Əli ibn Əbu Talibin ﵁ fəziləti
حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا ابْنُ أَبِي لَيْلَى ، حَدَّثَنَا الْحَكَمُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، قَالَ : كَانَ أَبُو لَيْلَى يَسْمُرُ مَعَ عَلِيٍّ ، فَكَانَ يَلْبَسُ ثِيَابَ الصَّيْفِ فِي الشِّتَاءِ ، وَثِيَابَ الشِّتَاءِ فِي الصَّيْفِ ، فَقُلْنَا : لَوْ سَأَلْتَهُ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَعَثَ إِلَيَّ وَأَنَا أَرْمَدُ الْعَيْنِ يَوْمَ خَيْبَرَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَرْمَدُ الْعَيْنِ ، فَتَفَلَ فِي عَيْنِي ، ثُمَّ قَالَ : اللَّهُمَّ أَذْهِبْ عَنْهُ الْحَرَّ وَالْبَرْدَ , قَالَ : فَمَا وَجَدْتُ حَرًّا وَلاَ بَرْدًا بَعْدَ يَوْمِئِذٍ ، وَقَالَ : لأَبْعَثَنَّ رَجُلاً يُحِبُّ اللَّهَ وَرَسُولَهُ ، وَيُحِبُّهُ اللَّهُ وَرَسُولُهُ ، لَيْسَ بِفَرَّارٍ , فَتَشَوَّفَ لَهُ النَّاسُ ، فَبَعَثَ إِلَى عَلِيٍّ ، فَأَعْطَاهَا إِيَّاهُ.
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu Leyla ﵀ demişdir: “Əbu Leyla ilə Əli axşamlar söhbət edərdilər. Əli yayda qış paltarı, qışda isə yay paltarı geyinərdi. Biz Əbu Leylaya dedik: “Ondan bu haqda soruşarsan”. Əli belə dedi: “Allah Elçisi ﷺ xəbər göndərərək məni yanına çağırtdırdı. O vaxt Xeybər döyüşü günü mənim gözlərim ağrıyırdı. Mən dedim: “Ey Allahın Elçisi, mənim gözlərim ağrıyır”. O, gözlərimə yüngülcə tüpürdü, sonra da dedi: “Allahım, istini və soyuğu ondan uzaq et!” Mən də o gündən sonra nə istilik, nə də soyuqluq hiss etdim”. Sonra Əli Allah Elçisinin ﷺ belə buyurduğunu rəvayət etdi: “Mən elə bir adamı göndərəcəyəm ki, o, Allah və Onun Elçisini sevir, Allah və Onun Elçisi də onu sevir. O, döyüş meydanından qaçan da deyil”. Bunu eşidən insanlar həmin adamın kim olduğunu gözlədilər. Allah Elçisi ﷺ də Əlini çağırtdırdı və bayrağı ona verdi”.”
İstinad
İbn Məcə, 117 (Sünnə, 117)
Sunən İbn Məcə — Sünnəyə aid fəsillər