Sünnəyə aid fəsillər

Cəhmiyyə nəyi inkar edir?

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ عِكْرِمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا قَضَى اللَّهُ أَمْرًا فِي السَّمَاءِ ، ضَرَبَتِ الْمَلاَئِكَةُ بِأَجْنِحَتَهَا خُضْعَانًا لِقَوْلِهِ ، كَأَنَّهُ سِلْسِلَةٌ عَلَى صَفْوَانٍ ، فَـ {إِذَا فُزِّعَ عَنْ قُلُوبِهِمْ قَالُوا مَاذَا قَالَ رَبُّكُمْ قَالُوا الْحَقَّ وَهُوَ الْعَلِيُّ الْكَبِيرُ} قَالَ : فَيَسْمَعُهَا مُسْتَرِقُو السَّمْعِ بَعْضُهُمْ فَوْقَ بَعْضٍ ، فَيَسْمَعُ الْكَلِمَةَ فَيُلْقِيهَا إِلَى مَنْ تَحْتَهُ ، فَرُبَّمَا أَدْرَكَهُ الشِّهَابُ قَبْلَ أَنْ يُلْقِيَهَا إِلَى الَّذِي تَحْتَهُ ، فَيُلْقِيهَا عَلَى لِسَانِ الْكَاهِنِ ، أَوِ السَّاحِرِ ، فَرُبَّمَا لَمْ يُدْرَكْ حَتَّى يُلْقِيَهَا ، فَيَكْذِبُ مَعَهَا مِئَةَ كَذْبَةٍ ، فَتَصْدُقُ تِلْكَ الْكَلِمَةُ الَّتِي سُمِعَتْ مِنَ السَّمَاءِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah göydə bir iş barəsində əmr verdiyi zaman mələklər Onun əmrinə boyun əyərək qanadlarını çırparlar (və bu vaxt elə bir səs gəlir ki,) sanki (bir topa) zənciri qayaya çırpırlar. “Nəhayət, mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşar, digərləri isə: “Haqqı buyurdu! O, Ucadır, Böyükdür!”– deyə cavab verərlər”. (Səba, 23). Bir-birinin üzərində duran oğrun-oğrun qulaq asan (şeytanlar) bu sözləri eşidir və aşağıda olanlara ötürürlər. Elə olur ki, (mələklərin söhbətinə) qulaq asan şeytanı (düşən) ulduz təqib edir və o, eşitdiyini (aşağıda duran) yoldaşına çatdırmamışdan əvvəl (həmin ulduz) onu yandırıb yaxır. Bəzən də ulduz ona dəyməmişdən əvvəl o, eşitdiyini altında duran dostuna ötürür. Beləcə, şeytanlar bu eşitdiklərini yer üzünə çatdırır və onu sehrbazın dilinə təlqin edirlər. Sehrbaz da eşitdiyi (sözə) yüz yalan əlavə edir və yerdə olan da səmadan eşitdiyi o kəlməyə görə onun yalanlarını təsdiqləyər”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 194 (Sünnə, 194)

Sunən İbn Məcə — Sünnəyə aid fəsillər