Sünnəyə aid fəsillər

Elm haqda soruşulduqda onu gizlədən

حَدَّثَنَا أَبُو مَرْوَانَ الْعُثْمَانِيُّ مُحَمَّدُ بْنُ عُثْمَانَ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ الأَعْرَجِ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : وَاللَّهِ ، لَوْلاَ آيَتَانِ فِي كِتَابِ اللهِ تَعَالَى مَا حَدَّثْتُ عَنْهُ ، يَعْنِي عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , شَيْئًا أَبَدًا ، لَوْلاَ قَوْلُ اللهِ : {إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلَ اللَّهُ مِنَ الْكِتَابِ} إِلَى آخِرِ الآيَتَيْنِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allaha and olsun ki, əgər Uca Allahın Kitabında bu iki ayə: “Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır. Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın əvəzinə isə əzabı satın alan şəxslərdir. Onlar Cəhənnəm oduna necə də səbirlidirlər!” (əl-Bəqərə, 174-175) – olmasaydı, mən Peyğəmbərdən ﷺ heç vaxt heç bir şey rəvayət etməzdim”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 262 (Sünnə, 262)

Sunən İbn Məcə — Sünnəyə aid fəsillər