Sünnəyə aid fəsillər

Cəhmiyyə nəyi inkar edir?

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ الْحِزَامِيُّ ، وَيَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالاَ : حَدَّثَنَا مُوسَى بْنُ إِبْرَاهِيمَ بْنِ كَثِيرٍ الأَنْصَارِيُّ الْحَرَامِيُّ ، قَالَ : سَمِعْتُ طَلْحَةَ بْنَ خِرَاشٍ ، قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ يَقُولُ : لَمَّا قُتِلَ عَبْدُ اللهِ بْنُ عَمْرِو بْنِ حَرَامٍ يَوْمَ أُحُدٍ ، لَقِيَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : يَا جَابِرُ ، أَلاَ أُخْبِرُكَ مَا قَالَ اللَّهُ لأَبِيكَ ؟ وَقَالَ يَحْيَى فِي حَدِيثِهِ : فَقَالَ : يَا جَابِرُ ، مَا لِي أَرَاكَ مُنْكَسِرًا ؟ قَالَ : يَا رَسُولَ اللهِ ، اسْتُشْهِدَ أَبِي ، وَتَرَكَ عِيَالاً وَدَيْنًا ، قَالَ : أَفَلاَ أُبَشِّرُكَ بِمَا لَقِيَ اللَّهُ بِهِ أَبَاكَ ؟ قَالَ : بَلَى يَا رَسُولَ اللهِ ، قَالَ : مَا كَلَّمَ اللَّهُ أَحَدًا قَطُّ إِلاَّ مِنْ وَرَاءِ حِجَابٍ ، وَكَلَّمَ أَبَاكَ كِفَاحًا ، فَقَالَ : يَا عَبْدِي ، تَمَنَّ عَلَيَّ أُعْطِكَ ، قَالَ : يَا رَبِّ تُحْيِينِي ، فَأُقْتَلُ فِيكَ ثَانِيَةً ، فَقَالَ الرَّبُّ سُبْحَانَهُ : إِنَّهُ سَبَقَ مِنِّي أَنَّهُمْ إِلَيْهَا لاَ يَرْجِعُونَ ، قَالَ : يَا رَبِّ ، فَأَبْلِغْ مَنْ وَرَائِي ، قَالَ : فَأَنْزَلَ اللَّهُ تَعَالَى : {وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ}.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Abdullah ibn Həram Uhud döyüşündə öldürüldükdən sonra Allah Elçisi ﷺ mənimlə rastlaşıb belə dedi: “Ey Cabir! Allahın atana nə dediyini xəbər verimmi?” Yəhyənin hədisində deyilir: “Allah Elçisi ﷺ: “Ey Cabir! Niyə belə kədərlisən?”- deyə soruşdu. Mən dedim: “Atam şəhid olmuş, ailəmizin təminatı və atamın borclarını ödəmək mənim öhdəmə düşmüşdür”. Peyğəmbər ﷺ dedi: “Allahın sənin atana bəxş etdiyi nemətlər barəsində sənə müjdə verimmi?” Mən: “Bəli, ey Allahın Elçisi!”- deyə cavab verdim. O dedi: “İndiyədək Allah danışdığı kimsə ilə yalnız pərdə arxasından danışıb. Sənin atanla isə arasında heç bir pərdə olmadan, bilavasitə danışıb dedi: “Ey qulum! Məndən istə, Mən də sənə (istədiyini) verim!” (Atan) dedi: “Ey Rəbbim! Məni yenidən dirilt ki, Sənin yolunda (vuruşub) bir daha şəhid olum”. Rəbbi ﷿ isə ona belə buyurdu: “Mən hər kəsin öldükdən sonra dirilib dünyaya qayıtmayacağını artıq əzəldən müəyyən etmişəm”. Atan dedi: “Onda mənim haqda (dünyada) qalanlara xəbər ver”. Sonra Uca Allah bu ayəni nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)”.”

Cabir ibn Abdullah
Həsən

İstinad

İbn Məcə, 190 (Sünnə, 190)

Sunən İbn Məcə — Sünnəyə aid fəsillər