Sünnəyə aid fəsillər

İman

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ أَبِي حَيَّانَ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمًا بَارِزًا لِلنَّاسِ ، فَأَتَاهُ رَجُلٌ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، مَا الإِيمَانُ ؟ قَالَ : أَنْ تُؤْمِنَ بِاللَّهِ ، وَمَلاَئِكَتِهِ ، وَكُتُبِهِ ، وَرُسُلِهِ ، وَلِقَائِهِ ، وَتُؤْمِنَ بِالْبَعْثِ الآخِرِ , قَالَ : يَا رَسُولَ اللهِ ، مَا الإِسْلاَمُ ؟ قَالَ : أَنْ تَعْبُدَ اللَّهَ لاَ تُشْرِكُ بِهِ شَيْئًا ، وَتُقِيمَ الصَّلاَةَ الْمَكْتُوبَةَ ، وَتُؤَدِّيَ الزَّكَاةَ الْمَفْرُوضَةَ ، وَتَصُومَ رَمَضَانَ , قَالَ : يَا رَسُولَ اللهِ ، مَا الإِحْسَانُ ؟ قَالَ : أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ ، فَإِنَّكَ إِنْ لاَ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ , قَالَ : يَا رَسُولَ اللهِ ، مَتَى السَّاعَةُ ؟ قَالَ : مَا الْمَسْؤُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ ، وَلَكِنْ سَأُحَدِّثُكَ عَنْ أَشْرَاطِهَا ، إِذَا وَلَدَتِ الأَمَةُ رَبَّتَهَا ، فَذَلِكَ مِنْ أَشْرَاطِهَا ، وَإِذَا تَطَاوَلَ رِعَاءُ الْغَنَمِ فِي الْبُنْيَانِ ، فَذَلِكَ مِنْ أَشْرَاطِهَا ، فِي خَمْسٍ لاَ يَعْلَمُهُنَّ إِلاَّ اللَّهُ ، فَتَلاَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : {إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ}.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ insanların arasında oturmuşdu. Bir nəfər onun yanına gəlib: “Ey Allahın Elçisi, iman nədir?”– deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “İman (odur ki,) Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun elçilərinə, Onunla görüşməyə, habelə (öldükdən sonra) diriləcəyinə inanasan”. O: “Ey Allahın Elçisi, İslam nədir?”– deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Allaha ibadət edib Ona (heç bir şeyi) şərik qoşmayasan, (vaxtlı-vaxtında, lazımınca) namaz qılasan, vacib buyurulmuş zəkatı verəsən və Ramazan ayını oruc tutasan”. O: “Ehsan nədir?”– deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Ehsan (odur ki,) Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən; sən Onu görməsən də, (bil ki,) O, səni görür”. O: “Ey Allahın Elçisi, bəs Qiyamət nə zaman qopacaq?”– deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir. Lakin sənə Qiyamətin əlamətlərini deyəcəyəm: kəniz öz ağasını doğacağı və kimliyi bəlli olmayan, dəvə otaran çobanlar hündür binalar tikməkdə bir-biri ilə yarışacaqları zaman (Qiyamət qopacaqdır. Bu da) yalnız Allahın bildiyi beş şeydən biridir”. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Həqiqətən, Saatı (Qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə qazanacağını bilməz. Heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) Biləndir, (hər şeydən) Xəbərdardır!” (Loğman, 34)”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 64 (Sünnə, 64)

Sunən İbn Məcə — Sünnəyə aid fəsillər