Uca Allah dəstəmaz haqda nələri əmr etmişdir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ جَامِعِ بْنِ شَدَّادٍ أَبِي صَخْرَةَ ، قَالَ : سَمِعْتُ حُمْرَانَ يُحَدِّثُ أَبَا بُرْدَةَ فِي الْمَسْجِدِ , أَنَّهُ سَمِعَ عُثْمَانَ بْنَ عَفَّانَ يُحَدِّثُ عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَتَمَّ الْوُضُوءَ كَمَا أَمَرَهُ اللَّهُ ، فَالصَّلَوَاتُ الْمَكْتُوبَاتُ ، كَفَّارَاتٌ لِمَا بَيْنَهُنَّ.
“Osman ibn Əffan ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Allahın buyurduğu kimi tam şəkildə dəstəmaz alar və fərz (vacib) namazlarını qılarsa, iki namaz arasında edilənlərə kəffarə olar”.”
İstinad
İbn Məcə, 459 (Təharət, 193)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri