Təmizlənmə və onun sünnələri

Dəstəmazı gözəl şəkildə almaq haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ حَمْزَةَ ، عَنْ كَثِيرِ بْنِ زَيْدٍ ، عَنِ الْوَلِيدِ بْنِ رَبَاحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : كَفَّارَاتُ الْخَطَايَا ، إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ ، وَإِعْمَالُ الأَقْدَامِ إِلَى الْمَسَاجِدِ ، وَانْتِظَارُ الصَّلاَةِ بَعْدَ الصَّلاَةِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Günahların kəffarəsi çətinliklərə rəğmən (soyuq, xəstəlik səbəbilə) dəstəmazı kamil şəkildə almaq, məscidlərə getdikdə addımları çoxaltmaq və namazdan sonra (növbəti) namazı gözləməkdir”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 428 (Təharət, 162)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri