Dəstəmazı gözəl şəkildə almaq haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي بُكَيْرٍ ، حَدَّثَنَا زُهَيْرُ بْنُ مُحَمَّدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : أَلاَ أَدُلُّكُمْ عَلَى مَا يُكَفِّرُ اللَّهُ بِهِ الْخَطَايَا ، وَيَزِيدُ بِهِ فِي الْحَسَنَاتِ ؟ قَالُوا : بَلَى يَا رَسُولَ اللهِ ، قَالَ : إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ ، وَكَثْرَةُ الْخُطَا إِلَى الْمَسَاجِدِ ، وَانْتِظَارُ الصَّلاَةِ بَعْدَ الصَّلاَةِ.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Sizə Allahın günahlarını nə ilə siləcəyi və savabları nə ilə artıracağı bir əməl xəbər verimmi?” Səhabələr dedilər: “Bəli, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Bu, çətinliklərə rəğmən (soyuq, xəstəlik səbəbilə) dəstəmazı kamil şəkildə almaq, məscidlərə getdikdə addımları çoxaltmaq və namazdan sonra (növbəti) namazı gözləməkdir”.”
İstinad
İbn Məcə, 427 (Təharət, 161)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri