Qədər haqda
حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ وَحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، وَوَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السُّلَمِيِّ ، عَنْ عَلِيِّ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَبِيَدِهِ عُودٌ ، فَنَكَتَ فِي الأَرْضِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَالَ : مَا مِنْكُمْ مِنْ أَحَدٍ إِلاَّ وَقَدْ كُتِبَ مَقْعَدُهُ مِنَ الْجَنَّةِ ، وَمَقْعَدُهُ مِنَ النَّارِ ، قِيلَ : يَا رَسُولَ اللهِ ، أَفَلاَ نَتَّكِلُ ؟ قَالَ : لاَ ، اعْمَلُوا وَلاَ تَتَّكِلُوا ، وَكُلٌّ مُيَسَّرٌ لِمَا خُلِقَ لَهُ , ثُمَّ قَرَأَ :{فَأَمَّا مَنْ أَعْطَى وَاتَّقَى وَصَدَّقَ بِالْحُسْنَى فَسَنُيَسِّرُهُ لِلْيُسْرَى وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَى وَكَذَّبَ بِالْحُسْنَى فَسَنُيَسِّرُهُ لِلْعُسْرَى}.
“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. Onun əlində bir çubuq var idi. Onu yerə vuraraq nöqtə kimi işarələr edirdi, sonra başını qaldırdı və dedi: “Sizdən elə bir kimsə yoxdur ki, onun Cənnətdəki və Cəhənnəmdəki yeri qeydə alınmasın!” Səhabələr dedilər: “Ey Allahın Elçisi, onda arxayın olaq (əməlləri tərk edəkmi)?” Peyğəmbər dedi: “Xeyr, əməl edin və bu yazıya arxayınlaşmayın! Hər kəs nə üçün yaradılmışsa, onun üçün həmin şeylər asanlaşdırılacaq”. Sonra bu ayəni oxudu: “Kim (haqqını) verir və Allahdan qorxursa və ən gözəl olan (“lə iləhə illəllah” kəlməsini) təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik. Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olan (“lə iləhə illəllah” kəlməsini) yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik”. (əl-Leyl, 5-10).”
İstinad
İbn Məcə, 78 (Sünnə, 78)
Sunən İbn Məcə — Sünnəyə aid fəsillər