özünə aid belə yazmışdır: “Mənim rəhmətim qəzəbimi üstələmişdir!””

Əbu Hureyra
Səhihİbn Məcə, 189 (Sünnə, 189)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ الْحِزَامِيُّ ، وَيَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالاَ : حَدَّثَنَا مُوسَى بْنُ إِبْرَاهِيمَ بْنِ كَثِيرٍ الأَنْصَارِيُّ الْحَرَامِيُّ ، قَالَ : سَمِعْتُ طَلْحَةَ بْنَ خِرَاشٍ ، قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ يَقُولُ : لَمَّا قُتِلَ عَبْدُ اللهِ بْنُ عَمْرِو بْنِ حَرَامٍ يَوْمَ أُحُدٍ ، لَقِيَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : يَا جَابِرُ ، أَلاَ أُخْبِرُكَ مَا قَالَ اللَّهُ لأَبِيكَ ؟ وَقَالَ يَحْيَى فِي حَدِيثِهِ : فَقَالَ : يَا جَابِرُ ، مَا لِي أَرَاكَ مُنْكَسِرًا ؟ قَالَ : يَا رَسُولَ اللهِ ، اسْتُشْهِدَ أَبِي ، وَتَرَكَ عِيَالاً وَدَيْنًا ، قَالَ : أَفَلاَ أُبَشِّرُكَ بِمَا لَقِيَ اللَّهُ بِهِ أَبَاكَ ؟ قَالَ : بَلَى يَا رَسُولَ اللهِ ، قَالَ : مَا كَلَّمَ اللَّهُ أَحَدًا قَطُّ إِلاَّ مِنْ وَرَاءِ حِجَابٍ ، وَكَلَّمَ أَبَاكَ كِفَاحًا ، فَقَالَ : يَا عَبْدِي ، تَمَنَّ عَلَيَّ أُعْطِكَ ، قَالَ : يَا رَبِّ تُحْيِينِي ، فَأُقْتَلُ فِيكَ ثَانِيَةً ، فَقَالَ الرَّبُّ سُبْحَانَهُ : إِنَّهُ سَبَقَ مِنِّي أَنَّهُمْ إِلَيْهَا لاَ يَرْجِعُونَ ، قَالَ : يَا رَبِّ ، فَأَبْلِغْ مَنْ وَرَائِي ، قَالَ : فَأَنْزَلَ اللَّهُ تَعَالَى : {وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ}.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Abdullah ibn Həram Uhud döyüşündə öldürüldükdən sonra Allah Elçisi ﷺ mənimlə rastlaşıb belə dedi: “Ey Cabir! Allahın atana nə dediyini xəbər verimmi?” Yəhyənin hədisində deyilir: “Allah Elçisi ﷺ: “Ey Cabir! Niyə belə kədərlisən?”- deyə soruşdu. Mən dedim: “Atam şəhid olmuş, ailəmizin təminatı və atamın borclarını ödəmək mənim öhdəmə düşmüşdür”. Peyğəmbər ﷺ dedi: “Allahın sənin atana bəxş etdiyi nemətlər barəsində sənə müjdə verimmi?” Mən: “Bəli, ey Allahın Elçisi!”- deyə cavab verdim. O dedi: “İndiyədək Allah danışdığı kimsə ilə yalnız pərdə arxasından danışıb. Sənin atanla isə arasında heç bir pərdə olmadan, bilavasitə danışıb dedi: “Ey qulum! Məndən istə, Mən də sənə (istədiyini) verim!” (Atan) dedi: “Ey Rəbbim! Məni yenidən dirilt ki, Sənin yolunda (vuruşub) bir daha şəhid olum”. Rəbbi ﷿ isə ona belə buyurdu: “Mən hər kəsin öldükdən sonra dirilib dünyaya qayıtmayacağını artıq əzəldən müəyyən etmişəm”. Atan dedi: “Onda mənim haqda (dünyada) qalanlara xəbər ver”. Sonra Uca Allah bu ayəni nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)”.”

Cabir ibn Abdullah
Həsənİbn Məcə, 190 (Sünnə, 190)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ اللَّهَ يَضْحَكُ إِلَى رَجُلَيْنِ يَقْتُلُ أَحَدُهُمَا الآخَرَ ، كِلاَهُمَا دَخَلَ الْجَنَّةَ ، يُقَاتِلُ هَذَا فِي سَبِيلِ اللهِ , فَيُسْتَشْهَدُ ، ثُمَّ يَتُوبُ اللَّهُ عَلَى قَاتِلِهِ , فَيُسْلِمُ ، فَيُقَاتِلُ فِي سَبِيلِ اللهِ , فَيُسْتَشْهَدُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah iki nəfərə gülür: bunlardan biri digərini öldürür, (nəticədə isə) hər ikisi Cənnətə daxil olur. Belə ki, bu, Allah yolunda vuruşub şəhid olur; sonra Allah (onun) qatilinin tövbəsini qəbul edir və o da İslamı qəbul edir, Allah yolunda vuruşub şəhid olur”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 191 (Sünnə, 191)

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، وَيُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ , حَدَّثَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، أَنَّ أَبَا هُرَيْرَةَ كَانَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَقْبِضُ اللَّهُ الأَرْضَ يَوْمَ الْقِيَامَةِ ، وَيَطْوِي السَّمَاءَ بِيَمِينِهِ ، ثُمَّ يَقُولُ : أَنَا الْمَلِكُ ، أَيْنَ مُلُوكُ الأَرْضِ ؟.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Qiyamət günü Allah yeri (bütünlüklə) Ovcuna alacaq, göyləri də sağ Əli ilə bükəcək, sonra da belə buyuracaq: “Mənəm Hökmdar! Hanı yer üzünün hökmdarları?!””

Əbu Hureyra
Səhihİbn Məcə, 192 (Sünnə, 192)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ عِكْرِمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا قَضَى اللَّهُ أَمْرًا فِي السَّمَاءِ ، ضَرَبَتِ الْمَلاَئِكَةُ بِأَجْنِحَتَهَا خُضْعَانًا لِقَوْلِهِ ، كَأَنَّهُ سِلْسِلَةٌ عَلَى صَفْوَانٍ ، فَـ {إِذَا فُزِّعَ عَنْ قُلُوبِهِمْ قَالُوا مَاذَا قَالَ رَبُّكُمْ قَالُوا الْحَقَّ وَهُوَ الْعَلِيُّ الْكَبِيرُ} قَالَ : فَيَسْمَعُهَا مُسْتَرِقُو السَّمْعِ بَعْضُهُمْ فَوْقَ بَعْضٍ ، فَيَسْمَعُ الْكَلِمَةَ فَيُلْقِيهَا إِلَى مَنْ تَحْتَهُ ، فَرُبَّمَا أَدْرَكَهُ الشِّهَابُ قَبْلَ أَنْ يُلْقِيَهَا إِلَى الَّذِي تَحْتَهُ ، فَيُلْقِيهَا عَلَى لِسَانِ الْكَاهِنِ ، أَوِ السَّاحِرِ ، فَرُبَّمَا لَمْ يُدْرَكْ حَتَّى يُلْقِيَهَا ، فَيَكْذِبُ مَعَهَا مِئَةَ كَذْبَةٍ ، فَتَصْدُقُ تِلْكَ الْكَلِمَةُ الَّتِي سُمِعَتْ مِنَ السَّمَاءِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah göydə bir iş barəsində əmr verdiyi zaman mələklər Onun əmrinə boyun əyərək qanadlarını çırparlar (və bu vaxt elə bir səs gəlir ki,) sanki (bir topa) zənciri qayaya çırpırlar. “Nəhayət, mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşar, digərləri isə: “Haqqı buyurdu! O, Ucadır, Böyükdür!”– deyə cavab verərlər”. (Səba, 23). Bir-birinin üzərində duran oğrun-oğrun qulaq asan (şeytanlar) bu sözləri eşidir və aşağıda olanlara ötürürlər. Elə olur ki, (mələklərin söhbətinə) qulaq asan şeytanı (düşən) ulduz təqib edir və o, eşitdiyini (aşağıda duran) yoldaşına çatdırmamışdan əvvəl (həmin ulduz) onu yandırıb yaxır. Bəzən də ulduz ona dəyməmişdən əvvəl o, eşitdiyini altında duran dostuna ötürür. Beləcə, şeytanlar bu eşitdiklərini yer üzünə çatdırır və onu sehrbazın dilinə təlqin edirlər. Sehrbaz da eşitdiyi (sözə) yüz yalan əlavə edir və yerdə olan da səmadan eşitdiyi o kəlməyə görə onun yalanlarını təsdiqləyər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 194 (Sünnə, 194)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي عُبَيْدَةَ ، عَنْ أَبِي مُوسَى ، قَالَ : قَامَ فِينَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِخَمْسِ كَلِمَاتٍ ، فَقَالَ : إِنَّ اللَّهَ لاَ يَنَامُ ، وَلاَ يَنْبَغِي لَهُ أَنْ يَنَامَ ، يَخْفِضُ الْقِسْطَ وَيَرْفَعُهُ ، يُرْفَعُ إِلَيْهِ عَمَلُ اللَّيْلِ قَبْلَ عَمَلِ النَّهَارِ ، وَعَمَلُ النَّهَارِ قَبْلَ عَمَلِ اللَّيْلِ ، حِجَابُهُ النُّورُ ، لَوْ كَشَفَهُ لأَحْرَقَتْ سُبُحَاتُ وَجْهِهِ مَا انْتَهَى إِلَيْهِ بَصَرُهُ مِنْ خَلْقِهِ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bizim aramızda ayağa qalxdı və bu beş kəlməni söylədi: “Allah yatmır, yatmaq Ona yaraşmaz. O, ədalət (tərəzisini) alçaldır və yüksəldir. Gündüzün əməlindən öncə gecənin əməli, gecənin əməlindən öncə gündüzün əməli Onun yanına yüksəlir. Onun hicabı nurdur. Əgər onu açsaydı, Üzünün subuhatı Gözünün əhatə etdiyi bütün məxluqatını yandırıb-yaxardı”.”

Əbu Musa
Səhihİbn Məcə, 195 (Sünnə, 195)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الْمَسْعُودِيُّ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي عُبَيْدَةَ ، عَنْ أَبِي مُوسَى ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ اللَّهَ لاَ يَنَامُ ، وَلاَ يَنْبَغِي لَهُ أَنْ يَنَامَ ، يَخْفِضُ الْقِسْطَ وَيَرْفَعُهُ ، حِجَابُهُ النُّورُ ، لَوْ كَشَفَهَا لأَحْرَقَتْ سُبُحَاتُ وَجْهِهِ كُلَّ شَيْءٍ أَدْرَكَهُ بَصَرُهُ. ثُمَّ قَرَأَ أَبُو عُبَيْدَةَ : {أَنْ بُورِكَ مَنْ فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللهِ رَبِّ الْعَالَمِينَ}.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah yatmır, yatmaq Ona yaraşmaz. O, ədalət (tərəzisini) alçaldır və yüksəldir. Onun hicabı nurdur. Əgər onu açsaydı, Üzünün subuhatı Gözünün əhatə etdiyi hər şeyi yandırıb-yaxardı”. Sonra Allah Elçisi bu ayəni oxudu: “...Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!” (ən-Nəml, 8)”.”

Əbu Musa
Səhihİbn Məcə, 196 (Sünnə, 196)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : يَمِينُ اللهِ مَلأَى ، لاَ يَغِيضُهَا شَيْءٌ ، سَحَّاءُ اللَّيْلَ وَالنَّهَارَ ، وَبِيَدِهِ الأُخْرَى الْمِيزَانُ ، يَرْفَعُ الْقِسْطَ وَيَخْفِضُ ، قَالَ : أَرَأَيْتَ مَا أَنْفَقَ مُنْذُ خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالأَرْضَ ؟ فَإِنَّهُ لَمْ يَنْقُصْ مِمَّا فِي يَدَيْهِ شَيْئًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allahın sağ Əli doludur. Onu heç bir şey azaltmır, gecə və gündüz bəndələrinə xərcləyir. Onun digər Əlində isə tərəzi var, (bu tərəzini) endirir və qaldırır. Sən Allahın hər şeyi yaratdığı gündən bəri nə qədər xərclədiyini görmüsənmi?! Bu Onun Əlində olandan heç nəyi əksiltməmişdir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 197 (Sünnə, 197)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي حَازِمٍ , حَدَّثَنِي أَبِي ، عَنْ عُبَيْدِ اللهِ بْنِ مِقْسَمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّهُ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَهُوَ عَلَى الْمِنْبَرِ يَقُولُ : يَأْخُذُ الْجَبَّارُ سَمَاوَاتِهِ وَأَرَضِيهِ بِيَدِهِ ، وَقَبَضَ بِيَدِهِ , فَجَعَلَ يَقْبِضُهَا وَيَبْسُطُهَا ، ثُمَّ يَقُولُ : أَنَا الْجَبَّارُ ، أَيْنَ الْجَبَّارُونَ ؟ أَيْنَ الْمُتَكَبِّرُونَ ؟ قَالَ : وَيَتَمَيَّلُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ يَمِينِهِ وَعَنْ شِمَالِهِ ، حَتَّى نَظَرْتُ إِلَى الْمِنْبَرِ يَتَحَرَّكُ مِنْ أَسْفَلِ شَيْءٍ مِنْهُ ، حَتَّى إِنِّي لأَقُولُ : أَسَاقِطٌ هُوَ بِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ minbərdə olarkən belə buyurduğunu eşitmişəm: “Cabbar (olan Allah) Qiyamət günü göyləri və yerləri Əli ilə götürüb bükəcək, sonra onları açacaq, sonra da buyuracaq: “Cabbar olan Mənəm! Haradadır lovğalar, haradadır təkəbbürlülər?!” Allah Elçisi ﷺ bunları dedikdə sağa və sola o dərəcədə əyilirdi ki, mən özüm-özümə “Minbər Allah Elçisi ﷺ ilə birlikdə düşəcək” deyirdim”.”

Abdullah ibn Ömər
Səhihİbn Məcə, 198 (Sünnə, 198)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا صَدَقَةُ بْنُ خَالِدٍ ، حَدَّثَنَا ابْنُ جَابِرٍ ، قَالَ : سَمِعْتُ بُسْرَ بْنَ عُبَيْدِ اللهِ يَقُولُ : سَمِعْتُ أَبَا إِدْرِيسَ الْخَوْلاَنِيَّ يَقُولُ : حَدَّثَنِي النَّوَّاسُ بْنُ سِمْعَانَ الْكِلاَبِيُّ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا مِنْ قَلْبٍ إِلاَّ بَيْنَ إِصْبَعَيْنِ مِنْ أَصَابِعِ الرَّحْمَنِ ، إِنْ شَاءَ أَقَامَهُ ، وَإِنْ شَاءَ أَزَاغَهُ , وَكانَ رَسُولُ اللهِ صلَّى اللَّهُ عليْهِ وسلَّمَ يَقُولُ : يَا مُثبِّتَ الْقُلُوبِ ، ثبِّتْ قُلُوبَنَا عَلَى دِينِكَ , قَالَ : وَالْمِيزَانُ بِيَدِ الرَّحْمَنِ ، يَرْفَعُ أقْوَامًا وَيَخْفِضُ آخَرِينَ ، إِلَى يَوْمِ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, ən-Nəvvas ibn Səman əl-Kiləbi ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Elə bir qəlb yoxdur ki, ər-Rahmənin barmaqlarından iki barmağı arasında olmasın. İstəsə, doğru yolda sabit edər, istəsə, azdırar”. Allah Elçisi ﷺ belə deyərdi: “Ey qəlbləri sabit edən! Qəlbimizi dinin üzərində sabit et!” Həmçinin dedi: “Tərəzi ər-Rahmənin Əlindədir. Qiyamət gününə qədər bəzi qövmləri ucaldır, digərlərini isə alçaldır”.”

ən-Nəvvas ibn Səman əl-Kiləbi
Səhihİbn Məcə, 199 (Sünnə, 199)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ رَجَاءٍ ، حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ عُثْمَانَ , يَعْنِي ابْنَ الْمُغِيرَةِ الثَّقَفِيَّ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَعْرِضُ نَفْسَهُ عَلَى النَّاسِ فِي الْمَوْسِمِ ، فَيَقُولُ : أَلاَ رَجُلٌ يَحْمِلُنِي إِلَى قَوْمِهِ ، فَإِنَّ قُرَيْشًا قَدْ مَنَعُونِي أَنْ أُبَلِّغَ كَلاَمَ رَبِّي.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ həcc mövsümündə insanlara özü haqda deyərək buyurdu: “Məni öz qövmünə götürə bilən adam varmı? Həqiqətən, Qureyş mənə Rəbbimin kəlamını təbliğ etməyə mane oldu”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 201 (Sünnə, 201)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا الْوَزِيرُ بْنُ صَبِيحٍ ، حَدَّثَنَا يُونُسُ بْنُ حَلْبَسٍ ، عَنْ أُمِّ الدَّرْدَاءِ ، عَنْ أَبِي الدَّرْدَاءِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فِي قَوْلِهِ تَعَالَى : {كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ} قَالَ : مِنْ شَأْنِهِ أَنْ يَغْفِرَ ذَنْبًا ، وَيُفَرِّجَ كَرْبًا ، وَيَرْفَعَ قَوْمًا ، وَيَخْفِضَ آخَرِينَ.

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Allahın bu sözü “Allah hər gün bir işdədir” (ər-Rahmən, 29) haqda buyurdu: “Günahları bağışlaması, kədəri olanın kədərini aparması, bir toplumu yüksəldib digərini alçaltması Onun işlərindəndir”.”

Əbu əd-Dərdə
Həsənİbn Məcə, 202 (Sünnə, 202)

Fəsil 14

Yaxşı və pis yol qoyanlar

بَابُ مَنْ سَنَّ سُنَّةً حَسَنَةً أَوْ سَيِّئَةً

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا أَبُو عَوَانَةَ ، حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ عُمَيْرٍ ، عَنِ الْمُنْذِرِ بْنِ جَرِيرٍ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ سَنَّ سُنَّةً حَسَنَةً فَعُمِلَ بِهَا ، كَانَ لَهُ أَجْرُهَا وَمِثْلُ أَجْرِ مَنْ عَمِلَ بِهَا ، لاَ يَنْقُصُ مِنْ أُجُورِهِمْ شَيْئًا ، وَمَنْ سَنَّ سُنَّةً سَيِّئَةً فَعُمِلَ بِهَا ، كَانَ عَلَيْهِ وِزْرُهَا وَوِزْرُ مَنْ عَمِلَ بِهَا ، لاَ يَنْقُصُ مِنْ أَوْزَارِهِمْ شَيْئًا.

“əl-Munzir ibn Cərir atasının ﵁ belə buyurduğunu rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yaxşı bir yol qoyar və həmin yola əməl olunarsa, bu yolla gedənlərin savabından əskilməmək şərti ilə ona da savab verilər. Kim pis bir yol qoyar və bu yola əməl olunarsa, bu yolla gedənlərin günahından əskilməmək şərti ilə ona da günah yazılar”.”

əl-Munzir ibn Cərir atasından
Səhihİbn Məcə, 203 (Sünnə, 203)

حَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ عَبْدِ الصَّمَدِ بْنِ عَبْدِ الْوَارِثِ ، حَدَّثَنِي أَبِي , حَدَّثَنِي أَبِي ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَحَثَّ عَلَيْهِ ، فَقَالَ رَجُلٌ : عِنْدِي كَذَا وَكَذَا ، قَالَ ، فَمَا بَقِيَ فِي الْمَجْلِسِ رَجُلٌ إِلاَّ تَصَدَّقَ عَلَيْهِ بِمَا قَلَّ أَوْ كَثُرَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنِ اسْتَنَّ خَيْرًا فَاسْتُنَّ بِهِ ، كَانَ لَهُ أَجْرُهُ كَامِلاً ، وَمِنْ أُجُورِ مَنِ اسْتَنَّ بِهِ ، وَلاَ يَنْقُصُ مِنْ أُجُورِهِمْ شَيْئًا ، وَمَنِ اسْتَنَّ سُنَّةً سَيِّئَةً فَاسْتُنَّ بِهِ ، فَعَلَيْهِ وِزْرُهُ كَامِلاً ، وَمِنْ أَوْزَارِ الَّذِي اسْتَنَّ بِهِ ، وَلاَ يَنْقُصُ مِنْ أَوْزَارِهِمْ شَيْئًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi tələsərək Peyğəmbərin ﷺ yanına gəldi. Peyğəmbər onu yaxşı əməl etməyə həvəsləndirdi. Kişi dedi: “Mənim yanımda (sədəqə vermək üçün) filan və filan qədər mal var”. Ravi deyir: “Bu məclisdə elə bir kişi qalmadı ki, az və ya çox miqdarda sədəqə verməsin.” Allah Elçisi ﷺ dedi: “Kim xeyirli bir yol qoyar və onun qoyduğu bu yola əməl olunarsa, ona kamil şəkildə savab verilər. Həmin yola əməl edənlərin savabından əskilməmək şərti ilə ona da savab verilər. Kim pis bir yol qoyar və onun qoyduğu bu yola əməl olunarsa, ona kamil şəkildə günah yazılar. Həmin yola əməl edənlərin günahından əskilməmək şərti ilə ona da günah yazılar”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 204 (Sünnə, 204)

حَدَّثَنَا عِيسَى بْنُ حَمَّادٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ سَعْدِ بْنِ سِنَانٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَنَّهُ قَالَ : أَيُّمَا دَاعٍ دَعَا إِلَى ضَلاَلَةٍ فَاتُّبِعَ ، فَإِنَّ لَهُ مِثْلَ أَوْزَارِ مَنِ اتَّبَعَهُ ، وَلاَ يَنْقُصُ مِنْ أَوْزَارِهِمْ شَيْئًا ، وَأَيُّمَا دَاعٍ دَعَا إِلَى هُدًى فَاتُّبِعَ ، فَإِنَّ لَهُ مِثْلَ أُجُورِ مَنِ اتَّبَعَهُ ، وَلاَ يَنْقُصُ مِنْ أُجُورِهِمْ شَيْئًا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Elə bir zəlalətə çağıran yoxdur ki, ona tabe olunsun və ona tabe olanların günahlarından heç nə əskilmədən ona da günah yazılmasın. Həmçinin elə bir xeyirə çağıran yoxdur ki, ona tabe olunsun və ona tabe olanların savablarından heç nə əskilmədən ona da savab yazılmasın”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 205 (Sünnə, 205)

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي حَازِمٍ ، عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ دَعَا إِلَى هُدًى ، كَانَ لَهُ مِنَ الأَجْرِ مِثْلُ أُجُورِ مَنِ اتَّبَعَهُ ، لاَ يَنْقُصُ ذَلِكَ مِنْ أُجُورِهِمْ شَيْئًا ، وَمَنْ دَعَا إِلَى ضَلاَلَةٍ ، فَعَلَيْهِ مِنَ الإِثْمِ مِثْلُ آثَامِ مَنِ اتَّبَعَهُ ، لاَ يَنْقُصُ ذَلِكَ مِنْ آثَامِهِمْ شَيْئًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim haqq yola çağırarsa, ona bu yol ilə əməl edənlərin savabından heç bir şey əskilməmək şərti ilə savab yazılar. Kim zəlalət olan yola çağırarsa, ona bu yol ilə əməl edənlərin günahlarından heç bir şey əskilməmək şərti ilə günah yazılar”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 206 (Sünnə, 206)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، حَدَّثَنَا أَبُو إِسْرَائِيلَ ، عَنِ الْحَكَمِ ، عَنْ أَبِي جُحَيْفَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ سَنَّ سُنَّةً حَسَنَةً عُمِلَ بِهَا بَعْدَهُ ، كَانَ لَهُ أَجْرُهُ وَمِثْلُ أُجُورِهِمْ ، مِنْ غَيْرِ أَنْ يَنْقُصَ مِنْ أُجُورِهِمْ شَيْئًا ، وَمَنْ سَنَّ سُنَّةً سَيِّئَةً فَعُمِلَ بِهَا بَعْدَهُ ، كَانَ عَلَيْهِ وِزْرُهُ وَمِثْلُ أَوْزَارِهِمْ ، مِنْ غَيْرِ أَنْ يَنْقُصَ مِنْ أَوْزَارِهِمْ شَيْئًا.

“Rəvayət edilir ki, Əbu Cuheyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yaxşı bir yol qoyarsa, ondan sonra bu yola əməl olunarsa, bu yola əməl edənlərin savabından heç bir şey əskilməmək şərti ilə ona da savab verilər. Kim pis bir yol qoyarsa, ondan sonra bu yola əməl olunarsa, bu yola əməl edənlərin günahından heç bir şey əskilməmək şərti ilə ona da günah yazılar”.”

Əbu Cuheyfə
Səhihİbn Məcə, 207 (Sünnə, 207)

Fəsil 15

Unudulmuş bir sünnəni dirildən

بَابُ مَنْ أَحْيَا سُنَّةً قَدْ أُمِيتَتْ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، حَدَّثَنَا كَثِيرُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ عَوْفٍ الْمُزَنِيُّ , حَدَّثَنِي أَبِي ، عَنْ جَدِّي ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَحْيَا سُنَّةً مِنْ سُنَّتِي ، فَعَمِلَ بِهَا النَّاسُ ، كَانَ لَهُ مِثْلُ أَجْرِ مَنْ عَمِلَ بِهَا ، لاَ يَنْقُصُ مِنْ أُجُورِهِمْ شَيْئًا ، وَمَنِ ابْتَدَعَ بِدْعَةً ، فَعُمِلَ بِهَا ، كَانَ عَلَيْهِ أَوْزَارُ مَنْ عَمِلَ بِهَا ، لاَ يَنْقُصُ مِنْ أَوْزَارِ مَنْ عَمِلَ بِهَا شَيْئًا.

“Kəsir ibn Abdullah ibn Amr ibn Auf əl-Muzəni atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənim sünnəmdən birini dirildər, insanlar da ona əməl edərsə, həmin sünnəyə əməl edənlərin savablarından bir şey əskilməmək şərti ilə ona da savab yazılar. Kim bir bidət çıxarar və o bidətlə əməl edilərsə, həmin bidətə əməl edənlərin günahlarından bir şey əskilməmək şərti ilə ona da günah yazılar”.”

Kəsir ibn Abdullah ibn Amr ibn Auf əl-Muzəni atasından və babasından
Səhihİbn Məcə, 209 (Sünnə, 209)

Fəsil 16

Quranı öyrənən və öyrədənin fəziləti

بَابٌ : فِي فَضْلِ مَنْ تَعَلَّمَ الْقُرْآنَ وَعَلَّمَهُ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، حَدَّثَنَا شُعْبَةُ ، وَسُفْيَانُ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السُّلَمِيِّ ، عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : قَالَ شُعْبَةُ : خَيْرُكُمْ , وَقَالَ سُفْيَانُ : أَفْضَلُكُمْ مَنْ تَعَلَّمَ الْقُرْآنَ وَعَلَّمَهُ.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizin ən xeyirliniz” – Sufyanın rəvayətində “fəzilətliniz Quranı öyrənən və başqalarına öyrədəndir”.”

Osman ibn Əffan
Səhihİbn Məcə, 211 (Sünnə, 211)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السُّلَمِيِّ ، عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَفْضَلُكُمْ مَنْ تَعَلَّمَ الْقُرْآنَ وَعَلَّمَهُ.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizin ən fəzilətliniz Quranı öyrənən və başqalarına öyrədəndir”.”

Osman ibn Əffan
Səhihİbn Məcə, 212 (Sünnə, 212)

حَدَّثَنَا أَزْهَرُ بْنُ مَرْوَانَ ، حَدَّثَنَا الْحَارِثُ بْنُ نَبْهَانَ ، حَدَّثَنَا عَاصِمُ ابْنُ بَهْدَلَةَ ، عَنْ مُصْعَبِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : خِيَارُكُمْ مَنْ تَعَلَّمَ الْقُرْآنَ وَعَلَّمَهُ ، قَالَ : وَأَخَذَ بِيَدِي ، فَأَقْعَدَنِي مَقْعَدِي هَذَا أُقْرِئُ.

“Musab ibn Səd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizin ən xeyirliniz Quranı öyrənən və başqalarına öyrədəndir”. O dedi: “O, mənim əlimdən tutub burada otuzdurdu. O gündən bəri indiyənə qədər Quran oxuyuram”.”

Musab ibn Səd atasından
Səhihİbn Məcə, 213 (Sünnə, 213)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ شُعْبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَثَلُ الْمُؤْمِنِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الأُتْرُجَّةِ ، طَعْمُهَا طَيِّبٌ ، وَرِيحُهَا طَيِّبٌ ، وَمَثَلُ الْمُؤْمِنِ الَّذِي لاَ يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ التَّمْرَةِ ، طَعْمُهَا طَيِّبٌ ، وَلاَ رِيحَ لَهَا ، وَمَثَلُ الْمُنَافِقِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الرَّيْحَانَةِ ، رِيحُهَا طَيِّبٌ ، وَطَعْمُهَا مُرٌّ ، وَمَثَلُ الْمُنَافِقِ الَّذِي لاَ يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الْحَنْظَلَةِ ، طَعْمُهَا مُرٌّ ، وَلاَ رِيحَ لَهَا.

“Əbu Musa əl-Əşari ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Quran oxuyan möminin misalı turunc kimidir, onun dadı da xoşdur, qoxusu da. Quran oxumayan möminin misalı xurma kimidir, onun dadı gözəldir, amma qoxusu yoxdur. Quran oxuyan münafiqin misalı reyhan kimidir, onun qoxusu gözəl olsa da, dadı acıdır. Quran oxumayan münafiqin misalı turp kimidir, onun dadı acıdır, qoxusu isə yoxdur”.”

Əbu Musa əl-Əşari
Səhihİbn Məcə, 214 (Sünnə, 214)

حَدَّثَنَا بَكْرُ بْنُ خَلَفٍ أَبُو بِشْرٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ بُدَيْلٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ لِلَّهِ أَهْلِينَ مِنَ النَّاسِ , قَالُوا : يَا رَسُولَ اللهِ ، مَنْ هُمْ ؟ قَالَ : هُمْ أَهْلُ الْقُرْآنِ ، أَهْلُ اللهِ وَخَاصَّتُهُ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, insanlar arasında Allahın xüsusi qulları var”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, onlar kimlərdir?” Allah Elçisi ﷺ buyurdu: “Onlar Quran əhli, Allaha yaxın insanlar və Onun xüsusi qullarıdır”.”

Ənəs ibn Malik
Zəifİbn Məcə, 215 (Sünnə, 215)

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عَامِرِ بْنِ وَاثِلَةَ أَبِي الطُّفَيْلِ ، أَنَّ نَافِعَ بْنَ عَبْدِ الْحَارِثِ ، لَقِيَ عُمَرَ بْنَ الْخَطَّابِ بِعُسْفَانَ ، وَكَانَ عُمَرُ اسْتَعْمَلَهُ عَلَى مَكَّةَ ، فَقَالَ عُمَرُ : مَنِ اسْتَخْلَفْتَ عَلَى أَهْلِ الْوَادِي ؟ قَالَ : اسْتَخْلَفْتُ عَلَيْهِمُ ابْنَ أَبْزَى ، قَالَ : وَمَنِ ابْنُ أَبْزَى ؟ قَالَ : رَجُلٌ مِنْ مَوَالِينَا ، قَالَ عُمَرُ : فَاسْتَخْلَفْتَ عَلَيْهِمْ مَوْلًى ؟ قَالَ : إِنَّهُ قَارِئٌ لِكِتَابِ اللهِ تَعَالَى ، عَالِمٌ بِالْفَرَائِضِ ، قَاضٍ ، قَالَ عُمَرُ : أَمَا إِنَّ نَبِيَّكُمْ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ يَرْفَعُ بِهَذَا الْكِتَابِ أَقْوَامًا ، وَيَضَعُ بِهِ آخَرِينَ.

“Amir ibn Vasilə Əbu ət-Tufeyl ﵀ rəvayət edir ki, bir dəfə Nafi ibn Abdul-Haris “Usfan” adlı yerdə Ömər ibn əl-Xattabla rastlaşdı. O vaxt Ömər onu Məkkənin valisi təyin etmişdi. Ömər ona dedi: “Özünün əvəzinə vadi əhlinin üzərinə kimi təyin etdin?” Nafi dedi: “Onların üzərində öz əvəzimə İbn Əbzəni təyin etmişəm”. Ömər dedi: “İbn Əbzə kimdir?” Nafi dedi: “İbn Əbzə bizim azad etdiyimiz kölədir”. Ömər dedi: “Öz əvəzinə azad etdiyin kölənimi qoymusan?” Nafi dedi: “O, Uca Allahın Kitabını oxuyan, miras məsələsini bilən, (hökm verməyi bacaran) qazıdır”. Ömər dedi: “Bilin ki, sizin Peyğəmbəriniz ﷺ belə buyurmuşdur: “Həqiqətən, Allah bu Kitabla bəzi qövmləri ucaldır, bəzilərini isə alçaldır”.”

Amir ibn Vasilə Əbu ət-Tufeyl
Səhihİbn Məcə, 218 (Sünnə, 218)

Fəsil 17

Alimlərin fəziləti və elm öyrənməyə təşviq etmək

بَابُ فَضْلِ الْعُلَمَاءِ وَالْحَثِّ عَلَى طَلَبِ الْعِلْمِ

حَدَّثَنَا بَكْرُ بْنُ خَلَفٍ أَبُو بِشْرٍ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah kimə xeyir istəyərsə, onu dində anlayışlı edər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 220 (Sünnə, 220)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا مَرْوَانُ بْنُ جَنَاحٍ ، عَنْ يُونُسَ بْنِ مَيْسَرَةَ بْنِ حَلْبَسٍ ، أَنَّهُ حَدَّثَهُ قَالَ : سَمِعْتُ مُعَاوِيَةَ بْنَ أَبِي سُفْيَانَ يُحَدِّثُ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّهُ قَالَ : الْخَيْرُ عَادَةٌ ، وَالشَّرُّ لَجَاجَةٌ ، وَمَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ.

“Muaviyə ibn Əbu Sufyan ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Xeyir bir adətdir. Şər isə düşmənçilikdir. Allah kimə xeyir istəyərsə, onu dində anlayışlı edər”.”

Muaviyə ibn Əbu Sufyan
Həsənİbn Məcə, 221 (Sünnə, 221)

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ دَاوُدَ ، عَنْ عَاصِمِ بْنِ رَجَاءِ بْنِ حَيْوَةَ ، عَنْ دَاوُدَ بْنِ جَمِيلٍ ، عَنْ كَثِيرِ بْنِ قَيْسٍ ، قَالَ : كُنْتُ جَالِسًا عِنْدَ أَبِي الدَّرْدَاءِ فِي مَسْجِدِ دِمَشْقَ ، فَأَتَاهُ رَجُلٌ ، فَقَالَ : يَا أَبَا الدَّرْدَاءِ ، أَتَيْتُكَ مِنَ الْمَدِينَةِ ، مَدِينَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؛ لِحَدِيثٍ بَلَغَنِي أَنَّكَ تُحَدِّثُ بِهِ عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , قَالَ : فَمَا جَاءَ بِكَ تِجَارَةٌ ؟ قَالَ : لاَ ، قَالَ : وَلاَ جَاءَ بِكَ غَيْرُهُ ؟ قَالَ : لاَ ، قَالَ : فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ سَلَكَ طَرِيقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا ، سَهَّلَ اللَّهُ لَهُ طَرِيقًا إِلَى الْجَنَّةِ ، وَإِنَّ الْمَلاَئِكَةَ لَتَضَعُ أَجْنِحَتَهَا رِضًا لِطَالِبِ الْعِلْمِ ، وَإِنَّ طَالِبَ الْعِلْمِ يَسْتَغْفِرُ لَهُ مَنْ فِي السَّمَاءِ وَالأَرْضِ ، حَتَّى الْحِيتَانُ فِي الْمَاءِ ، وَإِنَّ فَضْلَ الْعَالِمِ عَلَى الْعَابِدِ كَفَضْلِ الْقَمَرِ عَلَى سَائِرِ الْكَوَاكِبِ ، إِنَّ الْعُلَمَاءَ هُمْ وَرَثَةُ الأَنْبِيَاءِ ، إِنَّ الأَنْبِيَاءَ لَمْ يُوَرِّثُوا دِينَارًا وَلاَ دِرْهَمًا ، إِنَّمَا وَرَّثُوا الْعِلْمَ ، فَمَنْ أَخَذَهُ أَخَذَ بِحَظٍّ وَافِرٍ.

“Rəvayət edilir ki, Kəsir ibn Qeys ﵀ demişdir: “Bir dəfə mən Dəməşq məscidində Əbu əd-Dərdənin yanında oturmuşdum. Bu əsnada bir kişi onun yanına gələrək dedi: “Ey Əbud-Dərdə! Mən sənin yanına Allah Elçisinin ﷺ şəhəri olan Mədinədən Peyğəmbərin ﷺ hədisini eşitmək üçün gəlmişəm. Əbu əd-Dərdə ona dedi: “Sən bura ticarət üçün gəlməmisən?” O dedi: “Xeyr!” Əbu əd-Dərdə dedi: “Başqa bir şey üçün gəlməmisən?” O dedi: “Xeyr!” Əbu əd-Dərdə dedi: “Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim elm öyrənmək məqsədilə yola çıxarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Həqiqətən, mələklər elm tələb edəndən məmnun olduqları üçün qanadlarını yerə sərərlər. Göylərdə və yerdə olan hər kəs – suda olan balinalar belə elm tələb edən üçün bağışlanma diləyərlər. Alimin abid (ibadət edən) üzərindəki üstünlüyü ayın ulduzlar üzərindəki üstünlüyü kimidir. Həqiqətən, alimlər peyğəmbərlərin varisləridirlər. Peyğəmbərlər dinar və dirhəm miras qoymamışlar, onların miras qoyduqları yalnız elmdir. Kim onu (elmi) götürərsə, artıq tükənməyən bir pay götürmüş olar”.”

Kəsir ibn Qeys
Səhihİbn Məcə, 223 (Sünnə, 223)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ نَفَّسَ عَنْ مُسْلِمٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا ، نَفَّسَ اللَّهُ عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ ، وَمَنْ سَتَرَ مُسْلِمًا , سَتَرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالآخِرَةِ ، وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ , يَسَّرَ اللَّهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالآخِرَةِ ، وَاللَّهُ فِي عَوْنِ الْعَبْدِ مَا كَانَ الْعَبْدُ فِي عَوْنِ أَخِيهِ ، وَمَنْ سَلَكَ طَرِيقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا ، سَهَّلَ اللَّهُ لَهُ بِهِ طَرِيقًا إِلَى الْجَنَّةِ ، وَمَا اجْتَمَعَ قَوْمٌ فِي بَيْتٍ مِنْ بُيُوتِ اللهِ ، يَتْلُونَ كِتَابَ اللهِ ، فَيَتَدَارَسُونَهُ بَيْنَهُمْ ، إِلاَّ حَفَّتْهُمُ الْمَلاَئِكَةُ ، وَنَزَلَتْ عَلَيْهِمُ السَّكِينَةُ ، وَغَشِيَتْهُمُ الرَّحْمَةُ ، وَذَكَرَهُمُ اللَّهُ فِيمَنْ عِنْدَهُ ، وَمَنْ أَبْطَأَ بِهِ عَمَلُهُ , لَمْ يُسْرِعْ بِهِ نَسَبُهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir müsəlmanı dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim müsəlmanın eyibini (xətasını) örtərsə, Allah da dünyada və Axirətdə onun eyibini (xətasını) örtər. Kim çətinliyə düşənə yüngüllük göstərərsə, Allah da ona dünyada və Axirətdə asanlıq göstərər. Qul öz (müsəlman) qardaşına yardım etdikcə, Allah da ona yardım etməyə davam edər. Kim elm öyrənmək üçün bir yola çıxarsa, Allah da ona Cənnətə aparan yolu asanlaşdırar. Hər hansı bir qövm Allahın evlərindən birində toplanıb Allahın Kitabını oxuyar və öyrənərlərsə, mələklər onları əhatə edərlər. Şübhəsiz, onların üzərinə sükunət enər və onları rəhmət bürüyər. Allah onları Öz dərgahında olanların yanında yad edər. Kim əməl etməkdə geri qalarsa, nəsəbi onu irəli sala bilməz”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 225 (Sünnə, 225)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنْ عَاصِمِ بْنِ أَبِي النَّجُودِ ، عَنْ زِرِّ بْنِ حُبَيْشٍ ، قَالَ : أَتَيْتُ صَفْوَانَ بْنَ عَسَّالٍ الْمُرَادِيَّ ، فَقَالَ : مَا جَاءَ بِكَ ؟ قُلْتُ : أَنْبِطُ الْعِلْمَ ، قَالَ : فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا مِنْ خَارِجٍ خَرَجَ مِنْ بَيْتِهِ فِي طَلَبِ الْعِلْمِ ، إِلاَّ وَضَعَتْ لَهُ الْمَلاَئِكَةُ أَجْنِحَتَهَا رِضًا بِمَا يَصْنَعُ.

“Rəvayət edilir ki, Zirr ibn Hubeyş ﵀ demişdir: “Mən Safvən ibn Assəl əl-Muradinin yanına gəldikdə o dedi: “Bura nəyə görə gəlmisən?” Mən dedim: “Elm almaq üçün”. O dedi: Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim elm öyrənmək məqsədilə evindən çıxarsa, mələklər onun etdiyindən məmnun olduqları üçün qanadlarını yerə sərərlər”.”

Zirr ibn Hubeyş
Səhihİbn Məcə, 226 (Sünnə, 226)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، عَنْ حُمَيْدِ بْنِ صَخْرٍ ، عَنِ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ جَاءَ مَسْجِدِي هَذَا ، لَمْ يَأْتِهِ إِلاَّ لِخَيْرٍ يَتَعَلَّمُهُ أَوْ يُعَلِّمُهُ ، فَهُوَ بِمَنْزِلَةِ الْمُجَاهِدِ فِي سَبِيلِ اللهِ ، وَمَنْ جَاءَ لِغَيْرِ ذَلِكَ ، فَهُوَ بِمَنْزِلَةِ الرَّجُلِ يَنْظُرُ إِلَى مَتَاعِ غَيْرِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim yalnız xeyir öyrənmək və ya öyrətmək məqsədilə mənim bu məscidimə gələrsə, o kimsə Allah yolunda savaşan mücahidin məqamındadır. Kim də bundan başqa bir məqsədlə gələrsə, özgəsinin var-dövlətinə baxan adamın məqamındadır”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 227 (Sünnə, 227)

Fəsil 18

Elmi yayan

بَابُ مَنْ بَلَّغَ عِلْمًا

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، حَدَّثَنَا لَيْثُ بْنُ أَبِي سُلَيْمٍ ، عَنْ يَحْيَى بْنِ عَبَّادٍ أَبِي هُبَيْرَةَ الأَنْصَارِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : نَضَّرَ اللَّهُ امْرَءًا سَمِعَ مَقَالَتِي فَبَلَّغَهَا ، فَرُبَّ حَامِلِ فِقْهٍ لَيْسَ بِفَقِيهٍ ، وَرُبَّ حَامِلِ فِقْهٍ إِلَى مَنْ هُوَ أَفْقَهُ مِنْهُ. زَادَ فِيهِ عَلِيُّ بْنُ مُحَمَّدٍ : ثَلاَثٌ لاَ يَغِلُّ عَلَيْهِنَّ قَلْبُ امْرِئٍ مُسْلِمٍ : إِخْلاَصُ الْعَمَلِ لِلَّهِ ، وَالنُّصْحُ لأَئِمَّةِ الْمُسْلِمِينَ ، وَلُزُومُ جَمَاعَتِهِمْ.

“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah məndən bir hədis eşidib onu olduğu kimi çatdıranın üzünü ağ etsin! Bəzən elmi çatdıranın özü anlayışlı olmasa da, bu elmi ondan daha anlayışlı olana çatdırar”. Rəvilərdən biri Əli ibn Muhəmməd əlavə edərək dedi: “Müsəlman kişinin qəlbində bu üç şey olduğu müddətcə xainlik etməz: əməli Allah üçün – ixlasla etmək, müsəlmanların rəhbərlərinə nəsihət etmək (onlara qarşı səmimi olmaq) və camaatdan ayrılmamaq”.”

Zeyd ibn Sabit
Səhihİbn Məcə, 230 (Sünnə, 230)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبِي ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَبْدِ السَّلاَمِ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : قَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالْخَيْفِ مِنْ مِنًى ، فَقَالَ : نَضَّرَ اللَّهُ امْرَءًا سَمِعَ مَقَالَتِي فَبَلَّغَهَا ، فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرِ فَقِيهٍ ، وَرُبَّ حَامِلِ فِقْهٍ إِلَى مَنْ هُوَ أَفْقَهُ مِنْهُ.

“Muhəmməd ibn Cubeyr ibn Mutim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Minada dağın ətəyində ayağa qalxıb dedi: “Mənim sözümü eşidib onu olduğu kimi çatdıran kişinin Allah üzünü ağ etsin! Ola bilsin ki, (hədisi) eşidən anlayışlı olmasın və onu özündən daha anlayışlı bir kimsəyə çatdırsın”.”

Muhəmməd ibn Cubeyr ibn Mutim atasından
Səhihİbn Məcə, 231 (Sünnə, 231)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ الْوَلِيدِ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سِمَاكٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِيهِ ، أنَّ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : نَضَّرَ اللَّهُ امْرَءًا سَمِعَ مِنَّا حَدِيثًا فَبَلَّغَهُ ، فَرُبَّ مُبَلَّغٍ أَحْفَظُ مِنْ سَامِعٍ.

“Abdur-Rahmən ibn Abdullah atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bizdən bir hədis eşidib onu olduğu kimi çatdıranın Allah üzünü ağ etsin! Bəzən onu eşidən çatdırandan daha hafizəli olur”.”

Abdur-Rahmən ibn Abdullah atasından
Səhihİbn Məcə, 232 (Sünnə, 232)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، أَمْلاَهُ عَلَيْنَا ، حَدَّثَنَا قُرَّةُ بْنُ خَالِدٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِيرِينَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرَةَ ، عَنْ أَبِيهِ ، وَعَنْ رَجُلٍ آخَرَ ، هُوَ أَفْضَلُ فِي نَفْسِي مِنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرَةَ ، عَنْ أَبِي بَكْرَةَ ، قَالَ : خَطَبَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ النَّحْرِ ، فَقَالَ : لِيُبَلِّغِ الشَّاهِدُ الْغَائِبَ ، فَإِنَّهُ رُبَّ مُبَلَّغٍ يَبْلُغُهُ أَوْعَى لَهُ مِنْ سَامِعٍ.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Allah Elçisi ﷺ Qurban bayramı günü xütbə verərək belə buyurdu: “Burada olanlar olmayanlara təbliğ etsinlər. Həqiqətən, təbliğ olunan təbliğ edəndən daha anlayışlı ola bilər”.”

Əbu Bəkratə
Səhihİbn Məcə, 233 (Sünnə, 233)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ (ح) وَحَدَّثَنَا إِسْحاقُ بْنُ مَنْصُورٍ ، أَنْبَأَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ ، عَنْ بَهْزِ بْنِ حَكِيمٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ مُعَاوِيَةَ الْقُشَيْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَلاَ لِيُبَلِّغِ الشَّاهِدُ الْغَائِبَ.

“Rəvayət edilir ki, Muaviyə əl-Quşeyriyyə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qoy burada olanlar burada olmayanlara çatdırsın”.”

Muaviyə əl-Quşeyriyyə
Səhihİbn Məcə, 234 (Sünnə, 234)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، أَخْبَرَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ , حَدَّثَنِي قُدَامَةُ بْنُ مُوسَى ، عَنْ مُحَمَّدِ بْنِ الْحُصَيْنِ التَّمِيمِيِّ ، عَنْ أَبِي عَلْقَمَةَ ، مَوْلَى ابْنِ عَبَّاسٍ ، عَنْ يَسَارٍ ، مَوْلَى ابْنِ عُمَرَ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لِيُبَلِّغْ شَاهِدُكُمْ غَائِبَكُمْ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qoy burada olanlar burada olmayanlara çatdırsın”.”

İbn Ömər
Səhihİbn Məcə, 235 (Sünnə, 235)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا مُبَشِّرُ بْنُ إِسْمَاعِيلَ الْحَلَبِيُّ ، عَنْ مُعَانِ بْنِ رِفَاعَةَ ، عَنْ عَبْدِ الْوَهَّابِ بْنِ بُخْتٍ الْمَكِّيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : نَضَّرَ اللَّهُ عَبْدًا سَمِعَ مَقَالَتِي فَوَعَاهَا ، ثُمَّ بَلَّغَهَا عَنِّي ، فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرِ فَقِيهٍ ، وَرُبَّ حَامِلِ فِقْهٍ إِلَى مَنْ هُوَ أَفْقَهُ مِنْهُ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Məndən bir hədis eşidib onu yadda saxlayaraq başqalarına çatdıranın Allah üzünü ağ etsin! Ola bilsin ki, (hədisi) eşidən anlayışlı olmasın və onu özündən daha anlayışlı bir kimsəyə çatdırsın”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 236 (Sünnə, 236)

Fəsil 19

Xeyrin açarı olan

بَابُ مَنْ كَانَ مِفْتَاحًا لِلْخَيْرِ

حَدَّثَنَا الْحُسَيْنُ بْنُ الْحَسَنِ الْمَرْوَزِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عَدِيٍّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي حُمَيْدٍ ، حَدَّثَنَا حَفْصُ بْنُ عُبَيْدِ اللهِ بْنِ أَنَسٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ مِنَ النَّاسِ مَفَاتِيحَ لِلْخَيْرِ ، مَغَالِيقَ لِلشَّرِّ ، وَإِنَّ مِنَ النَّاسِ مَفَاتِيحَ لِلشَّرِّ , مَغَالِيقَ لِلْخَيْرِ ، فَطُوبَى لِمَنْ جَعَلَ اللَّهُ مَفَاتِيحَ الْخَيْرِ عَلَى يَدَيْهِ ، وَوَيْلٌ لِمَنْ جَعَلَ اللَّهُ مَفَاتِيحَ الشَّرِّ عَلَى يَدَيْهِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, insanlardan xeyrə açar olanlar və şərə qıfıl olanlar var. Həmçinin insanlardan şərə açar olanlar və xeyrə qıfıl olanlar var. Allahın xeyir qapılarına açar etdiyi bəndələrinə Tubə olsun! Allahın şər qapılarına açar etdiyi bəndələrinə də vay olsun!””

Ənəs ibn Malik
Həsənİbn Məcə, 237 (Sünnə, 237)

حَدَّثَنَا هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِيُّ أَبُو جَعْفَرٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِنَّ لِهَذَا الْخَيْرِ خَزَائِنَ ، وَلِتِلْكَ الْخَزَائِنِ مَفَاتِيحَ ، فَطُوبَى لِعَبْدٍ جَعَلَهُ اللَّهُ مِفْتَاحًا لِلْخَيْرِ ، مِغْلاَقًا لِلشَّرِّ ، وَوَيْلٌ لِعَبْدٍ جَعَلَهُ اللَّهُ مِفْتَاحًا لَلشَّرِّ ، مِغْلاَقًا لِلْخَيْرِ.

“Səhl ibn Səd ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, xeyirli işlərdə xəzinələr var. Həmin xəzinələrdə isə açarlar var. Allahın xeyir qapılarına açar, şər qapılarına kilid etdiyi bəndələrinə Tubə olsun! Allahın şər qapılarına açar, xeyir qapılarına isə kilid etdiyi bəndələrinə də vay olsun!””

Səhl ibn Səd
Zəifİbn Məcə, 238 (Sünnə, 238)

Fəsil 20

İnsanlara xeyir öyrədənin savabı

بَابُ ثَوَابِ مُعَلِّمِ النَّاسَ الْخَيْرَ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ ، عَنْ عُثْمَانَ بْنِ عَطَاءٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي الدَّرْدَاءِ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : إِنَّهُ لَيَسْتَغْفِرُ لِلْعَالِمِ مَنْ فِي السَّمَاوَاتِ ، وَمَنْ فِي الأَرْضِ ، حَتَّى الْحِيتَانُ فِي الْبَحْرِ.

“Rəvayət edilir ki, Əbu əd-Dərdə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Həqiqətən, alim üçün göylərdə və yerdə olan nə varsa, hətta dənizdəki balinalar belə bağışlanma diləyər”.”

Əbu əd-Dərdə
Səhihİbn Məcə, 239 (Sünnə, 239)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عِيسَى الْمِصْرِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، عَنْ يَحْيَى بْنِ أَيُّوبَ ، عَنْ سَهْلِ بْنِ مُعَاذِ بْنِ أَنَسٍ ، عَنْ أَبِيهِ ؛ أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ عَلَّمَ عِلْمًا , فَلَهُ أَجْرُ مَنْ عَمِلَ بِهِ ، لاَ يَنْقُصُ مِنْ أَجْرِ الْعَامِلِ.

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim bir elm öyrədərsə, ona öyrətdiyi elmə əməl edənin savabı verilər və (bu elmə) əməl edənin savabından heç bir şey əskilməz”.”

Səhl ibn Muaz ibn Ənəs atasından
Həsənİbn Məcə, 240 (Sünnə, 240)

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبِي كَرِيمَةَ الْحَرَّانِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحِيمِ , حَدَّثَنِي زَيْدُ بْنُ أَبِي أُنيْسَةَ ، عَنْ زيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : خَيْرُ مَا يُخَلِّفُ الرَّجُلُ مِنْ بَعْدِهِ ثَلاَثٌ : وَلَدٌ صَالِحٌ يَدْعُو لَهُ ، وَصَدَقَةٌ تَجْرِي يَبْلُغُهُ أَجْرُهَا ، وَعِلْمٌ يُعْمَلُ بِهِ بَعْدَهُ. قَالَ أَبُو الْحَسَنِ : وَحَدَّثَنَا أَبُو حَاتِمٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَزِيدَ بْنِ سِنَانٍ الرُّهَاوِيُّ ، حَدَّثَنَا يَزِيدُ بْنُ سِنَانٍ ، يَعْنِي أَبَاهُ , حَدَّثَنِي زَيْدُ بْنُ أَبِي أُنَيْسَةَ ، عَنْ فُلَيْحِ بْنِ سُلَيْمَانَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَذَكَرَ نَحْوَهُ.

“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Öləndən sonra kişiyə ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən əməlisaleh övlad, ona savabı çatan (mükafatı kəsilməyən) sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm”.”

Abdullah ibn Əbu Qatədə atasından
Səhihİbn Məcə, 241 (Sünnə, 241)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ وَهْبِ بْنِ عَطِيَّةَ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا مَرْزُوقُ بْنُ أَبِي الْهُذَيْلِ , حَدَّثَنِي الزُّهْرِيُّ , حَدَّثَنِي أَبُو عَبْدِ اللهِ الأَغَرُّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ مِمَّا يَلْحَقُ الْمُؤْمِنَ مِنْ عَمَلِهِ وَحَسَنَاتِهِ بَعْدَ مَوْتِهِ : عِلْمًا نَشَرَهُ ، وَوَلَدًا صَالِحًا تَرَكَهُ ، وَمُصْحَفًا وَرَّثَهُ ، أَوْ مَسْجِدًا بَنَاهُ ، أَوْ بَيْتًا لاِبْنِ السَّبِيلِ بَنَاهُ ، أَوْ نَهْرًا أَجْرَاهُ ، أَوْ صَدَقَةً أَخْرَجَهَا مِنْ مَالِهِ فِي صِحَّتِهِ وَحَيَاتِهِ ، تَلْحَقُهُ مِنْ بَعْدِ مَوْتِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ölümündən sonra möminə əməllərindən və yaxşılıqlarından bunlar çatır: yaydığı elm, geriyə buraxdığı əməlisaleh övlad, miras olaraq buraxdığı mushaf (Quran kitabı), tikdirdiyi məscid, səfərdə olanlar üçün tikdirdiyi ev, qazdırdığı su quyusu, sağlam və sağ ikən çıxardığı sədəqə. Bunlardan hansını etmişsə, ölümündən sonra savabı ona çatır”.”

Əbu Hureyra
Həsənİbn Məcə, 242 (Sünnə, 242)

Fəsil 21

Yol gedərkən öndə getməyin qınanması

بَابُ مَنْ كَرِهَ أَنْ يُوطَأَ عَقِبَاهُ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُوَيْدُ بْنُ عَمْرٍو ، عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ شُعَيْبِ بْنِ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، عَنْ أَبِيهِ ، قَالَ : مَا رُئِيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَأْكُلُ مُتَّكِئًا قَطُّ ، وَلاَ يَطَأُ عَقِبَيْهِ رَجُلاَنِ. قَالَ أَبُو الْحَسَنِ : وَحَدَّثَنَا خَازِمُ بْنُ يَحْيَى ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْحَجَّاجِ السَّامِيُّ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ. قَالَ أَبُو الْحَسَنِ : وَحَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ نَصْرٍ الْهَمْدَانِيُّ ، صَاحِبُ الْقَفِيزِ ، حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ.

“Şueyb ibn Abdullah ibn Amr ﵄ rəvayət edir ki, atası demişdir: “Allah Elçisinin ﷺ heç vaxt söykənərək yemək yediyini və yol əsnasında iki nəfəri arxada qoyaraq özünün öndə getdiyini görmədim”.”

Şueyb ibn Abdullah ibn Amr
Səhihİbn Məcə, 244 (Sünnə, 244)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنِ الأَسْوَدِ بْنِ قَيْسٍ ، عَنْ نُبَيْحٍ الْعَنَزِيِّ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا مَشَى مَشَى أَصْحَابُهُ أَمَامَهُ , وَتَرَكُوا ظَهْرَهُ لِلْمَلاَئِكَةِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ yol gedəndə səhabələri onun önündə gedərdilər, onun kürəyini isə mələklər üçün tərk edərdilər”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 246 (Sünnə, 246)

Fəsil 22

Elm tələb etməyin vəsiyyət edilməsi

بَابُ الْوَصَاةِ بِطَلَبَةِ الْعِلْمِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَارِثِ بْنِ رَاشِدٍ الْمِصْرِيُّ ، حَدَّثَنَا الْحَكَمُ بْنُ عَبْدَةَ ، عَنْ أَبِي هَارُونَ الْعَبْدِيِّ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : سَيَأْتِيكُمْ أَقْوَامٌ يَطْلُبُونَ الْعِلْمَ ، فَإِذَا رَأَيْتُمُوهُمْ فَقُولُوا لَهُمْ : مَرْحَبًا مَرْحَبًا بِوَصِيَّةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَاقْنُوهُمْ. قُلْتُ لِلْحَكَمِ : مَا اقْنُوهُمْ ؟ قَالَ : عَلِّمُوهُمْ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizin yanınıza elm tələb etmək üçün qövmlər gələcək. Onları gördükdə deyin: “Xoş gəlmişsiniz, Allah Elçisinin ﷺ tövsiyə etdiyi camaat, xoş gəlmişsiniz!” Onları razı salın!” Mən ravi əl-Həkəmə dedim: “Onları razı salın!” nə deməkdir?” O dedi: “Onlara elm öyrədin”.”

Əbu Səid əl-Xudri
Həsənİbn Məcə, 247 (Sünnə, 247)

Fəsil 23

Elmdən faydalanmaq və elmlə əməl etmək

بَابُ الاِنْتِفَاعِ بِالْعِلْمِ وَالْعَمَلِ به

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : كَانَ مِنْ دُعَاءِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لاَ يَنْفَعُ ، وَمِنْ دُعَاءٍ لاَ يُسْمَعُ ، وَمِنْ قَلْبٍ لاَ يَخْشَعُ ، وَمِنْ نَفْسٍ لاَ تَشْبَعُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bu dua Peyğəmbərin ﷺ dualarından idi: “Allahım, fayda verməyən elmdən, qəbul olmayan duadan, qorxmayan qəlbdən, doymayan nəfsdən Sənə sığınıram!””

Əbu Hureyra
Səhihİbn Məcə, 250 (Sünnə, 250)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ مُوسَى بْنِ عُبَيْدَةَ ، عَنْ مُحَمَّدِ بْنِ ثَابِتٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : اللَّهُمَّ انْفَعْنِي بِمَا عَلَّمْتَنِي ، وَعَلِّمْنِي مَا يَنْفَعُنِي ، وَزِدْنِي عِلْمًا ، وَالْحَمْدُ لِلَّهِ عَلَى كُلِّ حَالٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Allahım! Öyrətdiklərinlə mənə fayda ver, fayda verəcək şeyləri mənə öyrət və elmimi artır! Hər bir hala görə Allaha həmd olsun!””

Əbu Hureyra
Səhihİbn Məcə, 251 (Sünnə, 251)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يُونُسُ بْنُ مُحَمَّدٍ ، وَسُرَيْجُ بْنُ النُّعْمَانِ ، قَالاَ : حَدَّثَنَا فُلَيْحُ بْنُ سُلَيْمَانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ مَعْمَرٍ أَبِي طُوَالَةَ ، عَنْ سَعِيدِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ تَعَلَّمَ عِلْمًا مِمَّا يُبْتَغَى بِهِ وَجْهُ اللهِ ، لاَ يَعْلَمُهُ إِلاَّ لِيُصِيبَ بِهِ عَرَضًا مِنَ الدُّنْيَا ، لَمْ يَجِدْ عَرْفَ الْجَنَّةِ يَوْمَ الْقِيَامَةِ , يَعْنِي رِيحَهَا. قَالَ أَبُو الْحَسَنِ : حَدَّثَنَا أَبُو حَاتِمٍ ، حَدَّثَنَا سَعِيدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا فُلَيْحُ بْنُ سُلَيْمَانَ ، فَذَكَرَ نَحْوَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah rizası üçün öyrəniləsi elmi dünya mənfəəti üçün öyrənərsə, Qiyamət günü Cənnətin qoxusunu belə duymayacaq”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 252 (Sünnə, 252)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا حَمَّادُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، حَدَّثَنَا أَبُو كَرِبٍ الأَزْدِيُّ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ طَلَبَ الْعِلْمَ لِيُمَارِيَ بِهِ السُّفَهَاءَ ، أَوْ لِيُبَاهِيَ بِهِ الْعُلَمَاءَ ، أَوْ لِيَصْرِفَ وُجُوهَ النَّاسِ إِلَيْهِ ، فَهُوَ فِي النَّارِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim səfehlərlə mübahisə etmək və ya alimlər arasında öyünmək, yaxud insanların diqqətini özünə tərəf yönəltmək məqsədilə elm öyrənərsə, o, Cəhənnəmlikdir”.”

İbn Ömər
Həsənİbn Məcə, 253 (Sünnə, 253)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا ابْنُ أَبِي مَرْيَمَ ، أَخْبَرَنَا يَحْيَى بْنُ أَيُّوبَ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ تَعَلَّمُوا الْعِلْمَ لِتُبَاهُوا بِهِ الْعُلَمَاءَ ، وَلاَ لِتُمَارُوا بِهِ السُّفَهَاءَ ، وَلاَ تَخَيَّرُوا بِهِ الْمَجَالِسَ ، فَمَنْ فَعَلَ ذَلِكَ فَالنَّارُ النَّارُ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Alimlər arasında öyünmək, səfehlərlə mübahisə etmək və məclislərdə üstünlük əldə etmək məqsədilə elm öyrənməyin! Kim belə edərsə, onun üçün Cəhənnəm odu var”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 254 (Sünnə, 254)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَالْحُسَيْنُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ مُعَاوِيَةَ النَّصْرِيِّ ، عَنْ نَهْشَلٍ ، عَنِ الضَّحَّاكِ ، عَنِ الأَسْوَدِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : لَوْ أَنَّ أَهْلَ الْعِلْمِ صَانُوا الْعِلْمَ ، وَوَضَعُوهُ عِنْدَ أَهْلِهِ ، لَسَادُوا بِهِ أَهْلَ زَمَانِهِمْ ، وَلَكِنَّهُمْ بَذَلُوهُ لأَهْلِ الدُّنْيَا , لِيَنَالُوا بِهِ مِنْ دُنْيَاهُمْ ، فَهَانُوا عَلَيْهِمْ ، سَمِعْتُ نَبِيَّكُمْ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ جَعَلَ الْهُمُومَ هَمًّا وَاحِدًا ، هَمَّ آخِرَتِهِ ، كَفَاهُ اللَّهُ هَمَّ دُنْيَاهُ ، وَمَنْ تَشَعَّبَتْ بِهِ الْهُمُومُ فِي أَحْوَالِ الدُّنْيَا , لَمْ يُبَالِ اللَّهُ فِي أَيِّ أَوْدِيَتِهَا هَلَكَ. قَالَ أَبُو الْحَسَنِ : حَدَّثَنَا خَازِمُ بْنُ يَحْيَى ، حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ مُعَاوِيَةَ النَّصْرِيِّ ، وَكَانَ ثِقَةً ، ثُمَّ ذَكَرَ الْحَدِيثَ نَحْوَهُ بِإِسْنَادِهِ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Alimlər elmin dəyərini bilib onu elmin dəyərini bilənlərə çatdırsaydılar, dövrlərinin ən üstünləri olardılar. Lakin alimlər yiyələndikləri elmi dünya mənfəəti əldə etmək üçün dünya mənfəətinin ardı ilə gedənlərə verməyə başladılar. Buna görə də alçaldılar. Mən sizin Peyğəmbərinizin ﷺ belə buyurduğunu eşitdim: “Kimin dərd-qəmi (arzusu) Axirət olarsa, Allah onun dünya dərdlərini yoluna qoymağa kifayət edər. Kimin də dərd-qəmi dünya işləri olarsa, Allah onun hansı vadidə həlak olmasına əhəmiyyət verməz”.”

Abdullah ibn Məsud
Zəifİbn Məcə, 257 (Sünnə, 257)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَاصِمٍ الْعَبَّادَانِيُّ ، حَدَّثَنَا بَشِيرُ بْنُ مَيْمُونٍ ، قَالَ : سَمِعْتُ أَشْعَثَ بْنَ سَوَّارٍ ، عَنِ ابْنِ سِيرِينَ ، عَنْ حُذَيْفَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ تَعَلَّمُوا الْعِلْمَ لِتُبَاهُوا بِهِ الْعُلَمَاءَ ، أَوْ لِتُمَارُوا بِهِ السُّفَهَاءَ ، أَوْ لِتَصْرِفُوا وُجُوهَ النَّاسِ إِلَيْكُمْ ، فَمَنْ فَعَلَ ذَلِكَ فَهُوَ فِي النَّارِ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Alimlər arasında öyünmək, avamlarla mübahisə etmək və insanların diqqətini özünə tərəf yönəltmək məqsədilə elm öyrənməyin! Kim belə edərsə, o, Cəhənnəmdədir”.”

Huzeyfə
Həsənİbn Məcə, 259 (Sünnə, 259)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، أَخْبَرَنَا وَهْبُ بْنُ إِسْمَاعِيلَ الأَسَدِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ الْمَقْبُرِيُّ ، عَنْ جَدِّهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ تَعَلَّمَ الْعِلْمَ لِيُبَاهِيَ بِهِ الْعُلَمَاءَ ، وَيُمَارِيَ بِهِ السُّفَهَاءَ ، وَيَصْرِفَ بِهِ وُجُوهَ النَّاسِ إِلَيْهِ ، أَدْخَلَهُ اللَّهُ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim alimlər arasında öyünmək, səfehlərlə mübahisə etmək və insanların diqqətini özünə tərəf yönəltmək məqsədilə elm öyrənərsə, Allah onu Cəhənnəmə daxil edər”.”

Əbu Hureyra
Həsənİbn Məcə, 260 (Sünnə, 260)

Fəsil 24

Elm haqda soruşulduqda onu gizlədən

بَابُ مَنْ سُئِلَ عَنْ عِلْمٍ فَكَتَمَهُ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَسْوَدُ بْنُ عَامِرٍ ، حَدَّثَنَا عُمَارَةُ بْنُ زَاذَانَ ، حَدَّثَنَا عَلِيُّ بْنُ الْحَكَمِ ، حَدَّثَنَا عَطاَءٌ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَا مِنْ رَجُلٍ يَحْفَظُ عِلْمًا فَيَكْتُمُهُ ، إِلاَّ أُتِيَ بِهِ يَوْمَ الْقِيَامَةِ مُلْجَمًا بِلِجَامٍ مِنَ النَّارِ. قَالَ أَبُو الْحَسَنِ , أَيِ : الْقَطَّانُ : وَحَدَّثَنَا أَبُو حَاتِمٍ ، حَدَّثَنَا أَبُو الْوَلِيدِ ، حَدَّثَنَا عُمَارَةُ بْنُ زَاذَانَ ، فَذَكَرَ نَحْوَهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hər hansı bir (dini) elmi öyrəndikdən sonra onu gizlədən elə bir adam yoxdur ki, Qiyamət günü məhşərə (ağzını aça bilməmək üçün ağzına) oddan bir damğa vurulduğu halda gətirilməsin”.”

Əbu Hureyra
Həsənİbn Məcə, 261 (Sünnə, 261)

حَدَّثَنَا أَبُو مَرْوَانَ الْعُثْمَانِيُّ مُحَمَّدُ بْنُ عُثْمَانَ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ الأَعْرَجِ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : وَاللَّهِ ، لَوْلاَ آيَتَانِ فِي كِتَابِ اللهِ تَعَالَى مَا حَدَّثْتُ عَنْهُ ، يَعْنِي عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , شَيْئًا أَبَدًا ، لَوْلاَ قَوْلُ اللهِ : {إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلَ اللَّهُ مِنَ الْكِتَابِ} إِلَى آخِرِ الآيَتَيْنِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allaha and olsun ki, əgər Uca Allahın Kitabında bu iki ayə: “Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır. Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın əvəzinə isə əzabı satın alan şəxslərdir. Onlar Cəhənnəm oduna necə də səbirlidirlər!” (əl-Bəqərə, 174-175) – olmasaydı, mən Peyğəmbərdən ﷺ heç vaxt heç bir şey rəvayət etməzdim”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 262 (Sünnə, 262)

حَدَّثَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، حَدَّثَنَا الْهَيْثَمُ بْنُ جَمِيلٍ , حَدَّثَنِي عَمْرُو بْنُ سُلَيْمٍ ، حَدَّثَنَا يُوسُفُ بْنُ إِبْرَاهِيمَ ، سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ سُئِلَ عَنْ عِلْمٍ فَكَتَمَهُ , أُلْجِمَ يَوْمَ الْقِيَامَةِ بِلِجَامٍ مِنْ نَارٍ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim elm haqda verilən sualı bilib gizlədərsə, Qiyamət günü ona oddan bir cilov vurular”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 264 (Sünnə, 264)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ حَفْصِ بْنِ هِشَامِ بْنِ زَيْدِ بْنِ أَنَسِ بْنِ مَالِكٍ ، حَدَّثَنَا أَبُو إِبْرَاهِيمَ إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ الْكَرَابِيسِيُّ ، عَنِ ابْنِ عَوْنٍ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ سُئِلَ عَنْ عِلْمٍ يَعْلَمُهُ فَكَتَمَهُ ، أُلْجِمَ يَوْمَ الْقِيَامَةِ بِلِجَامٍ مِنْ نَارٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bildiyi elm haqda verilən sualı gizlədərsə, ona Qiyamət günü oddan bir cilov vurular”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 266 (Sünnə, 266)